hacklink Adalet.az | QORXDUܭUM SÖZ-"HALAL" Adalet.az | QORXDUܭUM SÖZ-"HALAL" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QORXDUܭUM SÖZ-"HALAL"

29130    |   2009-05-23 08:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həqiqət çox zaman sərfəli olmur. İnsanların böyük əksəriyyətinin ancaq mənfəət, qazanc güddüyünü nəzərə alsaq, mənzərə aydınlaşar. Haqq yolla, düz yolla pul qazanmaq, lap elə nələrəsə nail olmaq həmişə çətindi. Aldatmasan səni aldadacaqlar. Gülünc vəziyyətə düşməyi, başqalarının səni maymaq saymasını kim istər ki?!. Ancaq qazanmaq var, qazanmaq var. Bilə-bilə, gözünün içinə baxa-baxa öz həmcinsinin cibinə girməyin bir yana dursun, onun necə deyərlər, aşına ağı qat, şirin tikəsini zəhər elə ki, nə var, nə var, mən varlanmalıyam, hər şeyim olmalıdı?! Özü də başqalarından artıq, həm də elə artıq ki, hamı məni barmaqla göstərsin?!
   Söhbətə ona görə alqı-satqıdan, yalan və aldatmalardan başladım ki, indi həm mətbuatda, həm də camaat arasında qida zəhərlənmələrinin çoxalmasından geniş söhbət gedir. Elə buradaca qeyd edim ki, bu vəziyyət tamamilə təbii və gözləniləndi. Artıq əkdiklərimizin, daha dəqiqi, bizə əkdirilənlərin meyvəsini dəririk. Bizi bu yöndən nişangah edənlər toy-bayram edə bilərlər. Boynumuza almağın zamanıdı ki, bu işdə ən yaxın köməkçi də elə özümüz olmuşuq...
   
   ***
   
   Rayon qəzetində işə başladığım ilk aylar bir kolxozdan baş aqronomun məktubunu hazırlamaq tapşırığı almışdım. Aqronomu redaksiyaya dəvət elədik. Və həmin gün öz işini dərindən bilən həmin mütəxəssislə o zamanlar qəzetə yazılması qadağan olan çox şeylərdən danışdıq. Bu gün də bütün dəqiqliyiynən xatırlayıram o söhbəti. Şişirdilmiş planları reallaşdırmaqdan ötrü taxıl zəmilərinə verilən gübrələrdən yana-yana danışırdı. Sözünü kəsib soruşdum: "Bəs, biz niyə kütləvi şəkildə qırılmırıq?" Hələ tezdi, dedi, qoy, 20-30 il keçsin, görərsən nələr olacaq...
   O söhbətdən sonra hey düşünürdüm: Çörək torpağımızın ən müqəddəs nemətidi. And yerimizdi. Babalarımız onu Qurandan irəli tutublar. Ən əziz qonağımızı duz-çörəklə qarşılamışıq. Bəs, indi bizə nə olub?! Az yeyib, təmiz yemək olmazmı? Bu plan, öhdəlik deyilən nə şeydi ki, ondan ötrü xalqı bu qədər zillətə salırlar?!
   O gün gəlib çatdı...
   Arvadı paytaxtda cərrahi əməliyyat olunan iş yoldaşım gördüklərindən dəhşətə gəlib:
   - Bilirsən, nə qədər qadın şiş xəstəliklərindən əziyyət çəkir?
   - Bəs, həkimlər səbəbini nədə görürlər?
   - Səbəbini? Ekologiyada...
   Ekologiya nədi? Nəfəs aldığımız və yediyimiz... Atalar sözüdü: nə qoyarsan ağzına, o da çıxar üzünə. Elə elm də təsdiqləyir ki, nə yeyirsənsə, osan. Hər fəslin özünə məxsus meyvəsi, tərəvəzi, göyərtisi var. Çox vacibdirmi qışın ortasında da xiyar, pomidor, qarpız yeyəsən? Hər şeyin açıq havada, təbii günəş şüaları altında yetişənini yemək daha faydalı deyilmi? Elə ilin bütün fəsillərində hər şey tapılır ki, ağzımızın da dadı qaçıb. Adamın heç nəyi ürəyi istəmir. Bizim tərəflərdə bir həkim vardı, heç vaxt şitillikxanalarda yetişdiriləni yeməzdi. Gübrəsiz tərəvəz, göyərti cır olsa da, dadlı və ətirli olur. Kənddə yaşayan bir bacılığım var. Öz xudmani bağ-bostanından arada mənə də pay gətirir. Xiyarı mətbəxdə soyanda ətri bütün mənzili bürüyür. Hələ kiçik keşniş, şüyüd, reyhan dəstələrini demirəm. Arvadlar demişkən, elə bil cənnətdən gətiriliblər. İndi də gedək bazarda satılanlara baxaq. Yemişdən iri xiyarlar, az qala süpürgə yekəlikdə göyərti dəstələri adamın iştahını da qaçırır...
   Artıq müstəqilik. Torpağımızın da, taleyimizin də, sağlamlığımızın da sahibi özümüzük. Nə əkib-biçdiyimizə, necə əkib-biçdiyimizə özümüz qərar veririk. Tanrının doqquz iqlim bəxş elədiyi bu torpaqda nələr edə bilmərik?! Daha bundan sonra baş verənlərə özümüz cavabdehik. Kimsəni qınamağa haqqımız yox bizim...
   Amma gəlin görək biz nə edirik. Kənddən başlayaq. Yəni, yediklərimizin becərildiyi və bəsləndiyi məkandan... İyirmi il bundan qabaq kəndə evimizə gedəndə 6-7 yaşlı qızım anama deyərdi: "Nənə, mənə həyətdə gəzən cücə bişir..." Keçən ilin yayında məzuniyyətimin beş-on gününü kənddə keçirdim. Bacılarım da gəlmişdilər. Fürsətdən istifadə edib bir-iki qohum evinə baş çəkdik. Hara getdiksə, bizə mağaza toyuğundan yemək bişirdilər. Təndirdə, sacda bişirilmiş çörəklərə isə demək olar ki, heç kimin süfrəsində rast gəlmədik. Halbuki, kənddə ağzımızın dada gələcəyini düşünmüşdük. Vaxtilə oxuduğum bir şeirin adını unutduğum müəllifi demişkən: "Adam istəyir daşa basa bu kəndi..." Sovet dövründə kəndləri şəhərə çatdırmaq siyasəti yeridilirdi. İndi isə şəhərlərimiz kəndə oxşamağa başlayıb. Hər ikisi yanlış və qeyri-təbii prosesdi. Nəticəsi də göz qabağındadı...
   İlk baxışdan dükan və marketlərimizdə hər şey var. Əksəri də xarici mallar. Biz niyə beləyik? "Xarici mal" söz birləşməsini elə pafosla işlədirik ki, guya, nəsə qeyri-adi bir şeydən danışırıq. Xarici malların reklamı güclüdü. Zövqlə qablaşdırılıb. Çox məhsullarını işlədəndən sonra qablarını atmalı olmursan - mətbəxdə işlətməyə yararlıdı və s. Çox təəssüf ki, dadı-ləzzəti barədə bu xoş sözləri demək olmur, görünüşüynən tərs mütənasibdi. Nə qədər tamsınırsan, ağzında bir tam, şirinlik hiss eləmirsən. Sovet dövründə camaatın "taxta qəlit" dediyi bir peçenye vardı. Ən ucuz peçenye idi. Hətta onun da dadı bu bər-bəzəkli xarici şirniyyatlardan yaxşıydı. Hələ uşaqlarçın buraxılanlar. Ovcunda tutanda heç bir çəki, ağırlıq hiss eləmirsən. Nədən hazırlandıqlarını bilmədiyimiz bu "kəpənək konfet"ləri balalarımıza yedirtməkdə düzmü edirik?! Çox zaman köhnəliyini, təzəliyini öyrənmək mümkün olmur bu malların.
   Özümüzdə günah çoxdu. Uzaqdan bir öz süfrələrimizə baxaq. Niyə bu qədər şey yığırıq ortalığa? Az və daha kalorili yeməklər daha sərfəli deyilmi? "Ucuz ətin şorbası olmaz" deyimi də elə bizim özümüzündü. Uşaqlıqdan həmişə böyüklərdən eşidərdim: "Ucuzdan baha yaxşıdı". İngilislərin də bir yaxşı sözü var: "Mən elə varlı deyiləm ki, ucuz şey alım".
   Bazara girən kimi ən iri meyvələrin üstünə yeriyirik. Halbuki, calaq bəhərlərin insan orqanizminə zərəri çoxdan sübut olunub. Hər gün yanından keçdiyim marketdə hələ də ötən ilki meyvələr-alma, armud, üzüm, portağal satılır. Fikir verirəm, elə də alıcısı yoxdu. Bəs, meyvə heç çürüməz, qaralmaz, bürüşməzmi? Bunların başına nə oyun açırlarsa, stolüstü müşəmbə kimi parıldayırlar. Adamın nəfsi də çəkmir...
   Biz alıcı zövqümüzlə satanları çox şeyə vadar edə bilərik. Diqqətli və tələbkar olsaq, dükan və mağazalarımızda bu qədər köhnə və keyfiyyətsiz mal olmaz. Satıcılardan anlayış gözləmək sadəlövhlükdü. Alver edənlərin imanlı və dürüst olması həmişə şübhəlidi. Qəpik-quruşdan ötrü nəinki müqəddəslərin ruhuna and içir, öz doğma balalarını da gündə yüz dəfə öldürüb-dirildirlər. Əslində mən mətləb üstünə hələ indi gəlirəm. Yazının adını izah eləməyin tam vaxtıdı. Çox zaman qazanc naminə milli, dini, insani dəyərləri də tərəziyə qoyurlar. Və bunun da ən kütləvi forması həssas yerimiz olan "halal" sözündən geninə-boluna istifadə eləmələridi. Ticarət hara, alver hara, halallıq hara? Alıcı kimi hara ayaq basırıqsa, aldanacağımızı göz önünə almalıyıq. Buna öyrəşmişik də. (Ən pisi də elə budu)... Gerçəyin üzünə pərdə çəkməyin yolları çoxdu. Həqiqət həmişə dərindədi. Bəyəm halallıq sertifikat almaqladı? O, insanın əməllərində, yaşam və davranış tövrlərində elə qutsal ibr mərtəbədi ki, onu heç bir kağız parçası və ya digər cansız əşya təsdiqləyə bilməz. "Bu kolbasaların hansı yaxşıdı?" deməyini görürsən, satıcı o saat əl uzadıb üstünə "halal" sözü yazılanı götürür. Mənsə, almıram. Çünki ən az inandığım odu. Bu sözü o qədər urvatsız ediblər ki, adamda qəribə bir qıcıq oyadır. Sözü gözdən salıblar, sözə inamı qırıblar. Həqiqi mənasından çox uzaqlaşdırıblar. Örtüyə, pərdəyə çeviriblər.
   Öz mənəvi dəyərlərimizlə bunca alver edə-edə, ruhumuzu maddiyyata sata-sata çoxmu irəli gedəcəyik?!. Şübhəm var...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK