Adalet.az | SONU GÖRÜNMƏYƏN YOL Adalet.az | SONU GÖRÜNMƏYƏN YOL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SONU GÖRÜNMƏYƏN YOL

22023    |   2009-10-17 00:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər adamın getdiyi bir yol var. Bu yol bəzən insanı xoşbəxtliyə qovuşdurur və bəzən də həyatın dibinə atır. Həyatın dibinə gedən yol isə çox qaranlıq və həm də çox dərindir. Qaranlıq və dərin yoldan qayıtmaq hər oğulun işi deyilg
   
   Bir tikə çörək üçün qərib ölkələrə üz tutan insanlar bu qaranlıq yolun çətinliyini və ağırlığını hamıdan çox hiss eləyirlər. Onlar bilirlər ki, bu qaranlıq yol nə deməkdir və həmin yolda və yerdə o insanları hansı əzab-əziyyət, məşəqqət, çətinlik gözləyir. Bu çətinliyə baxmayaraq, yenə minlərlə insan bir tikə çörək üçün qərib ölkələrə üz tuturlar. Bir çoxları çətinliklə olsa da özlərinə həyat qurub yaşayış düzəltsə də, bəziləri istəklərinə nail ola bilmir, qərib ölkədə çəkdikləri əzab-əziyyətdən ya xəstələnir, ya da dünyasını dəyişir. Elələri də var ki, qərib ölkədə at oynatmaq istəyir və beləsini də qərib ölkənin adamları çox at oynatmağa qoymur və vurub öldürürlər. Həftədə olmasa da, hər ay Moskvadan və MDB-nin digər ölkələrinin şəhərlərindən neçə-neçə azərbaycanlının meyiti gətirilir. Bu da bir cür ağır həyatdır. Şair dostum Xaqani Ayxan "Qərib Moskva gecələri" şeirində insanların qəribçilikdən və əzab-əziyyətdən nələr çəkdiyini poetik dillə belə ifadə eləyir:
   
   
   
   Burda rast gələrsən hər addımbaşı,
   
   Ümidin itirmiş qərib izinə,
   
   Axar ürəyinə gözünün yaşı,
   
   Gecələr xaç çəkər Ayın üzünə!...
   
   
   
   Moskvadan biz də bir teleqramma aldıq. Teleqramda yazılırdı ki, əminizoğlu Maşallah Hüseynovun vəziyyəti çox ağırdır. Mənim əmimoğlu Maşallah da bir tikə çörək üçün 25 il idi ki, Moskvaya getmişdi. Çörək də tapmışdı, iş yeri də. Ancaq Moskva gecələrinin soyuqluğu, qəribliyi və əzab-əziyyəti onun içini üşütmüşdü. Elə ona görə də əmimoğlu da 49 yaşında sağalmaz dərdə düçar olmuşdu. Teleqramda yazılırdı ki, bir neçə günə gəlməsəniz oğlunuzu sağ görməyəcəksiniz. Əmim Qurban kişi elə həmin günü Moskvaya uçdu. Orda çətinliklə də olsa oğlunu tapdı. Ancaq bizimlə telefonla danışanda dedi ki, Maşallahı görüb tanımadım. O boyda oğuldan heç bir şey qalmayıb. Moskvadan təyyarə ilə Bakıya qayıdanda qardaşım Elxan, əmimoğlu İnşallah və mən təyyarənin qabağına çıxdıq. Təyyarə Bakı hava limanına endi. Əmimoğlu Maşallahı sərinşingözləmə zalında atası ilə bir yerdə görəndə şok yaşadıq. Doğrudan da o boyda oğlan qərib ölkədə əriyib çöpə dönmüşdü. Qurban əmim dedi ki, heç Maşallahın taqəti yox idi ki, təyyarəyə minsin. Şükür Allah, gətirib Bakıya çatdırdım. Anasının yanına apara bilsəm, dərdim olmaz. Biz onları qardaşımın maşınına mindirib əvvəl onkoloji xəstəxanaya, sonra da başqa bir maşınla Bəhmənliyə yola saldıq. Ayrılmaq istəyəndə Maşallah əlini çox zəif və halsız halda bizə uzatdı. Əllərini sıxdıq və soyuq baxışları ilə başdan ayağa bizi seyr elədi. Hiss eləyirdim ki, artıq onun baxışları da solur. Bircə Allahdan onu istəyirdim ki, anasının yanına sağ-salamat çatsın. Onları yola salıb qardaşımla bizə qayıtdıq. Heç bir saat keçmədi ki, əmimoğlu İnşallah ağlaya-ağlaya zəng elədi ki, biz Ələtdəyik və Maşallah keçindi. Beləcə ayağı doğma torpağa dəyən əmimoğlunun anası ilə görüşməyə ömrü çatmadı. Bu da qərib Moskva gecələrinin bizə verdiyi pay. Qurban əmim deyirdi ki, nə yaxşı oğlum vətəndə keçindi . Buna da şükür.
   
   Biz hər şeyə şükür eləyirik. Çünki naşükürlük insanın başına çox oyunlar açıb. Qərib ölkələrdə acından-susundan ölən və məzarı da bilinməyən o qədər insanlar var ki. Onlara baxanda əlbəttə Qurban əmim şükür eləməli idi və şükür də eləyirdig
   
   
   
   ***
   
   Bir varlı adam varmış. Bu varlı adamın çoxlu evi-eşiyi və obyektləri saya gəlməzmiş. Ancaq elə bütün günü pul qazanmaq və var-dövlət haqqında düşünürmüş. Bir gün də dostları ona deyir ki, ay Cəfər kişi, bu qədər var-dövlətin var, gözün doymur. Heç olmasa hərdən başına da maya qoy. Kişi də elə başa düşür ki, başını və üzünü tük basdığına görə camaat onu qınayır. Cəfər kişi gedir dəlləyə başını, üzünü çox qəşəng qırxdırır və özünə də ləzzət eləyir. Sonra da dəlləyə 50 manat pul verir. Dəlləyə də deyir ki, mənə bidirirlər başıma maya qoymuram. İndi görün başıma mən çox maya qoyuram, yoxsa avara-avara danışan adamlar. Cəfər kişi gəlir həmin adamların yanına saçını sığallayır və türklərini darıya-darıya deyir ki, başıma 50 manat maya qoymuşam, indi necə görünürəm? Dostları isə Cəfər kişiyə baxıb çox möhkəmdən gülüşməyə başlayırlar. Cəfər kişi pərt olur, onların yanından uzaqlaşmaq istəyir. Dostlarından biri isə deyir ki, ay Cəfər, sənə demədik ey, get başını qırxdır, gəl bizim yanımıza. Sənə dedik ki, bir az da kitadan-zaddan oxu ki, elmin olsun. Camaatın içində olanda bir şey danışa biləsən. Cəfər kişi də yenə söz altında qalmayıb bildirir ki, bizim nəsildə kitab oxuyan olmayıb. Elə hamımız sovet hökumətinin dövründən göy-göyərti satmaqla, indi isə ticarətlə məşğul olmaqla pul qazanmışıq. Mən əlli yaşında durub kitab oxuyacam? Kitabı oxuyarlar orta məktəb illərində, uzaqbaşı ali məktəbdə. Tay bu yaşda durub kitab oxusam, bəs onda bu qədər obyektləri kim işlədəcək? Bir oğlum var o da avaranın biridi. Nə qədər elədim əlinə kitab almadı. Sonra dedi ki, ay dədə, sən oxuyub bu qədər var-dövlətə sahib olmusan, mən də oxuyam? Adamın işini gərək Allah düzəltsin.
   
   Ürəyim ağrıyanda elə tez qaçıram 5 saylı xəstəxanadakı Kordiologiya İnstitutuna. Ona görə ki, yaxın dostum, gözəl ziyalı və şair təbiətli insan, tibb elmləri namizədi Rafiq Yusifli həmin institutda işləyir. Elə ki, kordioqramamı çıxarıb Rafiq həkimin yanına gedirəm və o da kordioqramaya baxıb "qorxulu bir şey yoxdur" deyir, bütün ağrım-acım həmin anda yoxa çıxır. Amma bu dəfə kordioqramama baxanda dedi ki, bir balaca artimiya var. Ona da bir-iki dərman yazaram, əlac qılınar. Bir az da idmanla məşğul olarsan. Bilirəm, sən xəstəlikdən qorxan adam deyilsən, özün də yemək-içməyinə xüsusi fikir verirsən. Sənin kimi xəstələri sağaltmağa nə var. Nə araq içirsən, nə də siqaret çəkirsən. Sonra Rafiq həkim mənimlə bir zarafat da elədi. Mən də dedim ki, ay həkim, ürəyimiz ağrımasa səni axtaran deyilik. Rafiq həkim isə "heç vaxt ürəiyiniz ağrımasın" dedi. Əbülfət Mədətoğlunu soruşdu. Dedi ki, onun da təzyiqi tez-tez qalxır. Amma Əbülfətə de ki, onda da qorxulu bir şey yoxdur. Rafiq həkim İspaniyadan təzə qayıtmışdı. Adətən xəstə həkimə nəsə hədiyyə verər. Ancaq bu dəfə hər şey əksinə baş verir. Rafiq həkim stolun üstündəki qabdan beş-altı çox yaxşı qələm çıxarır və mənə verir. Deyir ki, bunları İspaniyadan gətirmişəm. Biz həkimlər xalqın sağlamlığının qulluğunda dururuq, siz ziyalılar da öz yazılarınızla haqq-ədaləti qoruyur, insanları maarifləndirirsiniz. Gördüm ki, Rafiq həkim hələ mənə çox qələm vermək istəyir. Dedim saxla, o birilərini də Əbülfət Mədətoğluna verərsən. Çünki Əbülfət bu qələmləri məndə görsə, əlimdən alacaq. Rafiq həkimlə öpüşüb-görüşüb ayrıldım. Xoş sözlərdən, gözəl auradan və həkim qayğısından sonra ağrım-acım azaldı və özümü çox yaxşı hiss elədim. Buna görə Rafiq həkimə duaçıyam. Allah bu cür gözəl insanı və həkimi bu millətə, bu xalqa çox görməsin.
   
   
   
   ***
   
   Son vaxtlar hər gün bir şey itirirəm. Bir gün pulumu oğurlayırlar, bir gün qələmimi itirirəm, bir gün də eynəyim yaddan çıxıb bir dostun kabinetin də qalır. Oktyabrın 16-da isə başıma çox qəribə bir hadisə gəlib. Səhər tezdən 96 saylı avtobusdan düşüb nəşriyyata işə gəldim. Bir neçə dəqiqə idi stolun arxasında əyləşib yazacağım mövzu barəsində götür-qoy eləyirdim. Elə bu vaxt dəhlizdə orta yaşlı, xoşsifət və çöhrəsindən nur yağan bir insan əməkdaşımız Etibar Cəbrayıloğluya yaxınlaşıb dedi ki, mənə Faiq Qismətoğlu lazımdı. Qapı açıq olduğuna görə həmin adamı gördüm. Heç Etibar müəllimin cavab verməyini gözləmədən dedim ki, Faiq Qismətoğlu mənəm. O, otağa girib yenidən salam verdi və dedi ki, Faiq müəllim, bir şey itirməmisiniz ki? Dedim vallah, son vaxtlar gündə bir şey itirirəm. Oktyabrın 13-də metroda 20 manat pulumu cibimdən çıxarıblar. Tez vəsiqəmi axtardım. Gördüm ki, vəsiqəm yoxdur. Həmin vəsiqənin arasında bacıma verəcəyim 160 manat pul və bir də başqa bir sənəd var idi. Yenidən tər məni basdı və özümü itirdim. Sonra həmin oğlan dedi ki, Faiq müəllim, bir qədər özünüzü ələ alın. Həmin pulları və vəsiqəni mən tapmışam. Amma bir az ehtiyatlı olun. Siz avtobusdan düşəndə mən təsadüfən arxadan gəlirdim və sizi də bir o qədər yaxından tanımırdım. Sən demə, bu pulu və vəsiqəni tapan və mənə gətirib verən oğlan gözəl şair, ziyalı, "Molla Nəsrəddin" jurnalının baş redaktoru və təsisçisi Mehman Göytəpəli imiş. Bilmirdim Mehman müəllimə necə təşəkkür eləyim və necə öz minnətdarlığımı bildirim. Çünki indiki çətin zəmanədə min adamdan biri bəlkə o pulu mənə qaytarardı. Əgər o min adamdan biri kimi Mehman Göytəpəli tapdığı pulu mənə qaytarırsa, onda görün o nə qədər təmiz, nə qədər saf, nə qədər Allaha yaxın və əməlisaleh adamdı. Bəlkə də dünyamız bu cür nurlu, halal və əməlisaleh adamların hesabına hələ ki, dağılmayıb. Nə yaxşı dünyada Mehman Göytəpəli kimi halal və əməlisaleh adamlar var. Nə yaxşı bu cür insanlar halallığı və təmizliyi hər şeydən üstün tutur. Təki bütün insanların itirdikləri yenidən özünə qayıtsın. Bilirsiniz, onda adam nə qədər sevinir. Elə bil dünyanı ona bəxş eləyirsən. Oktyabrın 16-da Mehman Göytəpəli mənə bir dünya sevinc bəxş elədi. Allah onu sevindirsin, canını sağ eləsin və balalarını qorusun.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO