hacklink Adalet.az | BÖYÜKLÜYÜMÜZ, KƏM-KƏSİRİMİZ Adalet.az | BÖYÜKLÜYÜMÜZ, KƏM-KƏSİRİMİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BÖYÜKLÜYÜMÜZ, KƏM-KƏSİRİMİZ

23955    |   2010-02-20 02:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük rəis nə mənəm; nə o; nə budur. əsil böyük rəis, hamımızın mənsubiyəti ilə iftixar etdiyimiz o böyük Türk millətidir. Biz onun yüksək hakimiyyəti altında, onun ideyasına xidmət etməklə ancaq vəzifəmizi yerinə yetirə bilərik.
   
   
   
   Atatürk
   
   
   
   Türklər elə bir millətdir ki, tarix boyu ədalətsizliyi, özgələrinin gözyaşı üstündə öz xoşbəxtliyini qurmağı və yadlara zülm etməyi ağlına da gətirməyib.
   
   Bəli, hər bir Türk adil, lider xarakterli və bir hərbçi kimi dünyaya gəlir. Türk dünyasının böyük və əvəzsiz sərkərdəsi Atatürk "Bir Türk cahana bədəldir" sözünü hədər yerə deməyib. Hər Türk, öz özlüyündə bir dövlətdir.
   
   Osmanlı dövlətinin iki vətəndaşı Avstraliyaya gedirlər və orda yaşamağa başlayırlar. Gün gəlir Çanaqqala döyüşləri başlanır. Avstraliya, İngiltərənin müstəmləkəsi olduğundan ölkənin dörd bir tərəfindən "Anzak" adlanan hərbçiləri yığan ingilislər onları qatarlarla limanlara gətirir və gəmilərlə Türkiyəyə yola salır. Avstraliyada yaşayan və dondurma hazırlayıb satmaqla dolanan bu iki Türk hadisəni eşidir. Oturub məsləhətləşirlər və gedib iki tüfəng alır, gedib Anzakları daşıyan qatarın yolu üstündə pusqu qururlar. Qatar yanlarına çatdıqda da onları gülləyə basırlar. Anzaklar hadisənin şokunu üstlərindən atan kimi onlara cavab atəşi açır, iki Türkdən biri dərhal şəhid olur, o biri də yaralanır, ancaq yarası ağırdır. Anzaklar tökülüşüb gəlirlər və başlayırlar yaralını sorğu suala ki, bizə niyə atəş açdınız? Yaralı Türk cavab verir: Siz Çanaqqalaya bizim əsgərlərimizi öldürməyə, vətənimizi işğala gedirsiniz, biz də qeyrətsiz deyilik ki, əl-qolumuzu bağlayıb sizə tamaşa edək. Bu sözləri dedikdən sonra kəlmeyi şəhadətini gətirir və ruhunu təslim edir. Avstraliya höküməti o iki Türkün bu qəhrəmanlığını qiymətləndirir və onları ordaca dəfn etdirir, baş daşlarına da hadisəni qısaca yazdırır. İki mərhumun qəbri hələ də ordadır və ziyarətgaha çevrilib.
   
   Türkün imperialist, müstəmləkəçi, soyqırımçı olmamasının ən böyük amili onun, Tanrının əsgəri olmasındandır. Bu onun ən ümdə xüsusiyyətidir; çünkü Tanrı, Türkü özünə ordu yaradıb. Bu səbəblə Türk milləti həmişə hadisələrə yuxarıdan baxıb, bütün millətləri özündən aşağı səviyyədə görmək kimi alçaqlığı özünə nəinki sığışdırmaq onu yadına da salmayıb. Yaradılanı, Yaradandan ötürü sevib. Döyüş meydanlarında aslan kəsilsə də aman diləyənə əl qaldırmayıb, düşmənlə mərdi mərdanə döyüşüb. Döyüşdə məğlub olsa da, sınsa da düşmənin qarşısında heç vaxt əyilməyib.
   
   Çanaqqala döyüşlərində iştirak edən və Atatürkün rəhbərliyindəki mehmetçiklərdən ömürlük unuda bilməyəcəyi bir şillə yiyən, Çanaqqalaya Anadolunu işğala gələn Böyük Britaniya İmperiyasına məxsus orduların komandiri Ian Hamilton xatirələrində yazır ki; "Çanaqqala döyüşləri gedərkən bir təpə bir neçə dəfə əl dəyişirdi. Bu vaxtlarda əsir götürülən yaralı Türk əsgərlərini gətirirdilər. Yaraları ağır olsa da bizlər qarşısında "of" demirdilər. Onlardan son nəfəslərini vermək üzrə olanlar belə gözləriylə az qalırdılar ki, qarşısındaki bizləri məhv etsinlər. Belə ruha malik əsgərlər məğlub edilə bilməzdi".
   
   Türk tarix boyu özünə məxsus hüquqi dəyərləri həyata keçirərkən birinci növbədə ədalətlə rəftar edib və heç vaxt ondan uzaqlaşmayıb. Qarşısındakı düşməni də olsa ona ədalətlə yanaşıb, onun insanlıq xilqətini heç vaxt ayaq altına salmayıb. Tarixdən bir misal. İstanbulu tutan Fateh Sultan Mehmet Yəhudi bir memara Bursa vilayətində bir məscid tikməsini əmr edir. Memar işinə başlayır, məscidin bünövrəsini qoyur və biraz ucaldandan sonra işi buraxır, bir ildən artıq zamanda məscidin yanından da keçmir. Həmin Yəhudi memarı istəməyənlər, onu gözü götürməyənlər müəyyən vasitələrlə Fatehə məsələni ayrı cür; "Yəhudi memar sənin göstərişinə əməl etmir, səni saymır və məscidi yarımçıq qoyub ayrı işlərlə məşğul olur" deyə çatdırırlar. Fateh də ara qızışdıranların təbliğatının təsirində qalır və Yəhudi memarın dərhal tutularaq sağ əlinin biləyindən kəsilməsini əmr edir, əmr o saat yerinə yetirilir. Yəhudi memar Fateh Sultan Mehmeti qazıya şikayət edib məhkəməyə verir və günü gəldikdə məhkəmə qurulur. Osmanlı padşahı Fateh günahkar, onun təbəəsi olan memar da şikayətçi stolunda, bu maraqlı məhkəmənin salonunda da xalq, idarəçilər əyləşib. Hakim içəriyə daxil olduqda hamı ayağa durur ancaq Fateh durmur. Mübaşir (məhkəmə carçısı) Fatehə üzünü tutub "Günahkar ayağa dur!" deyə göstəriş verir. Fateh də; "Mən Osmanlı Dövlətinin sultanıyam, sizlər mənim təbəəmsiniz, öz hakimimin ayağına duracağam?!" -dedikdə, mübaşir birinci cümləsini təkrar edir və "Bura Allahın ədalətinin paylandığı yerdir, səndən böyük Allah var, dur ayağa..!" - deyir. Fateh Sultan Mehmet dinməz-söyləməz ayağa durur. Məhkəmə başlanır, hakim Fatehdən soruşur ki, memarın əlini niyə kəsdirdin? O da cavabında; memarın, özünün əmrini yerinə yetirmədiyini, onun sözünə baxmadığını və işi ləngitdiyini söyləyir. Hakim dönüb memardan soruşur ki, şikayət etdiyiniz bu şəxs düz deyir? Memar cavabında; Bəli düzdür, mən məscidin bünövrəsini qoydum və divarını müəyyən qədər ucaltdıqdan sonra işi buraxdım. Buraxmağımın səbəbi də divarın özülünün müəyyən müddət ərzində öz yerinə oturması və irəliki vaxtlarda divarda çat əmələ gəlməsinə meydan verməmək üçündü. Buna görə də işə fasilə verdim.
   
   Hakim qərar verir; Fateh Sultan Mehmet nahaq yerə memarın əlini kəsdirmişdir, onun da sağ əli biləyindən kəsilməlidir.
   
   Hakim bunu deyən kimi memar ayağa durur və ağlayaraq hakimə müraciət edir ki; "Mən Yəhudiyəm, ancaq dövlətimin bu cür düz çəkən ədalət tərəzisi qarşısında nə deyəcəyəm bilmirəm. Mən bir əlli qalsam da ailəmi birtəhər dolandıraram və sultanımı bağışlayıram, onun əlinin kəsilməsini istəmirəm!"
   
   Hakim memarın bu sözləri və yalvarıb-yapışması qarşısında ikinci bir qərara yetişmək məcburiyyətində qalır:
   
   "Özündən şikayətçi olunan Osmanlı padşahı Fateh Sultan Mehmet nahaq yerə memarın əlini kəsdirdiyinə və memar öz ailəsinin dolanışığını indən belə əvvəlki kimi öz peşəsində işləyərək yerinə yetirə bilməyəcəyinə görə, memarın ailəsinin dolanışığı ölənə kimi Fateh Sultan Mehmetin öz şəxsi maaşından ödənməlidir".
   
   Hakimin yetişdiyi qərar həyata keçirilir və memarın ailəsinin dolanışığı ölənə kimi Fateh Sultan Mehmetin şəxsi maaşından hər ay kəsilən pullarla təmin edilir.
   
   Peyğəmbərimiz Hz. Məhəmməd bir hədisində belə demişdi: "İstanbul əlbəttə alınacaqdı. Onu fəthedən komandan nə gözəl komandan, əsgəri nə gözəl əsgərdir..!"
   
   Fateh Sultan Mehmet, Peyğəmbər tərəfindən əsrlər əvvəlcə öyülmüş bir komandir və dünyanın yeganə super dövləti Osmanlının padşahı idi. O dövlətin məhkəməsi, Fateh boydakı padşahını belə məhkəmə edir, hakim içəri daxil olduqda onu günahkar kimi ayağa durğuzur və öz millətindən olmayan bir insana nahaq rəftar etdiyinə görə onu məhkum edirdi.
   
   Tariximizin hər dövründə bu cür hadisələrlə üzləşə bilərsiniz. Dünyanın hansı coğrafiyasında yaşamasından asılı olmayaraq biz belə bir millətin nəvə nəticələriyik. Haqlı olaraq da ulu babalarımızla fəxr edirik. Ancaq təqribən üç yüz ildir elmə laqeyd yanaşdıq, Quranın ilk ayəsi "oxu" əmrini sadəcə olaraq ayətləri ərəb dilində əzbərləmək kimi yozumladıq, onların elmi yönünə fikir vermədik, ərəbin, farsın xurafatını İslam dini imiş kimi götürdük. Özlərindən başqa heç kəsi insan gözündə görməyən qərbli və şərqli imperialistlərin elmdən dörd əlli yapışmasına baxıb özümüzə gəlmədik, kar, kor, lal olduq. Babalarımızla fəxr etsək də, indiki çağda hansı yerdə olduğumuz göz qabağındadır. Düşdüyümüz vəziyyət elm və bilik yolunda boynumuza ağırdan da ağır bir öhdəlik qoyur, bunu dərk etməliyik...
   
   Türkün tarix boyu ən böyük ideyası insanların sülh, əmin-amanlıq və rifah içində firavan yaşaması olub.
   
   Öz milli dəyərlərimizi buraxıb yadı yamsılayanlar, tarix boyu xirtdəyinə kimi çirkaba batmış qərbliləri özündən üstünmüş kimi görənlər, geyim-kecimində, oturub duruşunda, hətta yolda yerişində belə onları nümunə kimi götürənlərə nə deyək?! Öz dəyərlərimizi layiqincə oxuyub öyrənməyən və onu qiymətləndirə bilməyən nəsillərimizə sadəcə olaraq insanın yazığı gəlmirmi?! Deməyə ayrı bir söz də tapa bilmirəm.
   
   Qansoran vampirlərdən fərqi olmayan qərbli imperialistləri, özlərindən olmayanların qanını içənləri, özgələrinin alın tərini, halal əməyini sümürən şərqliləri və qərbliləri böyük sayanlar, onları nümunə götürənlərə, qərbi ədalətin beşiyi gözündə görənlərə sual vermək istərdim; Minsk Qrupu neçə ildir yaradılıb, torpaqlarımız neçə ildir tapdaq altındadır, neçə ildir bir milyondan artıq insanımız ata-baba yurdundan didərgin salınıb, buna dönüb gözünün ucuyla baxan bir qərbli və ya şərqli vardırmı?! 18 ili ötür ki, Xocalı Soyqırımı yaradıldı, onu neçə qərbli, şərqli və ya qüzeyli dilinə gətirdi, bu yolda ciddi cəhd göstərərək hadisəni törədənlərin cəzalandırılmasını istədi?! Özünü adil(?!) kimi qələmə verən qərblilər, şərqlilər və qüzeylilər niyə öz torpaqlarımızı öz gücümüzlə almağımıza da əngəl olurlar, niyə qabağımızda aşılmaz Çin səddinə dönürlər? Bunlardırmı adil dövlətlər, adil xalqlar?! Bunların genindən üfunət iyi gəlir..!
   
   Tarix də, tarix boyu üzləşdiyimiz hadisələr də, indiki vəziyyətimiz də bizdən tələb edir ki, dövlətlərimizi gücləndirək və əl-ələ verib birləşək. Eynilə Avropa Birliyi kimi dövlətlərimizin və xalqlarımızın iqtisadi, ictimai və siyasi birliyini yaradaq. Problemlərimiz də ancaq o vaxt həllə qovuşa bilər, yoxsa min il də ötsə problemlərimiz həll olunmayacaqdı. Gəlib yeraltı və yerüstü sərvətlərimizi oğurlayıb aparacaqlar əvəzində bizə sadəcə olaraq quruca söz verəcəklər. İndiyə qədər verdikləri kimi...
   
   Atalar deyib "quru söz qarın doyurmaz".
   
   Qurda sual veriblər; "Boynun niyə yoğundu?". O da cavabında deyib: "Öz işimi özüm görürəm, ona görə".
   
   


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK