ANA SƏHİFƏ / YAZARLAR

ÇƏTİN GÜN

20660    |   2010-06-12 03:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə bir insan yoxdur ki, onun ömrünün müəyyən anında çətinliklər üzə çıxmasın. O çətinliklər ki, istənilən vaxt insanı yaxalaya bilir və onda üzücü hisslər yaradır. Aydındır ki, çətinliyə tab gətirmək, bir çox problemləri üstələmək insandan böyük iradə, dözüm və mübarizlik tələb eləyir. Bir çox halda balaca bir çətinliyə dözməyən insan müəyyən zamanda ümidsizliyə qapılır, depressiyaya məruz qalır və uzun müddət özünə gələ bilmir.
   
   Təbii ki, bu cür hissləri yaşayan insanlar ətrafdakı adamların laqeydliyini və soyuqqanlığını görəndə bir qədər də ümidsizləşir. Ancaq elə ki, kimsə ona "qorxma" deyir, arxa durur, bax onda həmin adam ömrünün ən çətin anında belə özünü toplayıb düşdüyü ağır vəziyyətdən çıxmağa can atır.
   
   İndi elə məqamlar olur ki, insanlar hansı idarəyə gedirsə, məmurlar onları incidir, get-gələ salır və əsəbləri ilə oynayırlar. Xırda problem üçün hansısa məmurun qapısının ağzında bəzən bir vətəndaş bir həftə və daha da çox gözləməyə məcbur olur. Belə anlarda əsəbləri zəif olanlar və bir qədər də çətinliyə tab gətirə bilməyənlər çıxılmaz vəziyyətə düşürlər. Hətta onlar hansısa məmurun qapısına gedib-gəlməkdən bezirlər.
   
   Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Bakının rayonlarından birinin Qaz İstismarı İdarəsinə öz problemini həll etmək üçün gedən yaşlı kişi streslərə və süründürməçiliyə dözməyib. Həmin kişi necə əsəbləşibsə elə idarənin qabağında da onu infarkt vurub və ölüb. Sonradan təbii ki, bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları maraqlanıblar. Amma söhbət ondan gedir ki, bir günahsız insanı hansısa məmurun özbaşınalığı və süründürməçiliyi təngə gətirib və bezdirib. Belə də olanda insanın ürəyi partlamasın, neyləsin.
   
   İndi çoxumuzun hər anı stress, sarsıntı və gərginlik içindədir. Bilmirsən ailənin gündəlik çörəyini çıxarasan, yoxsa dolaşığa düşən işini qaydaya salmaq üçün onun-bunun qapısında saatlarla, günlərlə, həftələrlə, aylarla vaxt itirirsən. Vaxt itirmək isə bir tikə çörəyin dalınca qaçan insanların başına olmazın müsibətlərini gətirir.
   
   Daha doğrusu, bir tikə çörəyə möhtac olan adamlar bilmirlər ki, o çörəyin dalınca qaçsınlar, yoxsa boğaza qədər itib-batdıqları qayğıların həllinə can atsınlar. Sadəcə olaraq, insan bir qədər dözümlü olsa, bir qədər iradəsini toplasa və bir qədər də mübarizliyini artırsa onu qarşıda gözləyən hər cür problemləri və çətinlikləri dəf eləyə bilər. Bu çətinlikləri dəf eləmək üçün ən azından insanda güclü səbir və mübarizlik ruhu olmalıdır. Qoy heç kim problemlərin və çətinliklərin içərisində itib batmasın.
   
   Bu günün çətinliyini elə həmin gün yoluna qoymalısan ki, sabah açılanda başqa bir problemlərin yaranması sənin üçün çətinlik törətməsin. Amma biz istəsək də, istəməsək də həyatımız bu çətinliyin burulğanında zaman-zaman özünə qurtuluş yolu axtarır. Elə ki, o burulğandan çıxırıq, bax onda rahat nəfəs alırıq.
   
   
   
   ***
   
   Bakıda ayrı-ayrı avtobus sürücülərinin özbaşınalığı ilə bağlı yenə giley-güzarlar və şikayətlər səngimir. Biz dəfələrlə ayrı-ayrı marşrutlarda hərəkət edən avtobus sürücüləri ilə bağlı öz tənqidi fikirlərimizi Nəqliyyat Nazirliyinə çatdırmışıq. Nəqliyyat Nazirliyinin rəhbərliyinə bir daha minnətdarlığımızı bildiririk ki, qəzetimizin tənqidi çıxışına operativ reaksiya verir və məsələnin həlli yönümündə müsbət addımlar atır. Təbii ki, bu da nəqliyyat sektorunda həyata keçirilən islahatların daha da sürətlənməsinə təkan verir.
   
   Sirr deyil ki, son vaxtlar respublikamızda və eləcə də Bakı şəhərində nəqliyyat sektorunun yenidən qurulması üçün böyük işlər görülüb. Belə ki, yüzlərlə ən müasir iritutumlu avtobuslar ölkəmizə gətirilib və xəttə buraxılıb. Bütün görülən bu tədbirlərdən sonra Bakıda sərnişindaşıma sahəsində bir çox problemlər qaydaya düşüb. Böyük ümidlə deyə bilərik ki, yaxın gələcəkdə nəqliyyat sektorunda daha möhtəşəm yeniliklər baş verəcək. Biz bunların hamısını alqışlayırıq.
   
   Təəssüflə qeyd etməliyik ki, Nəqliyyat Nazirliyinin bu cür möhtəşəm layihələri həyata keçirməsinə kölgə salan qüvvələr də var. Həmin qüvvələr öz işlərində dönüş yaratmaq əvəzinə, bu böyük işə xələl gətirir və sərnişinləri narazı salır. Məsələn, iyunun 11-də səhər saatlarında metronun "20 Yanvar" stansiyasından Batamdart yaşayış sahəsinə hərəkət edən 29 saylı marşrutda işləyən 39 BB 568 nömrəli avtobusun sürücüsü sərnişinlərlə çox kobud rəftar edirdi. O, sərnişinlərə yüksək xidmət göstərmək əvəzinə, onları təhqir edir və avtobusu yüksək sürətlə idarə etməkdən çəkinmirdi. Bu isə təbii ki, avtobusda olan sərnişinlərin böyük narazılığına səbəb olurdu. Özündənrazı sürücü sərnişinlərin onun barəsində Nəqliyyat Nazirliyinə şikayət etməsini eşidəndə daha da əsəbləşib və deyib ki, bu marşrut mənim öz marşrutumdur, heç kim mənə göstəriş verə bilməz. Mən nə Nəqliyyat Nazirliyindən qorxuram, nə də onun müfəttişlərindən, kefim harda istəyir avtobusu saxlayacam, kefim harda istəmir saxlamayacam. Gedin əlinizdən gələni beş qaba çəkin. Onsuz da mən heç kimdən qorxmuram. Avtobusda olan sərnişinlər bu qoçu sürücünün hərəkətindən şoka düşüblər.
   
   İndi siz təsəvvür edin, sərnişin daşıyan avtobus sürücüsü insanlara xidmət göstərmək əvəzinə, hədə-qorxu gəlir. Görəsən, bu sürücünün sürücülük mədəniyyətindən xəbəri varmı? Sərnişinlər deyirlər ki, onun sürücülük mədəniyyəti bir yana qalsın, heç insanlarla adi ünsiyyət yaratmaq qabiliyyəti belə yoxdur. Sözün düzü bu cür kobud sürücüləri görəndə və onlar barəsində eşidəndə adam təəccüblənməyə bilmir.
   
   Onu da yaxşı bilirik ki, belə sürücülərin özbaşınalığı haqqında Nəqliyyat Nazirliyi xəbər tutanda, tez bir zamanda onlar barəsində ölçü götürür və bəzən həmin sürücünü və avtobusu xətdən uzaqlaşdırır. İnanmaq istərdik Nəqliyyat Nazirliyi bu cür özündənrazı sürücünün tezliklə cəzalandıracaq və ona öz yerini göstərəcək. Yoxsa belə intizamsız sürücülər camaatın başında qoz sındıracaq və onlarla kobud rəftar eləyəcək.
   
   
   
   ***
   
   Deyirlər ki, hər hansı insan müqəddəs Məkkə ziyarətinə gedəndən sonra daha da rəhimli və insaflı olur. Amma bizim bəzi hacılarımız o müqəddəs ocağı ziyarət edəndən sonra da ürəkləri yumuşalmır. Yəni əvvəllər hansı işlər görürdülərsə qayıdandan sonra da həmin pis əməllərini davam elətdirirlər. Həcc ziyarətində olan bir hacı rayona qayıdandan sonra guya camaata rəhimi gəlib, mağazasından nisiyə mal verir. Camaat da hacının "səxavətinə" inanıb həmin mağazadan çoxlu nisiyə mallar götürürlər. Elə ki, vaxt-vədə gəlir, pulu qaytarmaq zamanı tamam olur, bax onda, həmin mağazaya borclu olan insanlar şok anlar yaşayırlar. Mağazanın satıcısı nisiyə mal alanlara deyir ki, verdiyiniz bu pul aldığınız ərzaq mallarının öz qiymətidir. Bəs bunun faizi hanı?
   
   Mağazaya borcu olan adamların gözü böyüyür. Deyirlər ki, ay qardaş, bizim pulumuz olsaydı niyə gəlib sizin mağazanızdan nisiyə mal alırdıq, elə gedib başqa bir ticarət mərkəzindən istədiyimizi alıb evimizə aparardıq? Bu nə oyundur başımıza açırsan? Satıcı da deyir ki, bu oyun-zad deyil, hacının tapşırığıdır, vəssalam. Borcunuzdan əlavə faizi də verməsəniz sizin işiniz çətin düzələ. Camaat da deyir ki, bizim əlavə pulumuz yoxdur, sizə verməyə. Söz gedib hacıya çatır, hacı da deyir ki, mən kasıb-masıb tanımıram. Rəhm eləyib onlara nisiyə mal buraxmışam. İndi canları çıxsın o nisiyə malların da pulunu versin, əlavə pulu da. Axır ki, əlacsız qalan camaat borc-xərc nisiyə pulu da verir, əlavə faiz borcunu da. Və ondan sonra kənddə o hacıya çox adam salam vermir. Camaat deyir ki, Allahın adından istifadə edən və bizi soyub-talayan belə hacılara heç salam düşmür.
   
   Bax indi bəzi hacılar bu adı, bu titulu qazanmaqla savab yiyəsi olmaq haqqında yox, yaxşı pul qazanmaq barəsində düşünürlər. Daha doğrusu, belə hacılar deyir ki, təki mənim işlərim düz getsin, kasıb-kusubun pulu yoxdu, niyə ona mən nisiyə mal buraxmalıyam. Elə nisiyə mal buraxmaq özü guya insaflı bir işdir. Bunu bəzi hacılar belə düşünür. Amma elin də gözü tərəzidir. Camaatı bir dəfə aldatmaq olar, iki dəfə başının altına yastıq qoymaq olar, artıq üçüncü dəfə ona kəf gələndə kim olmağından asılı olmayaraq, o insanlar sənin üzünə qayıdacaq və səndən üz döndərəcək. Necə ki, bir dağ kəndində bir "hacıdan" camaat üz döndərib.
   
   
   
   ***
   
   Füzulinin Bala Bəhmənli kəndində son vaxtlar böyük abadlıq və quruculuq işləri görülüb. Kəndarası yola müasir standartlara uyğun olaraq asfalt döşənib. Kəndin ayrı-ayrı yerlərində müasir tələblərə cavab verən sosial obyektlər və tikililər inşa edilib. Bir-birindən gözəl inşa edilən bu tikililər milli memarlıq üslubunda və orijinal bir formada əhalinin istifadəsinə verilib. "Dördyol" deyilən yerdə isə ən müasir üslubda ticarət obyektləri fəaliyyətə başlayıb. Bütün bunlar cəhbə bölgəsində yaşayan insanların həyat tərzinin yaxşılaşmasına bir qədər də müsbət təsir göstərib.
   
   Əlbəttə, o yerdə ki, böyük işlər görülür, tikinti işləri həyata keçirilir, bax onda insanların da qurub- yaratmaq həvəsi daha da artır. Kənd bələdiyyəsinin sədri Hüseyn müəllimi nəinki bu eldə, rayonda çoxları işgüzar və bacarıqlı insan kimi tanıyır. Hamı bilir ki, Hüseyn müəllim qurub-yaratmağa və tikinti işləri görməyə böyük həvəs göstərir. Az müddətdə kənddə nə qədər iş yeri açılıb. Bələdiyyə sədri Hüseyn müəllim deyir ki, şükür Allaha, indi camaatımız daha yaxşı yaşayır. Çörək qazanmaq istəyən adamın heç bir problemi, çətinliyi yoxdur. Sadəcə olaraq, əziyyət çəkən, səhər hamıdan tez duran və alın təri tökən insanlar daha yaxşı özünə həyat qura bilir.
   
   Son vaxtlar kəndimizdə nə qədər yeni yaşayış binaları tikilib. Alın təri tökən adamlar halal yolla özlərinə gözəl güzəran düzəldiblər, ev-eşik sahibi olublar. Oğul-qızlarını böyüdüb, onlara şərait yaradıblar. Əgər qabaqlar bizim kənddə iki-üç xarici maşın vardısa, indi bu cür avtomobillərin sayı onlarladı. Bu da camaatın rifah halından və yaxşı dolanışığından xəbər verir. Çünki rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Nəbi Muxtarov hər bir füzulilinin yaxşı yaşaması və işləməsi üçün böyük diqqət göstərir. Ən başlıcası isə bizim rayonda və eləcə də kəndimizdə kim əziyyət çəkirsə, bəhrəsini də görür.
   
   Baxmayaraq ki, biz erməninin "ağzının içində" yaşayırıq, ancaq heç nədən qorxumuz yoxdur. Çünki ölkəmizin çox güclü və dünya şöhrətli prezidenti var. Elə bizim rayonda da bütün Füzuli camaatı prezident İlham Əliyevin yeritdiyi xarici və daxili siyasəti müdafiə edir və dəstəkləyir. Bu da insanların gələcəyə olan ümidini bir az da artırır. Çünki biz hamımız tezliklə Füzuli şəhərinə və eləcə də digər işğaldan azad ediləcək kəndlərimizə gedəcəyimiz günü səbirsizliklə gözləyirik.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK