hacklink Adalet.az | BMT-ATƏT VƏ BİZ Adalet.az | BMT-ATƏT VƏ BİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BMT-ATƏT VƏ BİZ

23972    |   2010-11-06 06:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan mədəniyyət dairəsində xüsusilə qadınlarla bağlı işlədilən bir atalar sözü vardır: "Oynaşa ümid olan ərsiz qalar". Bu atalar sözünü Azərbaycanımızın işğal edilən müqəddəs torpaqları üçün eynilə bu şəkildə dəyişdirə bilərik: "Özünə yaxınlıq göstərən yada ümid bağlayan axırda yurdsuz-yuvasız qalar!"
   
   Azərbaycan xalq Cümhuriyyəti 28 May 1918-ci ildə Türk tarixinin ölməz şəxsiyyətlərindən biri olan Məmməd Əmin Rəsulzadə ilə silahdaşları tərəfindən yaradıldı və 12 Yanvar 1919-cu il tarixində də başda ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya və digər böyük dövlətlər tərəfindən rəsmiyətdə tanındı. Onlar bu dövləti tanıyarkən təbii sərhədlərini də qəbul etdilər və Azərbaycanın o günkü torpaqları 114 min kvadrat kilometr idi. İmperiya xarakterli Çar Rusiyası yerində yaradılan və əslində strateji yöndən ondan heçbir fərqi olmayan Bolşevik Rusiya, yüzillərdir sümürdüyü Azərbaycan torpaqlarının əlindən bir quş kimi uçub getməsinə icazə verə bilməzdi və vermədi də. 27 Nisan 1920-ci il tarixində daxildəki satqınların və qafillərin köməyi ilə müqəddəs Azərbaycan torpaqları yenidən işğal edildi və düz yetmiş il çəkən, insana və insanlığa heç cürə yaraşmayan bir terror dövləti hakimiyyəti torpaqlarımızda hökmran oldu. Öz vətənimizdə özümüz yox, özgələri bizə ağalıq etdilər. Bolşevik Rusiya darmadağın olar olmaz Azərbaycan da öz müstəqilliyini elan etdi. Bunlar hamının bildiyi həqiqətlərdir.
   
   Bir həqiqət daha vardır. O da hamının bildiyi və dilindən salmadığı, 26 Fevral (şubat) 1992-ci il tarixində Xocalı Soyqırımının yaradılmasının baş aktyoru, yəni ermənilərin bu soyqırım cinayətini işləməsində əsas rolu oynayan ruslardır. Azərbaycan torpaqlarının iyirmi faizinin işğalı, bu iki üzdən iraq xalq tərəfindən reallaşdırılmışdır.
   
   10 Yanvar 1920-ci il tarixində İsveçrədə yaranan Millətlər Cəmiyyətinin (cəmiyyəti əqvam) yerində yaradılan BMT, quruluş nizamnaməsində insanlığa qarşı bir məsuliyyəti də boynuna götürmüşdür. BMT-nin baş aktyoru Amerikadır. Həmin Amerika dünya səthində demokratiyanın və insan hüquqlarının müdafiəçisi kəsilib!ə Allah işini avand eləsin! BMT-nin əsl üzvü olan dövlətlər də BMT-nin yetişdiyi qərarların və onun əsaslarının dünya miqyasında həyata keçirilməsində məsuliyyət daşıyırlar. ATəT də eynilə BMT kimi uluslararası bir təşkilatdır. Bu təşkilat tərəfindən yaradılan Minsk Qrupu, erməni işğalının axıra çatdırılması məqsədiylə hardasa iyirmi ildir fəaliyyət göstərir. Ancaq nə hikmətdirsə, bu qədər il ərzində Azərbaycan torpaqlarının işğalı səbəbiylə yaranan ixtilafın həlli üçün bir arpa boyu yol gedilməyib. Hamı bilir ki, Rusiya Federasiyası da bu qrupun üzvüdür.
   
   ATƏT, 1950-ci illərin ortasından tutmuş Şərq Bloku tərəfindən araya gətirilmiş və Almaniyanın, ruslar və qərbli digər imperialist dövlətlər tərəfindən bölünmüşlüyü ilə Avropanın yeni çəkilən sərhədlərini təsdiqləyib qanunlaşdırmışdır. Avropanın təhlükəsizliyi ilə bağlı təklif, Varşova Paktı tərəfindən araya gətirilsə də qərblilər onu qəbul etməmiş, nəhayət bu təklif 1970-li illərin başında ABŞ ilə Sovetlər Birliyi arasında imzalanan Strateji Silahların İxtisarına Dair Sazişi (SALT 1) (Strategic Arms Limitation Talks), Qərbi Almaniyanın, Polşa və Çexoslavakiya ilə olan şərqi sərhədlərinin tanınması və Demokratik Almaniya ilə rəsmi əlaqə yaratmağı qəbul etməsi nəticəsində yaranan yumuşama ilə dəyər qazanmış və Helsinki şəhərində 1973-cü ildə başlayan ancaq iki il davam edən konfransların nəticəsində 1 Avqust 1975-ci il tarixində 33 Avropa ölkəsi, ABŞ və Kanada tərəfindən imzalanan Yekun Sənəd ilə rəsmən yaradılmışdır. Helsinki Yekun Sənədində cəmisi on maddə vardır ki, onu imzalayan bütün dövlətlər, atdıqları imzanın məsuliyyətini də öhdədar olmuşdur.
   
   "Bərabərlik və hökmranlığa hörmət, güc işlətməkdən və ya hədədən imtina etmə, sərhədlərin toxunulmazlığı, dövlətlərin torpaq bütövlüyünün qorunması, insan hüquqları və əsas azadlıqlara hörmət, xalqların bərabər hüquqlardan və öz qədərlərini təyin etmə hüququndan istifadə etmə, uluslararası hüquqdan yaranan öhdəliklərin yaxşı niyyətlə yerinə yetirilməsi" bu əsasların bir neçəsidir.
   
   Azərbaycan torpaqları işğal edilmiş, Qərbi Azərbaycan türkləri, sahibi olduqları torpaqlardan güc zoruyla və qırğınlar törədilərək çıxarılmış, bununla da kifayətlənməyərək Xocalı Soyqırımı yaradılmış, işğal edilən Azərbaycan şəhər və kəndləri yerlə yeksan edilmiş, iyirmi ilə yaxındır ki, bir milyondan artıq Türk həddən artıq iptidai həyat tərzi sürməyə məhkum edilmişdir.
   
   BMT-nin əsas üzvlərindən biri olan və özünü demokratiyanın beşiyi sayan Fransa, Səddam, İraqdakı kürdləri soyqırımla məhv edərkən, özlərinə ümid qapısı gördükləri Türkiyəyə pənah aparan kürdlərin Fransaya mühacirət etməsi tələbinə dodaqları qaçaraq münasibət bildirmişdir. İllərlə Parisdə Kürd institutu yaradan və guya kürdlərin demokratik hüquqlarından müdafiə edən Fransa, kürdlərin bu təklifi ilə sözün əsl mənasında çətinə düşmüş və dövlət rəhbəri Mitterran, məcbur qalaraq həyat yoldaşı xanım Mitterranı quzey İraqlı kürdlərin Türkiyədə müvəqqəti məskunlaşdırıldığı düşərgələrə yollamışdır. Buraları gəzən xanım Mitterrand, sadəcə olaraq qolları güclü, gənc və özlərinə fəhləlik eliyə biləcək 200 qədər kürdü Fransaya aparmağı qəbul etmiş və onları seçib özüylə aparmışdır. Qalan 500 mindən artıq qüzey İraqlı kürdə Türkiyə sahib çıxmış, onların hər cürə bəşəri ehtiyaclarını qarşılamış və ortalıq sakitləşdikdən sonra da sağ-salamat şəkildə yurdlarına yollamışdır. ABŞ isə bölgədə ikinci bir İsrail dövləti yarada bilərəmmi fikriylə illər əvvəl toxumunu səpdiyi kürdləri yəhudiləşdirmə siyasətini həyata keçirmiş, onların İsrail ilə yaxın əlaqə yaratmalarını təmin etmiş və daha sonra da onların bir çiban kimi bölgədə məskunlaşmasında baş rolu oynamışdır. Eynilə rusların erməniləri gətirib Azərbaycan torpaqlarında zor gücüylə məskunlaşdırdığı və buraları erməniləşdirdiyi kimi.
   
   NATO ölkələrinin parlament asambleyası Noyabr ayının 13-16-sı günləri arasında Varşavada guya Dağlıq Qarabağ problemi ilə bağlı görüşlər keçirəcək. Atalarımız yaxşı deyib: İt itin ayağını basmaz! Yalan yerə xəyal qurmayaq, bunlardan bizə xeyir gəlməz. Bu fakt yüzillərdir sınanmış bir həqiqətdir. Onların yeganə məqsədi bizim yeraltı və yerüstü sərvətlərimizdən nə qədər istifadə edəcəkləri məsələsidir. Bir mahnımızda; "ağlarsa anam ağlar qeyrisi yalan ağlar" ifadəsi var. Bu sözlər hədər yerə deyilməyib. Atalarsözlərimizdə və mahnılarımızdakı həqiqətlər min illərin sınağından keçməyibmi?!
   
   ATƏT Minsk Qrupuna üzv olan ABŞ və Fransa, Azərbaycan və Ermənistan dövlət başqanlarının imzaladığı sənədə dəstək verdiklərini irəli sürür. Hər ikisi də başdan ayağa yalan deyir. Gəlin onların bu ağ yalanına inanmamayaq. Onlar bir vaxtlar helikopterlə gətirib İraqın başına keçirtdikləri Səddamı qışqırdıb Küveytə hücum çəkdirmədi? Daha sonra da Səddamı işğalçı kimi elan etmədiə Ardınca, "Səddamın əlində kütləvi qırğın silahları vardır" deyib İraqı işğal etmədiə! İraqda kütləvi qırğın silahları tapılmadığı halda işğal hələ də davam etmir?! Kütləvi qırğın silahları tapmaq məqsədiylə İraqı işğal edənlər İraqın neft və təbii qazına yiyələnmədi?!
   
   Yalan yerə ümid təlatümlərinə qərq olmayaq..! Nə BMT, nə ATƏT, nə Qırmızıxaç, nə ABŞ, nə də Rusiyadan bizə bir fayda gələcəkdi. Onlar sadəcə olaraq öz cibişdanlarını fikirləşirlər. Bizi xilas edəcək yeganə yol, "dünyanın imperialist dövlətlərinin öz mənfəətlərini fikirləşərək yaratdıqları problemlərin həlli üçün, Türk Cümhuriyyətlərinin birgə hərəkət edib, dünya arenasında bir güc halına gəlməsi və söz yiyəsi olmasıdır". Özgə yolumuz da, ümid qapımız da yoxdur.
   
   Qurda sual veriblər ki; "Boynun niyə belə yoğundur?", "Öz işimi özüm görürəm" deyib.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK