Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Sol tərəfdə duran Məmməd Süleymanov Adalet.az | Sol tərəfdə duran Məmməd Süleymanov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sol tərəfdə duran Məmməd Süleymanov

Çalışdığı redaksiyanın harda yerləşdiyini bilməyən, televizoru lazımsız əşya sayan, qonorardan başqa heç nə almaq istəməyən və oxuya-oxuya yaza

46541    |   2010-07-03 00:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mətbuatımız Madonna kimi doğulub, Mussolini kimi yaşayır"

Bayram qapımızı döyür. Milli mətbuatımızın 135 illiyi yaxınlaşdığından mən də həmkarımızın qapısını döydüm. Əliboş qayıtmayacağıma əmin idim. Müasir Azərbaycan jurnalistikasında yeri və yolu olan Məmməd Süleymanovun maraqlı həmsöhbət, orjinal insan olduğunu bilirdim. İllərin tanışlığı, birgə çalışdığımız günlər düzgün ipucu verirdi.
   
   Müsahibimin bir özəlliyini də bilirdim. Heç vaxt yazmayıb həmişə jurnalistikadan danışanlardan fərqli olaraq Məmməd Süleymanov həmişə yazır və heç vaxt danışmır. Müasir dövr mətbuatımızda ad qoyan qəzetlərin əksəriyyətində çalışsa da daha çox "İstiqlal"ın və "7 gün"ün keçmiş əməkdaşı, "Bizim yol"un köşə yazarı kimi təqdim olunmaq istəyir. Digər qəzetlərdəki fəaliyyətini xırda və əhəmiyyətsiz epizodlar sayır.
   
   Bayram ərəfəsi oxucuları maraqlı müsahibə gözləyir. Cəmiyyəti əvvəlcə cərrah bıçağı, sonra isə jurnalist qələmi ilə müalicə etmək istəyən Məmməd Süleymanovla söhbət nikbin ruhda olmasa belə...
   
   Salam! Salamdan
   
   sonra kefimi xəbər
   
   almaq istəsən...
   
   
   
   - Məmməd bəy, salam verib ovqatınızı soruşan dost-tanışa cavabınız necə olur?
   
   - Cavabım konkret olur- Ölkə kimiyəm.
   
   - Bəs mətbuatın durumu necədi?
   
   - Bunu mətbuatın ümumi vəziyyəti ilə xarakterizə etmək lazımdı.
   
   - Buyurun, xarakterizə edin...
   
   - Mətbuatımızın durumunu belə xarakterizə edərdim- Madonna kimi doğulub Mussolini kimi yaşayır.
   
   - Hərbi cərrah kimi ilk əməliyyatı uğursuz alınan Məmməd Süleymanovun mətbuata gəlişi uğurlu alındı. Mediamızın dərdinə dərman tapmaq üçün nə etmək lazımdı?
   
   - Bu günki mətbuatı cərrahi üsulla müalicə etmək lazımdı. Yəni senzuranı bərpa etmək yolu ilə. Mətbuatın durumu siyasi iradəyə bağlı məsələdi. Normal cəmiyyət olmayınca normal mətbuatdan danışmaq mümkün deyil.
   
   - Bu nəsə bir az çətin məsələyə oxşayır...
   
   - Niyə ki? Bütün utopiyaların reallaşmaq ehtimalı var.
   
   - Sizin dilinizdən senzuranın bərpası təklifini eşitmək gözlənilməz oldu. Sonra elə biləcəklər mən nəsə düz yazmamışam...
   
   - Senzura deyəndə hansısa yazının qadağan olunmasını, qəzetin səhifələrindən çıxarılmasını nəzərdə tutmuram. Müəyyən davranış kodeksi olmalıdı. Jurnalist hansı mövzunu necə işıqlandırmaq lazım olduğunu bilməlidi. Bu gün mətbuatımız nekrofiliyaya yoluxub- hamı ölü sevməklə məşğuldu. Mətbuat kriminal və neqativ xəbərlərlə doludu.
   
   
   
   "Bizim yol"a getməyən, bizim yola gəlməyən
   
   həkim
   
   
   
   - Bilirəm ki, gur məclisləri, toplantıları sevmirsiz. Çalışdığınız redaksiyalara belə nadir hallarda gedirsiz. Bu gün əməkdaşlıq etdiyiniz "Bizim yol" qəzeti redaksiyasının harda yerləşdiyini bilirsiz?
   
   - Açığı bilmirəm. Əvvəlki redaksiyanın ünvanını təqribən bilirdim. İndi "Bizim yol" yeni ünvana köçüb. Təzə yeri ümumiyyətlə tanımıram.
   
   - Bütün günü evdə kompyüter arxasında oturub yazmaqla cəmiyyəti yaxından tanımaq olur?
   
   - Niyə olmur ki? Vaxti ilə Kamyu deyirdi ki, dünya 17 yaşlı gəncə də, 70 yaşlı qocaya da eyni cür təcrübə verir. Belə bir təcrübə də məndə uzun illərdən bəri toplanıb. Həmin təcrübəni analiz etmək üçün bundan sonrakı ömrüm yetər. İnsanlar da o vaxtkı insanlardı, dəyişməyiblər. Həm də mən cəmiyyətdən tam təcrid olunmamışam axı. Ürəyim istəyən dostlarla evimdə görüşürəm, xəbərləri qəzetlərdən oxuyuram, saytları izləyirəm. Özümü Sartrın "Herostrat" hekayəsindəki qəhrəmana bənzətmək istəmirəm. Həmişə 9-cu mərtəbədən insanları müşahidə edib onlara həşarat kimi baxmaq həmin hekayənin qəhrəmanının sevimli işidi, şəxsən mənim belə bir istəyim yoxdu. Çünki belə hiss mənə yaddı. Sənin dediyin kimi, cəmiyyətdən uzaq düşməyimin bircə səbəbi var. Özümü müəyyən mənada yoluxmalardan qorumaq istəyirəm. Belə deyək, kütlənin arasına düşsəm, özümdə olanı onlara verə bilməyəcəyəm. Amma onlar özlərində olanı mənə verəcəklər. Bu bir az da uşaq böyütməyə oxşayır. Sən uşağa stabil dəyər verməyə çalışırsan ki, həyətə-bacaya çıxanda küçə dəyərləri ona üstün gəlməsin. Lakin uşaq bir dəfə həyətə çıxan kimi küçə dəyərləri ona üstün gəlir. Sənin əziyyətinə rəğmən, küçə davranışı ev davranışını üstələyir. Mən də özümdə olanları itirməmək və başqalarındakı neqativləri götürməmək üçün bir az qapalı həyat sürürəm.
   
   - Hər halda deyəsən əvvəlki peşəniz- həkimlik dadınıza çatır...
   
   - Görünür belədi. Cəmiyyətin də öz xəstəliyi və diaqnozu var. Təbabətdə fərdlərin xəstəliyi və diaqnozu barədə oxuduqlarımı müəyyən mənada cəmiyyətə köçürmək, buna uyğun anoloji müalicə yolu tapmaq mümkündü.
   
   - Evdə oturub köşə yazmaqla ailə dolandırmaq olur?
   
   - Etibar, gəl belə danışaq, indi səsləndirəcəyim fikir bəlkə bir qədər qəribə səslənəcək...
   
   - Sizin bütün fikirlər qəribə səslənir...
   
   - Bu dəqiqə ən böyük kişilik sadəcə ayaq üstə dayana bilməkdi. Ondan çoxunu isə mən heç istəmirəm də. Minimum olsun və mən başqalarından asılı vəziyyətə düşməyim. Mənim tələbim çox deyil. Ona görə heç vaxt şikayətlənmirəm. Bu məsələdə ailəm də mənimlə eyni düşüncədədi. Hələ ki, ayaq üstə dayana bilirik.
   
   - "Bizim yol"dan aldığınız ayaq üstə durmağa yetir?
   
   - Əlbəttə. Bu dəqiqə qonorarla yaşayıram. Uzun illər Rusiya mətbuatı ilə əməkdaşlıq edib qonorar almışam. Amma iş elə gətirdi ki, böhran əməkdaşlıq etdiyim media quruluşunu "vurdu". Ona görə də indi ancaq "Bizim yol"la dolanıram.
   
   - Başqa təlkiflər, layihələr var?
   
   - Hələ ki, yoxdu. Ola da bilməz. Çünki mövqeyim ortadadı.
   
   - "Bizim yol"dakı oxcularınıza təklif etdiyiniz yolun finişində uğur görünür?
   
   - Buna heç kim təminat verə bilməz. Həm də mən özüm üçün yazıram, özümə yazıram və özümü yazıram. Təbii ki, mən heç öz taleyimin sonunu görə bilmirəm.
   
   Oxuya-oxuya yazan
   
   
   
   - Oxuyub tanıyanlar da, tanımayıb oxuyanlar da bilir ki, Məmməd Süleymanov mütaliəsi olan yazardı. Hər köşənizdə oxuduqlarınızdan sitatlar verməklə fikirlərinizi əsaslandırırsız. Bu gün də mütaliə edirsiz, yoxsa əvvəlki bazanız köməyə gəlir?
   
   - Hər gün oxuyuram, hər gün. Hərdən fikirləşirəm ki, əgər 100 il yaşasam, oxumaq üçün saxladıqlarımın heç yarım faizini də oxuya bilməyəcəyəm. Buna görə də insanın olümlü olmağına təəssüflənirəm.
   
   - İndi elə zamandı ki, günü təkcə kitab oxumaqla keçirmək mümkün deyil. İnternet saytları, telekanallar bolluğudu. Axtardığınız telekanallar var?
   
   - Yox. Televizor mənim üçün çox lazımsız bir qurğudu. Televizorsuz daha yaxşı olardı...
   
   - Hətta Rusiya kanallarına da baxmırsız?
   
   - Hətta Rusiya kanallarının hazırladığı verilişlərə də baxmıram. Hər iki ölkənin telekanalları bu gün çox oxşardı.
   
   - Yəqin bu eyni şineldən çıxmağımızla bağlıdı...
   
   - Eyni şineldən çıxıb eyni şinelə də giriblər.
   
   - Belə şəraitdə darıxmırsız?
   
   - Qətiyyən. Çünki evdə bütün istədiklərim toplaşıb- həyat yoldaşım, övladım.
   
   
   
   Birinci, yoxsa
   
   sonuncu?
   
   
   
   - Milli Mətbuat Günündə mükafat almaqla bağlı xəbərə ilk reaksiyanız necə olar?
   
   - Heç nə düşünmədən mükafatdan imtina edərəm. İstər bu mükafatı rəsmi qurum versin, istər qeyri-rəsmi təşkilat. Azərbaycandan da, Amerikadan da verilən mükafatdan imtina etməyə hazıram.
   
   - Sizi sonuncu solçu yazar saymaq olar?
   
   - Sonuncu yazar niyə? Mən birinci solçu yazaram. Solçu yazarlar bundan sonra yetişəcək.
   
   - İndiki şəraitdə?
   
   - Nə qədər qəribə səslənsə də bəli, solçu yazarlar bundan sonra yetişəcək. Çünki bu gün Azərbaycan gəncləri arasında solçuluq olduqca populyardı. Bu mənzərə özüm üçün də maraqlı və gözlənilməzdi. Uzun illər çox tənhalıq keçirmişəm, ideya daşıyıcısı kimi sağımda-solumda kimsəni görməmişəm.
   
   - Gələcəyin savadlı, istedadlı gənclərinin Məmməd Süleymanov kimi min bir əziyyətə qatlaşacağı sizi narahat etmir?
   
   - Buna normal baxmaq lazımdı. Bir vaxtlar mən Zərdüşt Əlizadəyə deyirdim ki, əgər partiyamızın üzvlərinin sayı azdırsa, demək biz düz yoldayıq. Bu normal qismətdi. Mən şüurlu şəkildə seçdiyim həyat tərzi ilə yaşayıram.
   
   
   
   Öyrənmək olsun,
   
   öyrətmək olmasın
   
   
   
   Uzun illərdi Məmməd Süleymanovun yazılarını izləyirəm. Oxuya-oxuya da ondan öyrənirəm. Təbii ki, yazılarındakı bəzi fikirlərlə razılaşmamaq hüququmu da saxlayıram. "Yeni yüzil" qəzetindəki qısa müddətli işbirliyimizi həmişə fəxrlə xatırlayıram.
   
   Əziz dostum Məmməd Süleymanovu daha geniş söhbətləşmək üçün ərklə bir ünvana dəvət edirəm- Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 3148-ci məhəllə. "Bizim yol" qəzeti indi bu ünvanda yerləşir.
   
   


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK