ANA SƏHİFƏ / YAZARLAR

DƏNİZİN DALĞALARI...

17009    |   2010-07-31 09:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Göydən "od yağır", insanlar isə belə havadan başını götürüb müxtəlif sərin yerlərə qaçmağa daha çox üstünlük verirlər. Adətən, bir balaca imkanı olan insan o dəqiqə isti havalarda yaxşı bir sərin yer tapıb dincəlir. Sərin yer tapa bilməyənlər isə Xəzərin müxtəlif çimərliklərinə üz tuturlar. Dənizdə çimmək gözəl şeydir. Axı onun mirvari dalğaları və narın qumu insanın əsəblərini yaxşıca sakitləşdirir və adamın daxilində bir xoş ovqat yaradır.
   
   Amma bu gün dəniz istirahət etməkdən çox bəzilərinin sanki canını almaqda davam eləyir. Xilasedicilər çimərliyə gələn insanlara yalvarıb-yaxarıb deyəndə ki, qadağanedici zonadan qabağa getməyin, buna çoxları məhəl qoymur. Hətta bəziləri xilasedicilərin bu fikirlərinə etiraz əlaməti olaraq, onların dediklərini qulaqardına vurur və özləri bildikləri kimi hərəkət eləyirlər. Bir bədbəxt hadisə baş verəndə də o dəqiqə xilasedicilərin yaxasından yapışıb deyirlər ki, niyə bizim adamı boğulanda sudan çıxarmadınız? Xilasedicilər isə bildirirlər ki, bizim nəzarət etdiyimiz çimərliklərdə çox nadir hallarda ölüm hadisəsi baş verə bilər. Çünki biz hər an çimərlikdə olan insanların dənizdə çimməsinə nəzarət eləyirik, onlar dərinliyə gedəndə, üstəlik də xəbərdarlıq eləyib bildiririk ki, qadağanedici zonanı keçmək olmaz. Axırda əlacımız kəsilir, katerlə həmin zonaya gələrək qadağanedici yeri keçən insanları geri qaytarırıq.
   
   Bu Bakı çimərliyində fəaliyyət göstərən bir xilasedicinin fikridir. Artıq iyul ayının son günləridir. Amma buna baxmayaraq, indiyə kimi Xəzərin müxtəlif çimərliklərində və ölkənin çaylarında, göllərində, müxtəlif su hövzələrində 60-a yaxın insan boğularaq ölüb. Yüzdən çox adamı isə çimərliklərdə fəaliyyət göstərən xilasedicilər ölümün pəncəsindən qutarıblar. Təəssüf ki, çimərliyə gedən insanların bir çoxu məsuliyyəti yaddan çıxarırlar. Onlar ya spirtli içki qəbul edib suda çimir, ya da həyatlarını risq qarşısında qoyaraq suyun dərinliyinə baş vururlar. Elə xilasedicilər də onu bildirirlər ki, suda boğulanların xeylisi spirtli içki qəbul edənlərdir. Artıq hər gün sanki dəniz, çaylar və göllər bir neçə insanı "udmalıdır". Dənizə gedənlər isə heç də bu cür hadisələrdən nəticə çıxarmaq istəmirlər. Xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymayıb özləri bildikləri kimi hərəkət eləyirlər.
   
   Bir faktı da qeyd edək ki, dənizdə boğulma halları ya xilasedicilərin xidmət göstərmədiyi və çimmək qadağan edilən çimərliklərdə baş verir, ya da xilasedicilərin iş vaxtı başa çatandan sonra axşam və gecə saatlarında olur. Təbii ki, buna görə heç də xilasediciləri qınamaq lazım deyil. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bütün çimərliklərdə hər cür texnika və avadanlıqla təchiz edilib. Xüsusən də dövlət çimərliklərində onların fəaliyyəti çox yüksək səviyyədədir. Dənizdə bir balaca dalğa olanda o dəqiqə xilasedicilər deyirlər ki, belə havada çimmək olmaz. Amma buna baxan kimdir. Bir də görürsən ki, cavan bir oğlan, yaxud da orta yaşlı bir kişi soyunur və girir dənizə.
   
   Son vaxtlar dənizin dalğalı vaxtında çimən və bu zaman boğulan bir neçə insan xilasedicilərin köməyi ilə sudan çıxarılıb. Görəsən, bu başqalarına bir ibrət dərsi olacaqmı? Təəssüf ki, yenə bəziləri öz bildiyini eləyirlər. Yəni kefləri necə isdəyir, elə də hərəkət etməyə çalışırlar. Sanki bir çoxları çimərliklərdə gəlib öz həyatlarına vida demək istəyirlər. Bax, bunu başa düşmək olmur. İnsanlar bir şeyi başa düşməlidir ki, dəniz şıltaqlığı, zarafatı və dəcəlliyi sevmir.
   
   
   
   ***
   
   
   
   Son vaxtlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Abşeron rayonunun Novxanı kəndində yerləşən "Kristal-N" firmasında duz istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmaması faktını üzə çıxarıb. O da məlum olub ki, bu firmada istehsal zamanı müəssisə rəhbərliyi tərəfindən mövcud qanunvericiliyin tələbləri kobud sürətdə pozulub. Yəni duzun istehsalı prosesində texnoloji qaydalara əməl edilməməklə yanaşı, onun hazırlanmasında bir çox tələblərə əməl edilməyib. Elə bu nöqsanlara görə də "Kristal-N" firması İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsi ilə cərimə edilib.
   
   Təəssüf ki, bir çox müəssisələr qazanc naminə hansı saxtakarlığa desən getməyə hazırdı. İnsanlar isə ağına-bozuna baxmadan hər hansı müəssisənin istehsal elədiyi keyfiyyətsiz məhsulu alaraq, ondan istifadə edir. Elə ona görə də bu gün məmləkətimizdə bir çox istehsalçılar xaos və özbaşınalıq yaradıblar. Bu özbaşınalığın qarşısı isə vaxtında alınmayanda onların fəaliyyət dairəsi daha da genişlənir. O qədər genişlənir ki, son anda bundan on minlərlə insan əziyyət çəkir. Məsələn, Abşeron rayonundakı Aşağı Güzdək qəsəbəsi, Bakı-Sumqayıt yolu 12 km ünvanda yerləşən "İSR-duz istehsalı" MMC-yə məxsus sexdə də yodlaşdrılmış duz istehsalı üçün lazımi şərait olmadığı halda tədarük edilən duz emalı və qablaşdırılması faktları aşkarlanıb. Bu da ona gətərir çıxarır ki, həmin müəssisənin istehsal etdiyi məhsul heç bir standartın və normativ sənədin tələblərinə uyğun deyil. Elə bu cür müəssisələrin günahı üzündən istehlakçılar hər gün müxtəlif çətinliklərlə üzləşməli olurlar. Yəni onlar bilmirlər ki, hansı məhsul keyfiyyətlidir və hansı məhsul keyfiyyətsizdir. Etketinə və qablaşdırıldığı qaba baxanda deyirsən ki, bundan gözəl və yaxşı məhsul ola bilməz. Ancaq o məhsulu alırsan və sonra da görürsən ki, həmin istehsalçı səni aldadıb və daha doğrusu, səninlə məzələnib.
   
   
   
   ***
   
   Havalar isti keçəndə meşələrdə də yanğın təhlükəsi bir qədər artır. Məsələn, hər hansı bir adam əgər çəkdiyi siqaret kötüyünü sonradan söndürmədən otların, ağacların arasına atırsa, bu zaman yanğın baş verir. Təsadüfi deyil ki, son vaxtlar məmləkətimizin müxtəlif rayonlarında olan meşələrdə elə siqaret kötüyündən neçə hektar sahə yanıb. Məgər o siqareti çəkən adam fikirləşmir ki, onu söndürmək lazımdır. Gərək kimsə onun başının üstündə durub desin ki, siqareti söndür və o da həmin siqareti söndürsün. Axı meşələr, dağlar, bulaqlar və gözəl istirahət məkanları bu xalqın sərvətidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi uzun müddətdir ki, insanlar arasında maarifləndirmə işi aparır ki, meşələrə gedəndə, bulaq başında olanda yandırdığınız ocağı qayıdanda söndürün, ətrafı çirkləndirməyin, antisanitariya şəraiti yaratmayın. Axı ora hər gün istirahət etməyə minlərlə insan gəlir. Amma biz heç vaxt nə meşələrimizin, nə dənizimizin, nə də çaylarımızın qədrini bilirik. Bir neçə gün bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə Bakının çimərliklərində reyd keçirirdi. Həmin reyddə çimərliklərdə yaranmış antisanitariya və qayda qanunsuzluq bir daha üzə çıxarıldı. O da məlum oldu ki, təkcə meşələri yox, həm də bir çox insanlar çimərlikləri, dənizin suyunu məişət tullantıları ilə çirkləndirir.
   
   Çimərliklərdə fəaliyyət göstərən kafe və restoranlar isə sözün həqiqi mənasında təbiətə qənim kəsiliblər. Onların çimərliklərə atdığı məişət tullantıları sanki bir təpəni xatırladırdı. Kafenin müdiri orda pul qazanmaq istəyir, ancaq səliqə-səhman və təmizlik yaratmaq haqqında fikirləşmir. Görəsən, biz nə vaxta qədər meşələrə gedəndə oranı çirkləndirəcək, bulaq başına əlimizə nə gəldi atacaq, çimərlikləri yaman günə qoyacağıq? Məgər bu dəniz, bu çay, bu meşə və bu gözəlliklər insanlar üçün deyilmi? Heç olmasa o meşəni, o bulağı, o çimərliyi çirkəlindirənlərin ürəyinə Allah bir az insaf salsın ki, onlar təbiəti belə yaman günə qoymasınlar.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK