warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | YUXU KİMİ SEVDA... Adalet.az | YUXU KİMİ SEVDA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YUXU KİMİ SEVDA...

Olmuşlar və olacaqlar barəsində hekayəvari

23993    |   2009-05-30 01:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Telefonda eşitdiyi bu bir kəlmə artıq az qala ağlını başından almışdı. Elə tələsirdi, elə darıxırdı ki, sanki səhərin açılışı onun bu canfəşanlığından, narahatlığından asılı idi. Amma bilmirdi ki, daha doğrusu, inanmaq istəmirdi ki, o nə qədər tələssə də səhər vaxtında açılacaq, qatar da vaxtında gəlib Bakıya yetişəcəkdir.
   Elə bu narahat duyğuların qoynunda evdən çıxdı. Heç saata da baxmadı. Papağını, paltosunu da götürməyi unutdu. Yalnız dəmir yol vağzalına gəlib çatanda havanın necə şaxtalı olduğunu hiss etdi. Sir-sifəti əməlli-başlı şaxtadan qovrulmuşdu, göynəyirdi. Əlini sifətinə toxunduranda barmaqlarının ucu da sızıldadı. Amma bütün bunlar vecinə deyildi. Gözü vağzaldakı vaxtı göstərən elektron saata sataşdı. Hələ düz bir saat da gözləməli idi. Bu bir saat onun üçün bir ildən də uzun oldu. Perronda var-gəl etməkdən yorulsa da içindəki təlaş, həyəcan, dilinin ucundakı kəlmələr ona bu yorğunluğu unutdururdu. Elə həsrətlə gözləyirdi ki... Bunu ifadə etmək mümkün deyildi.
   Uzaqdan qatarın səsi eşidildi. Ürəyinin döyüntüsü bir az da artdı. Fərqi varmadı ki, onun gözlədiyi qatardı, yoxsa başqa birisi. Heç fərqinə varmaq halı da yox idi. Bir az da perrona yaxın gəldi. Düz qatarın dayandığı yerdə qərar tutdu özünə. Gözləri ilə vaqonları saymağa başladı. Hə, bu da 9-cu vaqon. Təsadüfdəndi, yoxsa belə də olmalıydı, onu da bilmədi. Düz 9-cu vaqonun qapısının ağzında yer tutmuşdu. Əvvəl bələdçi düşdü, sonra gələnlər. O, gözləri ilə axtarırdı. Nəhayət ki, göründü. Hiss olunurdu ki, qız yuxusuzdu. Gözlərinin altı bir balaca şişmişdi. Bu, onun ürəyinə toxundu, ağrıtdı. Heç nə demədən əlini uzatdı, əllər görüşdü, baxışlar danışdı. Bu təmas onların ikisini də lal etsə də, ruhlarını bir-birinə sarıdı. Və...
   Yanaşı addımlayırdılar. Hələ ki, danışmırdılar. Eləcə əl-ələ tutmuşdular və oğlan da qızın balaca bağlamasını alıb götürmüşdü. O qədər də ağır deyildi. Amma buna baxmayaraq, indi ürəyindən keçirdi ki, xəlvət bir güşə olsa əlindəki bu bağlamanı heç nə demədən yerə atıb onu bağrına basar. Sanki bu bağlama onun sağ əlini "işə salmışdı", "həbs etmişdi".
   
   Bu da dayanacaq. Oğlan taksi saxlatmaq istədi. Qız imkan vermədi. Hara tələsirsən ki, deyə ilk kəlməni kəsdi. Elə bui lk kəlmə də oğlanın da dilini açdı.
   - Sənin üçün yaman darıxmışdım.
   - Mən də.
   - Bilirsən nə vaxtdan burdayam?
   - Bilməsəm də, üz-gözündən oxuyuram, gecəni vağzalda keçirmisən.
   - Yox, daha o boyda yox. Sadəcə iki-üç saatdır ki, burada veyllənirdim, evdə qərar tuta bilmədim, qaçıb gəldim. Fikirləşdim ki, mən nə qədər tez gəlsəm yəqin qatar da səni bir elə tez gətirər.
   Qız onun bu sözlərinə güldü. Oğlan da ona qoşuldu. Hər ikisi bu gülüşlə içlərindəki gərginliyi, narahatçılığı sanki silib atdılar. İndi arxayınca hal-xoş etmək, bir-birindən ayrı yaşadıqları anları dilə gətirmək imkanı yaranmışdı. Bu dəfə oğlan qabağa düşdü.
   - Nə uzun çəkdi səfərin, heç mənə yazığın gəlmirdi sənin? Nə bir zəng, nə bir məktub.
   - Mən də çox darıxırdım, amma xəstələndim, icazə vermədilər qayıtmağıma. Məcbur olub onlara qulaq asdım. Ürəyim ki yanındaydı. Özün demisən ki, ürəyin məndədi. Bir halda ki ürəyim səndədi, niyə darıxırdın ki? Baş-başa verib həmişəki qaydada yaşayaydın da.
   Oğlan:
   - Zarafata yozma. Nə olsun ki, ürəyin məndədi. Sənin icazən olmadan o mənlə danışmır ki? Eləcə durub baxır üzümə. Nə qədər yalvarıram heç vecinə də almır. Yandırıb tökür məni. Gedəndə onun qulağına nə demişdin, boynuna al görüm.
   Qız gülə-gülə:
   - Demişdim ki, səni bərkə-boşa çəksin, dözümünü yoxlasın. Amma heç dözümün yox imiş.
   - Nədən bildin?
   - Rəngin saralıb-solub.
   - Hə. Doğrudan da sənsiz qalmaq ölümə bərabər bir şeydi. Yaxşı ki qayıtdın. Həyatımı da, özümü də, özünü də özümə qaytardın.
   Onlar marşruta əyləşib şəhərin ucqar guşəsində yerləşən kirayənişin otaqlarına doğru yollandılar. Elə yolda da qız başını onun çiyninə qoyub yuxuya getdi. Elə mışıldayırdı ki, sanki ən yumşaq yataqda uyumuşdu. Bu oğlana xüsusi bir zövq verirdi. Ürəyində Allaha yalvarırdı ki, sürücü tələsməsin, bu yol bir az da uzansın. Adətən səhərlər marşrutlar bir az ağır-ağır hərəkət edirlər. Sərnişin tutmaq üçün dayanacaqlarda bir az da artıq ləngiyirlər. Bax, bu gün də elə oldu. Arada marşrutdakı sərnişinlərdən kimsə sürücüyə əsəbləşsə də, o heç nəyi vecinə almadan avtobusu çox asta-asta mənzil başına aparırdı. Oğlan isə ürəyində pıçıldayırdı:
   
   Bu qədər
   gözləmədən sonra
   qarşılaşdım
   nağıllar dünyasının
   ağappaq sevdasıyla...
   inanmaq zor olsa da
   özümdən xəbərsiz
   ürəyimlə ağlımı
   bir köynəkdən keçirdiyi
   səssiz izdivacla
   barışdım...
   insafın olsun
   ay gün işığı kimi
   inandığım
   gözlərimə də səni köçürtdüm
   sözlərimə də...
   və özümü də unudub
   yuxu kimi bu sevdanı
   ağ kağıza danışdım
   bilsinlər ki,
   məni
   bir ağppaq sevdanın
   ruhu tutub...
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK