hacklink Adalet.az | OĞUZDAN İNDİYƏ Adalet.az | OĞUZDAN İNDİYƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

OĞUZDAN İNDİYƏ

49071    |   2015-04-18 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Keçmiş, gələcəyin güzgüsüdü.
Keçmişindən xəbərdar olmayan və ya keçmişinə arxasını döndərən idarəçilər dövlətlərinə, xalqlarına, gələcək nəsillərinə nə edirlər bilirlər? Məncə bu suala oxucular cavab versin!
Bugünkü yazımda keçmişimizdəki, xüsusilə də Oğuz dövründəki dövlət idarəsində nələrə fikir verilirdi, indi isə nəyə yaxud nələrə fikir verilir, bu barədə oxucuları az da olsa düşündürmək istədim. Bilmirəm buna nail ola biləcəyəm, ya yox!..
Oğuz Xaqan, Hun dövlətini imperiya səviyyəsinə qaldırmış və Türk dövlət gələnəyinin bünövrəsini qoyan əfsanəvi şəxsiyyətimizdi. O, dövlət idarəçiliyini, hərbi təşkilatçılığını, daxili və xarici siyasətini, hərbi texnikasını, ordusunu, sənətini, xalqının dini inamını, onun həyat tərzini tarixdə tayı-bərabəri olmayan bir səviyyəyə qaldırmışdı. Çağımızın bu günkü kəsiyindən onun yaşadığı eradan qabaqkı illərə boylandıqda Oğuzun yaratdığı dövlətçiliyin, indiki dövlətçilik anlayışımızdan qat-qat üstün olduğunu görürük. Bu niyə belə olmuşdu, indi niyə beləyik? Yoxsa öz kökümüzə yadlaşmışıq? Ya da bu vəziyyət niyə yaranıb?
Oğuz zamanında xalqın əksəriyyəti heyvandarlıqla məşğuldu və kənd təsərrüfatı ilə məşğul olanlar həddən artıq azdı. Dövlət iqtisadiyyatının özülü isə ilxıçılıq üstündə qərar tapmışdı. O dövrdə Çində torpağa bağlı quldarlıq sistemi vardı, ancaq Hunlarda bu sistemin nəfəsi də çəkilmirdi. Onsuz da bizdə tarix boyu quldarlıq sistemi olmayıb. Sonra Hunlarda, eynilə Çində olduğu kimi tayfa aristokratiyası da yoxdu. Xalq arasında nüfuzu kəslər, ağıllı, düz, bilikli şəxsiyyətlərlə, idarəçilik istedadı yüksək olanlardı. Hamı dövlət nizamında və törə adlanan qanunlar qarşısında eyni hüquqa malikdi. Kişi qadın fərqi qoyulmurdu. Bəs indi?
Ulu Tanrı məkanını cənnət eləsin Sabir baba:
"Dörd arvadı bir-birinə qoşaram,
Bir ildə üç dördün alıb boşaram".ggggggggggg
Qadınlar ailədə olduğu kimi dövlət idarəsində də söz sahibiydi. Xalq, etnik qohumluqla ilə bir-birinə bağlı, dissiplinli və daim hərbə hazır vəziyyətdə yaşayırdı. Su yatar, düşmən yatmaz atalar sözünün tələbinə əməl edilirdi. Bu nizam-intizam xüsusilə Oğuz tərəfindən ordunun tənzimindən sonra mərhələli olaraq mərkəzdən idarə edilən hərbi təşkilat vəsfini qazanmışdı. Bu anlayış, Hun dövlətinin əsil qurğusunu təşkil edirdi. Bir sözlə, Hun dövləti mərkəziyyətçiydi.
İndiki dövlətlərimiz də mərkəziyyətçi xarakterə malikdilər, ancaq qərblilər bizə müəyyən üsullarla deyillər ki, dövlətlərinizi ştatlara bölün, yüz illər boyu yeritdiyimiz siyasətimiz nəticəsində daxilinizdə yaratdığımız süni etniklərə muxtariyyət hüququ verin, yəni parçalanın, biz də sizləri daha yaxşı sümürək...g
Bu günün özündə, ABŞ-İngiltərə-İsrail triosunun planını eynilə həyata keçirərək, Türkiyəni bölüb parçalamağın və bunun qarşılığında da padşahlıq idarəsini təzədən xortdadaraq padşah olmağın yuxusunu görən ağzı göyçəklər var. Onlar, Oğuz dövründə özülü qoyulan, dövlətçiliyimizi indiyə kimi hər cür bəlanın əlindən xilas edib bu günə kimi gətirib çıxaran bir sistemi məhv etmək niyyətindədilər. Kül başına ay Araz üstündən təzək atlanır. Bu yazıqlar Türkün daxili qüdrətini deyəsən yaxşı başa düşməyib, onu avam, başıxarab, qoyun sürüsü zənn edirlər..!
Oğuz zamanında tayfaçılıq anlayışı aradan götürülmüş, dövlətə milli kütlə vəsfi qazandırılmışdı. Qərblilər və onların quyruğuna ilişib siyasət xətti yeridən bəzi şərq dövlətləri, xüsusilə də ruslar, dövlətçiliyimizdəki bu anlayışı məhv etmək niyyətindədilər. Bu siyasətin Sovet dövründə şahidi olduq, həmin siyasət bu gün də unudulmayıb, bükülüb bir yana qoyulmayıb.
Oğuz zamanında ildə üç dəfə qurultay təşkil olunurdu. Bu məclislərdə müxtəlif dövlət məsələləri və kütlənin problemləri müzakirə edilirdi. Qurultayda hamı öz fikrini deməkdə azaddı, komandirlər də, yüksək rütbəli dövlət qulluqçuları da, hətta xaqan da təndiq oluna bilərdi, çünki o vaxt, tənqidin olmadığı yerdə tərəqqi ola bilməz anlayışı hakimdi. Oğuz vaxtından qalma bir atalar sözümüz var: "Gen libas geyindikdə cırılmaz, gənəşiklə inkişaf edən bilik isə pis nəticə verməz". Axırıncı səmavi din olan İslamın ulu peyğəmbəri Həzrət Məhəmməd də, "gənəşin, bir işi görməmiş bir-birinizin fikrinə qulaq asın" buyurmuşdu. Bu ideya, min illər qabaq Hun dövründə həyata keçirilirdi. İndi isə dövlətimizi eynilə şirkət kimi idarə etməyin yuxusunu görənlər törəyib.
Qəbrin nurla dolsun gözəl ozanımız:
"Ay ağalar gəlin sizə söyləyim
İndi zamananı pul dolandırır
əvvəl əyalına sahib olmayan
İndi katta olub el dolandırır..."
Hun dövründəki qurultaylar həddən artıq sakitlik içində aparılırdı. Kiçik qurultay Oğuzun çadırında, digər iki qurultay isə eşikdə təşkil olunurdu. Birinciyə xalqın və dövlətin nümayəndələri, digərlərinə isə bütövlükdə xalq da iştirak edirdi. Hər şəxsin və ailənin yeri müəyyəndi. Heç kəs bir digərinə məxsus yerdə əyləşə bilməzdi, çünki buna hüququ çatmırdı. Hər şey nizam intizam daxilində yeriyirdi. Xalqın tamamının və hətta uşaqların da iştirak etməsinə baxmayaraq qurultayda milçək uçsa səsi eşidilir, çıxışçıların, ozanların söylədiklərini hamı başa düşə bilirdi. Bu da Hun dövlətinin nə boyda nəhəng bir törəyə və əxlaqi səciyyəyə malik olduğunu sübut edir. Sonra bu qurultaylarda ox atma, güləşmə, cıdır müsabiqələri də təşkil olunurdu. Müsabiqələrdə uğur qazananlar Oğuz tərəfindən mükafatlandırılırdı. Bu da, ən mükəmmələ çatabilmək, ən üstün olabilmək fikrini hamıya aşılayar və kütlənin inkişafında, dövlətin güclənməsində aparıcı rol götürürdü.
Oğuz zamanında törələr dövlətin rəsmi qanunları kimi xalqın fikrində və ürəyində öz yerini tapmışdı. Şəxsi kin-küdurət bəsləmək və qisas almaq qəti qadağandı, buna uymayanlar o saat edam edilirdi. Yüngül cinayət işləyənlərin üzü qılınc və ya xəncərlə yazılırdı. Bu yara izi isə o şəxsin işlədiyi cinayət səbəbiylə cəzalandırıldığını, onu görənlərə xəbərdarlıq edirdi. Ən başlıcası isə cinayət işləyənlər üçün uzaq başı on gün ərzində ədalət divanı qurulur onlar hakim hüzuruna çıxarılırdı. Bir sözlə ədalət ən tez vaxtda təcəlli edirdi. Hakimlər, həç kəsin haqqını tapdalaya bilməzdi, elə etsə öz-özünü məhv etmiş olardı. İstanbulu tutan Osmanlı padşahı Fateh Sultan Məmmədə qazının dediyi, "qürurlanma padşahım səndən böyük Allah var" sözü də buna ən gözəl nümunədi.
Bəs indi necədi?
Sadəcə olaraq Türkiyədə böhtanlarla şərəfli Türk ordusunun başına gətirilən oyunlar, hakimiyyətin göstərişiylə haqqı tapdalayan hakimlərin qırdıqları qozlar hamıya məlumdu. Hüquq sahəsində çatdığımız mənzil budu... Minlərlə il eləydik, indi də beləyik. Atalar nahaq yerə deməyib, "Yol göstərəni qarğa olanın burnu dan çıxmaz..."
Oğuz Xaqanın bir digər xüsusiyyəti isə özü ilə bəyləri, ən başlıcası isə xalqı arasında hər hansı sərhəd yaratmamasıydı. O da xalqı kimi çadırda yaşayırdı. İnsanların sağlamlığına və xoşbəxt yaşamağına xüsusi fikir verirdi. Qonşu Çin ölkəsində olduğu kimi özünə saraylar, qəsrlər tikdirməmişdi. Bəs Atatürkə O tikdirmişdi?
Yalnızca Oğuz xaqanın çadırının qabağında yellənən xaqanlıq bayrağı ilə keşikçiləri, onun çadırını digər vətəndaşların çadırından fərqləndirirdi. Xalqı nə yesə, harda yatıb dursa, Oğuz da onu yeyir və o cür bir məkanda yatıb dururdu.
İndinin özündə də vətəndaşlarının qeydinə qalan, onların daha firavan bir həyat tərzinə qovuşması üçün gecəsini gündüzünə qatan dövlət rəhbərlərimiz mümkündür ki, var. Tanrı onlara yar və yardımçı olsun.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK