hacklink Adalet.az | BAYRAQ Adalet.az | BAYRAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAYRAQ

24072    |   2009-10-31 03:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bayraq bir millətin milli şərəfidir və hər bir bayraq öz millətinin ən müqəddəs rəmzidir. Sözün burasında Anadolu"da Azadlıq Hərbi gedərkən üzləşilən bir hadisəni nəql etmək istəyirəm. Yunan hərbçiləri Paris Sülh Konfransı"nın qərarıyla 15 May 1919-cu ildə İzmir"i işğal etdilər. Vilayət binasındakı Türk bayrağını dirəğindən endirib pilləkənlərə sərillər və Yunan ordusunun komandiri Venizelos Türk bayrağını çığnayaraq binaya daxil olur. Atatürk"ün rəhbərliğində yeridilən Azadlıq Hərbi uğurla nəticələnir, Yunan əsgərləri qaçıb özlərini Əgə dənizinə atırlar və əksəriyyəti orda boğulub can verir, komandirləri Venizelos da əsir olur. Türk əsgərləri qürurla İzmir şəhərinə daxil olurlar, Atatürk valilik binasına bayrağımızı sancmaq üçün üz tutduqda görür ki, Yunan bayrağı pilləkənlərə sərilib. Səbəbini soruşur, ona deyirlər ki, Yunanlılar bizim bayrağımızı sancıldığı yerdən endirib pilləkənlərə sərmişdi və Yunanlı komandir də təkəbbürlə onu çığnayaraq şəhərdə yaşayan Rumların alqış və hurralarıyla binaya qalxmışdı. Biz də onlardan qisas almaq üçün bu işi gördük. Atatürk, əsası ilə bayrağın bir yanını qaldırır və "bayraq çığnanmaz, çünkü o bir millətin şərəfidir" dəyir, onu pilləkənlərə sərənlərin səhv iş gördüklərini başa salır.
   
   Türklərdə dövlət gələnəği həmişə xalqın gələnəği ilə paralel yeriyibdir. Xalqın gələnəği təəssübkeş olsa da, dövlətin gələnəği daim inkişafçı yolda yerimişdir.
   
   Hər əsrdə vaxtla uyğunlaşan Türklər atalar kultunu daim öz bayraqlarında əks etdiriblər. Məsələn Göytürklərin qurd başlı bayrağı buna nümunədir.
   
   Qədim Türklərdə dinlə mifoloji daim yanaşı yerimişdir. Həmişə ordunun qabağında gedən tuğa "qara başlı tuğ deyilirdi və insanın orda ölümlə üzbəüz olduğundan xəbər verirdi. Məsələn Qırqızlar döyüşdən öncə tuğlarını qana boyuyardı. Bununla onlar özlərini bir növ fədai kimi hazırlayırdı. Rəşidəddin, "Oğuznamə" adlı əsərində tuğdan "Tuq-ı mübarək" deyə söhbət açır və onun Türklər tərəfindən müqəddəs qəbul edildiğindən xəbər verir. Qədim Türklər, ulu babalarının onları xatadan və bəladan qoruyucu ruhunu özlərinin tuğ və bayraqlarında duyublar.
   
   Bayraq "batıraq, batırmaq" sözlərindən yaranmışdır. Manas dastanının bir yerində belə bir ifadə gedir:
   
   Ala bayraq, qızıl tuq
   
   Tübün cərgə sayınar
   
   Başın kökgö cayınar.
   
   Yəni, al bayrağın və qızıl tuğun kökünü, yəni ağacını yerə sancın, başını göylərə yayın. Bayraq bu funksiyası ilə, qədim Türk inam sisteminə görə yerlə göyü birləşdirdiğindən müqəddəs qəbul edilir. Dədə Qorqud"ta isə bayraq əvəzinə "tuğ" və "sancaq" sözlərindən istifadə edilib.
   
   Qədim bir Türk şerində gedib:
   
   Ağdı qızıl bayraq
   
   Torı qara torpaq.
   
   Yəni al bayraq ucaldı, qara torpaq tozuyub havaya qalxdı. Balasaqunlu Yusif Xas Hacib"in Kutadqu Bilik əsərində bir yerdə deyilir ki;
   
   "Şimşək çaxdı, xaqanın tuğunu dartdı". Yəni xaqanın bayrağı göyün gücləri tərəfindən əzizlənir, ona ilahi bir güc bəxş edilir.
   
   Yenə "Manas" dastanı"nın bir yerində deyilir: "Qara başlı tuğun kötərib, kafirdin qanı nəşqar", yəni, qara başlı tuğunu ucalt, kafirin qanını tök.
   
   Bayraqlarımızın rənginə gəldikdə, al rəng əksəriyyətlə bayraqlarımızda öz əksini tapıb. Qədim Türklər döyüşə getdikdə hər bir əsgər nizəsinin başına qırmızı rəngdə parça bağlayar vəya nizənin başındakı at qıllarını qana boyayardı. Döyüşlərdə qan tökülürdü və tökülən o qanlar müqəddəs bir rəmz kimi xalqımızın bayrağında öz əksini tapırdı. Türk xaqanları özlərinə tabe olan bəylərə və uğur qazanmış komandirlərinə al rəngli xələtlər yollayardı, onlar da bu xələtləri fəxrlə atlarının üstünə salardı.
   
   "Manas" dastanının bir yerində "Qara başlı qızıl tuğu göylərə yayın" ifadəsi vardır. Ancaq bu ifadəni döyüşə gedən qadınlar dilə gətiribdir. "Dədə Qorqud"da da "qara başım üçün" şəklində and içilir. Qara burada faniliğə işarədir. Qara rəng qədim Türklərdə "Qüzey" yönünün rəngi idi. Mərkəzi dövlətin qüzeyində qalan yerlərin adının qabağında daim "qara" sözü yer tutardı. Qarayazı, Qaraqurum, Qarabalsaqun kimi yer adları da bu səbəblə verilmişdir. Qaranın bir də böyüklük, güclülük, qütrətlilik mənası da vardı. Göytürk xaqanı "Qara Xaqan"a güclü və qüdrətli olduğuna görə bu ad verilmişdi. Yas əlaməti kimi qara libasların geyinilməsi, ölən kəsin evinin və ya çadırının qabağına qara bayrağın sancılması, bu ölüm hadisəsinin yaratdığı hüznün, təəssürün böyüklüğündən xəbər verir.
   
   Ağ isə təmizlik, ululuq, paklık, düzlük rəmzidir. Azərbaycan bayrağındakı göy rəng Türklüyün, yaşıl İslamiyyətin, qırmızı rəng müqəddəsliğin və müasirliğin, aypara müstəqilliğin, səkkiz guşəli ulduz da Türkün cahan hakimiyyəti anlayışının simvoludur.


YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK