Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | BİR AZCA DA DÖZ... Adalet.az | BİR AZCA DA DÖZ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR AZCA DA DÖZ...

19985    |   2010-04-03 05:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adamın səbri tükənəndə və əli hər yerdən üzüləndə bilmir canını hara qoysun. Ona görə ki, işlər düz gətirməyəndə və fikirləşdiyin planlar alt-üst olanda insan çıxılmaz vəziyyətə düşür. Bəzən adam o qədər əsəbiləşir ki, bilmir hara getsin və harda düyünə düşmüş işini yoluna qoysun. Belə olan anlarda ən yaxşı şey səbrli olub gələn qada-bəla ilə razılaşmaq və həmin ağrı-acının ötüb keçməsini gözləməkdi. Bunun üçün isə ən yaxşı çıxış yolu səbr eləməkdi.
   
   Bir dəfə bir məmurun qapısının ağzında möhkəm basabas yaranmışdı. Hamı da çalışırdı ki, kabinetə girib öz dərd-sərini həmin vəzifəli şəxsə desin və o da buna çarə eləsin. Elə adam var idi növbə gözləyirdi, eləsi də var idi ki, növbə gözləməmiş kabinetdə şikayətçi ola-ola özünü müdirin yanına salırdı. Təbii ki, müdirin də beş başı, on qulağı yox idi ki, hər gələnin dərdini eşidə və ona kömək eləyə. Şikayətçilərdən biri içəri girəndə görüb ki, müdirin stolunun üstündə bir yazı var. Həmin yazını içəri girən kimi hər bir adam görürmüş. Orada yazılıb ki: "Səbrli ol!". Heç də bu sözləri müdir içəri girən adamlar üçün yada salmaq istəmirmiş, sadəcə olaraq qəbuluna o qədər çox adam gəlirmiş ki, üzüyumuşaqlıqdan heç kimi geri qaytara bilmirmiş. Hövsələdən çıxmamaq üçün də "Səbrli ol!" yazısına tez-tez baxırmış. Camaat da bunu ondan soruşanda müdir deyir ki, bir az səbrli olsanız hər şey yoluna düşər. Nə məni hövsələdən çıxararsınız, nə də işiniz düyünə düşər.
   
   Amma bizim dərdimiz o qədər çox olur ki, buna bəzən dözə bilmirik. Bəzən elə bil ki, Allah-Təala da səbri bizə çox görür. Bir balaca səbrini insan bassa, inanın o çox xətalardan və bəlalardan canını qurtarmış olar. Ancaq nə etmək olar ki, adamın dərdi o qədər çox olur ki, artıq səbr kasası dolur və hər şey aşıb-daşır. Hər şey də aşıb-daşanda onda dünya bir-birinə dəyir.
   
   Bir neçə gün bundan əvvəl ATV kanalında maraqlı bir verilişə baxandan sonra bu qənaətə gəldim ki, bizim məmləkətimizdə çox adamın səbri azalıb. Yəni elə insanlar var ki, ailə qurur, bir balaca çətinliklə qarşılaşan kimi o dəqiqə bu ailəni atıb aradan çıxır. Tay fikirləşmir ki, həmin ailəni kim saxlayacaq, uşaqlara kim baxacaq, onları kim yedirdəcək və kim böyüdəcək. Əgər hər hansı bir gənc ailə qurmağa hazır deyilsə, bəs onda niyə kiminsə qızını bədbəxt etməli və həmin qızın qoltuğuna da üç uşağı vurub çölə atmalıdır?! Ən dəhşətlisi odur ki, bu cür məsuliyyətsiz oğlanların valideynləri də bir çox halda nə gəlinə, nə də atılan uşaqlara sahib çıxmaq istəir. Sanki çölə atılan və pis günlərə düşən onların gəlinləri, nəvələri deyil, yad bir adamdı. Xüsusən də ayrı-ayrı ailələr və ailəni, uşaqları atan cavanlar bir dəfə olsun həmin körpələrin taleyi ilə maraqlanmırlar. Biləndə ki, qadının iradəsi zəifdi, savadı yoxdu və bir balaca da imkansız ailədəndi, bax, onda oğlan tərəfin ayağı yer alır, atılan qadına və uşaqlara gözlərinin ucu ilə belə baxmaq istəmirlər. Amma onlar onu bilmirlər ki, Ulu Yaradan hər şeyi yaxşı görür və kim yolunu azıbsa gec-tez onun cəzasını verir. Sadəcə olaraq atılan qadınlar bir balaca dözə bilsələr, çətinliklərdən qorxmasalar və onlara kimlərsə arxa dursa sizi inandarım ki, həmin insanlar gec-tez ayağa qalxacaq və öz fəal həyatlarını bərpa edəcəklər. Amma indi görək bu cür şəraitə düşən, depresiyalar yaşayan, stresslər keçirən qadınlara ailəsindən başqa kimlərsə dayaq olurmu? Ən azından bu cür anlarda onlara qohumları, qonşuları və yaxınları arxa durmalı və ürək-dirək verməlidirlər. Heç kimin də haqqı yoxdur ki, çətin vəziyyətə düşüb atılan qadına kimsə kəm gözlə baxsın. O kəm gözlə baxan insanın gözü nə vaxtsa töküləcək.
   
   Vaxtı ilə orta məktəbdə bizim bir sinif yoldaşımız vardi. Çox savadlı, tərbiyəli və zəhmətkeş bir xanımdi. Ali məktəbi bitirib xalası oğlu ilə ailə qurdu. İş elə gətirdi ki, xalası oğlunun əlinə vəzifə keçəndən sonra hər şey dəyişdi və xalası oğlu həmin müəlliməyə yuxarıdan aşağı baxdı və günlərin birində onlar ayrıldılar. Nigahdan onların bir oğlan uşağı var idi. Müəllimə oğlunu heç kimə vermədi, özü böyütdü. Uşaq günlərin birində Tibb Universitetinə qəbul olundu və bu gün də rayonda həkim işləyir. Yəni mənim sinif yoldaşım öz yeganə övladını boya-başa çatdırdı və onun müstəqil həyata atılmasına arxa durdu. Sonradan həmin qadınla kimlərsə ailə qurmaq istəsə də, bu xanım heç kimlə yenidən nigaha girmədi və öz oğlunu namusla, qeyrətlə böyüdüb ona həm atalıq, həm də analıq elədi. İndi bu müəllimə hamının yanında alnı asıq, üzü ağ və qürurlu gəzir. Çünki o, heç kəsin yanında gözükölgəli deyil. Əksinə, bütün el-oba namuslu və qeyrətli olduğuna görə, bu xanıma böyük hörmət bəsləyir. Deməli, hər şey insanın dözümündən, iradəsindən və mübarizəsindən asılıdır. Bizcə, atılmış qadınlara bu müəllimə böyük nümunə ola bilər. Ən azından ona görə ki, həyatının ən çətin anında o xanım nə əvvəlki ərinə baş əydi, nə kiminsə minnətini götürdü, nə də kiminsə yanında gözü kölgəli oldu. Öz halal zəhməti və alın təri ilə bir də səbri ilə ən çətin anları keçib daha yaxşı günlərə qovuşdu. Çətinə düşən adam bir az səbr eləsə, bir az dözsə yəqin ki, onun da qaranlıq günləri arxada qalacaq və qarşıda işıqlı günlərə çata biləcək.
   
   
   
   ***
   
   Bir neçə gün bundan əvvəl şair dostum Xaqani Ayxanı qanı qara gördüm. Gördüm ki, lap dilxor olub, siqareti siqaretə calayır. Maraqlanıb öyrəndim ki, şair qardaşımız bayram qabağı olan-qalan pulunu bayram süfrəsi açmağa xərcləyib, bayramdan iki gün sonra isə ona 140 manat işıq pulu gəlib. İşıq pulunu da verə bilmədiyi üçün gəlib işığını kəsiblər. O da evində 3 gün işıqsız qalıb. Xaqani Ayxan dedi ki, şam işığında yaşayırıq. Özü də bu şam işığında bir şeir yazmışam: "Çətin imiş...". Şeirdən oxuyuruq:
   
   
   
   Dayaz adamlar içində,
   
   Dərin olmaq çətin imiş
   
   Haqqı söyləyə-söyləyə,
   
   Şirin olmaq çətin imiş.
   
   
   
   Biz hardayıq, halal harda
   
   Qanadımız yuxularda.
   
   Yediyimiz haramlarda
   
   İrin olmaq çətin imiş...
   
   
   
   Şam işığında dahi rus yazıçısı Maksim Qorki də böyük əsərlər yaradıb. Elə əsl şair, yazıçı yaxşı yazılarını həyatının ən çətin məqamlarında qələmə ala biliblər. Onları şair dostuma xatırladanda o çəkdiyi siqaretdən bir qullab vurub, tüstünü ağzından ətrafa yaydı və sonra da dedi ki, sən Allah məni onlarla bir tərəziyə qoyma. O dediyin yazıçı, şairlər dağ boydadı, mən balaca bir daş boyda. Sadəcə olaraq bu şeirləri yazmasam ürəyim parlayar. Bəzən kitab satılmayanda və işlərim düz gətirməyəndə qanım elə qaralır ki, canımı qoymağa yer tapmıram. Axı mən hər gün Sumqayıta gedib gəlirəm. Üstəlik də evdə stolun üstünə 10 manat da pul qoymalıyam ki, külfət dolansın. Bax, bu pulu tapmayanda dərd içimi oyur, Allah-Təalanın göndərdiyi və kədərimi ovunduran şeirlər yaranır. O şeirləri də yazmasam olmur. Əlisəmid Kür deyir ki, Xaqani sənin şeirlərini "Ulduz" jurnalına təqdim eləmişəm, hamısını bəyəniblər. Neçə-neçə kitabı çıxan şairlərdən sənin şeirlərin daha gözəldir. Ən azı həmin şeirlərdə sənin dərdin, kədərin və özün varsan. Bir neçə gündən sonra Xaqani ilə görüşəndə gördüm ki, üzü gülür. Dedi ki, 20 manat ödəyəndən sonra işığımız yanır. Düzü buna mən də sevindim. Qoy təki bütün insanların işığı yansın və balası sevinsin.
   
   
   
   ***
   
   Mollalarla bağlı bir neçə yazı qələmə almışam. Bundan inciyən də olub, inciməyən də. Amma bizim kəndin mollaları qətiyyən mənim yazımdakı tənqidi fikirlərdən küsmürlər. Söz düşəndə xeyir-şərdə deyirlər ki, bilirik sən də nəsə yazıb camaatın gözünü açmaq istəyirsən. Onsuz da bizim kənddə hamının gözü açıqdır. Sən bizdən yox, camaatı aldadan və onlardan çoxlu pul qoparmaq istəyən, adını molla qoyan ayrı-ayrı dələduzlardan və fırıldaqçılardan yaz. Təbii ki, bu cür mollalardan da müxtəlif vaxtlarda yazılar yazmışam. Onsuz da bu dünyada hər şey nisbidir. Yəni biri üçün yaxşı olan adam başqa birisi üçün pis də ola bilər. Amma o da sirr deyil ki, elin gözü həmişə tərəzi olub.
   
   Bu yaxınlarda tanışlarımdan biri olan, əslən gədəbəyli çayçı Elmar qərbə bir hadisə danışdı. Onu da qeyd edim ki, Elmar çox təmiz və zəhmətkeş və halal adamdı. Heç kimin malında gözü olmayan insandı. O deyir ki, İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndində bir molla var: Əbdürrəhman baba. Ona kənddə hamı baba deyə müraciət eləyir. Çünki bu ağsaqqal kişi o kəndin bütün yas məclislərini təmənnasız aparır. Hətta kimlərsə ona pul təklif edəndə, hansısa hədiyyə verəndə ondan imtina edir. Deyir ki, mənim dədə-babalarım tamamilə başqa cür öyrədiblər. Yəni onlar öyrədiblər ki, hər hansı yas məclisini aparanda, Yasin, Quran oxuyanda kimdənsə pul almaq olmaz. Çünki bu müqəddəs kəlamların qiyməti yoxdur. İndi uzun illərdir İsmayıllının Kürd Eldarbəyli kəndində mollalıq eyləyən insan heç kimdən təmənna və hörmət ummadan, varlı, kasıba fərq qoymadan hər hansı yas məclisini ilk gündən 40-na qədər təmənnasız aparır. Bu halallığına və ürək böyüklüyünə görə, həmin kənddə böyükdən kiçiyə insanlar o kişinin başına and içirlər. O təkcə molla deyil, həm də el ağsaqqalı kimi bu kənddə böyük hörmət sahibidir. Günlərin bir günündə Əbdürrəhman baba xəstələnir və onu xəstəxanaya aparırlar. Onun xəstə günlərində bütün el-oba hər gün ona baş çəkir, kişinin yanında olur və ürək-dirək verirlər.
   
   Əbdürrəhman baba da camaatın və el-obanın ona necə böyük məhəbbət bəslədiyini bir daha dərindən duyur. Yanına gələn adamlara deyir ki, əgər mən camaatdan nəsə umsaydım, pul alsaydım bu ağır günümdə el-oba mənim başıma yığışmazdı. Deməli, şükür İlahinin məsləhətinə, mən düz yoldayam və həmişə də el-obamın yas məclislərini təmənnasız yola verəcəm. Belə insanları görəndə adam fikirləşir ki, nə yaxşı din adamları arasında təmənnasız heç kimdən heç nə ummayan və el-obanın məclislərini yola verən savadlı mollalar var. Əlbəttə, insan kimliyindən asılı olmayaraq, həmişə Allahını tanımalı və atdığı addım üçün dərindən düşünməlidir. Çünki Allahını tanıyanda insan daha işıqlı, daha bütöv, daha kamil olur. Onda da atılan addım heç kimə zərər gətirmir, əksinə bu addım kimlərinsə köməkliyinə və ayağa qalxmasına xidmət eləyir.


YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK