Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ƏLİSİLAHLI NAZİR OܭLU Adalet.az | ƏLİSİLAHLI NAZİR OܭLU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏLİSİLAHLI NAZİR OܭLU

Orduya sevgi, əcnəbi jurnalistikaya nifrətlə dolu yazı

21996    |   2009-06-26 00:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hara qaçaq? Hara köçək ki, əcnəbi jurnalistlər gəlib bizi tapmasınlar? Onların əlindən nə gecəmiz var, nə gündüzümüz. Qapıdan qovursan, pəncərədən gəlirlər. Hamamdan qovursan, ayaqyolundan çıxırlar. Burunlarını salmadıqları yer qalmayıb. İşləri-gücləri ancaq Azərbaycanda nöqsan axtarmaqdı. Guya öz məmləkətlərində hər şey əladı, problem-zad yoxdu. Əlimdə imkan olsa onların hamısını...
   Bəzi ağzıgöyçəklər də oturub-durub onları tərifləyir. Ay onlar belə peşəkardı, belə maraqlı yazırlar, belə maraqlı pozurlar. Əgər həqiqətən də istedadlı və peşəkardılarsa qoy birinci öz xarabalarındakı nöqsanları yazsınlar. Hər şeydən yazmışdılar, bircə ordumuz qalmışdı. Ora da barmaq uzatdılar, barmaqları qırılmışlar.
   Özünüz də yaxşı bilirsiz ki, bu gün Azərbaycanda əsgər və zabitlərimizin bayramıdı. Bayramda doyunca yeyib-içib sevinəcək, ermənilərin qanını it qanına döndərəcəkdik. Qoymadılar ki... Bu əcnəbi jurnalistlər qəsdən hər şeyi korladılar. Bayram günü öz ölkələrinin qəzetlərinin birində ağızlarına gələni yazıblar. Oxuyan kimi təzyiqim kəllə-çarxa qalxdı. Adını çəkməyi lazım bilmədiyim ölkənin zəhləm getdiyi jurnalisti ömrümdə oxumaq istəmədiyim qəzetdə görün bir nə yazıb... Yayın bu istisində "N" saylı hərbi hissəmizə gedən həmin jurnalist səngərdə nazir oğlu ilə rastlaşıb. Görüb ki, nazirlərimizdən birinin oğlu əlində silah torpaqlarımızı qoruyur.
   Həmin nazirin oğlunun əlindəki silah gözünə girsin! Belə şeyi yazarlarmı? Tutaq ki, bilgisayar xəta edib, bölgünü düz aparmayıb. Nazirin oğlu da ön cəbhədəki hərbi hissəyə düşüb. Bunu qəzetdə yazıb dünyaya niyə car çəkirsən? Bəsdi də ermənilərin dəyirmanına su tökdüz...
   Ciyəriyanmış əcnəbi qəzetçi sonra tər-qan içində özünü verib növbəti "N" saylı hərbi hissəmizə. Tərs kimi orda da qarşısına deputat balası çıxıb. Millət vəkilinin sıravi oğlu hərbi hissənin həyət-bacasını qaydaya salırmış. Əlin qurusun! Görüm heç o yazının qonorarını almaq sənə qismət olmasın! Tutaq ki, deputatın başı parlamentdə müxtəlif qanunların qəbuluna qarışıb, oğlunu Bakıdakı hərbi hissədə saxlatdıra bilməyib. Bunu götürüb qəzetdə yazmaq nəyə lazımdı? Siz bizim qəsdimizə durmusuz?
   Həmin əcnəbi jurnalistin əlindən əsəbləşdiyim anda gözüm internetdəki bir yazıya sataşdı. Digər bir xarici qəzetçinin də hərbi hissələrimizin birində iti azıbmış. Gedib görüb ki, rayonlarımızdan birinin icra hakimiyyəti başçısının oğlu ermənilərlə üzbəüz postda keşiş çəkir! Bütün gördüklərini internet vasitəsi ilə dünyaya yayıb. Ermənilər kordu bəyəm? Onlar da yəqin internetdən istifadə etməyi bilirlər. Həmin yazını oxuyandan sonra icra başçısının oğlunun qoruduğu postumuza tərəf güllə atsalar nələr olacaq? Bilmirəm də, bəzilərinin təriflədiyi xarici jurnalistlər bədənlərinin hansı hissəsi ilə düşünürlər...
   Əziz əsgər və zabitlərimiz, siz belə şeylərə fikir verməyin. Erməni işğalçılarını torpaqlarımızdan qovub çıxarın. Bizə QƏLƏBƏ sevinci yaşadın. Bəzi əcnəbi jurnalistlərlə mübarizəni mən özüm apararam.
   Bayramınız mübarək!
   
   


YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK