Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SÖNƏN ULDUZLARIN İŞIĞINDA Adalet.az | SÖNƏN ULDUZLARIN İŞIĞINDA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SÖNƏN ULDUZLARIN İŞIĞINDA

(Kənd lövhələri)

20951    |   2010-08-14 00:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Təkcə ulduzlar yerindədi. Özləri də qara parça üzərinə səpələnmiş gümüşü muncuqlar kimidilər. Göy yerə daha yaxındı buralarda. Əl uzatsan çatacaq qədər yaxın. Qırx-əlli il əvvəl necə idilərsə, harada dayanmışdılarsa, indi də elədilər. İrili-xırdalı soyuq-soyuq sayrışırlar, arada da sanki adama göz qırpırlar. Həyətə düşən kimi başımı qaldırıb onlara baxardım. Elə bilirdim ki, məni görən kimi bir az da aşağı enib gülümsəyirdilər, "nə yaxşı ki, sən göründün, bayaqdan burda darıxırıq" deyirdilər. İndi lap çox sevinməli olmalıdılar. Axı, məni aylarla görmürlər. Bilirəm ki, məndən başqa heç kəs üzünü göyə tutub onlara gülümsəmir. Aldadıcı mənzərədi. Onlar yerə bizə görünən qədər yaxın deyillər. Dəyişməz olduqlarını da kimsə deyə bilməz. Bəlkə çoxu neçə min il bundan qabaq sönüb, qaralıb gedib, nəhəng kainatın qoynunda neçə-neçə ulduz dünyası dağılıb. Amma işığı hələ yaşayır...Bizə qədər gəlib çatır. Biz də onun mövcudluğuna inanırıq. Bu sayrışan ulduzların hansının həqiqi, hansının "ölü" olduğunu ayıra bilmirik. Heç istəmirik də. Belə gözəl yalanın kimə zərəri var?! Gözümüz görür, könlümüz zövq alırsa, niyə dərinlərə getməliyik? Aldandığımız gözəlliklərin ən zərərsizi də elə budu, bəlkə...
   
   Kəndin yarıqaranlıq gecələri göylərin sirrini bir az da artırır, cazibədar, müəmmalı edir. Gündüzkü bürküdən sonra sərin-sərin yellər ruha təskinlik gətirir. Ay da xəfif duman içində uzaqlarda dolaşır. Yaxşı ki, Ay hələ özüdü. Nə zamansa, onun da təkcə işığı qalsa, dünyamızın nə günə düşəcəyini təsəvvür etmək belə mümkün deyil. Çox-çox uzaqlara getdi xəyallarım. Yerə enmək lazımdı. Günəş kəndin o başından qalxıb bu başında batanacan tozlu torpağından təndir kimi od qalxan yerə...Vaxtı ötürmək, günü batırmaq olmur bu vaxtlarda. Nəsə oxumasan uzun yay günü vurnuxacaqsan. Özümlə kitab götürmüşəm. Valerii Voskoboynikovun "Böyük loğman" kitabını. İbn Sina haqqındadı. Sərin künc-bucaq tapan kimi çəkilib oxuyuram. Miladi tarixlə təxminən min il bundan əvvəlki Buxaraya, Xarəzmə bu günün gözüynən baxmaq adama bənzərsiz zövq yaşadır. Gözləyirəm ki, bəlkə kimsə maraqlanıb bu isti havada həvəslə oxuduğum kitab haqqında suallar verər, mən də duyduğum hissləri məmnuniyyətlə bölüşərəm. Amma kimsədən səs çıxmır. Arvadların onsuz da işləri başdan aşır. Qışa tədarük görürlər. Mürəbbə bişirməyin, kompot bağlamağın, şoraba qoymağın, tomat düzəltməyin əsl vaxtıdı, axı. Heç bir kitab onları acgöz, sərt qışdan xilas edə bilməz. Oxumaq, öyrənmək indiyəcən kimin qarnını doyurub ki?! Yeniyetmələrin, cavanların isə nəinki kitab oxumağa, heç aylardan bəri üzünü görmədikləri bibiləriynən söhbət eləməyə belə həvəsləri yoxdu. Xeyli susqun, məşğul görünürlər. Şagirdli-tələbəli hamısının barmaqları mobil telefonların düyməciklərini döyəcləyir. Anaları şikayətlənir ki, bunların nə gecələri, nə də gündüzləri var, işləri-peşələri çatlara girib axmaq-axmaq mesajlar oxuyub-yazmaq, biabırçı şəkillərə baxmaqdı. Heç yerdə gözümə kitab-dəftər dəymir...
   
   O uşaq isə belə deyildi. Elm, bilik adına qulağına çatan hər sözü-söhbəti acgözlüklə dinləyir, öyrənmək naminə yaxın-uzaq, isti-soyuq bilmədən lazım olan hər yerə gedirdi. Evklidin, Ptolomeyin, Aristotelin, Hippokratın, Kopernikin, Fərabinin əsərlərini oxuyur, əlinə düşən qəpik-quruşu onların kitablarına verirdi. Bu həvəs və biliklərə həsr olunan aylar, illər onu astronom və riyaziyyatçı, şair və yazıçı, musiqi nəzəriyyəçisi, filosof və ən nəhayət öz zamanından bəri bütün dövrlərin ən Böyük Loğmanı elədi...
   
    "...-Belə bir şeyi soruşmaq müəllimə layiq olmasa da, bir sualıma da cavab ver: mən çox öyrənmək istəyirəm ki, bütün bu biliklər nəyinə gərəkdir, nə üçün gecələr yuxuna haram qatıb kitab oxuyursan? Bəlkə, atanın pulu azdır? Və ya eviniz pisdir? Doğrudanmı, başa düşmürsən ki, bilik adama xoşbəxtlik vermir? Sən daim əzab-əziyyət çəkəcək, həmişə öz-özünü üzəcəksən-bax, səni bunlar gözləyir. Doğrudanmı, sən bunu hələ başa düşməmisən?
   
    -Lakin mən başqa cür edə bilmərəm,- deyə Hüseyn cavab verdi. Qoca isə birdən belə fikirləşdi: "O, əsla balaca deyil, sadəcə olaraq balaca görünür. Ola bilsin ki, məndən də böyükdür".
   
    -Heç olmasa, az da olsa yeni bir şey öyrənməsəm, bir saat belə yaşaya bilmərəm,-deyə Hüseyn davam etdi,-mən aləm haqqında daim yeni bir şey öyrənməliyəm, əks təqdirdə sadəcə olaraq yaşaya bilmərəm.
   
    -Taleyin çox ağır olacaq. Lakin bir vaxt, min ildən sonra adamlar sənin haqqında danışanda mənim-Natilinin də adını yad edəcəklər. Axı, az da olsa mən sənə bilik vermişəm..."
   
   Bu parçanı oxuyanda damarlarımda qanım donurdu. Müəllim öz şagirdinə nə qədər heyran olsa da, onunla qürur duysa da, qəlbi narahatdı. Bu qeyri-adi uşağın başına nələr gələcəyini indidən görür və həyəcan keçirir. Amma şagirdi bu yoldan dönmək fikrində deyil. Deməli, elm, bilik ardınca o adamlar gedir ki, onlar sadəcə olaraq başqa cür yaşamağı bacarmırlar. Bu barədə heç düşünmək belə istəmirlər. Müəllimi isə onun həyatı qorxudur. Bilir ki, bütün dövrlərdə cəmiyyət bilikli adamları əzməyə, sındırmağa çalışıb...
   
   Bəlkə bizim bu uşaqlar da oxumamaqda haqlıdılar?! Bəlkə onlar bizdən daha ağıllıdılar? Ağıllı, yoxsa bədbəxt?! Bilmirəm. Cavab tapmaqda acizəm. Bircə onu bilirəm ki, dünya kitablarsız çox cılız görünərdi...
   
   
   
   ***
   
   Torpaq yolla ana nənəmgilə gedirik. Qardaşım söhbətcil deyil, amma nəsə demək istəsə də, eşitməyəcəyəm. Çoxdan şirin, ömrün heç bir çağıynan müqayisə edilməyəcək uşaqlığıma qovuşmuşam. Düz dördüncü-beşinci sinifdə oxuyandan bu yolla nənəmgilə gedib-gəlmişəm. İndii nə yol əvvəlkidi, nə də yolun sağındakı, solundakı evlər. Çoxu ikimərtəbəli daş evlər, daş hasarlar adamları elə gizlədib ki, özünü yad eldə-obada hiss edirsən. Onda belə deyildi. Hər dəfə bax, o qabaqdakı arxdan çiynində səhəng, qolunda vedrə su gətirən bir qız, ya gəlin qabağıma çıxardı. Xoş üzlə hal-əhval tutub evimizdəkilərin hamısını bir-bir soruşardı. Anamın tay-tuşları mütləq salam-dua göndərərdilər. Başqa biri çəpərdən boylanıb şirin dilnən":Bu istidə hara gedirsən, ay qızım? Qayıdanda məni səslə, bir az alçadan, ərikdən verim, apar bacı-qardaşlarınnan ye". Heç kişilər də gözə dəymir ki, indi...Halbuki günün bu çağında hamı həyət-bacada, kəndarası yollarda olurdu. İnək-camışı naxırdan alıb mal yatağına gətirən kim, qoyun-quzunu bir az da otlasın deyə ur olmuş bostana ötürən kim. İndi tək-tük maşınla ora-bura gedənlərdən başqa yolda kimsə gözə dəymir...
   
   Kim deyir ki, mobil rabitə, kompüter insanları yaxınlaşdırır, ağılagəlməz şeyləri mümkün edir?! Əksinə, uzaq əsrlərdə tozlu yollarla elm dalınca gedənlər nəinki dünyanın o başını, hətta uzaq-uzaq dünyaları da bizdən yaxşı öyrənib tanıyırdılar. Bəlkə müasir texnologiyalar gələcəyi bir az da yaxınlaşdırır, asanlaşdırır. Ancaq bəşəriyyətin dünəni də var, axı... Onu kompüterlərlə öyrənmək olmaz. Ondan ötrü sönməyən ulduzların işığını sönən ulduzların işığından ayırmaq lazımdı. Nə qədər çətin olsa da...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK