Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Şuşanın Yadigarı Adalet.az | Şuşanın Yadigarı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Şuşanın Yadigarı

Və ya doğma şəhərinə dönməyə hazırlaşan insanla nikbin ruhlu müsahibə

26338    |   2010-05-08 04:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əməkdar artist Yadigar Muradovun evində erməni keşişi qalır "Düz söz acı olsa da, heç vaxt onu deməkdən çəkinməmişəm"

Şuşanın Yadigar Muradov üçün nə demək olduğunu ətraflı yazmağa ehtiyac yoxdu. "Savalan"a sığınan Şuşa Musiqili Dram Teatrının direktoru, əməkdar artist 18 il öncə itirdiyi doğma şəhərinə dönməyə hazırlaşır. Bütün detalları ölçüb-biçib. Müsahibim bir neçə gün bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Mükafatına layiq görülüb. Deməli, getməyə yol pulu da var.
   
   - Təltif olunan bir qrup sənətçi arasında sizin də adınız var. Səhv etmirəmsə ikinci dəfədi bu mükafata layiq görülürsüz...
   
   - Yox, ilk dəfədi. Bu mükafat 2002-ci ildən təsis olunub. Sözün açığı, elə həmin il mənim də adım təqdim olunmuşdu. Lakin imtina elədim.
   
   - Niyə?
   
   - Çünki bizim teatra cəmi bir yer ayrılmışdı. Kollektivimizdə bu mükafata məndən də çox ehtiyacı olan bir sənətçi var idi. İstəyirdim ki, mükafat əməkdar artist, döyüşçü, bu gün də bədənində qəlpə gəzdirən Şükufə Musayevaya verilsin. Həmin il mükafatı Şükufə xanım, növbəti ildə isə digər aktyorumuz Azad Məmmədov aldı. Sonrakı dövrdə teatrımızdan heç kim təltif olunmadı. Nəhayət bu il mənə qismət oldu. Özü də bu dəfə Şuşa Musiqili Dram Teatrından iki nəfər- baş rejissor Loğman Kərimov və mən layiq görülmüşük. Bütün bunlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin teatrımıza diqqətinin nəticəsidi. Adətən bu mükafat teatr direktorlarına verilmir. Görünür nazir təqdimat hazırlayarkən mənim həm də bir aktyor kimi fəaliyyətimi nəzərə alıb. Vallah elə mənim də həmişə bu mükafata ehtiyacım var idi. Amma direktor olduğum üçün istəməyə utanırdım. İki dəfə imtina etsəm də üçüncüdə razılaşdım. Bu dəfə imtina etmək bir qədər mərifətsizlik olardı.
   
   - Bildiyim qədər mükafatla bağlı xəbəri rayonda olanda eşitmisiz..
   
   - Teatrın kollektivi Qusarda qastrolda idi. Səhər tezdən professor dostum, tanınmış cərrah Əliniyaz Məmmədov telefon açıb dedi ki, təbrik edirəm, prezident mükafatı almısan. Əvvəl elə bildim zarafat edir. Qəzetdə dərc olunan sərəncamı telefonda mənə tam oxuyandan sonra inandım. Qastrolda mənimlə birgə olan iş yoldaşlarım da bu xəbəri eşidib çox sevindilər. Bizim teatrda hamı bir-biri ilə mehribandı. Birimiz mükafat alanda ondan hamıya pay düşür. Aldığımız prezident mükafatından bir-birimizin dərd-sərinə yarıyırıq. Məndən əvvəl alanlarda belə olub, təbii ki, ənənə bu dəfə də davam edəcək. Mükafatı tək xərcləməyəcəyəm ki...
   
   - Başqasının pulunu saymaq ədəbsizlik sayılır. Amma qəzetçi kimi soruşuram, mükafatın məbləği nə qədərdi?
   
   - Mükafat bir illikdi, ayda 500 Yeni Azərbaycan Manatı alacam. Öz aramızdı, az pul deyil.
   
   - 500 manatla neçə dəfə Şuşaya gedib-gəlmək olar?
   
   - Gərək o vaxtkı qiymətlə hesablayım. 1992-ci ildə qatarla Şuşaya bilet 7 manat 60 qəpik, avtobusla isə 5 manat idi. İndi özün hesabla da... Getmək fikrin varsa o pulu sənə verə bilərəm.
   
   - Bəlkə ikimiz gedək. Hər halda Şuşanı məndən yaxşı tanıyırsız...
   
   - Olar.
   
   - Əvvəlki söhbətlərimizdən bilirəm ki, Şuşadakı evinizdə indi erməni keşişi qalır. O, hələ evi boşaltmayıb?
   
   - Evimin birinci mərtəbəsində keşiş qalır, ikinci mərtəbəni də dini idarə ediblər.
   
   - Teatrın binasında kim qalır?
   
   - Teatrımızın binasını da kukla teatrı ediblər.
   
   - İnşallah teatr Şuşaya qayıdanda premyeranı hansı tamaşa ilə etmək fikrindəsiz?
   
   - Teatrımız 1990-cı ildə yenidən bərpa olunanda Üzeyir bəyin "Arşın mal alan" operettası ilə premyera etmişdik. Kollektivimizin arzusu var ki, Şuşaya qayıdanda ilk tamaşa kimi yenə həmin əsəri tamaşaçılar üçün oynayaq. Özümün isə başqa bir arzusu var. Şuşaya çatan kimi üzümü qala divarlarına sürtüb "Sənsiz" romansını oxuyacam.
   
   - Tale elə gətirib ki, Şuşaya qayıdışın hazırlıqlarını "Savalan" kinoteatrında aparırsız. Kollektiv bu məkana uyğunlaşa bilir?
   
   - Hər halda kinoteatr teatr binası deyil də... Keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun əmri ilə "Savalan"da məskunlaşdıq. Amma indi ölkə başçısının sərəncamı var, bu binanın yerində müasir standartlara uyğun Mədəniyyət Mərkəzi inşa ediləcək. Yeni mərkəzdə həm teatr tamaşaları oynamaq, həm də kino seansları göstərmək mümkün olacaq. Yaxınlıqda metronun "Azadlıq" stansiyası da istifadəyə verilib. Mədəniyyət Mərkəzi Bakı sakinlərinin ən çox istifadə etdiyi yerlərdən birinə çevriləcək. Amma mən istərdim ki, həmin mərkəz inşa olunana qədər Şuşa erməni işğalından azad olunsun, tamaşaçılarımızı öz doğma binamızda qarşılayaq.
   
   - Bunun üçün gərək maraqlı, müasir tələblərə cavab verə bilən repertuarınız olsun...
   
   - Gör məni nə ilə qorxudursan... O cəhətdən narahatçılıq yoxdu. Qaçqın teatr olmağımıza baxmayaraq işlərimiz tam qaydasında gedir. Bütün plan və tapşırıqları artıqlaması ilə yerinə yetiririk. Bu baxımdan əksər teatrlarla rəqabət apara bilərik. İldə 4-5 yeni tamaşamız repertuara daxil olur. Şuşada oynamaq üçün tamaşamız çoxdu. Bu dəqiqə bir neçə əsər üzərində yaradıcılıq işi aparırıq. Baş rejissorumuz Loğman Kərimov Jan Batist Molyerin "Skapenin kələkləri" əsərini hazırlayır. Elşən Zeynalov xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri" pyesinə quruluş vermək üçün bizim teatra dəvət olunub. Akademik Milli Dram Teatrından isə gənc rejissor Samir Qulamovu dəvət etmişik. Samir bizim teatrda Kamal Abdullanın "Pis oğlan" əsərini hazırlayır. Necə deyərlər, tam gücümüzlə çalışırıq. Bu yaxınlarda Əbülfəs Qarayevlə görüşümdə də nazir teatrımızın fəaliyyətindən razılığını bildirdi. Hiss elədim ki, nazir işimizi diqqətlə izləyir. Son dövrlər Şuşa teatrına qayğı və diqqətin artdığını görməmək mümkün deyil.
   
   - Həmişə fikirlərini açıq deyən, tənqidlərini, iradlarını bildirməkdən çəkinməyən əvvəlki Yadigar Muradov görünmür. Etirazlarınızın azalmasının səbəbi nədi? Problemlər həll olunub, yoxsa...
   
   - Mən yenə sən tanıdığın Yadigar Muradovam. Günə, aya, həftəyə, ilə, hava şəraitinə uyğun fikirlərini dəyişənlərdən deyiləm. Haqsızlığa qarşı həmişə səsimi qaldırmışam, düz söz acı olsa da onu deməkdən heç vaxt çəkinməmişəm. Bundan sonra da belə qalacam. Nə edim, anam məni belə doğub.
   
   - Hərdən teatrın möhürünü seyfə qoyub aktyor kimi səhnəyə çıxırsız?
   
   - Mən möhürü seyfdə saxlamıram, həmişə özümlə gəzdirirəm. Direktorluğu bir kənara qoyub aktyor kimi səhnəyə çıxmağa gəlincə, təbii ki, repertuardakı bəzi tamaşalarda oynayıram. Elşən Zeynalovdan xahiş etmişəm ki, yeni hazırlanan "Cəhənnəm sakinləri" tamaşasında mənə rol versin. Çünki son vaxtlar səhnə üçün darıxıram. Rol bölgüsü ilə bağlı əmrdə mənim də adım var. Amma nədənsə rejissor hələ də mənimlə məşq etmir.
   
   - Günah sizdədi. Direktor kimi gərək rejissora əmr edəydiz...
   
   - Yaradıcı adamla əmr formasında danışmaq alınmır. Rejissorun ürəyincə olmayan işi mən ona əmrlə tapşıra bilmərəm. Belə yerdə direktor səlahiyyəti keçmir.
   
   - Hər şey barədə danışdıq. Qaldı bircə Şuşaya getmək...
   
   - Problem yoxdu, sən nə zaman qabağa düşüb getmək istəsən, mən hazır.
   
   - Bəlkə siz qabağa düşəsiz...
   
   - Onda gəl püşk ataq.


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK