hacklink Adalet.az | 8 MARTIN ARDINDAN Adalet.az | 8 MARTIN ARDINDAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

8 MARTIN ARDINDAN

47511    |   2015-03-14 01:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Bugünkü yazımda özüm bilərəkdən keçib gedən 8 Mart bayramı barədəki fikirlərimi oxucularımla bölüşmək qərarına gəldim.
Hamı bilir ki, bu bayram, 1857-ci ilin mart ayının 8-i günü New-York şəhərində bir zavodda işləyən qadınlar, işləmə şəraitlərinin yaxşılaşdırılması məqsədiylə tətil elan edib, polis işçiləri də zavoda basqın verərək qapıları qadınların üstünə bağlayıb. Yaranan yanğında 129 qadın işçi can verib.
Amerikanpərəstlər bilsinlər ki, dünyada ən demokratik ölkə kimi qələmə verilən ABŞ-ın belə üzü də varmış, indi də var. Qərbin imperiya siyasəti ardınca gedən dövlətləri və xalqlarının qadınlarla bağlı anlayışı dünənə kimi eyni idi. Onların insana olan hörmətini bu günün özündə Orta Şərqdə yaranan hadisələr açıq-aşkar sübut etmirmi?
8 mart hadisəsinin üstündən yarım əsr qədər vaxt ötəndən sonra 1910-cu ilin avqust ayının 26-27-si günlərində Danimarkanın Kopenhag şəhərində Uluslararası Sosialist Qadınlar Konfransında iştirak edən Almaniya Sosial Demokrat Partiyasının qabaqcıllarından olan Clara Zetkin bu günün Dünya Qadınlarının Bayramı kimi qeyd olunmasını təklif edib. Təklif qəbul olunub və o tarixdən üzü bəri hər ilin 8 mart günü qadınlar bayramı kimi qeyd olunur.
Bu bayramla bağlı çoxlu yazılar yazılıb, yazılır, yazılacaq. Hər şəxs öz fikrini digərləriylə bölüşüb, bölüşəcək. Mən də keçib gedən bu bayramdan sonra qadınlarla bağlı fikirlərimi həm dinimiz, həm də milli anlayışımız yönündən oxucularla bölüşmək qərarına gəldim.
Əziz oxucularım mənim İslam diniylə bağlı fikirlərimi az-çox bilirlər deyə fikirləşirəm. İslam dini qadına hədsiz önəmlə yanaşır. Bu din gəlməzdən qabaq ərəb yarımadasında insanlar, qızları dünyaya gəldikdə onu diri-diri çölün kürə kimi yanan qumlarına qazıb quylayır və öz balalarının qatili olurdular. Ulu Peyğəmbərimiz İslam dinini yaymağa başladıqda bu işin böyük günah olduğunu, Ulu Tanrını incitdiyini insanlara çatdırdı və bəşəriyyətə bu caniliyin Allah tərəfindən yasaqlandığını bildirdi.
Peyğəmbərimiz daha sonrakı söhbətlərinin birində, "Cənnət anaların ayaqları altındadır" deyərək İslam dininin qadına nə boyda böyük dəyər verdiyini açıqlamışdı. Bir sözlə, İslam dini bəşəriyyətə, qadına hörmətlə yanaşılmasının, onun insana məxsus hüquqlarının əsla tapdana bilməyəcəyinin vacib bir məsələ olduğunu vurğulayıb. Hər bir müsəlman da buna hərfi-hərfinə əməl etməlidir.
İndinin özündə, yəni iyirmi birinci əsrdə İslam dünyası deyilən coğrafiyalarda, qadına Tanrının istədiyi tərzdə hörmətlə yanaşılırmı? Həmişə vurğuladığım bir sözü təkrar etmək istəyirəm; sözün əsl mənasında "İslam Dünyası" adı qoyulan şey vardırmı?
İslam özəkdi, ancaq o özəyin üstü ərəbin, farsın, nə bilim kimin, kimin xurafatıyla əhatələnib və görünməz olub. Bir sözlə, gördüyümüz İslam əsl İslam deyil. Biz ancaq o xurafatları qaşıyıb bir yana tullayarsaq İslam dininin nə olduğunu başa düşə bilərik.
Qadın da insandı və insan Tanrının şərəfləndirərək yaratdığı bir varlıqdı, ona ikinci, üçüncü sinif bir varlıq kimi baxmağa heç kəsin ixtiyarı da, haqqı da yoxdu. Qadın, bizim anamız deyilmi? Anaya hörmətsizlik olarmı? Qurani-Kərimin "Loğman" surəsinin 14-cü ayətində Tanrı, "Biz insana ana-atasına yaxşı rəftar etməsini tövsiyə etmişik, çünki anası onu nə böyük əziyyətlərə dözərək qarnında daşıyıb. Əvvəlliklə mənə, sonra da ana-atana şükür et deyə tövsiyə etmişik" buyurub.
Gəlin bir də ulu babalarımızın qadına verdiyi dəyərə nəzər salaq. Qədim türklərdə ailə böyükləri ata və ana idi (indi də elədi). Atanın olmadığı anlarda ana ailənin rəisiydi. Ana el qızı olsa da gəlin getdiyi ocağın yiyəsinə çevrilirdi. Ailədə oğul ilə qıza verilən dəyər eyniydi, oğlan heç vaxt qızdan üstün tutula bilməzdi, tutulmazdı.
Bizlərdə monoqami, bir qadınla evlilik gələnəyi hakimdi. Bir tayfanın oğlu öz tayfasından qız ala bilməzdi, nəinki əmisi, dayısı, xalası, bibisinin qızını. Bununla da Türk geni daimi olaraq yenilənir, güclənir və hər nəsil yaxın qohumlarla evlilikdən yaranan xəstəliklərdən uzaq olurdu.
Qədim Türk hüququnda ər, öz arvadını evdən qova bilməz, boşaya bilməzdi. Bir ocağın babası öldükdə, nənə o ocağın yeganə hakimi olurdu. Bu gələnəyə diqqətlə yanaşsaq görərik ki, elin qızı kimi özgə bir evə gəlin gedən kəs, oğlunun ocağında sözü qanun olan nənə sifətinə malik olurdu. Göytürklərdə əsilli-soylu oğula "atac", qıza isə "anac" deyilirdi. Qutadqu Bilikdə, "sənin aya bənzər oğlun, ya da qızın olarsa onlara öz evində tərbiyə ver, yetişdir" ifadəsi yer tutub. Bu bir neçə nümunə qədim Türk anlayışında qadına göstərilən hörməti büruzə vərmirmi?
Bəs qədim gələnəklərimizi, törələrimizi buraxdıqdan, özümüzə yadlaşdıqdan sonra necə olub? Bu suala ən gözəl cavabı Türk dünyasının hər əsrdə yaşayan, yazıb-yaradan şairi Ulu Sabirimiz verib.

Tədadi-nisa bir hünəri-sariyəmizdir,
Təz boşluyuruz, çün bu libas ariyəmizdir,
Övrət nə dəməkə Xadiməmiz, cariyəmizdir!
Hərçənd alan vəqtdə azad alırız biz!
Dindarləriz, gündə bir arvad alırız biz!

Orxun-Yenisey abidələrində deyildiyi kimi, özümüzə qayıtmasaq nə elmimiz, nə də texnolojimiz inkişaf edəcək, nə də böyüyüb keçmiş qüdrətimizi qazanacayıq.





YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK