deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | APARDI SELLƏR ARANI... Adalet.az | APARDI SELLƏR ARANI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

APARDI SELLƏR ARANI...

Bunun nəyi Xan Arazdı?

15214    |   2010-06-19 01:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

III yazı

Gərgin günlərin də öz romantikası varmış. Həm də adama sərt həyat həqiqətlərini daha dərindən başa düşməyə yardımçı olan bir romantikası. Sənə aydın olur ki, əvvəlki şıltaqlarından əl çəkib daha az şeyə də qane ola bilərimşsən. Məsələn, indii mənim xörək bişirmək imkanım yoxdu. Tez-tez qazı kəsirlər. Günü, sutkanı isti yeməklərsiz də başa vurmalı oluram. Üstəlik, xoşbəxtlikçin adama çox az şey lazımmış. Canını qurtarmaq isə hər şeydən nə keçirmiş belə vaxtlarda...
   
   Bunlar təzə sözlər deyil. Hansı şəraitdə olursa olsun, can həmişə şirindi. Canında ağrılar olanda dərd adamı birə-beş üstələyir. Dörd-beş aydı allergiyaya tutulmuşam. Nə özüm, nə də həkimlər səbəbni tapa bilmirik. Bəlkə də ağır xəstəlik deyil. Ancaq çox darıxdırıcı, narahatedici bir şeydi. Sir-sifətim də şişir, rahat yata bilmirəm. Yuxu gətirir deyə, sakitləşdirici həb atmağa da ürək eləmirəm. İndiki vəziyyətdə bərk yatmaqdan qorxuram... Yenə axşamdan bəri üst dodağım şişib. Güzgüyə baxıram. Pis görünmür. Silikon vurduranları nahaq qınayırıq...
   
   Axır ki, Müşfiq telefonu açır. Deyir, narahat olma, hər şey düzəlir. Şirvanda, Muşovdağın ətəyindəyik. Çadır qururuq. Sabirabad-Şirvan yolu bağlıdı, bura Kürdəmirdən gəlməli olduq. Telefonum suya düşmüşdü, ona görə zənglərinə cavab verə bilməmişəm...
   
   Bu gün qələbə günüdü. "Əsgər haqqında ballada"nı yenə can yanğısıyla seyr edirəm. Həmişə elə bilirəm ki, o Ananın həsrət yanğısı torpağın altında da sönükmür... Bir bayatımızda deyildiyi kimi:
   
   
   
   Bostanda tağım ağlar,
   
   Əsər yarpağım ağlar.
   
   Elə sağlam ağlaram,
   
   Öləm, torpağım ağlar.
   
   
   
   Çox qüssəliyəm. Özümü hamı tərəfindən unudulmuş kimi hiss edirəm. İçim umu-küsülərlə dor-doludu. Telefonum zəng çalır. Elə bil qəlbimin səsi kiməsə çatıb. Tələbə yoldaşım Mehparə Axundovanın şirin səsini eşidirəm: "Necəsən, qadan alım..." Tələbəlikdə elə də yaxın olmamışıq Mehparəylə. Doğrudan da, insan bilmir ki, həyatda ona kim qalacaq...
   
   
   
   ***
   
   Məktəb illərində xəritə qabağında dayanıb fikrə dalmağı xoşlardım. Nədənsə mənə elə gəlirdi ki, burada mavi, göy, çəhrpayı, qonur rənglərlə təsvir olunan çaylar, dənizlər, dağlar, meşələr torpağın alın yazısıdı. Deyəsən, bu Arazı da Tanrı elə millətimizə dərd gətirmək üçün yaradıb. Qəsbkarlardan, imperiyalardan qabaq torpağımızı, xalqımızı iki yerə bölüb. Bölüb... və "dəlinin yadına daş salıb"...
   
   Ağlım kəsəndən Arazla bağlı ancaq kədərli bayatılar, nəğmələr eşitmişəm. Kür dəlidisə, Araz da qəddardı. Bizim rayonda birləşir və dünyanın ən nadir, epizodik mənəzərələrindən birini yaradırlar. Bəlkə də kənarda yaşayanların çoxu bilmir ki, bu çayların suları birləşəndən sonra da nə qədər bir-birinə qarışmadan axırlar. Kürün boz, bulanıq suyu Arazın çəhrayıya çalan suyundan xeyli fərqlənir. Arazın suyunu ovuclayanda adama elə gəlir ki, bu su Kürün suyuna nisbətən daha yüngül və təmizdi. Adı "ayrılıq", "həsrət" sözlərinin sinoniminə çevrilən çay bu gün də qınaq obyektidi. Yəni Kür onsuz da dəlilikdə ad çıxarıb, bundan sonra da ağıllanan deyil, amma yenə də təkbaşına bu həngaməni törədə bilməzmiş. İranın Xudafərin su anbarından Araza suyun normadan artıq axıdılması, Arazın da coşub bəndi-bərəni aşması olmasaymış...
   
   - Köpəyoğlunun urusu, qoymurdu ki, Kür bir qarış torpağı da basa... Elə bil çayı ovsunlamışdı...
   
   - Əşi, urus Kürü sənə, mənə görə cilovlamırdı ki. Moskvaya pambıq tarlalarını qorumaq lazım idi, vəssalam...
   
   - Adamın başının üstündə Allah var, urusun vaxtında bu qədər yağıntı da olmurdu, axı...
   
   
   
   Təsbeh çevirə-çevirə küçələri ölçən qocaların fikirləri həmişə maraqlı və orijinal olur...
   
   
   
   Qulağım bayırda müharibə mövzusunda verilişlərə, filmlərə baxıram. Müharibə 1410 gün və gecə çəkib. Adamlar buna necə dözüblər, görəsən?! Hiss edirəm ki, 5-10 günlük gərginlik artıq əsəblərimə təsir edib. Hərdən məndə də vahiməli hallar baş verir. Elə bil ki, gurultuynan axan suyun səsini eşidirəm. Qalxıb pəncərədən baxsam su basmış küçəni görəcəm...
   
   
   
   416-cı Taqanroq diviziyasının keçmiş əsgəri deyir ki, Bakı nefti olmasaydı, yüz Stalin olsaydı, qalib gələ bilməzdi... Bəs, təbii fəlakətə qalib gəlmək üçün bu gün bizdə nə çatmır?
   
   Qaz, işıq qıtlığından ürəyim istədiyim qədər ev işləri görə bilmirəm. İşim-peşəm zəng vurmaq, zənglərə cavab verməkdi. Diqqətcil, xeyirxah dostum Ədalət müəllim də Bakıdan zəng vurub deyir ki, mən də rayondan çıxım. Ədalət müəllim hələ Qaragüney su altında qalmamış Bakıya gedibmiş. Qayıtmaq istəyəndə xanımı deyib ki, camaat Bakıya qaçır, sən hara gəlirsən? Beləlilklə, Ədalət müəllim də düşüb Xançobanın gününə, Muğana gəlməsi dönüb müşgülə. İndi də mənə məsləhət verir. Mənsə, "bənzərəm bir qocaman dağa ki, dəryada durar..." prinsipiylə hələ yerimdən tərpənmirəm. Bu adamlar deyəsən, unudurlar ki, məmurlar həqiqətən quru olurlar və bu sellər, sular da onları islada bilməz.
   
   
   
   Ümidvaram ki, gələcək nəsillər mənim bu dəyanətimi layiqincə qiymətləndirəcəklər. Müasirlərimdən əlimi üzmüşəm...
   
   Görəsən dünya tarixində qadın salnaməçilər olubmu?! Yəqin iddiamı başa düşdünüz. Bu adla tarixə düşmək, Muğanın tarixini yazanların Herodotla başlanan siyahısına öz adımı da salmaq fikrindəyəm... Çox təəssüf ki, mən obyektiv tarixçi və yazar ola bilmirəm, amma bu da yetərlidi. Taleyran demişkən, tarixə hansı qapıdan girməyin nə əhəmiyyəti var?!.
   
   
   
   10.05.2010. İş günü deyil. Evdəyəm. Səhər ayılıb mətbəxə keçən kimi kibriti qaza tuturam. Yaşasın! Qaz gəlir! Binamızın qadınlarının balkonlardan səsi gəlir. Eşq olsun sizə də! Bir addım da geri çəkilmədiniz. Nə olsun ki, dünyanı su basır. Tomrisin, Nüşabənin ruhları ki bizimlədi...
   
   Şəhərdə sakitlikdi. Küçədən səs gəlir:
   
   - Yaxşıdı... Qırx santimetr düşüb...
   
   Televiziya kanallarıynan yayılan xəbərlərdə oxşarlıq yoxdu. Məsul şəxslərin çıxışlarında işgüzarlıq az hiss olunur. çadırlarda yaşamaq, kolbasa, suxari yemək kənd adamının zöv qündə deyil. üzü yaya getdikcə xəstəliklər yayıla bilər. Üç-beş dəqiqəlik xəbərlərdən başqa heç bir verilişdə ölkənin böyük, bərəkətli bir bölgəsini fəlakət içində olduğu bilinmir. Əcəb mənzərədi: bir tərəfdjə yalan danışanlar, bir tərəfdə çalıb-oxuyanlar...
   
   Sellər, sular da yalanlarımızı yuyub apara bilmir...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK