warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | YUXU KİMİ... Adalet.az | YUXU KİMİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YUXU KİMİ...

17942    |   2009-12-26 00:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Düz bir əvvəl də beləydi, beş il də, on beş il də... Bundan sonra da belə olacaq. Elə bir adam tapılmaz ki, ilin son günlərində xəyala dalmasın, yola saldığı günləri, ayları saf-çürük edib öz-özünə hesabat verməsin. Ötən ildə çoxmu adamın həyatında unudulmaz, yaddaqalası günlər olub?! İnanmıram. Kimi dindirsən, yeknəsəklikdən, günlərinin cansıxıcı keçməsindən gileylənəcək. Özü də bu giley-güzar hamıya yox, sözün əsl mənasında insan kimi yaşamaq istəyənlərə aiddi. Pul, var-dövlət, vəzifə ehtirası ilə yananlar onsuz da , nə yolla olur-olsun, istəklərinə qovuşurlar. Vay könlü xoşluq, diqqət, sevgi axtaranların halına. Haqq-ədalət, insanlıq, səmimiyyət axtaranlara da Allahdan səbr diləməkdən başqa çarəmiz qalmır...
   
   Rənglərlə dolu dünyada ömrümüzün rənglərini tapa bilmirik. Deyirəm, bəlkə biz uşaqlığımızı, gəncliyimizi ötürdüyümüzə görə belə susqun, qaradinməz olmuşuq. Addım atırsan, yaşını yada salırlar. Ana olmusansa, daha çox şeyə "əlvida" deməlisən. Evdə qızın böyüyür, bu nə bəzək-düzəkdi vermisən özünə? Özü də deyəsən, bu lap qədimdən belədi. Yoxsa, " qızın oldu, qırmızı donunu çıxart" məsəli elə-belə yaranmayıb ki?...O pulu özünə xərcləyincə, yatır bir yerə, sabah nəvənə lazım olacaq, axı. Onsuz da təbiət cavanlıq, gözəllik, sağlamlıq adına nə veribsə, hamısını bir-bir əlimizdən alır. Saçlarımızın rəngini, gözlərimizin işığını, dərimizin parlaqlığını, dişlərimizin səfini günbəgün uzaqlaşdırır bizdən. Dünən qədrini bilmədiyimiz, yerli-yersiz xərclədiyimiz bu sərvətləri indi heç nəynən qaytara bilmərik. Heç olmasa, hər addımbaşı bunu bir-birimizin yadına salmayaq. Mən bilən, başqa millətlərdə belə deyil, axı. Bütün yaş dövrlərində hər kəsin öz həyatını yaşamasına hörmət edirlər. Sevgiləri, sayqıları qoruyub saxlamağı, ruha qida verən bu duyğuların ömrünü uzatmağı bacarırlar. Bəs, bizləri kim belə tez qocaldır? Özümüz və ətrafımızdakılar. Qorxa-qorxa, çəkinə-çəkinə yaşamaqdan vaxtından əvvəl belibükük oluruq. Pis rəftarlardan, qeyri-etik davranışlardan tez qocalır, unudulub küncə sıxışdırılırıq. Özünə baxanlarımıza, həyat eşqiynən yaşayanlarımıza da hamı birmənalı yanaşmır. Xüsusən rayon və kənd yerlərində...
   
    ***
   
   Qayğı və diqqət deyilən şey qeybə çəkilib. Yerini paxıllıq, qısqanclıq, qeybət, dedi-qodu tutub. Yaltaqlıq, üzgörənlik, yarınmaq, məqsəd, təmənna da ki, hulqumdan...
   
   Həftənin beş günü, gündə səkkiz saat bir yerdə oluruq. Nəinki valideynlərimizi, bacı-qardaşlarımızı, heç övladlarımızı da bu qədər görmürük. Nə edəsən ki, nə anlaşır, nə də dil tapırıq. İlk baxışda sanki hər şey qaydasındadı. Məqamında hərəmiz burnumuzu bir tərəfə tuturuq. Dədələrimiz demişkən, heç kəs heç kəsin kitabını oxumur. Heç kəsin qayğıları ailə çərçivəsindən kənara çıxmır. Deyirəm ki, mənə sizin istiqanlı, canıyanan, qəlbi geniş olmağınız lazımdı. Mətbəxinizə hansı mebeli düzməyinizin mənimçin qətiyyən əhəmiyyəti yoxdu. Bax, Yeni ilə dörd-beş gün qalır. Yenə də hamı ancaq öz evinə nə alacaqlarını düşünür. Kollektivdə də üç-dörd saatlıq bir yerə yığışıb şənlənmək, bir-birinə xoş arzular bildirmək heç kəsin ağlına da gəlmir. Çoxumuz heç Yeni il gecəsi zəngləşməyəcəyik də...
   
   Heç şəhərdə də bir tərpəniş duyulmur. Təzə il qabağı canlanma ən çox məktəblərdə hiss olunardı həmişə. O gün qəzetdə oxuyuram ki, məktəblərdə Təzə il şənliyi qadağan olunub. Səbəbi də keçən ilki bayramda hansı məktəbdəsə kütləvi zəhərlənmə olması göstərilir. Kobud da çıxsa, bu yerdə bir məsəl lap yerinə düşür. Deyir, eşşəyə gücü çatmır, palanla əlləşir. Onsuz da qida zəhərlənmələri barədə oxumaqdan, eşitməkdən millətin gözü, qulağı yağır olub. Bu zəhərlənmələrə səbəb olan keyfiyyətsiz qidaları istehsal edənlərə, vaxtı keçmiş ərzağı satanlara qadağa qoymaq əvəzinə günahsız cocuqları, onların beş-altı saatlıq əyləncəsini qurban verirlər...
   
    ***
   
   Ötən ildən ( illərdən) xatırlamalı, məmnun olmalı bir şey qalmayıbsa, gələndən və gələnlərdən nə gözləyəsən?! Münasibətlər o qədər saxtalaşıb, bayağılaşıb ki, ömürdən, taledən sürprizlər gözləmək də yaddan çıxıb. Bircə onu bilirsən ki, gecə-gündüz göylərə əl açıb doğmalarına, əzizlərinə sağ-salamat olmağı diləyəsən. Onda da ki,...
   
   
   
   Elə buralarda ölür dualar,
   
   Çatsa da Allaha, Allah da baxmır
   
   Diz çökdüyü yerdə ölür dualar...
   
    (Vaqif Bayatlı Odər)
   
   
   
   Yəqin duaların özünə də kömək lazımdı ki, gedib İlahiyə çatsın. Axı, bu günümüzdə heç nə köməksiz ötüşmür...
   
   
   
   ***
   
   Hər ilin sonunda arzusu ürəyində qalanların, ömründə-günündə heç nə dəyişməyənlərin haqqında düşünürəm bir də... Bəlkə bu mövzunu yada salmazdım, əgər beş-on gündən qabaq bir nəfərlə elədiyim ağrılı söhbət yadıma düşməsəydi. Söhbətimiz yaşı ötsə də ailə qura bilməyən qızlarımız barədəydi. Bu problemi hər kəs öz bildiyi kimi çözür. Kimi tale, alın yazısıynan, kimi Qarabağ savaşıynan, kimi də cəmiyyətin sürətli təbəqələşməsiynən bağlayır. Bu fikirlərin heç biri həqiqətdən uzaq deyil. İnsan taleyinə təsir edən obyektiv və subyektiv səbəblər çoxdu. Bizdən xəbərsiz həyatımızı yönləndirən o qədər nədənlər var ki,... Ancaq hər bir bədbəxtliyin kökündə mənəvi aşınmalar köklü yer tutur...
   
   Problemin aradan qaldırılamsıyçın müxtəlif yollar təklif olunur. Dədə-babadan qalma qohum-əqrəba, dost-tanış vasitəçiliyi özünü doğrultsa da, etiraf etməliyik ki, bütün insan münasibətləri təbii yolla qurulanda daha uğurlu və davamlı olur. Ailə də, dostluq, sirdaşlıq da... Özümüzə qalsa, hər şeyin ən yaxşısını qismətimizə yazardıq. Yəqin ki, onda bütün münasibətlər dadını -tamını itirərdi..
   
    Taleyimizlə bağlı məsələlərə cəmiyyətin baxışı çox önəmlidi. Üstəlik, dövlət quruluşunun formalaşdırıb təlqin etdiyi baxışın. 30-40 il bundan qabaq dörd bir yanımız dul qadınlarla doluydu. Əksəriyyəti də İkinci Dünya müharibəsində həlak olanların arvadlarıydı. Onlara ailə qurmaq sanki qadağan edilmişdi. " Əsgər ailəsi" deyimi məngənəyə salmışdı biçarələri. Yadımdadı, kəndimizdə cəmi bir əsgər arvadı ikinci dəfə ərə getmişdi. Ömrünün son günlərinəcən camaat ona rişxəndlə baxırdı. Oturub gözləyənlərin ( oxu, dözüb oturanların) mükafatı isə uzaqbaşı bir el "bərəkalla"sıydı. Ancaq bu "bərəkalla"nın ağırlığını, acılığını, hansı duyğuların ürəkdəcə dəfn olunması bahasına qazanıldığını heç kəs anlamaq, duymaq istəmirdi. Heç kəs bilmək istəmirdi ki, o kişisiz evin mal-qarası örüşə necə gedib-qayıdır, bağ-bostanı necə becərilir, məhsulu necə yığılıb, necə satılır... O evin qadınının balışa hopan göz yaşlarını da kimsə görmürdü. Görə də bilməzdi. Görməsi qadağan olunmuşdu...
   
   İndi də şəhid ailələri həmin gündədi. Qayğıdan, diqqətdən çox nəzarət, qınaq, gözümçıxdı altındadılar... Eşitdiyimə görə, qonşu İranda şəhid arvadlarınan evlənənlərə xüsusi imtiyazlar verilib. Çox ağıllı siyasətdi. Ən azından bir qadın qəlbini tənhalığın dibsiz uçurumlarından, zərif çiyinləri ağır yükdən qorumaq naminə....
   
   Yeni il ərəfəsində niyə bu konkret mövzuya toxundum, önə çəkdim?! Ona görə ki, tənha könülləri heç bir bayram coşqusu ovundura bilməz. Qadın qəlbinin öz umacaqları var. Və bu günlərdə bayramlaşmaq istəmədiyim bir kəslər varsa, onlar da gözəl-göyçək qız-gəlinlərimizə ömür-gün sirdaşı deyil, məşuqə gözüynən baxanlardı...
   
   Nə qədər ki, illərimizi anlayış və könül xoşluqlarıynan, sevgilərnən bəzəmirik, onları beləcə yuxu kimi ötürəcəyik. Sonrası isə yenə də yuxudu. Həmişəlik və əbədi yuxu...
   
   Bütün dualarınızın İlahiyə çatmasını diləyirəm!!!


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK