hacklink Adalet.az | QƏRBİN İKİ ÜZÜ Adalet.az | QƏRBİN İKİ ÜZÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QƏRBİN İKİ ÜZÜ

25484    |   2010-03-20 01:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Anadoluda Azadlıq Hərbi davam edir. Kütahya-Əskişəhər xəttində Yunan ordusu ilə gedən döyüşdə bir cəbhəmiz yarılır və hərbi birliklərindən aralı düşən əsgərlərdən bir hissəsi öz alaylarını (polk) tapmaq üçün komandansız nəsiz öz başlarına döyüşə döyüşə cəbhə gerisinə çatmağa cəhd etməkdədir. Yolda təmkinlə irəliləyərkən bir suvari hissəsi ani olaraq başlarında bitir. Atın üstündəki yüzbaşı üzünü tutub əsgərlərdən vəziyyəti soruşur və bunların Sakarya çayının digər tərəfindəki alaylarına çatmağa çalışan əsgərlər olduğunu başa düşür. Onlara göstəriş verərək deyir: Bu təpənin ardında kiçik bir kənd var, orda biraz dincəlin sonra üzünüzü şərqə tutub yeriyin və Sakarya çayını keçin. Ancaq belə bir vəziyyətdə kəndə girməyin və sizi görən kəndliləri kədərləndirməyin, başa düşdünüz?!
   
   Yorğunluqdan və qidasızlıqdan pərişan olmuş Məmmədçiklər ayaqlarını güclə dartaraq yeriməyə başlayır. Başlarındakı çavuş onların bu cür yerişlərini görüb dəli-divanəyə dönərək göstəriş verir: -əsgər, başınızı qaldırın və şəstlə yeriyin, Türk əsgəri bu cür pərişan halda yeriyib xalqını kədərləndirməz. Onları yerişimizlə və hərəkətlərimizlə qürurlandırmalıyıq. Haydı hamılıqca himnimizi oxumağa başlayaq:
   
   Anam məni yetişdirdi, bu ellərə yolladı
   
   Al sancağı təslim etdi, Allaha ismarladı (tapşırdı)..."
   
   
   
   ***
   
   Bugünkü Məmmədçiklərimiz dünənkilər kimi imkansız deyil və dünyanın ən qüdrətli ordularından biridir, Türkiyə də dünənki ac-yalavac və tənəzzülün bataqlığında dəbələnən Osmanlı deyil..! Bəziləri, bəzi hadisələri diyəsən yadlarından çıxarıbdır...
   
   ***
   
   Yunan ordusu, Anadolunun əgə bölgəsini işğal etmiş və 1992-ci ilin 26 fevral günü ermənilərin Xocalıda törətdiyi qırğının oxşarlarını bu bölgədə həyata keçirmişdi. Yunanlıları qışqırdıb üstümüzə salan qərbin imperialist qüvvələri idi, başda da İngiltərə. Anadolu, İngiltərə, Fransa, İtaliya tərəfindən bölüşülmüş, Amerika da Şərqi və Cənubşərqi Anadolu bölgəsində açdığı missioner məktəblərində yetişdirdiyi erməni terrorçularını silah sursatla təmin edib noxtalarını buraxmışdı. Arxalarında Rusiya, İngiltərə, Fransa və Amerikanın əlini görən erməni caniləri də Anadoluda tarixdə tayına çox az rastlanan soyqırımları həyata keçirmişdi.
   
   Həmin Amerikanın Nümayəndələr Palatasının Xarici əlaqələr Komitəsi, türklərin 1915-ci ildə erməniləri soyqırımla (???) məhv etdiyini və bir milyon yarım ermənini (???) məhv etdiyini qəbul etdi. Biz hələlik Amerika tərəfindən kütləvi şəkildə soyqırım törədilərək məhv edilən Amerikanın yerli xalqları olan Aztəkləri və Qızıldərililəri (Hindular) gündəmə gətirmədik.
   
   Amerikalılardan qısa bir müddət sonra bu dəfə İsveç parlamenti oxşar bir qərarı qəbul etdi.
   
   Bu qərara yetişənlərə, Türklərin 1915-ci ildə soyqırım törətdiyi (əəə) ilə bağlı hadisələr barəsində sual versəniz onlardan düzgün tarixi bir cavab ala bilməzsiniz. Sadəcə olaraq tutu quşu kimi öz beyinlərinə həkk olunmuş və öz ciblərinin marağını dilə gətirəcək cümlələri eşidə bilərsiniz. Əgər onlar doğrudan da tarixi hadisələr barədə biraz məlumat yiyəsi olsaydı və biraz da insafları olsaydı bu hadisənin gündəmə gətirilməsinə belə icazə verməzdi. Bütün dünyanın gözləri qabağında tragik komediyanı da düzgün səhnəyə qoya bilməyib özlərini dünya qarşısında rəzil-rüsva eləməzdi.
   
   İsveçlilərin də bizi ittiham edən qərarı qarşısında atalar sözümüzü yadıma saldım: Çörək, yeyəni yox, verəni tutar.
   
   18-ci əsrdə İsveç kralı 12-ci Şarl, ruslara və polşalılara hərb elan edir və əvvəllər bizim Dəli Piyotr dediyimiz, rusların da Böyük Piyotr dediyi çar qarşısında ardıcıl uğurlar qazanır və Moskvaya kimi irəliləyir. Ancaq ordusunda başlayan yoluxucu xəstəlik və qış fəslinin başlamasıyla şərtlər tərsinə dönür. 12-Şarl, Poltava döyüşündə məğlub olur, ardına düşən rus ordusunun əlinə keçməmək üçün başını soxacağı deşik axtarmağa başlayır. Avropada özünə arxa duracaq bir hami axtarsa da tapa bilmir və ətrafında qalan 1500 nəfərlik karoliner və qazax qüvvəsilə Osmanlı Dövlətinə sığınmaq qərarına gəlir. Özü qalası komandiri Əbdürrəhman Paşaya müraciət edir və Dəli Piyotrun əlinə keçəcəyi bir anda Ağsu çayını adlayıb Özü qalasına sığınır. Ruslar isə Şarlın özlərinə təhvil verilməsi üçün Osmanlı Dövlətinə aramsız təzyiq edir, ancaq türklər tarixi xarakterləri və genlərindəki əsalətin məsuliyyətini yerinə yetirib onu ruslara vermir. Osmanlı Dövləti ilə ruslar arasında İsveç kralı üzündən Prut döyüşü yaranır. 12-ci Şarl beş il Osmanlı padşahı III-cü Əhməd dövründə saxlanır və bütün xərcləri dövlət tərəfindən ödənir. Onun bütün xərcləri dövlət xəzinəsindən ödəndiyinə görə Türk tarixində ona "Dəmirbaş Şarl" adı qoyulur.
   
   Aradan sadəcə olaraq üç yüz il ötüb və 12-ci Şarlı saxladığına görə ruslara hərb elan edən və Dəli Piyotru Prut döyüşündə məğlub edərək rusların qəzəbini özünə çəkən türklərin nəvələrini, bugün Dəmirbaş Şarlın nəvələri nahaq yerə və avamcasına soyqırımı törətməklə ittiham edir.
   
   Avropalılar riyakardır və ikiüzlü olduğunu tarix boyu da sübut edib. İsveçlilər də, Fransızlar da, digərləri də birdir, çünkü onlar millət olmağı Orta əsrdən sonra bacara bildilər. Bu səbəblə çörəkləri dizlərinin üstündədir, ayağa duran kimi yerə düşür. Onlar, sadəcə olaraq öz mənafelərini güdürlər, onların əksəriyyətində dostluq, mərdanəlik, sədaqət kimi dəyərlərin zərrəsini də tapa bilməzsiniz.
   
   Mən bu məsələdə amerikalıları da, avropalıları da, bir vaxtlar üstümüzə qışqırtdıqları yunanları da, o vaxtlardan üzübəri manqurtlaşdırdıqları erməniləri də günahkar saymıram. Günahı özümüzdə görürəm.
   
   İstanbulu 1453-cü ildə tutandan 43 il sonra Amerika qitəsi tapıldı. İstanbulu alarkən dünyanın süper dövlətiydik və töktüyümüz toplar 1500 kiloluq güllələri ata biləcək qüdrətdə idi. Texnolojidə də, elmdə də dünyanın birinci millətiydik. O dövrdə avropalılar isə Orta əsrin qaranlıq dəhlizlərində, inkvizisiya məhkəmələrinin insan ağlının və məntiqinin qəbul edə bilmiyəcəyi işgəncəli koridorlarında ömür sürürdü. Avropalı və amerikalılar 16-cı əsrdən etibarən elm və texnolojiyə yönəldi, biz isə mədrəsələrimizdən dəqiq elmləri götürüb yerinə teokrasiyanı və hafizliyi, əzbərçiliyi qoyduq. Çatdığımız mənzil bu ləhzə bütün dəhşətiylə qarşımızda dayanır.
   
   Elm və texnolojiyə əhəmiyyət vermədiyimiz cəhənnəmə, taxt və nüfuz qazanmaq üçün qardaş qardaşı qırdı, bu sayədə imperatorluqlarımızı, dövlətlərimizi yerlə yeksan elədik. Gözünüz aydın babalarımız, başınızı qəbrinizdən uzadın və nəvə-nəticələrinizin hansı yerdə dayandıqlarını görün.
   
   Nəticə olaraq hər bir türkün çiyninə yüklənmiş məsuliyyət o qədər ağır və ağır olduğu boyda da müqəddəsdir. Əl-ələ verməkdən, çiyin-çiyinə var qüvvəmizlə işləməkdən, elm və texnolojidə dünya birincisi olmaqdan savayı yolumuz yoxdu. Hər bir türk evladı bunu beyninə yaxşıca yerləşdirməlidir. Ya bunlara nail olacayıq, yada olacayıq...
   
   Hamı deyə bilər, "Bu bayram günündə işləməkdə dünya birincisi olmaq da hardan çıxdı?!"
   
   İkinci Dünya Müharibəsindən sonra bir alman mühəndis Türkiyəyə işləməyə gəlir. Ayda 300 lirə maaş alır. Onun yarısını özünə saxlayır və özünə saxladığı pulun 75 lirəsini xərcləyir, 75 lirəsini də Alman dövlətinə yardım edir. Qalan 150 lirəni də iki uşağı ilə yaşayan həyat yoldaşına yollayır. Üç il sonra Almaniyaya gedir və həyat yoldaşı ilə uşaqlarının pis gündə olduqlarını görür. Əsəbani şəkildə həyat yoldaşına; "niyə bu gündəsiniz?" deyə sual verir. Yoldaşı da; "Yolladığın pulu idarəli işlədib yarısını özümüz xərclədik, yarısını da dövlətimizə yardım kimi bağışladıq"-deyə cavab verir. Bugün Almaniya ildə bir trilyon dollardan artıq ixracat gerçəkləşdirir. Bəs biz hardayıq?!
   
   Hamının bayramını səmimi qəlbdən təbrik edirəm...
   
   Bu bayramın xalqlarımızın, dövlətlərimizin bütövlükdə inkişaf etməsinə, işğal altındakı torpaqlarımızın qaytarılmasına, əsarətdə olan bacı-qardaşlarımızın öz azadlıqlarını əldə etməsinə vəsilə olması arzusuyla hamıya can sağlığı və xoşbəxtlik diləyirəm.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK