Qəribədi, insan həmişə ən dar məqamda da, ən xoş anında da nəsə bir şey uydurub özünə təsəlli verir. Sanki o təsəlli yaşadır onu. Elə bil əli hər yerdən üzüləndə sonuncu saman çöpü ona təsəlli olur. Allahın ən böyük möcüzəsi olan insan özü-özü üçün də möcüzə yaradıb. Adını da qoyub Təsəlli!
İndi yazdıqlarımı oxuyanda fikirləşəcəksiniz ki, bunları kim bilmir ki, bunları yazmağın nə mənası var? Ən azı bütün yas yerlərində, bütün ağır xəstələri ziyarət edib geri dönəndə içimdə bir təəssüf baş qaldırır və o təəssüf də sonra sözə, fikrə çevrilir. Bir-birimizə təsəlli vermək üçün eləcə deyirik:
-Vallah, ölüm hamı üçündü. Bir gün yaranan bir gün də ölüb gedəcək. Amma vaxtında olanda gözəldi də.
Bax, bu "VAXTINDA OLANDA" sözü adamı sonradan elə bil ki, qıdıqlayır. Elə bil içini gəmirir, onu narahat edir. Və fikirləşirsən ki, ümumiyyətlə, bu "vaxtında"nı kim müəyyənləşdirib? Ümumiyyətlə, ölümün vaxtı, məqamı var? Yoxsa o nə vaxt qapını döysə, deməli vaxtında gəlib? Heç baş aça bilmirəm bu suallardan. Və nə qədər də cəhd edirəm yenə də çözə bilmirəm. Bir gün dünyaya gələnin bir gün dünyadan gedəcəyini bilirəm. Ən azı o dünyaya gələnin valideynlərinin toy mərasimində iştirakçı olmuşam və yaxud bu mərasim barəsində eşitmişəm. Barmaq sayı, saat sayı olsa da doqquz ayın tamamından az-çox məlumatım var. Çünki bundan əvvəl olana "yarımçıq doğulmuş" deyirlər. Yəni qısası vaxtında gəlməyib.
Hə, indi qayıdaq yenə "vaxtında" məsələsinə. Bu günlərdə kədərli bir an yaşadım. Və o anın içində neçə anlar da gəlib gözümün önündən keçdi. Mərhumla bağlı hər kəs köks ötürdü və hər kəs də dedi ki, "heyf, vaxtsız getdi dünyadan". Bax, onda yenə anlaya bilmədim ki, bu məclis əhli bu mərhumun vaxtlı və yaxud vaxtsız dünyadan getdiyini nəylə müəyyənləşdirdi? Axı onun yaşı da, həyatdakı yeri də o qədər önəmli deyildi. Çünki nə dövlət, nə ölkə üçün, nə də ən azı kəndi, camaatı üçün xüsusi bir missiya daşımırdı. Sıradan biri idi. Amma 9 uşaq atası idi. Və elə bir faciə də yaşamışdı ki, onu yazmaq oxucunun ürəyinə od salmaq kimi bir şeydi. Ona görə bu məqamdan çəkinirəm. Və məclisin mollasından tutmuş iştirakçılarına qədər hər kəsin dediyi "ölüm vaxtında olanda gözəldi" ifadəsini təkrarlayıram.
Ürək belə götürəndə bir parça ətdi, amma onun missiyası, onun insanın formalaşması, yaşaması, müəyyən yükləri, vəzifələri daşıması, hətta ən vacibi sevib-sevilməsi üçün üzərinə götürdüyü missiya heç nə ilə ölçülən deyil. Bunu ölçə biləcək hansısa bir cihaz hələ ki, kəşf olunmayıb. Amma həmin o ət parçası olan ürəkdə bəzən bir məmləkətin dərd-səri yerləşir. Və bəzən də bir kəndin, bir elin sevgisi orda qərar tutur. O boyda sevgi olur ki, həmin sevgi ilə dünyanın uğrunda da qurban getmək çətin olmur. Nəinki bir qız, bir qadın, bir insan övladı uğrunda ölmək. Bütün bunlar ürəyin missiyasıdı. Əgər o həqiqətən ürəkdisə. Seyran Səxavətin gənclik illərində yazdığı şerlərinin birində deyilir ki:
Sıxma ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılırsan...
Bunu Seyran bilmirəm hansı vaxtda deyib və niyə yazıbdı. Və bircə bildiyim odur ki, vaxtında deyib. Vaxtında deməsəydi heç mənim də yadımda qalmazdı. Deməli, bütün ölənlər vaxtında ölür. Bura yaşın dəxli yoxdu. Bax mən də deyirəm ki:
Söykənib
dayanmışam
bir divarın küncünə,
sağ əlim
ürəyimin üstündə
indiki anda
çevrilmişəm
ağrının girincinə.
Gülüm,
işdi birdən
narahat olsan
sıxılsan
sən Allah incimə
ürəyimdəsən,
deyə
sən də düşürsən
ağrılarımın
cənginə.
... Bəli, mən də nə vaxt öləcəyəmsə, lap elə bu yazını oxuduğumuz anda belə. Deməli, Vaxtıdı. Təəssüflənməyin, sadəcə ürəyim üçün hansısa bir narahatçılıq keçirsəniz, ruhum onu anlayacaq. Çünki ürəyimdə nələr var, bir ürəyim bilir, bir də Tanrım. Tanrıdan sirr saxlamaq olmur. Çünki o sirrin NƏ VAXTI YOXDU, NƏ DƏ ZAMANI.