Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QƏMİ SƏN DİNDİRİRSƏN... Adalet.az | QƏMİ SƏN DİNDİRİRSƏN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QƏMİ SƏN DİNDİRİRSƏN...

19599    |   2010-04-03 05:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyüklərin də tətili başa çatdı. Bilmirəm, bu günləri kim necə keçirdi, necə dincəldi, haralara getdi, kimlərnən görüşdü, amma məndən ötrü elə bir yadda qalan şey olmadı. Görünür, ya sadəcə olaraq, yaşamağı bacarmıram, ya da yaşamağa qoymurlar. (Çox götür-qoydan sonra ikincinin üstündə dayanmalı oldum). Həm də o qənaətə gəldim ki, bu qədər işdən aralanmalar adamın daxili müvazinətini pozur, ruhən sabit, dayanıqlı olmasını əngəlləyir. Görünür, təkcə fiziki cəhətdən deyil, ruhi cəhətdən də həmişə formada olmaq lazımdı. Məsələn, hiss edirəm ki, yazanda əlim titrəyir, fikirlər sırasını itirib, mövzular bir-birinə qarışıb. Hansından yapışmağı, hansını önə salıb işləyəcəyimi qərarlaşdıra bilmirəm. Amma nə qədər qarışsa da, biri yaxamdan əl çəkmir. Çox istəyirəm ki, yayınım, başqa mövzuya girişim, alınmır. Və hiss edirəm ki, bu başıma dolanları vərəqlərə tökməsəm, nəinki rahatlanmayacaq, heç başqa mövzuları da sakit başla işləyə bilməyəcəyəmg
   
   "Bir az qəmi danışdırg" yazısının ("Ədalət" qəzeti, 13 mart 2010-cu il) müəlliifiynən fikrən əlləşdiyim günlərdə millət uşaqlı-böyüklü Novruzu qarşılamağa hazırlaşırdı. Özümü qınayırdım ki, camaatın indiki ovqatında nə qəm-qüssəbazlıqdı, bayram əhvallı bir yazı hazırla, qurtarıb getsin. Ancaq sətirlər, şeir parçaları yaxamdan əl çəkmirdig
   
   
   
   hardan başlayır bu yol
   
   kimdi onun bilənig
   
   adını de, tanıyım-
   
   ay bu qəmin ölənig
   
   
   
   Daha niyə geri çəkilirəm ki?! Şeirin müəllifi əlbəəl axtarır qəmdən ötrü ölənləri. Qəmini- qəminə qarışdırıb öz dərdlərinin dadını-tamını bir az da artırmaq istəyir. Bu yerdə qəm yiyəsini, özünə həmdərd, şərik axtaranı tək qoymaq namərdlik deyil, bəs nədi?! Qəmdən qorxub geri çəkilmək yox, onun düz gözlərinin içinə baxıb üstünə yeriməyin əsl zamanıdı. Qoy özünə güvənməsin, "mən insan övladını yendirdim" deməyə cürəti çatmasıng
   
   
   
   ***
   
   
   
   Yaşadığımız dünyada heç nə əbədi deyil. Bu aksiomaya da heç birimiz sahiblik edə bilmərik. Ömrün sevincini, kədərini dadandan sonra ayrı-ayrılıqda hamımız bu fikirdə yekdil oluruq. Əksliklər bir-birini əvəz edir- gecə-gündüznən, ağ-qaraynan, şadlıq-kədərnən növbələşir, görüşür, yerlərini bir-birinə verib ayrılırlar. Deyəsən, qəm-qüssənin ömrü daha uzundu, axı. Burda balans pozulub. Biçarə insan ani sevincin, fərəhin ömrünü uzatmaqçın nələr etmir?! Onu itirəndən sonra belə təkrar-təkrar göz önünə gətirib yaşadıqlarını bir də yaşamaq istəyir. Xoşbəxtlik deyilən yaşantının əsl sirrini, hikmətini hələ heç kəs nə dərk edib, nə də aça bilib. Burda da hər kəsin öz ölçüləri var. İlyas Əfəndiyevin Nuriyyəsi ("Söyüdlü arx") onu insan ömründə şimşək kimi çaxıb tez də sönən anlara bənzədir. Şıxəli Qurbanovun "Sənsiz" pyesinin adını unutduğum qadın qəhrəmanının fikrincə isə xoşbəxtlik əldə tutulmuş büllur vaza kimidi. Ürəyin əsir ki, indicə salıb sındıracaqsan. Təbii ki, söhbət insanın özünü xoşbəxt hiss etdiyi məqamlardan gedirg
   
    Kədərin ölçüsü itirdiklərimiz qədərdi. Ağrısını, acısını göz yaşlarımızla yumaq istədiyimiz duyğular candan, ürəkdən silinən deyil. Heç zamanın da gücü çatmaz buna. Çatmır da. Deyirlər, güllə yarası isti-isti adamı incitmir. Elə ki, yara soyuyur, ondan sonra əsl ağrılar, göynərtilər başlayır. Dərd bunun kimidi. Bir də ki, hər şey adamına baxır. Eyni xəstəlikləri hamı bir cür keçirmədiyi kimi, dərdi də hamı eyni çəkmir. Kiminin yarası tez sağalır, kiminin də sızıltıları qəbir evinə kimi onunladı. Həm də özünə bağlayan, öyrəşdirəndi kədər. Qüssəli üzlərə, hüznlü gözlərə hörmətlə baxırıq. Yaxınlaşmağa, həmsöhbət olmağa, eynini açmağa cəhd göstəririk. Bəlkə səhv edirik? Bəlkə bu qüssə onun taleyidi? Biz ki, alın yazısını oxuya bilmirik. Oxusaq nə dəyişəcək? Axı, qarşımızdakı elə öz kədəriynən- darıxan ürəyi, axtaran gözləriynən doludu, sanballıdı. Dərdini alsaq, (ala bilərikmi?) boşalar, adiləşər, maraqsızlaşar. Rəftarı çəkisini, baxışları mənasını itirər. Bəlkə bu qüssə onun ömrünün mənası, qəlbinin istinadgahıdı? Nə istəyirik ondan? Niyə rahat buraxmırıq adamı öz qəmiynən başbaşa?
   
    Yoxg Biz də nəsə bilirik. Bilirik ki, nə qədər dözümlü olsa da, dərdini içəri salıb sakit çəksə də, hamı dərdinin kiminsə bilməsini istəyir. Qəm yiyəsi nəyisə gözləməmiş deyilg
   
   
   
   sinəmi közləyirəm
   
   yanmasın izləyirəmg
   
   oturub gözləyirəm-
   
   göz yaşımı silənig
   
   
   
   Gördünüz?! Mümkün deyil! Axı, biz insanıqg Torpağı, səması, Günəşi, Ayı bir olan insanlar. Bölünməsi gərəkən çox şeylərimiz var. Bölə bilsək, başqasından ötrü ağrılar çəkə bilsək, acılar yaşaya bilsək. Onsuz da, ayrılıqda çəkirik bunları. Mən birləşməsindən, bölüşdürülməsindən danışıram. Qəm bölünəndə azalandı, deyirlər. Ammag bölmək istəmədiyimiz dərdlər də var, axı. Buna heç kəs dəyməsin! Gəl bölünməsi gərəkəndən yapışaq, şərik olaq. Dərd bölüşməyin əslində nə demək olduğunu bilirikmi? Bəlkə təkcə dərd yiyəsinin deyil, dərdin özünün də kefini açmaq, ümidsizlikdən qurtarmaqdı dərd bölüşmək?! Dərdin özünə də xoş sözlər deyib onu öz tərəfimizə çəkmək, ziyanını azaltmaq lazımdı bəlkə? Yoxsag dərdin də ahı varmış, bizi tuta bilərmişg
   
   
   
   bir az qəmi danışdır
   
   qoy, yuxusu dağılsıng
   
   mürgülü gözlərindən
   
   ümidsizlik sağılsıng
   
   bir az qəmin kefin aç
   
   dodaqları ilinsing
   
   sifət cizgilərindən
   
   yaşadığı bilinsing (!)
   
   bir az qəmi al, gəzdir
   
   yerişin unutmasıng
   
   ona xoş söz dedizdir-
   
   ahı bizi tutmasıng
   
   
   
   Sən demə, qəmin də sifət cizgiləri, yerişi, duruşu varmış. Deməli, o fövqəl bir şey deyil. Belə isə insan niyə dərdi "əhliləşdirməyi", onu öz iradəsinə tabe eləməyi bacarmasın?! Nə vaxta kimi insan dərd çəkəcək? Qoy, bundan belə dərd də insan əlindən çəkməyi öyrənsin!
   
   Yaxşı tapıb şair dərdi üstələməyin çəmini. Qəmin, kədərin dilini öyrənib. Fürsət düşdükcə özü dərdi dindirib onunla həmsöhbət olmağı, dərdlə onun öz dilində- dərd dilində danışmağı bacarır. Dərd danışdısa, sirrini açacaq, sirri açıldısa, daha o güclü, basılmaz deyil. Sirrini bildiyini zərərsizləşdirmək asandı! Qorxu, təlaş məchulluqdan doğur həmişə. Dərd dağa bənzədilirsə, onun ən uca zirvəsinə qalibiyyət bayrağı sancmaq da olarmışg Və həm də lazımmışg
   
    Və müəllifin qəmlə, kədərlə dil tapmasında təəccüblü heç nə yoxdu. Bu qədər sevgi şeirləri yazan, təpədən dırnağa sevgidən yoğrulan kəsi hansı qüvvə yendirə bilər ki?! Səxavət Məmmədli "qələmindən ələm tökülən Əbülfət" yazsa da ("Ədalət" qəzeti, 20 mart 2010-cu il), onun qəmi dindirməsində bir ərkyanalıq, özünə inam var. Kədəri sevsə də, ona əyilmir, onunla həmsöhbət olsa da ondan qorxmur. Çünki dərd insana aldığından daha çox şeylər verib həmişə. Onu duruldub, saflaşdırıb, başqalarının da qəmini duymağı öyrədib. İtirdiklərinin acısıynan yaşamağa məcbur eləməsiynən yanaşı, hələ var olanların qədr-qiymətini bilməyi də öyrədib. İnsanı üzü nurlu, gözü tox edibg
   
    Elə bilirsiniz, bu azdı?...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK