hacklink Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | QARABAĞ 1988-2010 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ 1988-2010

(Altıncı yazı)

26261    |   2010-08-28 06:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Düşmənim düşmənçiliyindən əl çəkənə kimi mən də onun amansız düşməniyəm.
   
   
   
   Atatürk
   
   
   
   ...Adalətin olmadığ yerdə insanlıq da olmaz. Əgər bir yerdə ədalət hamıya eyni səviyyədə çatdırılmırsa, deməli insanlıq orda böyük bir zərbə yeyibdir.
   
   Xocalı Soyqırımı, 21-ci əsrin bədnamlığıdır, alnına yaxılmış qara ləkədir. Bağışlayın cümləni səhv qurdum, "Xocalı Soyqırımı, özünə böyük dövlət deyən müstəmləkəçi zehniyyətə malik, insanlıqdan bir çimir də payına düşməmiş dövlətlərin və bu dövlətlərin hökümətlərinə insan olduqlarını sübuta yetirəcək bəşəri reaksiyasını göstərə bilməyən insanların bədnamlığıdır, onların alnına yaxılmış dünya boyda qapqara bir ləkədir..."
   
   Xocalı Soyqırımı üçün başlatdığımız dava-dərman və tıbbi vəsait kampaniyasında yığdığımız şeyləri Naxçıvanla Türkiyə arasındakı rabitəni təzəlikdə təmin etməyə başlayan müvəqqəti Həsrət Körpüsündən qarşılayıb təhvil almaq və Xocalı Soyqırımından xilas olanlarla müsahibələr götürmək məqsədiylə Bakıdayam. Yazıçı dostum Mövlud Süleymanlının maşını ilə hər Allahın günü yataqxanalarda, istifadə edilməyən vaqonlarda, çadırlarda və müvəqqəti barınaqlarda məskunlaşdırılan qaçqınlarla, xəstəxanada müalicə olunan yaralı xocalılarla müsahibələr götürürəm. Bir yataqxanaya gedirik (əlaqə saxlayıb özündən icazə ala bilmədiyimə görə hörmətli xanım müsahibimin adını yazmayacağam). Yataqxananın müdirəsi orda təzəlikdə məskunlaşdırılan və iki nəfərlik otaqda 8-10 yaşlarındakı oğlu ilə qalan Xocalı sakini bir xanımın adını çəkib deyir: "Yazığın 19 yaşlı oğlu Erməni vəhşilərinin əlinə əsir düşüb, həyat yoldaşını gözünün qabağındaca şəhid ediblər, əsirlərin mübadiləsi olacaqmış, oğlundan bir xəbər tutmaq üçün gedib, hardasa indi gələcəkdi"-deyir və bizi otağa qoyub çıxır. Biraz sonra koridorda yeriyən insanların ayaq səsləri oturduğumuz otağa yaxınlaşır və düz qapının ağzına çatanda bizlərdən xəbərsiz hönkürə hönkürə ağlayıb müdirə xanıma deyir":Bədbəxt ömür yoldaşım, mənə, yaxamdan əl çək, oğlumuzu xilas etməyə gələ bilmərəm, sənə kömək olacaq halda deyiləm, məndən küsmə, məni bağışla, gələ bilmərəm... dedi..!"
   
   Qapını açıb içəri girdikdə başından sanki qaynar sular tökülmüş hala düşmüş bizləri ayaq üstə özünü gözləyər şəkildə gördükdə o saat gözyaşlarını silir, bütün izdirablarını içində boğub Türkün anasına yaraşan vüqar və Qarabağlı türkün əsalətinə yaraşan bir nəsakətlə "xoş gördük qardaşlar"-deyir. Biraz sakitləşdikdən sonra müsahibəyə başlayıram. 366-cı Rus Motoatıcı Piyada Alayının köməyi ilə hayların hücumundan, o dəhşətli vəhşət gecəsindən danışmağa başlayır. Dedikləri isə heçbir sözlə təsvir edilə bilməyəcək dərəcədə dəhşətli bir soyqırımdır. Axırda bunları deyir: "O qırğında həyat yoldaşımı gözümün qabağında şəhid etdilər. Əslində o bizim qaçıb qurtulmamız üçün özünü fəda elədi. 19 yaşlı oğlum da bizim ermənilərin əlinə düşməməmiz üçün əsir oldu, erməni vəhşilərini özünə tərəf çəkmək üçün bizimlə əks istiqamətdə qaçmağa başladı və onları bizdən araladı. Gördüyünüz bu balamla meşədə gizləndik və qaçıb xilas olub Allahın da köməyi ilə Ağdama çatdıq. Dünən həyat yoldaşım yuxuma girmişdi. Mənə -Oğlumuzu xilas eliyə bilmərəm. Daha o gücüm və taqətim yoxdu, gəlib sənə kömək ola bilmərəm, məndən bunu gözləmə, niyə yaxamı buraxmırsan məni incidirsən..." deyirdi. Oyandım ki, yuxudur. Gördüyünüz kimi getdiyim yerdən də əliboş qayıtdım. Dağ boyda oğlum vəhşilərin əlində əsirdi. Ya Rəbb sən bizə kömək ol.." Hönkürüb ağlayır.
   
   Rəsmi rəqəmlərə görə bu soyqırımda ölənlərin sayı 613, girov götürülənlər 1275, itkin düşənlərin sayı 150"dir. Halbuki Xocalıda 2605 ailədə cəmisi 11. 365 adam yaşayırdı. O vaxtlar Dağlıq Qarabağ bölgəsində komandirlik eləyən Markar Melkonyan adlı Hay zabiti Xocalı Soyqırımı barədə gündəliyinə bu sözləri yazıb: "Xocalı, strateji bir məqsəd olmaqdan savayı eyni zamanda bir intiqam hadisəsi idi...!"
   
   1948-ci ildə BMT-nin Soyqırım Cinayətlərinə Mane Olunması və Cəzalandırılması Sazişinin 2-ci maddəsinə görə ortaq Rus-Hay qüvvələri Xocalıda soyqırım törətmişdir. Hardadır BMT?! ATƏT, Uluslar Arası əfv Təşkilatı və digər uluslar arası qurumlar harda itib batıb?! Özlərinin mənafei olanda gur-gur guruldayan Qərbli və Şərqli (sadəcə olaraq fiziki gücü) böyük (?!), insan hüquqlarının müdafiəçisi (?!), demokratik dəyərlərə hörmət göstərən (???), əsrin ən böyük soyqırımı qarşısında 1992-ci ildən üzübəri hansı işi görüb?! Bir milyondan artıq Azərbaycanlı qaçqın iptidai barınaqlarda və çadırlarda yaşayır, torpaqları isə işğal altındadı. Vətənləri Rus ordusu tərəfindən əllərindən alınaraq haylara hədiyyə verilib, adına da "ermənilər işğal etdi (???)" deyilib. Belə bir dünyada ədalətin və insanlığın varlığından kim söhbət eliyə bilər?
   
   Anadan olduğum İgdirin Dizə kəndində dörd-beş yaşındakı bir uşaq yıxılıb bir tərəfini incitdiyində zırın-zırın ağladıqda "pahooo erməni qan gördü" deyən kimi o uşaq erməni kimi qorxaq olduğunu özünə sığışdıra bilməz və o saat ağlamağını kəsər. Bir uşağın belə qorxaqlığından xəbərdar olduğu erməni, Azərbaycan Türkünün torpağını işğal edəcək, Xocalıda əsrin soyqırımını törədəcək cəsarəti hardan tapa bilərdi?!
   
   Dava-dərman Naxçıvana gəlir, o vaxt Naxçıvan Muxtar Cümhuriyyəti Məclis Sədri olan böyük dövlət və siyasət xadimi mərhum Heydər Əliyev ilə müsahibə götürür, çox qısa bir müddət ərzində vəfalı Anadolu Türklüyünün bağışladığı 420 min dollarlıq tibbi vəsait və dərmanları təhvil alıb yük təyyarəsi ilə Bakıya aparıram. Hakimiyyətdəki Xalq Cəbhəsi Lideri Mərhum əlçibəyə gedib gətirdiyim ilkyardım vəsaitləri ilə dərmanların bir hissəsini Qarabağa cəbhəyə aparmaq istədiyimi və bir maşın vermələrini xahiş edirəm. Mərhum Elçibəy əmr verir bir həlikopterlə 1988-ci ildə ürəyi həsrətlə və sevgiylə dolu getdiyim Ağdama indi isə vətənlərini yağı düşməndən qorumaq üçün döyüşən Azərbaycanlı Məmmədçiklərə dava-dərman aparıram. Nə dəhşətli təzadlarla dolu bir dünyadı ya Rəbb...! Həlikopter yerə enir. Ağdam ölü bir dünyaya oxşayır, evlər, küçələr lal və kar. Xalqı şəhərdən çıxarıblar, sadəcə döyüşçülər var, bir də şəhərin idarəçiləri. 1988-ci ildəki Ağdam, küçələrində ürəyi ümid dolu və xoşbəxt insanların yeridiyi, oturub söhbətləşdiyi bacı qardaşlarımın Ağdamı gəlib bir sinəma pərdəsi kimi gözümün qabağında canlanır, ürəyimi min yərdən tikə-tikə doğrayırlar sanki. Raykom katibi, komandir Allahvərdi Bağırov əsir və meyid mübadiləsinə getdiyinə görə müavini, daha sonralar oğlu şəhid olduğu vaxt ağlayan həyat yoldaşını acılayaraq, "Vətən üçün şəhid olan bir igid üçün ağlanarmı, ağlayıb şəhidimizin ruhunu incitmə..!" deyən, məndə ömrüm boyu unuda bilmiyəcəğim bir xatirəsi olan Qatır Məmmədlə, döyüşçülərlə müsahibələr götürürəm, dava dərmanları aparıb cəbhədə paylayıram, səhra xəstəxanasına verirəm. Ertəsi gün əsir mübadiləsi olacaq, gecə Ağdamda qalıram. Səhər ertədən durub şəhəri küçə-küçə gəzirəm və hər addımda sanki əl salıb ürəyimi kökündən qopardıb təkrar yamayır, təkrar qopardırlar, sinəm od tutub yanır. Binalar, "biz yetim qaldıq, yardımsız qaldıq, ümidsiz qaldıq, dadımıza çatan olmadı.." deyə deyinib hayqırır sanki. Günortadan sonra mərhum şəhid komandir Allahverdi Bağırov ciddi cəhdlərlə bir neçə əsir və yeddi meyidi götürüb şəhərə gətirir. Plastik torbalardakı meyidləri bir binaya aparırlar, ordayam. Ağı deyən qadınlar, əsirlikdən dönən oğullarını qarşılayan atalar, qardaşlar, qohumlar... Gözümün nuru Ağdam, gözümün qabağında bir insanlıq dramını yaşayır, mənim isə onlara ürəyimcə olacaq köməkliyi edəcək gücüm yoxdur. Dözüləsi duyğu deyil...! 60-65 yaşlarında bir ata ən dibdəki meyid torbasına yaxınlaşır və torbanın sürgüsünü yavaşca dartıb açır. 190 boyunda, üzünü qapqara şəvə kimi tük bürümüş, gözləri yarı açıq oğlunun boynuna qolunu salıb yavaşca və incitmədən qaldırıb bağrına basır, üzündən gözündən öpüb hönkürür.
   
   
   
   Əzizim Dağıstana
   
   Yol gedər Dağıstana
   
   Necəsən bir ah çəkəm
   
   Ahımdan dağ istana...!
   
   
   
   Şəhidimizin fotosunu, onu qucağına alan atasıyla birlikdə çəkirəm. Bu dağ boyda igidimiz əsirlikdə acından öldürülüb. Azərbaycan isə əsirlikdə olan ermənilərə xüsusi menyu ilə hər öynə yemək verilirdi. İki xalq arasındakı insanlıq fərqi... O gün əsirlikdən qayıdan bir Azərbaycanlı ilə müsahibə götürürəm, "Bizə iki gün üçün bir dilim çörək, gündə üç öynə su, onu da qab və stəkan kimi şeylərlə yox, bizə işgəncənin bu növünü də daddırmaq üçün ayaqqabımızda verirdilər" deyir.
   
   Belələrinə kim insan deyə bilər?!
   
   Xocalı Soyqırımında gözlərinin qabağında anası güllələnən, atası ağaca bağlanıb diri-diri yandırılan 12 yaşlı Xəzangülün, hamilə qarnı yarılıb balası çıxardılıb nizəyə sancılan anaların, ata-analarının gözü qabağında dəmir borunun içinə doldurulub iki tərəfi də qaynaqla bağlanan və o borunun içində havasız qalıb çırpına çırpına şəhid edilən 71 balanın, vəhşicəsinə qətlə yetirilən çağaların, nənələrin, babaların ədalətini kim təmin edəcəkə Doğrudan da, əlində kütləvi qırğın silahları vardır deyə əfsanəvi yalanlar uydurub ölkələr işğal edərək əvvəlcə neft buruqlarının təhlükəsizliğini təmin edən, buralardakı yeraltı sərvətlərini əbədilik özlərinə ayıran, illərlə sümürdüyü torpaqlara öz yiyələri sahib çıxanda da Xocalı Soyqırımı kimi bir qırğına şərik olan dövlətlərin; bu dövlətlərin idarəçilərinə bir kəlmə söz də deməyən, yolunu azıb isti dənizlərə girdiyinə görə hökümətlərini nümayişlər təşkil edərək ağ balinanı xilas etməyə məcbur edən ancaq Xocalı Soyqırımı üçün tükünü də tərpətməyən, orda qətlə yetirilən insanlara bir balinaya göstərdiyi həssasiyyəti belə göstərməyən xalqların olduğu bu dünyada ədalət deyilən şeyin varlığından kim söhbət aça bilər?!
   
   ATəT-in təşkil etdiyi Minsk Qrupu iyirmi ilə yaxındır nə iş görüb, hansı ədaləti təmin edibə Amerikalı, Fransız və Rus nümayəndədən təşkil olan bu qrupa illərdir təkid edilsə də Türkiyəli bir nümayəndə niyə alınmırə Türkiyənin və Azərbaycanın ortaq səsi niyə eşidilmirə İkidə birdə niyə Türkiyəyə təzyiq edilir ki, ermənistan qapılarını aç onlar, dədə-babalarının bir vaxtlar üsyan edərək arxadan xəncərlədikləri Türklərin yurdundan, onların zənginliyindən mənfəətlənsinlərə Azərbaycanın işğal altındakı torpaqları üçün niyə ki bir dənə də düzgün addım atılmazə Dərisindən xəz tikilən heyvanlar üçün yaradılan vəlvələnin-zəlzələnin mində biri də Azərbaycanlı qaçqınlar üçün niyə yaradılmaz? 1915-ci ildə Osmanlı Dövlətinə üsyan etdiyinə görə erməni rəhbərləri tutulub həbsə salındı deyə ona "soyqırım???" adını qoyub məclislərində utanmadan, üzləri də qızarmadan qərarlara yetişən ölkələrə və xalqlarına, insan hüquqlarına hörmətkar, həssas, demokrat deyilə bilərmi?!
   
   Doğrudan da bu dünyada ədalət deyilən şey vardır ki?! Özlərinə, "demokrat, insan haqlarına hörmətkar, adil" titrini yapışdıran əsrin eybəcər surətli imperialist dövlətlərinə və millətlərinə güvənilər ki?!
   
   Yerin nurla dolsun ulu şairimiz Məmməd Araz...
   
   
   
   "Buyruqlara sığışmayan inaddım
   
   Çox qanadlar yorub salan qanaddım
   
   Ulduzlara barmaq silkib, daş atdım
   
   Nizamlara baş əyməzdi
   
   nizamım..."
   
   
   
   (Davam edəcək)


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK