Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ÖMRÜN AXDIĞI YERDƏ... Adalet.az | ÖMRÜN AXDIĞI YERDƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖMRÜN AXDIĞI YERDƏ...

18685    |   2009-08-29 06:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Siz heç uzandıqca uzanan, lakin mənasız bir sonluqla bitən filmə tamaşa eləmisinizmi? Kadrlar ötdükcə həyəcanın artır, indicə nə isə maraqlı bir hadisə baş verəcəyini ürək döyüntüsüynən gözləyirsən, amma heç nə yoxdur. Və bir də görürsən ki, film bitdi, sənsə hələ də ekran qarşısında fikirli oturmusan, gözlərin yol çəkir... Durmaq istəmirsən, "bayaqdan nə qədər vaxtımı aldı, niyə belə qurtardı?" deyə düşünürsən. Nəsə itirmiş kimi axırıncı dəfə qaralan ekrana baxırsan, orada isə ağ hərflər üzüyuxarı süzməkdə davam eləyir...
   
   Sizə elə gəlmirmi ki, elə bizim ömrümüz də belədi?! Hamımızınkı olmasa da, çoxumuzun ömrü maraqlı və cazibədar gözləntilər içində axıb gedir?! Ağlımız kəsəndən xəyallar qururuq, bilə-bilə ki, bu xəyalların çoxunu gerçəkləşdirmək imkanımız xaricindədi, yenə də özümüzə yığılmırıq. Qulaqlarımızı yağır eləyən " qismət", "tale" sözlərini qulaqardına vururuq, guya ki, bizdən əvvəlkilər avam olublar, bilik, savad qazana bilmədiklərindən öz güclərini, bacarıqlarını qiymətləndirmək gücündə deyillər. Elə ki, illəri yola salırıq, arzuladıqlarımızın mində birini həyata keçirə bilmədiyimizi görür, yavaş-yavaş çox şeylərlə barışmalı oluruq. Heç atılıb-düşməyin adı yoxuymuş, hər şey bizdən irəlidə bəlliymiş. " Keşkə, dünyanı yorub gələnlərin dediklərinə qulaq asaydım, özümü bunca yandırıb-yaxıb əritməzdim" desək də, bilirik ki, bundan sonra bir də dünyaya gəlsək, yenə həmin duyğu və həyəcanlarla yaşayacağıq. Lap uşaqlıqdan müdrik olmaq mümkün deyil, axı. Həm də maraqsızdı. İnsan ömrün bütün çalarlarını yaşamalı, bütün rənglərini görməli, istisində yanıb, soyuğunda donmalıdı. Elə həyatın gözəlliyi də onu dərk edənəcəndi. Elə ki, təhlillər başladı, hər şey marağını, ləzzətini itirir, sönük hisslərlə yaşamaqsa insanı bezdirir. Yaxşı ki, bu dərketmə tam deyil, yoxsa, yaşamaq marağı çox tez öləziyərdi, adam hər şeyi bilən və qabağına çıxana məsləhətlər verməkdən zövq alan zəhlətökən bir məxluqa dönərdi...
   
   
   
   ***
   
   Deyirlər, gəzmək ömürdən deyil. Mən bilmirəm, bu fikir nə dərəcədə doğrudu, yəqin çox səyahət edənlər bu kəlamın mənasını daha yaxşı anlayarlar, ancaq deyiləsi sözüm var. Bəzən məşhur, tanınmış adamlar haqqında danışanda, yazanda onun hansı xarici ölkələrdə olduğunu da mütləq vurğulayırlar. Guya ki, bu səfərlər həmin şəxsin fərdi məziyyətlərinə nəsə əlavə eləyir. Bəlkə də öz torpağının doğmalığını, ətrini daha dərindən duymaq, müqayisələr aparmaq, fərqləri görmək üçün bu vacibdi, ancaq deyərdim ki, insan ən az öz torpağını, yurdunu tanıyır. Ta keçmişdən üzübəri əlinə dəmir əsa alıb, dəmir çarıq geyinərək diyarbadiyar gəzənlərin haqqında çox düşünürəm. Anlamaq istəyirəm, görəsən, bu adamlar (çoxu da məşhur şair, rəssam, xanəndə olublar) nə axtarırlarmış?! İstidə, soyuqda qürbət elləri gəzib sərgərdan, dərviş həyatı onlara nə verirdi?! "Dünya dayanacaq yer deyil, ey can, səyahət eylə" deyən şairin ayaqlarını yerdən üzən hansı qüvvə idi?! Cavabını tapmasam da, bu düşüncələr məni heç vaxt yormur, amma oxucuları yormağa haqqım yoxdu, düşünürəm...
   
   
   
   ***
   
   Son illər hər məzuniyyətimin beş-altı gününü ata evində keçirməyi vərdiş halına salmışam. Baxmayaraq ki, ömrümün bəxtəvər və narahat, həyəcanlı və havalı günlərini keçirdiyim evin getdikcə köhnəldiyini, daha uzaq illərə gedib çıxa bilməyəcəyini görmək, onun bir gün uçurulub söküləcəyi haqqında söhbətləri eşitmək mənə əzab verir, yenə də bu beş-altı gündə ömrə yazılmayacaq günlər (dəxli yoxdu, kədərli və ya kədərsiz) keçirirəm. Buraları tərk edəndən bəri başıma gələnləri unuduram (daha doğrusu, unutmağa çalışıram). Saflaşıram, təmizləşirəm. Yenə də əvvəlki 17-18 yaşlı qız oluram. Məsum, dünyanın çox dolaşıq işlərindən hələ xəbərsiz, hamıdan və hər kəsdən ancaq yaxşılıqlar gözləyən, yer üzündə bədin, şərin varlığına inanmaq istəməyən bir qız... Gəlinimiz inəyi sağıb südü bişirənəcən evin arxasındakı yoncalıqda gəzişirəm. O illərdəki kimi, arabir qaçıram da. Uşaqlıqda qəribə bir vərdişim vardı: hirslənəndə, həyəcanlananda, bir şeydən təsirlənəndə qaçırdım. Bəlkə də bu yolla pisliklərdən qaça biləcəyimi güman edirdim, bilmirəm. (İndi də eləyəm, ancaq qaçmağa yerim yoxdu). Əyilib hər ota, çiçəyə diqqətlə baxıram. Bu illər ərzində çox şey dəyişib. Əvvəllər də buralarda gəzişərdim. Bir tərəfdə tut ağacları sıralanırdı, o biri tərəfdə qarışıq meyvələr əkilmişdi. Qəribədir, bir zamanlar fikrim-zikrim ancaq bu yerləri tərk eləməkdi. Niyə insan belədi?! Həmişə ən xoş günlərini uzaqlarda axtarır. Doğma, isti yerlərin qucağından ayrılıb yad şəhərlərin soyuq, laqeyd qoynuna can atır. Hələ üstəlik, doğulandan ölənədək bu yerlərdə yaşayan, ev-eşik, oğul-qız sahibi olan həmyerlilərinə yazığı da gəlir. Onları bu dünyadan xəbərsiz, burnundan uzağı görə bilməyən yazıqlar hesab edir. Guya ancaq uzaq şəhərlərdə oxuyub işləyən, özgə şəhərləri, ölkələri gəzib görənlər əsl insanlarmış, başqa cür yaşamaq ömrə nöqsanmış. Yaxşı ki, həyat öz diqtəsində israrlıdı və bizim kimi düşünənlərin müdaxiləsini saya salmır.
   
   ***
   
   Sovet dövründə " Don Kixotun uşaqları" adlı bir rus filmini tez-tez göstərirdilər. Əsərin qəhrəmanı doğum evinin baş həkimidi. Artıq gənclik və yeniyetməlik həddinə çatmış üç oğlu var. Arvadıynan bu uşaqların hərtərəfli qayğısını çəkir, hər şıltaqlıqlarına dözürlər. Oğlanlardan biri Antarktidaya getmək istəyir, ancaq işi düzəlmir. Bundan möhkəm dilxor olur. Axı, onun məqsədi var: qeyri-adi həyat keçirmək, qocalanda öz uşaqlarına, nəvələrinə öz macəralarından danışmaq istəyir. Atası isə ona məsləhət görür ki, gələcək uşaqlarına belə deyər: "Baxın, mən çox istərdim ki, Antarktidaya gedim, amma alınmadı, adi bir geoloq oldum"... Filmin sonunda gənc ana öz uşağından imtina edir, onu doğum evində atıb gedir. Bu zaman baş həkim-bizim qəhrəmanımız körpəni bələtdirib qucağına alır. Taksiyə oturanda sürücünün "nəyin olub, atacan?" sualına "oğlum olub" deyir və əlavə edir: "Bu, mənim həyatımda dördüncü hadisədi"... Deməli, əvvəlki üç oğlan da onun özünün deyilmiş, atılmış uşaqlarmış... Bu sadə filmdə mənim açmaq istədiyim çox sualların cavabı var. Uzun, ancaq mənasız bitən filmlərin əksi. Sadə süjetli bir serialı filmin gözlənilməz və insanda qürur oyadan sonluğu. Düşünürsən ki, onun Antarktidaya getməklə nümunə göstərmək istəyən oğluna belə cavab verməyə necə də haqqı var. Ailəsində və işində insan adına yaraşan ən gözəl əməllərə imza atan bu adamın uzaqlara getməsin ehtiyac varmı? Təbii ki, yoxdu. Yaxşı həkim, xeyirxah kollektiv rəhbəri, gözəl və nəcib ata... Doğmalarının atıb getdiklərinə yiyə durmağı, onlara lazım olan hər şeyi verməyi bacaran nadir ürək və vicdan sahibi. Öz övladsızlığını "sonsuzam" deyib faciəyə çevirənlərin əksinə olaraq təbiətin insana qıymadıqlarının yerini sevgisiynən dolduran ləyaqətli ər və ata... Belə insanların işığı dünyamızı günəşdən heç də az isitmir...
   
   ***
   
   Yoncalığın qırağıynan gəzə-gəzə bunları düşünürəm. Budaqdan-budağa qonan sağsağan dil boğaza qoymadan quruldayır. Onun səsi adamı həmişə xoş olacaqlara ümidləndirir. İndi nə deyir, görəsən? Yəqin ki, çörək dalınca uzaq-uzaq şəhərlərə gedən qardaşlarımdan hansısa gələcək...Bu həyət-bacada onların yeri necə də kədərli bir boşluq kimi görünür...
   
   Senekanın bir kəlamı var: " Tale elə bir qüdrətli qüvvədir ki, ona inananların qoluna girib aparır, inanmayanları sürüyüb aparır". Bu fikirlər məndə həm təşviş yaradır, həm də könül həyəcanlarımı sakitləşdirir.Tələbəlikdə bir dəfə məndən taleyə inanıb-inanmadığımı soruşanda dedim ki, inanmıram. O zaman inanaram ki, dedim, taleyim mənə olduca xoş, qeyri-adi bir sürpriz eləyər. Deyəsən, elə bu minnətimə görə də, taleyim məndən birdəfəlik üz döndərdi və məni öz xoş sürprizlərinə həmişəlik həsrət qoydu...
   
   Bir də düşünürəm ki, biz payımıza düşən ömrü insan kimi yaşamaq əvəzinə miflər yaratmaqla məşğuluq. Kimisə mütləq fərqləndirmək, kimisə də onun kölgəsində saxlamaq üçün dəridən-qabıqdan çıxırıq. Xoşbəxtlikdən həmişə yanılırıq, ancaq bu yanılmağımız zamanında həm özümüzə, həm də mifə çevirdiyimiz adama baha başa gəlir...
   
   Bu düşündüklərimi qələmə almaq istərkən sanki fikrimə dəstək olaraq bir filmə də baxdım. Yaxşı adı vardı: " Çayın axdığı yerdə..." Ata və iki oğul həmişə yaxınlıqdakı çaydan balıq tuturlar. Bəxtləri gətirən vaxt da olur, gətirməyən də. Oğlanlardan biri daha çevik və macərapərəstdi, riskdən qorxmur... İlk baxışda burada qeyri-adi, nümunə olacaq heç bir şey yoxdu. Ancaq filmin bütün məzmunu, qayəsi sonda artıq yaşa dolmuş, doğmalarını itirmiş kiçik oğulun dediyi beş-üç cümlədə cəmləşib...Həyatın və ölümün anlaşılmazlığını ifadə edən cümlələrdə...
   
   Həyat özü də elə sonsuz, axar bir çay kimidi. Biz də balıqçılar. Həyatdan və özündən nə istədiyini çox zaman başa düşməyən uğurlu və uğursuz balıqçılar... Əldə tilov, gözümüz sirli-sehrli suların dərinliyində qismətimizi gözləyirik. Kimimizin payına çox, kimimizinkinə az balıq düşür. Bəzilərimizinsə qarmağı boş qalır. Nə etmək olar? Həyatdı bu...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-17
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK