ANA SƏHİFƏ / YAZARLAR

İŞIĞI GENDƏN GƏLƏN

O həm də ruh adamıdı

37310    |   2015-04-15 18:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hamı kimi mənim də öz dünyam var və bu dünyanın da açar-kilidi öz əlimdədi. Sadəcə, ürəyimdəki adamlar bu açarın yerini bilirlər və onlar günün istənilən saatında heç bir narahatlıq hissi keçirmədən, necə deyərlər, əndişələnmədən o dünyanın qapısını açıb içəri daxi olur, özlərinə aid yerdə müsafir olurlar və mən də bundan bir məmnunluq duyuram. Axı adətən hər adamı evə qonaq aparmırlar və hər adamı da evdə qarşılamırlar. Əgər evinə qonaq aparmısansa və yaxud da evində qarşılamısansa, deməli, bütün bunların sənə uyğun gələn, sənin parametrlərinlə az-çox uzlaşan məqamları, nüansları var. Onsuz inanmıram ki, kimsə kimi isə evinə qonaq çağırsın, evində müsafir etsin...

Burda bir məqam da var. O da təsadüfdür. Necə deyərlər, qapını bir Allah qonağı döyər və sən də insanlıq naminə onun üçün qapı açarsan. Bax, bütün bunları düşünə-düşünə, necə deyərlər, ürəyimin ələyindən, xəlbrindən keçirib ağlımın süzgəcində durulayıb üzü içimdəki adamlara tərəf baxıram. Bu adamların yeri də gözəldi, o yerlərdəki duruşları da, davranışları da və halal haqları da. Həmin adamların arasında sən də varsan. Nə qədər qəribə olsa da, sən yaş baxımından onların hamısından kiçik olsan da, amma mənim üçün içimdə olan adam kimi onların hamısı ilə bir müstəvidə durursan... Bir çəkinin, bir ağırlığın, bir doğmalığın sahibisən və bunu...

İlk dəfə səninlə qarşılaşanda etiraf edim ki, daxilən bir qəribə hal keçirdim. Çünki baxışlarından, üz-gözündən o qədər işıq tökülürdü ki, mən onun gerçəkliyinə şübhə ilə yanaşdım. İnana bilmədim ki, cavan bir oğlanın gözündə, çöhrəsində ilk görüşdən bu qədər işıq ala biləcəm. Çünki zaman indi o qədər bir xaotik durumun ünvanına, mayasına çevrilib ki, adamların içində, çöhrəsində ya işıq azalıb, ya da onlar bu işığı bilərəkdən arxa plana keçirirlər ki, çox da diqqəti çəkməsinlər. Amma sən bunu etməmişdin. Necə vardın, o cür də çıxmışdın qarşıma. Və mən də yazdıqlarımı, indicə söylədiklərimi bir anlıq düşünüb elə bilmişdim ki, sən incəsənət adamısan, bir obraz yaradırsan. Amma xaloğlum Rafiq səni həkim kimi təqdim edəndə onda bayaqkı şübhəm bir az da artdı. İndi də fikirləşdim ki, yəqin insanların psixikasını, psixoloji durumunu yönəltməyi bacaran həkimsiniz. Bu yolla məni də "oxumaq", öyrənmək istəyirsiniz. Belə düşündüyüm bir məqamda xaloğlum onu da vurğuladı ki, Babək həkim çox əlidüşərli bir cərrahdı. Özü də həmyerlimizdi, Füzulidəndi...

Bəli, bu təqdimat məni artıq əməlli-başlı qürurlandırmışdı. İnanın ki, belə bir cavan oğlanın, özü də bütünlüklə işığa bələnmiş bir varlığın qarşımda dayanması, onunla tanış olmağım, onunla kəlmə kəsməyim və nəhayət bir süfrə arxasında özümüzdən, Qarabağ dərdlərimizdən, ədəbiyyatımızdan gen-bol danışıb bir-birimizin soykökümüzdən bugünümüzə qədər xəbər tutmağımız məni bütünlüklə rahatlığın layları arasında duyğulanmağa, fəxarət hissi keçirməyə kökləmişdi. Düşünürdüm ki, oğlumun adaşı olan bu gənc həkim həm el-obamıza, həm millətimizə Allahın mükəmməl bir hədiyyəsidir. Zaman göstərdi ki, mən bu düşüncəmdə yanılmamışam...

Bəli, o, Füzuli rayonunun Araz kənarında yerləşən Dilağarda kəndində doğulub, özü də ziyalı ailəsində. Atası Mehman müəllimlə anası Əfruz müəllimə həm kənddə, həm rayonda, həm də bu bölgədə öz alicənablıqları ilə, həm xeyirxahlıqları ilə, həm də yetirmələri ilə tanınıblar, seviliblər. Və bu gün də ömürlərinin müdrik çağında da onlar qonaq qarşılayıb məclis qurmağı, insanların hayına çatmağı, üstəlik də ali təhsil verdikləri övladlarıyla bir valideyn fəxarəti yaşamağı Allahın onlara lütfü kimi dəyərləndirirlər. Mən bunun canlı şahidi olmuşam...

Babək həkimlə 13-14 il bundan öncə tanış olduq, çörək kəsdik. Məhz həmin o gündən ona qanım qaynadı. Onun davranışı, onun məntiqi, xüsusilə səmimiyyəti, yəni məclis adamı olmağı mənim üçün bir tapıntı idi. Çünki mən onu bir əhli-hal kimi qəbul etdim və zaman-zaman da onu həm kənardan, həm daxildən bir yazı adamı olaraq incələdim, öyrəndim. Və gördüm ki, Babək yaşından çox-çox böyük insanlardan biridi. Elə bir insandı ki, o, qarşısında dayanana həm sayğı göstərir, həm davranışı ilə ondan sayğı qazanır, həm də bütün jestləri ilə hər kəsin diqqətini özünə çəkir. Ən qaraqabaq adam belə onun davranışından, onun söhbətindən, onun işığından dərhal dirçəlir. Yəni bir az obrazlı desəm, Babək həkimdəki müsbət aura bütün buzları əridir. Sanki o, adamların əhvalını müsbət istiqamətə tuşlamaq üçün bu dünyaya gəlib. Özü də tuşlamağa yox, həm də onları özünün şəfalı əlləriylə, savadlı yönətməsiylə ailəyə, cəmiyyətə qaytarmaq üçün doğulubdu Babək həkim.

Tanışlığımız get-gedə dostluğa, doğmalığa çevrilirdi. Bu da səbəbsiz deyildi. Yəni həm Babəkdəki müsbət çalarlar, həm bizim ortaq dostlarımız, həm də Babəkin ədəbiyyata sevgisi, mətbuata marağı bizi bir-birimizə doğru maqnit kimi çəkirdi. Üstəlik də mənim loğmanlara, təbiblərə olan həm səhhətimlə bağlı tələbatım, həm də bu sahənin adamlarının əksəriyyətinin intellekt sahibi olması demək olar ki, bizi artıq bir ailəyə çevirirdi. Burada bir nüans da var idi. O da Babək həkimin mənim ailəmlə, mənim də onun həyat yoldaşı, həm də cərrah olan Solmaz xanımla, eləcə də övladları və valideynləri ilə tanışlığım həmin o doğmalığı yüksələn bir xətt üzrə şaxələndirib genişləndirirdi. Günlərin birində mən təkcə özüm yox, həm də tələbə dostum barəsində oxuculara məlumat verdiyim Firudinlə birlikdə Babək həkimin doğulduğu evdə, valideynlərinin yaşadığı ünvanda qonaq oldum. Bax onda Babəkin həmin o mənim öz təsiri altına salmış psixoloji gücünün ipucunu tapdım. Gördüm ki, gendən gəlir bütün bunlar. Çünki...

Bəli, Beyləqanda, cəbhə bölgəsində 90-cı illərin əvvəlləri idi və qaçqın həyatı yaşayan doğmalarım da burada məskunlaşdıqlarından demək olar ki, rayonun mövcud problemlərini onlar da yaşayırdılar. Təqribən 1996-cü il idi. Özü də dekabr ayı. Bacım təcili əməliyyat olunmalı idi. Beyləqanda bu işi görəcək həkim tanımırdım. Yəni güvəndiyim bir kimsə yox idi. Fikir məni götürmüşdü. İş elə gətirdi ki, dostlar bir araya gəldik. Çay süfrəsi arxasında mənim fikirli olduğumu hiss edən Babək həkim nə baş verdiyini soruşdu. Məsələni açıb ona dedim. Gülümsədi.

- Elə buna görə dilxorsunuz? Çayınızı için. Sabah sübhdən yola çıxarıq. Əməliyyatı özüm edərəm, sonra da qayıdıb gələrik! - dedi.

Elə bil üstümə gün doğdu. Bir anlıq içimdəki fərəh hissi güvənc hissinə qovuşub məni tamam başqa bir adama çevirdi. Məclisin də ovqatı dəyişdi. Elə oradaca Firudinə zəng vurdum. Səhər saat 6-ya vaxt təyin etdik. Sonra da Beyləqanla əlaqə saxladım. Bacımı xəstəxanaya yerləşdirmələrini tapşırdım...

Səhər deyilən vaxt yola çıxdıq. Biz Beyləqana çatanda artıq xəstəxanada gərəkli işlərin hamısı görülmüşdü. Babək həkim birbaşa əməliyyat otağına getdi. Bir neçə saatdan sonra o, əməliyyat otağından çıxanda mən xalatımın üstündəki bir neçə damla qana və bir də gözlərinə baxdım. Gözlərində həmin o təbəssüm, amma üzündə bir az yorğunluq var idi. Ona baxdığımı görüb:

- Hər şey əla oldu. Narahat olma

ya bilərsiniz, - dedi.

Lap sonralar öyrəndim ki, Babək həkim bir anda iki əməliyyatı gerçəkləşdirib. Amma bunu mənə deməyib. İstəməyib narahatçılıq yaratsın. Üstəlik də özünə güvəndiyindən, işini səliqəli gördüyündən heç nə dilə gətirməyib. Və mən onun icazəsi ilə reanimasiya otağına köçürülən bacıma yaxınlaşıb halını soruşdum. Gözləriylə yaxşıyam dedi.

İnanın ki, həyata yenidən qayıtmış bir ovqatla xəstəxanadan çıxıb bir stəkan çay içmək üçün yaxınlıqdakı yeməkxanaya gedəndə mən elə bil ki, yerimirdim, uçurdum, havadaydım. Süfrə açıldı, çay gələndə yadıma düşdü ki, biz səhər də çay içib çörək yeməmişik. Ona görə də səhərlə günortanı bir-birinə qatdıq. Yanımızda əyləşmiş Firudin də bir yorğun görkəmiylə bizə elə baxırdı ki, sanki bütün bunların onsuz baş verdiyinə etiraz edirdi. Bax, mən onda Babək həkimin hansı duyğunun, hansı diqqətin sahibi olduğunun bir daha hiss etdim, gördüm. Belə ki, əlimdəki badəni yuxarı qaldıran Babək həkim gözləmədiyim halda:

- Əbülfət müəllim, deyirəm bəlkə bu gün şəhərə qayıtmayaq? Firudin müəllim də bir istirahət eləsin. Yoxsa biz yeyib-içirik, o da kənardan dayanıb baxır, - dedi.

Bu təklifə məndən öncə Firudin:

- Həkim, bunu bayaqdan söylə də, - dedi.

Beləcə, məclis artıq necə deyərlər, bütün iştirakçıların ürəyincə olan bir durum aldı. Biz süfrədən qalxanda arıtq toran qarışmışdı. Necə deyərlər, tək-tək ulduzlar da görünürdü. Etiraf edim ki, doğmalarımın yaşadığı mənzillərdə Babək həkimi yerləşdirmək, yəni bu qaçqınların sığınacağında onun da müsafir olması məni çörək yediyimiz anda da düşündürmüşdü. Qərar vermişdim ki, mehmanxanaya gedərik. Babək burda da məni "oxudu"... burda da məni qabaqladı. Maşına yaxınlaşanda:

- Bizim kəndə gedəcəyik. Həm ağsaqqallarla görüşə, həm də Arazın mehi vursun bizi! - dedi.

Bəli, biz Mehman müəllimin qapısını döyəndə artıq kənd yatmışdı. Amma Əfruz müəllimə ilə Mehman müəllim qonaqlarını gözləyirdi. Otaqda odun sobası elə çırthaçırtla yanırdı ki, elə bil bu evdə hər şey bir hərarətə, bir sevgiyə bürünübdü. Qarşılanma da, açılmış süfrə də, otağın özünün temperaturu da. Əməlli-başlı bir harmoniya idi. Samovar da süfrənin yuxarı başında öz zümzüməsini edirdi...

Sübh yuxudan oyananda yenə sobanın eyni qaydada yandığını, yenə süfrənin eyni qaydada açıldığını və səhər yeməklərinin bizi gözlədiyini gördüm. Mənə elə gəldi ki, həmin gecə Əfruz müəllimə ancaq oğlunu və onun qonaqlarını düşünür. Onların rahatlığı üçün çeşid-çeşid yeməklər hazırlayır, süfrə bəzəyibdi. Mən bu evdə bir daha anladım ki, gendən gələn nədisə, o insanın əməlində də, üz-gözündə də hətta nitqində də özünü büruzə verir. Deməli, Babək həkimin canında-qanında olan işıq məhz bu valideynlərdən qaynaqlanıbdı, bu evdən, bu ocaqdan pərvəriş tapıbdı...

Bu gün tibb elmləri namizədi, Tibb Univesitetinin aparıcı müəllimi olan Babək Zeynalov həm də mənim içimdə bir işıq ünvanıdı. Mən demək olar ki, ən xoş anımdan tutmuş ən narahat anıma qədər içimdə. Ailəmdə baş verənlərin hamısını onunla bütün çılpaqlığı ilə, bütün səmimiyyətimlə bölüşürəm. Üstəlik, onun təkcə həkimliyi, ziyalılığı yoxdu. Həm də yoldaşlığı, insanlığı məni öz aurasında saxlayır. Heç də təsadüfi deyil ki, o, həm mənim dostum, həm ailəmin üzvü, həm içimdə olan adam, həm də ailəmizin həkimidi. Üstəlik, onun hər bir uğuru bizim ailənin uğuru qədər doğmadı. Və bu 15 ildə mən onu təkcə görüb tanımadım, həm də kəşf etdim. Düşünürəm ki, yalnız işıqlı adamlar kəşf olunurlar. Onlardan biri də Babək həkimdi!..

Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK