Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ƏDALƏT TORPAĞA BASDIRILMIR Adalet.az | ƏDALƏT TORPAĞA BASDIRILMIR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏDALƏT TORPAĞA BASDIRILMIR

13272    |   2009-10-03 04:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən şənbə sayında)
   
   
   
   İyulun 7-dən etibarən dünya mətbuatında qraf Vilhelm fon Mirba-hın qətli ilə əlaqədar müxtəlif məzmunlu irili-xırdalı xəbərlər ya-yıl-mağa başladı. Hadisə barədə bir gün sonra dərc olunan Sovet hökumətinin rəsmi bəyanatında deyilirdi:
   
   İyulun 6-da, saat 3 radələrində rus ingilis fransız imperializminin agenti olan iki əclaf, ( elə belə də yazılmışdı E.B.) yoldaş Dzerjinskinin qolunu saxtalaşdırmaqla hazırlanan sənəddən istifadə etməklə Alman səfirliyinə soxulmuş, içəridə bomba partladaraq qraf Mirbahı qətlə yetirmişdir. Bu təxribatı həyata keçirən yaramazlardan biri rus monarxistləri, əksinqilabçı suiqəsdçilərlə əlaqələri barədə sovet mətbuatında dəfələrlə xəbər yayılan sol eser Dzerjinskinin rəhbərlik etdiyi Fövqəladə Komissiyanın üzvüdür. O, Sovet hakimiyyətinə xidmətdən xaincəsinə uzaqlaşaraq, Rusiyanı müharibəyə təhrik edən qüvvələrin buyruq quluna çevrilən, bununla da məmləkətdə yenidən kapitalistlərin və mülkədarların hakimiyyətini bərpa etməyə çalışanların cərgəsində özünə yer tapmışdır.
   
   Bəlağətli sözlərlə, o dövr üçün xarakterik şablon ifadələrlə təsvir olunan "yaramaz"ın siması sizə tanış gəldimi? Bəyanatda konkret ad çəkilməsə də qatilin kimliyi, siyasi mənsubiyyəti, hətta iş yeri dəqiq açıqlanırdı. Əslində, hadisə barədə Leninin imzası ilə ilk məlumat iyulun 6-sı Moskva vaxtilə saat 4.20 də bolşeviklərin nəzarətində olan təşkilatlara telefonoqram şəklində göndərilmişdi. Siyahıya rayon partiya komitələri, Qızıl Ordunun baş qərargahı, xalq deputatları sovetləri daxil idi. Telefonoqramda deyilirdi ki, gündüz saat 3 radələrində Alman səfirliyinə atılan iki bomba nəticəsində səfir Mirbah ağır yaralanıb. Bu, monarxistlərin, ya da alman-fransız kapitalistlərinin maraqlarına uyğun olaraq Rusiyanı müharibəyə sürükləmək istəyən təxribatçıların işidir. Hamını ayağa qaldırıb, bütün qüvvələri qatillərin yaxalanmasına səfərbər etməliyik. Avtomobillər saxlanılaraq üçqat yoxlanılmalıdır.
   
   Diqqət yetirsək görərik ki, ilk məlumatda bir gün sonra dərc edilən bəyanatdan fərqli olaraq partiya adı çəkilmir. Xalq Komissarları Sovetinin İşlər müdiri Vladimir Bonç-Bruyeviç xatirələrində yazır ki, bu, yerlərdə sol eserləri duyuq salmamaq üçün taktiki gediş idi. Paytaxtda baş verənlər eynən teleqramda göstərilsə, əyalətlərdə qiyamçıların tərəfdarları fəallaşardı.
   
   Qiyamçı qruplarla mübarizə planı axşam saat 6 radələrində tamamlandı. O vaxta kimi Lenin Mirbahın ölüm xəbərinin geniş şəkildə yayılmasında maraqlı deyildi. Əhali arasında qorxu-təşviş yaratmamaq üçün ilkin məlumatlarda bilərəkdən saxtakarlığa yol verilirdi. Arxivdə saxlanan telefonoqram mətninin əlyazması bunu bir daha təsdiq edir. Bu cümləyə fikir verin: "İndicə xəbər alınıb ki, səfirliyə atılan bomba partlamayıb və xəsarət alan yoxdur." Hətta iyulun 7-də hərbi işlər üzrə xalq komissarı Lev Trotskinin mətbuatda dərc olunan əmrində də oxşar xəta gözdən yayınmır. Sənəddə deyilirdi ki, naməlum şəxslər tərəfindən Alman səfirliyinə bomba atılıb. Səfir qraf Mirbah ağır yaralanıb.
   
   Trotskinin imzası ilə iyulun 8-də "İzvestiya" da yayılan rəsmi məlumatda ilk dəfə qatilin adına rast gəlirik. Qəzet yazırdı ki, Blyumkin familiyalı birisi sol eserlərin MK qərarına əsasən Alman səfiri qraf Mirbahı qətlə yetirib. Vəssalam... Elə bil hadisədə başqaları iştirak etməyib. Səfirlik əməkdaşlarının şahid ifadələrinə görə isə Mirbahı gülləylə vuran məhz Nikolay Andreyev olub. Cinayət ortağı kimi Nikolayın adı ilk dəfə iyulun 14-də mətbuata çıxarıldı. Amma Mirbahın cəlladı kimi Yakov Blyumkinin adı tarixə düşdü.
   
   
   
   QARIŞQANIN FİL YERİŞİ BAŞ TUTMADI
   
   
   
   Paytaxtda ortalığın qarışmasıyla eyni vaxtda Petroqradda, Vladimirdə, Vitebskdə, Yaroslavlda, Simbirskdə, Kazanda eserlər baş qaldırdı. İyulun 10-da xəbər yayıldı ki, Şərq cəbhəsinin komandanı Mixail Muravyov Simbirskdə özünü baş komandan elan edib. Xalq Komissarları Sovetinə və kayzer II Vilhelmin Moskvadakı təmsilçilərinə teleqram vuraraq Almaniyaya müharibə elan etdiyini bildirib, öz ordusuyla Qərbə doğru üz tutub. Baş komandanın soy adının "muravey", yəni "qarışqa" sözündən əmələ gəldiyini xatırlamaq lap yerinə düşərdi. Vaxtında qarşısı alınmayanda " qarışqaların yaratdığı problem bəzən böyüyüb fil olur. Bolşeviklər çox baş sındırmadan məsələnin ən sadə həllini tapdılar. Özündən müşdəbeh Muravyov quberniya rəhbərliyi ilə görüşə gələndə heç bir xəbərdarlıq, sorğu-sual edilmədən güllələndi. Necə deyərlər, adam olmayanda onunla bağlı problem də aradan qalxır. Həmin günlərdə sol eserlərlə yanaşı, minlərlə keçmiş ağqvardiyaçı, çar ordusunun zabiti məhbəsə salındı.
   
    Maraqlıdır ki, qısa müddətdə qiyamçıların nəfəsini kəsən hökumət Mirbahın qatillərini Blyumkin və Andreyevi tuta bilmədi. Onların paytaxtdan necə yoxa çıxdığı da məlum olmadı. Almanlarsa terrorçuların tezliklə məhkəmə qarşısında dayanacağına hələ də ümid bəsləyirdilər.
   
   
   
   AXTARIN, AMMA TAPMAA TƏLƏSMƏYİN
   
   
   
   Xalq komissarı Anatoli Lunaçarski Leninin yanında olarkən bir telefon danışığının şahidi olub. Səfirliyə basqın və Mirbahın ölüm xəbərini bildirəndə, rəhbər təmkinini pozmadan göstəriş verib ki, qatili çox diqqətlə axtarın, amma tapmağa tələsməyin...
   
    Bu epizod Oleq Şişkinin "Terroristin sərgüzəştləri" kitabında da xatırlanır. Müəllif yazır ki, Xalq Komissarları Sovetində keçirilən iclasda telefonla zəng vurub Alman səfirinin qətlə yetirilməsi barədə Leninə xəbər veriblər. İliç xəttin o başındakı adama göstəriş verib ki, qatili çox diqqətlə axtarın, amma tapmayın.
   
   1920-ci illərin ortalarında Anatoli Lunaçarskinin həyat yoldaşı Rozanel-Lunaçarski ilə söhbətində (deyilənə görə, xanımın yaxın qohumu Tatyana Sats da bu söhbətin iştirakçısı olub - E.B.) Blyumkin etiraf edib ki, suiqəsd planından Leninin xəbəri vardı. Bu barədə özü Vladimir İliçlə görüşüb danışmasa da, əməliyyatın hər xırda detalını Dzerjinski ilə müzakirə etdiyini söyləmişdi. Mirbahın heç qırxı çıxmamış Leninin Feliks Edmundoviçə qəzəbinin tamamən soyuması da istər-istəməz şübhə doğurur.
   
   Amma, Dzerjinski qara paltara ağ sapla yamaq vuran əməliyyatçılardan deyildi. Onun ilmələrini nə görmək, nə saymaq olardı. Dünya ictimaiyyətini heyrətləndirən Moskva sui-qəsdi, bəlkə həqiqətən miqyasına görə daha nəhəng Lenin-Dzerjinski məxfi planının tərkib hissəsi idi? Bolşeviklərin 1918-ci il iyul qələbəsi, məncə 1917-ci ilin Oktyabrında qazanılan tarixi zəfəri əsaslı surətdə möhkəmlətdi. Nəticədə kifayət qədər ciddi siyasi rəqiblər siyasi meydandan bir yolluq kənarlaşdırıldı. Ölkədə tək partiyalı sistem yaradaraq, hakimiyyəti kimsəylə paylaşmadan böyük bir imperiyanı düz yetmiş il ( daha dəqiq desək, 71 il, 8 ay, 6 gün - E.B.) bolşeviklər idarə etdilər. Fəqət, hər canlı varlığın müəyyən ömür payı olduğu kimi, başlanan hər işin də əvvəli-axırı var. Özünü zəmanəmizin zəkası, şərəfi və vicdanı adlandıran partiya get-gedə ideoloji, ictimai-siyasi dayaqlarını itirdi. Nüvə silahına malik olan qüdrətli dövlətin əlçatmaz sükanını bircə güllə açılmadan əldən verdi. Mənim zənnimcə, SSRİ-nin dağılma prosesi dünya tarixinin ən nadir və mütəşəkkil çevrilişi sayıla bilər.
   
   
   
   * * *
   
   1918-ci ilin aprel ayından Rusiyada səfir kimi işə başlayan qraf fon Mirbah üç ayın tamamında gözlənilmədən dünyasını dəyişdi. Bu tezliklə onun aradan götürülməsinin digər səbəbləri də ola bilərdi. Qraf vaxtilə Leninin gizli əlaqələrinin canlı şahidi olmuşdu. Müasir tədqiqatçılardan Andrey Burovski və Mixail Veller mövzuyla bağlı araşdırmalarında əvvəllər az məlum olan fakta toxunurlar. Mirbah Moskvaya səfir təyin olunana kimi Almaniyanın İsveçrədəki diplomatik missiyasına rəhbərlik edirdi. İnqilabdan öncə Leninin maliyyələşdirilməsi və alman kəşfiyyatı ilə əlaqələri barədə kifayət qədər məlumata sahib idi. Son aylarda Mirbahın kayzer hökumətinə göndərdiyi gizli arayışların, təqdimatların məzmunundan Kreml yəqin ki, bixəbər deyildi. Bu sənədlərdə Moskvanın gerçək siyasi-iqtisadi mənzərəsi təsvir olunur, bəzi proqnozlar verilirdi. Əgər bolşeviklər əvvəlki mövqelərini itirərsə, hakimiyyətə can atan qüvvələrə necə dəstək verilməsi haqda mülahizələr, təkliflər yer alardı. 1918ci ilin baharında Berlində səfirlə eyni fikirləri paylaşan siyasətçilər də az deyildi. Yüksək rəsmi dairələri düşündürən və narahat edən yeganə problem Rusiyada hakimiyyətə gələcək yeni siyasi partiya və onun liderlərinin Brest sülh müqaviləsinə müharibə elan edəcəyi, yoxsa onun ağır şərtlərinə bolşeviklər kimi dözümlülük göstərəcəyi sualına vaxtında doğru cavabı tapmaq idi.
   
   Tarixi hadisələrin gerçək mahiyyəti, adətən zaman etibarı ilə ondan nə qədər çox uzaqlaşsan, bir o qədər aydınlaşır. Gün gəlir, illər, qərinələr boyu örtülü, müəmmalı qalan mətləblərin üzərindən gizlilik rübəndi qalxır. Səbir, iradə, dözüm istər o mübarək məqamın gəlişini görəsən. Nə yazıq ki, çox vaxt buna adi bir insan ömrü yetmir. Amma bir insan ömrü bəşər tarixi üçün meyar olacaq ölçü vahidi deyil ki. Əsas, nə vaxtsa üzə çıxacaq həqiqətin, ədalətin təntənəsidir! Yaxşı ki, bu qədər canlı varlığı "udub" rahatlıqla "həzm" edən qara torpaq ƏDALƏTə toxunmur. Ədalət hər döyüşdən qalib çıxan ölümsüz laməkan cəngavər kimi, gah orda, gah burda ən çətin və çıxılmaz məqamlarda gözə görünməklə, insanları əvvəl-axır haqqın təntənəsinə ruhlandırır, zülmün yanıb kül olacağına ümidləndirir, dünyadan küskünlərə həyat eşqi bəxş edir.
   
    (ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK