ANA SƏHİFƏ / YAZARLAR

QAXDA NOVRUZ ÇƏRŞƏNBƏLƏRİ

89019    |   2015-03-12 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Od" bütün çərşənbələrin atributudur

Bu bir həqiqətdir ki, günəş şərqdən doğduğu kimi, elm, mədəniyyət, yüksək bəşəri dəyərlər də şərq ölkələrindən qərbə doğru şölələnmiş, yayılmışdır. Təsadüfi deyildir ki, daha çox Azərbaycan xalqına məxsus olan Novruz bayramı da bir qədər fərqli olsa da, əsasən, Şərq xalqlarının ümumi milli dəyərlərindəndir. Bu bayram öz adətlərinə görə böyük elmi-fəlsəfi məna kəsb etməklə astronomik yazın başlanğıcı, gecə-gündüzün bərabərləşdiyi günü (martın 20-22-də) keçirilir. Çox sevindirici haldır ki, müxtəlif dövrlərdə ciddi qadağalar qoyulmasına baxmayaraq, nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çatan Novruz xalqımızın ən əziz bayramıdır. Son illər Novruzun YUNESKO-nun qeyri-maddi, mədəni irs siyahısına daxil edilməsi, həmçinin BMT-nin Baş Məclisinin hər il martın 21-ni Beynəlxalq Novruz günü elan etməsi hər bir azərbaycanlının sevincinə səbəb olmaqla qəlbimizdə qürur hissi doğurub. Novruzun BMT kimi mötəbər bir qurum tərəfindən tanınması hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müvafiq istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin, Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin nəticəsi olmaqla bərabər zəngin milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərin tərkib hissəsi olduğunu, onun zirvəsində qərarlaşdığını göstərir.
Novruzu əsasən, yazın gəlməsi, təbiətin oyanması, yaz-tarla işlərinin başlanmasıyla və bir çox inanclardan doğan məişət ənənələri ilə bağlayırlar. Qeyri-maddi mədəni irsimizin ən qiymətli incisi olan, milli-mənəvi dəyərlərimizin zirvəsində dayanan bu əziz bayramımızın bu günümüzədək qorunub saxlanılması xalqımızın tarix qarşısında müstəsna xidmətidir. Novruz əslində, böyük mənəvi gücə malik olmaqla, insanlar arasında dostluq, qardaşlıq, humanistlik duyğularını gücləndirərək ümumbəşəri, mədəni əxlaqi dəyərlərin qorunmasına xidmət edir.
Novruzu, onun ayrı-ayrı adət-ənənələrini, fəlsəfi əsaslarını, cəmiyyətin inkişafındakı rolunu tarixçi alimlər, filosoflar uzun illərdir ki, araşdıraraq qalaq-qalaq əsərlər yazmışlar və hələ neçə-neçə minilliklər boyu bu proses davam edəcəkdir. Dünyəvi elmlərdən, cəmiyyətdə formalaşmış milli-mənəvi dəyərlərdən qaynaqlanan Novruz həm də xalq yaradıcılığımızın, milli mədəniyyətimizin, əkinçilik, məişət ənənələrinin bazasında yaranmışdır. Adət-ənənələrimizə görə Novruz bayramınadək dörd çərşənbə geniş şəkildə qeyd edilir: Su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi.
Ötən illər olduğu kimi bu il də Novruz bayramının Qaxda əsl el bayramı kimi, yüksək səviyyədə qeyd edilməsi üçün bütün müvafiq tədbirlər həyata keçirilməkdədir. Artıq Rayon İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun mədəniyyət kollektivlərinin köməyi ilə kəndlərimizdə və şəhərdə Novruz çərşənbələri qeyd edilməkdədir.
Novruzun ikinci çərşənbəsi olan od çərşənbəsi üzərində bir qədər ətraflı dayanmaq istəyirəm. Əslində, "Od" Novruzun bütün çərşənbələrinin atributudur.
Bu il od çərşənbəsi Qaxda daha kütləvi, təmtaraqlı keçdi. Həmin gün kəndlərimizdə və şəhərimizin ayrı-ayrı məhəllələrində, mərkəzi meydanda tonqallar çatılmış, böyüklü-kiçikli, oğullu-uşaqlı, qızlı-gəlinli imkanı olan əksər sakinlər bu tonqalların ətrafına toplaşmışdılar. İnsanlar bir-birinə qaynayıb-qarışır, deyib-gülür, şənlənir, Novruzun ənənələrindən danışır, tonqaldan atlanırdılar. Şəhərin mərkəzi meydanında böyük izdiham var idi. Axşam bayram tonqalı şölələndikdən sonra meydana gələnlərin ardı-arası kəsilmirdi. Çərşənbənin adətlərinə uyğun olaraq rayon mədəniyyət kollektivlərinin nümayəndələri xalq yaradıcılığının ayrı-ayrı səhifələrindən bir-birindən maraqlı səhnəciklər nümayiş etdirir, inanclar, tapmacalar, alqışlar, bayatılar söyləyir, xalq mahnıları səsləndirirdilər. Folklor kollektivləri, rəqs qrupları milli rəqslərimizi böyük sevgi ilə, yüksək peşəkarlıqla nümayiş etdirirdilər. Milli geyimdə yallı gedən qızlar hər bir kəsin diqqətinə hakim kəsilmişdilər.
Xuraman Camalovanın, Akif Piranovun, Fəxriyyə Köçərlinin, Nizami Babayevin, Mövlüd Muxtarlının, Mais Müzəffərlinin ifa etdikləri muğamlar və xalq mahnıları mərasimin ruhuna köklənməklə iştirakçılara əsl bayram ovqatı bəxş etdi. Beləliklə, bu il Novruzun od çərşənbəsi Qaxda həmişəkindən daha maraqlı, şən keçdi.
Qoy, elimizdə, obamızda hamının odu, ocağı gur yansın!
Martın 10-da rayonun kəndlərində, şəhərin bir çox məhəllələrində keçirilən yel çərşənbəsi də Novruzqabağı şəhər sakinlərinin bayram ovqatını bir daha yüksəltdi. Şəhərin mərkəzi meydanında təşkil olunmuş çərşənbə axşamı tonqal ətrafında rayonun mədəniyyət kollektivlərinin, incəsənət məktəbinin rəqs qruplarının nümayiş etdirdikləri yallı ilə bərabər digər milli rəqslərimiz iştirakçıların "Novruz" ovqatına kökləməklə adamlara sevinc dolu, vüqarlı anlar bəxş etdi. Xüsusilə, Ləkit kənd mədəniyyət evinin kollektivinin nümayiş etdirdiyi "Çobanlar" rəqsi iştirakçıları "Novruz"a bir az da yaxınlaşdırdı.


YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2017-11-23
2017-11-22


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK