ANA SƏHİFƏ / GÜNDƏM

PİYADALAR KEÇİDLƏRDƏN İSTİFADƏ ELƏMİRLƏR

56070    |   2015-02-19 07:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu da hər an ölümlə nəticələnə bilər

Son vaxtlar piyadalarla bağlı söz-söhbətlər geniş vüsət alıb. Bu da onunla bağlıdır ki, Bakı şəhərində əksər piyadalar yol hərəkət qaydasını kobud surətdə pozur, təyin olunmuş yerlərdən və yeraltı keçidlərdən istifadə eləmirlər. Təsadüfi deyil ki, məhz piyadaların bu cür səhlənkarlığı nəticəsində ölümlə nəticələnən ağır hadisələr baş verir.
Bəs necə etmək lazımdvr ki, piyada vurulmalırının qarşısı alınsın və faciəli hadisələr azalsın? Birmənalı olaraq deyə bilərik ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü tədbirlərin arasında piyadaların da maarifləndirilməsi əsas məqsədlərdən biridir. Çünki piyadalar nə qədər çox maariflənsə və onlar arasında yol polisi izahat işləri aparsa, bir o qədər də piyadaların vurulma halları az baş verər. Təbii ki, bunların da qarşısını birdən-birə almaq o qədər də asan deyil.
Ancaq gəlin onunla razılaşaq ki, bu gün Bakı şəhərində piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün yol polisi tərəfindən çox ciddi addımlar atılır. Yol polisi hərəkətin təhlükəsizliyini təmin edir, yerüstü və yeraltı piyada keçidlərinin yanında xidmət apararaq onlara nəzarət edir və piyadaları maarifləndirir. Hətta piyada keçidi ola-ola bir çoxları buna məhəl qoymayaraq avtomobillərin intensiv hərəkət etdiyi yerlərdən keçməyə can atırlar. Bu isə piyadanın həyatını təhlükə qarşısında qoyur və avtomobilləri idarə edən sürücülərə qorxulu anlar yaşadır.

Dəfələrlə bir hadisənin şahidi olmuşuq ki, piyada keçidləri ola-ola insanlar ondan istifadə eləmir, yol hərəkəti qaydasını pozaraq avtomobillərin şütüdüyü yoldan keçməyə çalışırlar. Hansı ki iki addım o yana ya yeraltı, ya da yerüstü keçidlər var. Amma nədənsə piyadalar əziyyət çəkib bu keçidlərdən istifadə etmək istəmirlər. Onlar həyatlarını təhlükə qarşısında qoyurlar, lakin təhlükəsiz yerlərdən istifadə eləmirlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, elə bir gün olmaz ki, əməkdaşlarımız piyadaların yol hərəkəti qaydalarını kobud surətdə pozmasını qeydə almasınlar və onlar barəsində inzibati protokol tərtib etməsinlər. Aydındır ki, bizim əsas məqsədimiz baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün həyata keçirdiyimiz qabaqlayıcı tədbirlərdir. Biz bu qabaqlayıcı tədbirlər hesabına hərəkət iştirakçılarının, o cümlədən piyadaların təhlükəsizliyini təmin edə bilirik. Əfsuslar olsun ki, piyadalar əksər halda təyin olunmuş yerlərdən istifadə etmirlər. Məhz bunun da nəticəsində piyada vurma halları baş verir. Bir faktı da qeyd edim ki, avtomobillərin yüksək sürətlə hərəkət etdiyi Nobel, Heydər Əliyev, Azadlıq, Neftçilər, Mətbuat və digər prospektlərdə piyadalar qəza şəraiti yaradırlar. Bəzi sürücülər bu qəza şəraiti yaranan zaman vəziyyətdən çıxır və hadisə baş vermir. Ancaq səriştəsiz və təcrübəsiz sürücülər isə belə situasiyalarda çıxılmaz vəziyyətdə qalırlar. Piyada da sürücünü karıxdırır və nəticədə maşın onu vurur.
Polkovnik Vaqif Əsədov bizimlə söhbətində onu da bildirdi ki, piyadaların vurulmasında əksər halda sürücülər məsuliyyət daşıyırlar. Ancaq indi tamamilə vəziyyət dəyişib. Əgər qəza vəziyyətini piyada yaradırsa və bunun nəticəsində o maşınla vurulursa, məsuliyyət piyadanın üzərinə düşür. Hətta bu cür qəza vəziyyətlərinə görə hadisənin ağır və yüngüllüyündən asılı olaraq piyada barəsində cinayət işi də qaldırıla bilər. Məhz buna görə də piyadalar elə fikirləşməsinlər ki, sürücü həmişə onların təhlükəsizliyini təmin edəcək. Yəni piyada görürsə ki, zolaqlı yerdən keçərkən avtomobil yüksək sürətlə hərəkət edir, o, buna diqqət yetirməli və sonra yolu keçməlidir. Düzdür, sürücülər xüsusi təyin olunmuş yerlərdən piyadaların keçməsinə şərait yaratmalıdır. Amma bu o demək deyildir ki, piyadalar da istənilən anda həmin yerdən keçmək hüququna malikdir. Deməli, burdan belə bir məntiqi nəticə çıxır ki, sürücü və piyadalar bir-birini başa düşməli, anlamalıdırlar.
Bakıda piyada keçidlərinin yanında yol polislərindən savayı post-patrul xidməti əməkdaşları da hərəkətin təhlükəsizliyinə yaxından köməklik göstərir. Bu sətirlərin müəllifi həmişə "Nizami" kino-teatrının yanındakı yeraltı keçiddən keçərkən istifadə edir və yaxınlıqda post-patrul xidməti əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirdiklərini görür. Burda yeraltı keçid olmasına baxmayaraq, əksər piyadalar yolun üstündən keçməyə səy göstərirlər. Post-patrul xidməti əməkdaşları da yol hərəkəti qaydasını pozan piyadaları saxlayıb inzibati protokol tərtib edəndə piyadalar buna narazılıq edirlər. Deyirlər ki, fikirliydim, yaxud da harasa tələsirdim, keçidi görmədim. Hətta buna görə polislərlə mübahisə edən neçə-neçə gənci də görmüşük. Təbii ki, piyada keçidindən istifadə etməyən və yol hərəkəti qaydasını pozan piyadalar 20 manat məbləğində cərimə olunurlar. Görünür, hələ də cərimənin məbləği az olduğu üçün bir çox piyadalar yol hərəkəti qaydasını pozmaqda davam edirlər.
Hər bir tədbir və reyd hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Ona görə də piyadalar öz həyatlarını təhlükə qarşısında qoyaraq yolun hərəkət hissəsindən keçməməlidirlər. Əgər yeraltı və yerüstü keçid varsa və xüsusi zolaqlar çəkilmiş yollarda işarə qoyulubsa, piyadalar da məhz burdan keçməlidir. Əks təqdirdə onlar yol hərəkəti qaydasını pozmaqla həyatlarını təhlükəyə atır və 20 manat məbləğində cərimə olunurlar.



Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb

DİM növbəti ödənişsiz sınaq imtahanı keçirib

2100 tibb işçisi COVİD-19 infeksiyası ilə mübarizə təlimlərinə cəlb olundu

Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi

Nazir: Xüsusi karantin rejiminin pozulması halları hələ də qeydə alınır

İlham Əliyevin rəsmi "Facebook" səhifəsində polis günü münasibətilə paylaşım edilib

Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən AÇIQLAMA

Könüllü qəhrəmanların növbəti görüşü baş tutub

SOCAR icranın məlumatını təkzib etdi - Açıqlama

İcazəsi olmayan nəqliyyat vasitələri videomüşahidə kameraları ilə müəyyən ediləcək

Nazir yeni inşa edilən binaların açılışında - Foto

SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK