warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Çılğın qızın həzin hekayəsi Adalet.az | Çılğın qızın həzin hekayəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Çılğın qızın həzin hekayəsi

İradə TUNCAY

50410    |   2015-03-06 15:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ədəbiyyatın tənqid-təhlil işlərinə çox da yaxından baxmağı sevmirəm. Daha doğrusu, xeyli vaxtdı ədəbiyyat özü təhlildən uzaqlaşıb. Vəzifə borcum da deyil deyibən bu uzaqlığı da normal sayıram. Amma bəzən olur ki, nəsə borc hissi yaranır. Çünki yaxınlıq duyduğun bir ruhdu və pərvazlanmağına bir əl işarəsiylə də olsun yardım etmək istəyirsən.

O , öz ətrafında bayram yaratmağı sevən, həm də bacaran insandı. Bəzən çox ciddi, bəzən də yarpaq titrəyişinə qəh-qəhə çəkib gülən , bəzən çox vacib mətləbləri istədiyi səmtə yönəltməkdən zövq alan , bəzən də lazımsız bir söhbətdən vəcdə gəlib də uzun-uzadı mübahisələrə meylli. Və belə bir spontan xarakterli qızın özünü hekayə kimi çərçivəli bir əraziyə həbs eləməsi maraqlı oldu mənə.

Mənə görə hekayə çətin janrdı və azacıq zamanda, məhdud, dar məkanda nəsə deyəcəksənsə fikirlərini o qədər lakonik , cilalanmış ifadə etməlisən ki, onsuz da ədəbiyyatdan qaçaq düşmüş oxucu bir az da uzağa qaçmasın. Amma indi haqqında danışmağa çalışdğım müəllifin özünün bəlli məkanı var . Bu məkanda o, özünü həm rahat , həm də yorğun hiss edir.

Sevinc Çılğın 13 hekayəsini cəmlədiyi kitabına "Yumurta” adı verib. Yumurta isə bütün miflərdə başlanğıcdı. Hansı tərəfdən baxsaq belədi. 13 hekayənin hamısına yaxşı deməyəcəm. Sonluq, nəticə verə bilmədiyi də var, içində azdığı da var, nəfəslik tapıb ciyərlərinə bayram verdiyi də var. Amma hər biri həzindi, həzin....

Adətim belədi – kitaba ad verən yazını birinci oxuyuram. Oxudum və hekayə sona çatanda anladım ki, o öz əfsanəsinə sadiq qalıb yenə... Ağrıtdı məni başlanğıcdakı sonluq...

Oxuduqca bir az da həsəd hissi yarandı, biz bu yaşda hisslərimizi bu qədər açıq yaza bilmirdik. Və ya təsvirlərdə bu qədər çılpaq ola bilmirdik. Cəmiyyət anlamırdı. Heç indi də anlamır, amma qızlar indi daha cəsur olublar. Əslində bu gün oxucunu maraqlandırıb arxasınca aparacaq kriminal –dedektiv sujet, erotik səhnələr, vulqar söyüşlər-filan yoxdu bu mətnlərdə . Supermenlər, killerlər, vamp qadınlar – yoxdu. Heç kimi girov götürmürlər, kimsənin maşınını partlatmırlar.... Yəni günümüzün standartları ... Bəzən yeknəsək, tənha görünən insanlar var... Amma qəflətən bu yeknəsəkliyi dolduran hisslərlə dolur mətn. İkinci nəfəs açılır, duyğu üzvləri həssaslaşır və təsvirlər dolğunlaşır. Qadın baxışı var, iddialı, iddiasız – bəzən də lap çarəsiz, sevgi var, bəzən də ayaqlarını yerə döyəcləyib istədiyini tələb edən uşaq hikkəsi də var .

Müəllifin təsvir etdiyi hadisəyə, mövzunun predmetinə yanaşma tərzi fərqli olur təbii. Bəzən nağılçı kimi, kənardan izləyən biri kimi, baş qəhrəmanı olayın özündə axtaran, bəzən hadisəni yox, hadisənin yaratdığı təəssüratı təsvir еdən kimi. Bəzən isə predmetin özünü hərəkətdə verən və bu hərəkəti oxucuya təqdim edib də izah etməyə çalışan. Ədəbiyyatın əbədi janr axtarışları və epik-lirik-dramatik yanaşmanın qovşağında nizamsiz, xaotik çabalamaqlar. Və... bəzən tələskənlik .

Bütün normalardan uzaqlaşmaq istəyi, amma yenə də sonunda keçmişinə, kökündə olanlara qayıtmaq. Başqa həyat yaşamaq istəyi, amma başqa həyatın necə olacağını bilməmək. İdeal axtarışı olmayan bir dünya.Yaşadığımız əsrin bəlalarının təsviri, dalana dirənən yollar. Həmin bu bəlalı əsri bəlalı məhəllədə zamanlamaq....Təsvir, nəticələri görmək, amma səbəbləri aradan qaldırmağa gücsüz olduğunu anlamaq. Anın, dəqiqənin nəqli . Konkret bir insanın hiss və həyəcanı. Hər personajın həyatındakı gizlinlər və bu gizlinləri oxucuya ötürmək. Seyrçi mövqe və pafosdan tam uzaq üslub. Həyatı olduğu kimi qəbul etmək, onun içində ərimək... Hələ ki , uzaqlara can atan, dirəndiyi dalandan çıxmağa çalışan kimsə yoxdu burda. Hamı Yumurta qabığının içindədi. Bir məhəlləni, bir kəndi, bir şəhəri ədəbiyyatın predmetinə çevirən yazıçılar çox olub. Bizdə də, dünya ədəbiyyatında da. Sevinc özü etiraf edir ki, hələ nəsr yaradıcılığının yumurta dönəmindədi. Məncə, bu ərazidi. Məkan olaraq.

Amma kitabı oxuduqca hərdən özümü də gördüm o yumurtanın içində. "Yüz faiz qadın " hekayəsini oxuyun – görün ozünüzü orda hiss edəcəksiz, ya yox ?

Dövrümüzün ədəbiyyatını siyasi-sosial çaxnaşmalardan uzaq təsəvvür etmək çətindi . Amma Sevinc oxucunu insanın özəl həyatının içində saxlayır və qalan bütün suallara oxucu özü cavab tapmalıdı. Qadının genetik yapısında təkamül prosesinin sərfiyyat materialı olmaq qorxusu yoxdu. Qadın heç vaxt həyat çağlamayan yerdə ola bilməz, ekstremal vəziyyətlərdə kişi həlak ola bilər, qadın isə ocağın, odun qoruyacaq. Onu hansı siyasi cərəyanın daha çox kütləni əhatə etməsi yox, işığın nə qədər yeri nurlandıracağı maraqlandırır. Və gəldik əsas mövzuya – yumurta – başlanğıc. Qadın daşıyır bunu içində, bir gün də insan doğur. İnsan – həm kişi , həm də qadın . Hardasa qovuşsalar da ayrı-ayrı dünyalarda mövcuddurlar....

"Amma o qorxmurdu. Təpədən dırnağına qədər hisslərinə bürünmüşdü. Ayaqlarına güc gəlmişdi. İnanırdı. İnanırdı ki, onu hardasa, kimsə gözləyir. Kimsə qırıq-qırıq ürək çırpıntılarıyla çalınacaq qapı zəngini gözləyir. Kimsə sevimli arvadından ayrı qala bilməyən, günahından utanan, qapısına dizi üstə əfv dilənməyə gələn ərini ğözləyir.

Kim deyib ki, qadınlar hər zaman inamı doğruldan axmaqlardı?”

Bu yeri məni lap yandırdı tökdü, amma haqlı...

P.S Bu qız mənə üslubuma bənzəməyən yazı yazdırdı....

P.P.S Qiz, hamımızın lax olduğu vaxtlar var da ....




İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK