Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BAHARIN BERLİNDƏ YAŞANAN BİR ANI Adalet.az | BAHARIN BERLİNDƏ YAŞANAN BİR ANI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAHARIN BERLİNDƏ YAŞANAN BİR ANI

20120    |   2008-04-08 00:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən ilk dəfə Almaniyaya gələndə bu ölkə otuz il olardı ki, ikiyə bölünmüşdü. Berlin beton divarla, tikanlı məftillərlə parçalanmışdı. Hər iki tərəfdə almanlar yaşasa da, onlar iki fərqli məhkurə ətrafında birləşmişdilər. 1945-ci ildə bu torpaqda toplar, tüfənglər susdu, amma ideoloji mübarizə uzun illər bir an belə səngimək bilmədi. Şərqli-Qərbli siyasətçilər dəridən-qabıqdan çıxıb öz üstünlüklərini nümayiş etdirməyə çalışırdılar. Bu mübarizədə kimin maraqlarının qalib gələcəyini kimsə bilmirdi. Lakin məqamı yetişəndə Zaman həlledici sözünü dedi. İkiyə bölünən Almaniya yenidən birləşdi. Berlin divarı uçuruldu. Brandenburq darvazaları hər kəs üçün maneəsiz keçid oldu. İndi onun önündə turistlər sərbəst dolaşır, xatirə rəsmi çəkdirirlər. Başıbəlalı Reyxstaq bu diyarın diqqət cəlb edən memarlıq abidələrindəndir. Bərpa ediləndən sonra bura muzey idi. İndi yenidən ilkin təyinatı üzrə inzibati bina kimi istifadə olunur. Amma bu yazımda fərqli vaxtlarda gəzib dolaşdığım Drezden, Leypsiq, Köln, Frankfurt, Maynts xatirələrindən danışmaq istəmirəm. Berlinə son səfərimin bəzi təəssüratlarını bölüşmək istəyirəm.
   
   
   
   ***
   Dünya Azərbaycanlılarının II Qurultayıında prezident İlham Əliyev ilk dəfə bəyan etdi ki, "Biz 50 milyonluq xalqıq!" Bu, adi statistik rəqəm deyildi. Bu, yeni əsrdə yeni Azərbaycanın yeni liderinin milli birlik məsələsinə yeni yanaşma tərzi idi. Yer üzünün hansı nöqtəsində yaşamasından asılı olmayaraq coğrafi deyil, milli-mədəni bağlılığımızın, mənəvi birliyimizin rəqəmsal ifadəsi idi. Azərbaycançılıq ideyasını, vətən sevgisini içimizdə yaşatmağa, milləti, dövləti ləyaqətlə təmsil etməyə, layiqincə tanıtmağa çağırış idi. Bunun üçün sağlam zəmində təşkilatlanmaq, məqsədyönlü fəaliyyət göstərmək tövsiyə olunurdu. "Bir millət, iki dövlət"in diaspor təşkilatlarının da fəaliyyətlərinin əlaqələndirilməsi tarixi zərurət idi. Azərbaycan və Türk diaspor təşkilatlarının Bakıda keçirilən I Forumunda bu məsələlər ətraflı müzakirə olunmuşdu. Bakı Bəyannaməsinə uyğun olaraq mart ayının 27-də Almaniyanın paytaxtı Berlin şəhərində Əlaqələndirmə Şurasının iclası keçirildı.
   Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun "Türkdilli dövlətlər arasında münasibətlərin inkişafında diasporların rolu" mövzusunda məruzəsi maraqla qarşılandı. O, çıxışında xüsusi vurğuladı ki, yalnız sarsılmaz birliyimiz bizi üz-üzə qaldığımız problemlərin əhatəsindən çıxara, məruz qaldığımız haqsızlıqları aradan qaldırmağa, dünyada öz layiqli yerimizi tutmağa, beynəlxalq münasibətlər sistemində söz sahibi olmağa imkan verəcək.
   Müzakirə edilən məsələlər müasir dövrdə Azərbaycan və Türk diaspor təşkilatlarının ən mühüm vəzifələrinə həsr edilmişdi. Diasporların güclənən əməkdaşlığının türkdilli ölkələr arasında münasibətlərə müsbət təsiri danılmaz həqiqətdir. Bu gün Türkdilli lkələrin Parlament Assambleyasının yaradılması istiqamətində atılan ilk addımlar, türkdilli ölkələrin dövlət və hökumət başçılarının Zirvə Toplantıları, Katibliyin yaradılması məsələsinin gündəmə gəlməsi, diaspor təşkilatları arasında genişlənən iş birliyi çağdaş dünyamızda ölkələrimiz arasında ənənəvi münasibətləri yeni çalarlarla zənginləşdirir. Bu tədbirdə bir cox yaddaqalan çıxışlar oldu, maraqlı təkliflər irəli sürüldü, birgə bəlalarımızın dünya ictimaiyyətinə duyurulması üçün mövcud imkanların səfərbər edilməsinin daha effektiv yolları axtarıldı. Türkdilli xalqların ortaq televiziyasının yaradılması barədə Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının qərarı Əlaqələndirmə Şurasının iclasında bir daha dəstəkləndi. Amma bu barədə neçə vaxtdan bəri danışılsa da, konkret nəticənin əldə edilməməsi üzücü haldır. 50 milyonluq xalq üçün ortaq telekanal açmaq niyyəti istər iqtisadi, maliyyə, istər təşkilati və yaradıcılıq baxımından problem olmamalıydı. Bu istək zamanın tələbidir. Bu ideyanın həyata keçməsi diaspor təşkilatları arasında sağlam ideoloji körpü yaradılmasına səbəb olardı. Ortaq mədəniyyətimizin, tariximizin öyrənilməsində, geniş və sistemli şəkildə təbliğində əvəzsiz xidmət göstərə bilərdi. Tarixi vətənindən uzaqlarda yaşayan yeni nəslin mənəvi tərbiyəsində, milli ruhda formalaşmasında müsbət rol oynayardı. Əlaqələndirmə Şurasında səslənən fikirlərdən bir daha aydın oldu ki, Teleradio şirkətinin qurulması labüddür. Bu, eyni zamanda ümummilli maraqlar ətrafında birləşə bilməyimizin əyani göstəricisidir. Çıxışlarda səslənən maraqlı məqamlar çox oldu. Onlardan bəzilərini özüm üçün qeyd etmişdim.
   Nazim İbrahimov: Bizim diasporlarımız eyni zamanda ölkələrimizin iqtisadi inkişafına töhfə vermək imkanına malikdir. Bu imkanlardan istifadə etməyin səmərəli yollarını tapmalı, onu həyata keçirməyi bacarmalıyıq. Bizim qarşımızda ölkələrimizin iqtisadiyyatına yeni sərmayələrin cəlb edilməsi, yeni iqtisadi tərəfdaşlarla əlaqələrin qurulması və möhkəmləndirilməsi, biznes fəaliyyəti ilə məşğul olan soydaşlarımız arasında əməkdaşlıq münasibətlərinin yaradılması üçün öz potensialımızı maksimum dərəcədə səfərbər etmək vəzifəsi dayanır.
   Əli Həsənov: Diaspor üzvlərinin yaşadıqları ölkələrdə bütün sahələrdə fəallıq göstərmələri ən vacib məsələdir. Bununla onlar müsbət mənada ciddi amilə çevrilə bilərlər. Diaspor təşkilatları dövlət tədbirləri də daxil olmaqla bütün ictimai-siyasi, humanitar tədbirlərdə iştirak etməklə özlərini tanıdır və əhəmiyyətlərini artırmış olurlar.
   Pərviz Şahbazov (səfir): Bu iclasın Almaniyada Azərbaycan ilinin açılışı ilə eyni günə düşməsi də önəmli haldır. İki tədbirin eyni vaxta təsadüf etməsi dünyanın müxtəlif ölkələrindən gələn Azərbaycan və türk diasporu üzvlərinə Azərbaycan mədəniyyətinin klassik və zəngin nümunələri ilə tanış olmaq imkanı verir.
   Mahmud Kərimov: Dünyadakı erməni diasporunun apardığı təbliğatın, uydurma erməni soyqırımı iddialarının qarşısını almaq, Azərbaycan, eləcə də Türkiyə həqiqətlərini beynəlxalq aləmə yaymaq məqsədi ilə yeni təbliğat üsullarından istifadə etməyə ehtiyac vardır. Hesab edirəm ki, ortaq türk dilinin yaradılması inteqrasiya prosesini sürətləndirər və verilişləri bütün türkdilli dövlətlərin ərazisində yayımlana bilən ümumtürk televiziyasının təşkilinə əsaslı zəmin olardı.
   Nurten Ural: Son illər ABŞ-dakı Azərbaycan və türk diasporu birgə fəaliyyət sayəsində Amerika Birləşmiş Ştatlarında real gücə çevrilməkdədir.
   Kamal Abdulla - İkinci mərhələnin önəmli strateji istiqaməti prezident İlham Əliyev tərəfindən dünya azərbyacanlılarının və ümumən dünya türklərinin bir araya gətirilməsi, birlikdə iş görmələri üçün yeni mərhələ oldu. Türk dövlətləri ilə əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə yönələn bu istiqamətdəki fəaliyyət faktiki olaraq Azərbaycanı Türk dünyasının əsas birləşdirici amilinə, demək olar ki, mərkəzi bir dövlətinə çevirdi. Yalnız 2007-də Bakıda İlham Əliyevin təşəbbüsü ilə keçırilən ilk möhtəşəm tədbir Azərbaycan-Türk diaspor təşkilatları rəhbərlərinin I forumu və Türk dövlətləri və cəmiyyətlərinin XI dostluq-qardaşlıq,əməkdaşlıq qurultayı bu uğurlu və uzaqgörən siyasətin həm tədqiqi, həm də təntənəli davamına çevrildi.
    Tomris Azəri: tən il yaradılan "US Azeri""s Network" şəbəkəsi vasitəsilə diaspor üzvləri bütün zəruri sənədlərdən, tədbirlərdən dərhal xəbər tutur, eləcə də səslərini ABŞ qanunvericilərinə daha tez çatdıra bilirlər.
   Qənirə Paşayeva: Komitə tərəfindən hazırlanan kitabda müxtəlif ölkələrdə yaşayan soydaşlarımız haqqında statistik rəqəmlərlə tanış oldum. Amma çox təəssüf ki, bizim o ölkələrdəki gücümüz o saya uyğun deyil. Bu onu göstərir ki, hələ də bizim insanlarımız diaspor təşkilatları ətrafında lazımi vəziyyətdə birləşməyiblər.
   Nizami Cəfərov: Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyəti üçün elə bir əlaqələndirmə sistemi tələb edilir ki, o bizi bir araya gətirə bilsin. Koordinasiya Şurasının təsis edilməsi bizim bu birliyə doğru getməkdə olduğumuzu təsdiqləyir. Lakin bu birliyin ideoloji əsaslarının yaradılması üçün ortaq televiziyaya ehtiyac böyükdür. Bütün türk dünyasının, türkdilli xalqların və ölkələrin maraq dairəsi üçün cəlbedici olan informasiya-məlumat sistemi yaradılmalıdır. Bu televiziya türkdilli ölkələrin büdcəsi hesabına maliyyələşdirilməlidir.Onun mərkəzinin İstanbul şəhərində olması, ancaq türkdilli ölkələrin hamısında nümayəndəliyin təşkili məqsədəuyğun olardı. Bu TV gəlir gətirmək üçün yox, milli-mənəvi dəyərlərin, birlik ideyalarının təbliğinə xidmət etməlidir.
   Sahil Qasımlı: Niderlandda ikinci Bazar Günü məktəbinin açılmasına, eləcə də Azərbaycan dilində radionun yaradılmasına hazırlıq görürük. Azərbaycan həqiqətlərini dünyaya yaymaqda vasitə kimi istifadə ediləcək bu radioda müəyyən saatlarda ingilis, holland və digər dillərdə də verilişlər efirə çıxacaq.
   İclasda qərara alındı ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiyası Şurasının 9 nəfərdən ibarət İdarə heyəti yaradılsın. Eyni zamanda Şuranın katibliyi seçilsin və yeni işgüzar struktur Avropa dövlətlərinin birində fəaliyyətə başlasın.
   Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Abdullah Gülə müraciət qəbul etdilər.
   
   
   
   QOBUSTAN
   MÜKAFATI BERLİNDƏ TƏQDİM OLUNDU
   
   Daha sonra 2007-ci ilin yekunları üzrə "Qobustan" beynəlxalq mükafatının təqdimat mərasimi oldu. Amerika-Türk Assosiasiyaları Assambleyasının prezidenti Nurten Ural, Avstraliyadakı "Azərbaycanın səsi" radiosu, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri, Norveç Türkdilli Ölkələrin Tarixini Araşdırmalar İnstitutunun direktoru Sefa Martin Yürükel bu mükafata layiq görüldülər. Təltif olunan qurumlar arasında Azərbaycanın Almaniyadakı səfirliyi, Hollandiya Türk-Azərbaycan Kültür Dərnəyi, Avropa Azərbaycanlıları Konqresi, İraq Türkmən Cəbhəsinin Avropa Birliyi Təmsilçiliyi, Ahıska Türk Dərnəkləri Federasiyası və Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi də vardı.
   
   
   
   ANAN ÖLSÜN,
   SARI GƏLİN
   
   Yüz illərdir "Sarı gəlin" dillərdə, dodaqlarda əzbərdır. Hamı onu özününkü bilib əzizləyir. Bu mahnı hər dildə şirin səslənir, hər yerdə sevilir. Qonşu ölkələrdə də ona sahıb çıxmaq istəyənlər tapılır. "Ay anan ölsün, sarı gəlin", sənin kiminsən? Avropa Azərbaycanlıları Konqresinin dəstəyilə hazırlanan "Sarı gəlin" adlı yeni musiqi albomu bu məsələyə bir daha aydınlıq gətirdi. Bu, bizim mahnı, bizim türküdür! 17 nəfər tanınmış Azərbaycan və Türk müğənnisinin fərqli tərzdə ifa etdiyi eyni mahnı bir albomda cəmlənmişdir. "Sarı gəlin" mahnısı barədə məlumat bir neçə dilə tərcümədə çap olunaraq alboma daxil edilmişdir. Koordinasiya Şurasının iclasında "Sarı gəlin" albomunun təqdimat mərasimi keçirildi və bütün iştirakçılara hədiyyə olaraq verildi. Nizami Cəfərov Avropa Azərbaycanlıları Konqresinin bu təşəbbüsünü yüksək qiymətləndirərək gələcəkdə "Bizim mahnı, bizim türkü" layihəsinin silsilə şəklində davam etdirilməsi arzusunu da bildirdi. Tədbir iştirakçıları bu təşəbbüsün təqdirəlayiq olduğunu xüsusi vurğuladılar.


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK