deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | TÖVBƏ EDİRƏMSƏ... Adalet.az | TÖVBƏ EDİRƏMSƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TÖVBƏ EDİRƏMSƏ...

21911    |   2009-05-02 00:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qabilin "Nəsimi" poemasında bir səhnə var. Müasir dillə desək, Nəsiminin məhkəmə səhnəsi. Poemanın həmin bölməsi elə belə də adlanır: "Məhkəmə"...
   
   Hələb əmiri Yaşbək məhkəməyə gəlir. Yerini rahatlayıb şairi süzür, kağız-kuğuz topasına nəzər salır və:
   
   Birdən-birə dönüb məndən aldı xəbər:
   
   
   
   -Verilmiş olsaydı tövbəyə izin...
   
   Şair, nə olardı sözünüz sizin?
   
   Söylədim sadəcə:- Ya əmir, heç nə.
   
   Qazilər qəzəblə baxdılar mənə.
   
   Dedim: - Alicənab əmir,
   
   Eşit, budur cavab, əmir:
   
   Oğurluq edənlər tövbə eliyər,
   
   Səhv yola gedənlər tövbə eliyər,
   
   Yaxşıya "pis" deyən tövbə eliyər,
   
   Qızıla mis deyən tövbə eliyər...
   
   
   
   Şair quru böhtançıların, qara yalançıların, namusu satanların, südə su qatanların, yetimə dil verənlərin, sələmlə pul verənlərin adlarını sıralayıb siyahını uzadır.
   
   
   
   Bəs, mənim tövbəmin nə olsun adı,
   
   Hansı xəta çıxıb əlimdən, deyin!
   
   Qəbul elədiyim bir etiqadı
   
   Zorla hökm edirəm sizə mən? Deyin!
   
   Mən zəka sahibi, kəlam sahibi,
   
   Ürəyi sövdalı ilham sahibi,
   
   Peyğəmbər övladı, islam sahibi,
   
   Bəs sizdən, bəs məndən soruşmaz aləm
   
   Tövbə edirəmsə, niyə edirəm?
   
   
   
   Poemanın bu hissəsini neçə dəfə oxuduğumu xatırlaya bilməməyim bir yana dursun, üstəlik, şairin tövbəsiynən bağlı parçanın düşüncələrimi necə haçaladığını, qəlbimdə hansı həyəcanlar oyatdığını yazmaqda da acizəm. O səhnəni sanki öz gözlərimlə görmüşəm kimi, həmişə yaddaşımda yaşadıram. Deyəsən, bu dünya elə belə gəlib, belə də gedəcək. Yəni, günahkarlar həmişə günahsızları məşhər ayağına çəkəcəklər. Nəsimidən əvvəl də belə olub, Nəsimidən sonrakı 600 ildə də belədi. Bundan sonra nəyinsə dəyişəcəyinə bel bağlamaq da sadəlövhlük olardı. Məni bədbinlikdə qınayıb, nikbin notlarla etiraz edənlərlə də mübahisəyə girmək həvəsində deyiləm.
   
   
   
   Bəs sizdən, bəs məndən soruşmaz aləm
   
   Tövbə edirəmsə, niyə edirəm?
   
   
   
   Soruşmadılar, böyük şair, böyük insan! Bu gün də soruşan yoxdu, sabah da olmayacaq! Soruşsaydılar, haqq-hesab istəsəydilər, heç olmasa, səndən sonrakıları qorumaq olardı.
   
   O boyda ucalıqda dayanan insan necə də məsum xəyallara ümid bağlayır. Ümid edir ki, gələcək nəsillər ona qarşı edilən bu rəzilliyin, cəlladlığın haqq-hesabını soracaqlar. Amma harada, kim soracaq? Sənə heykəl də qoyulub, küçələrə, məktəblərə adın verilib, haqqında bədii film çəkilib, yubileyin dünya miqyasında qeyd olunub, ancaq o soyulan dərinin, tökülən qanının, qəlb və can ağrılarının haqq-hesabı sorulmayıb. Günahın nəydi? İnsanları paklığa, ucalığa, öz içində bir Allah olmağa çağırmağınmı? Haqq yoluna, qardaşlığa, ilahi sevgiyə dəvətinmi? Bu sözlər heç bu gün də çoxlarına gərək deyil. Hər qulağa xoş gəlmir, hər vicdanı tərpətmir...
   
   Ötən ilin payızında Suriya ilə əldə olunmuş razılığa əsasən, Hələb şəhərində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş müştərək elmi konfrans keçirildi. Bu barədə məlumat verən qəzetlərin birində oxudum ki, konfransda Hələb müftisi çıxış edərək Nəsiminin faciəli taleyinə və qəddarcasına edam edilməsinə görə bir yüksək rütbəli və səlahiyyətli din xadimi kimi Azərbaycan xalqından üzr istəmiş, Suriya xalqının və Hələb əhalisinin şairin edamına görə məsuliyyət daşımadığını, o zamankı şəhər müftilərinin Nəsiminin edamına etiraz etdiyini və edam barədə qərarın böyük şairin düşmənləri simasında Misir hökmdarı Sultan Müəyyət tərəfindən çıxarıldığını bildirmişdir.
   
   Qəribə məntiqdi. Həm də qəliz...
   
   O tarixi edam səhnəsi səlahiyyətli din xadimlərinin fitvası və yüksək rütbəlilərin fərmanı ilə həyata keçirilməyibmi? Və o edamdan 600 il sonra sivil adlanan dünyamızda həmin yüksək rütbəlilər və səlahiyyətli din xadimləri Azərbaycana qarşı dünya miqyaslı haqsızlıqlara görə niyə öz etiraz səslərini ucaltmırlar? Və nəhayət, Suriyadan gəlib Qarabağda türkün qanını axıdan muzdlu yaraqlılara görə neçə yüz ildən sonra üzr istəyəcəklər, görəsən?
   
   Qaldı xalqların, millətlərin günahkar olub-olmamasına, bu barədə heç danışmağa dəyməz. Xalqa həmişə tamaşa lazımdı. Min illərdi ondan ötrü canını, qanını əsirgəməyənlərin dar ağacından asılmasına, odda yandırılmasına, zindanlarda çürüdülməsinə, acından öldürülməsinə ağzına su alıb səbrlə dözür. Bundan sonra da dözəcək...
   
   Bu günlər nə Nəsiminin yubileyidi, nə də Qabilin. Mən də günahsızların " günah"ları barədə yaxamdan əl çəkməyən fikirləri oxucularla bölüşmək istəyirdim və adını çəkdiyim poemadan çox xoşladığım parçadan danışmaya bilmədim.
   
   Təkcə əqidəyə görə deyil, çox zaman adi yaşantılara, fərqli duyğulara görə də adamları divara dirəyib haqq-hesab tələb edirlər. Sürüyə qoşulanın, hər əmrə boyun əyənin problemi yoxdu. Dava öz dünyasını yaşamaq istəyənlərin davasıdı. Olumu və ölümü öz əlində olmayan insanın heç kəsə ziyan vermədən qəlb istəklərinin, özünə xoş gələn, zövq verən bir işin dalınca getməsinə görə kimlər tərəfindənsə təqib olunmasına, günahkar sayılıb üzr istəməsinə, nəhayət, tövbə eləməsinə nə ehtiyac var?!
   
   Dünyaya gəlişimiz bizlik deyil...
   
   
   
   Özümlə olsa idi,
   
   mən cahanə gəlməz idim,
   
   Gətirdilər məni,
   
   amma mən anə gəlməz idim.
   
   
   
   ( S.Ə.Şirvani)
   
   Özümüz də bilmədən cahana gəldik. Nəyimiz varsa- sağlığımız, gözəlliyimiz, bilik və qabiliyyətimiz, nəfs və ehtiraslarımız - hamısı Tanrı payıdı. Xeyirxahları da, bədxahları da O yaradır. Təbiətində bədxahlıq, namərdlik olanlar istəsələr də yaxşılıq edə bilməzlər. Qanında pislik olmayanlarsa, məcbur eləsən də, kiməsə ziyan verməyə qadir deyillər. Aldığımız nəfəs belə öz ixtiyarımızda deyilsə, biz nəyin günahkarıyıq?! Duyğularımız da öz ixtiyarımızda deyil, axı... Xoşuna gələn qadını çay içməyə dəvət edən kişini, sevdiyi oğlanın görüşünə xəlvət gedən qızı niyə qınamalıyıq? Onlar kimə zərər vururlar ki?!.
   
   Bəzən insanlar günah işlətmədən də özlərini günahkar sayırlar. Bir cavan oğlandan niyə belə tez oruc tutub, namaz qıldığını soruşuram. Deyir ki, günahım çoxdu. Nə günahın var, axı? Bay-bay, insan doğulduğu gündən günah içində deyilmi? Niyə, Allahım, niyə? Axı, əsl günahkarlar heç belə düşünmürlər...
   
   İnsan azad yaranmışdı. Bircə qanadları çatmırdı, onu da yavaş-yavaş düzəltməyə başlamışdı. Təbiətən azad doğulmayanlar çox düşünüb-daşındılar, bu azadlığı qandallamaqdan ötrü dinlər, təriqətlər, cəmiyyətlər, qruplar, dəstələr yaratdılar. Onsuz da yola getməyən Yer sakinlərini bir az da parçalayıb ayırmaqları bir yana dursun, duyğu və ehtiraslarını da buxovladılar. Rahiblər və rahibələr haqqında düşünəndə adamın nəfəsi kəsilir. Yer üzündə insana qarşı bundan böyük günah təsəvvür edə bilmirəm. Hayıf deyil bizim dinimiz! Kişilərimizə o qədər hüquq və səlahiyyət verib ki, "hə" desələr, bir batalyon arvadı inhisara alarlar...
   
   Amma xristianlarda çox bəyəndiyim bir ayin var: günah çıxarmaq ayini. Sənə əzab verən, günah bildiyin əməlləri Müqəddəs ataya danışırsan. O, sənin sirrini qorumağa borcludu. Bu sirri ikinizdən başqa kimsə bilməyəcək. Uca Tanrıya isə hər şey onsuz da bəllidi. Ürəyini boşaltdın, rahat gəzə bilərsən. Müqəddəs ata sənin günahlarını bağışlamağı Tanrıdan xahiş edəcək...
   
   Görəsən, bizim dinimizdə bu mümkündürmü? Bizim mollalara sirr vermək olarmı? Təsəvvür edin ki, "günah" işlətmiş qız və ya oğlan mollaya etiraf edir... Dalısını özünüz düşünün... Yox, yaxşısı budu, nə bilirsən elə. Nə vaxt yorulub əldən düşdün, özün də öz əməllərindən bezdin, onda yaxşı-yaxşı yuyunub get məscidə, tövbə elə. Bütün günahların yuyulsun, cənnətin qapıları taybatay üzünə açılsın... Görəsən, doğrudanmı, belədi? Belə isə... Onda müsəlmanın nə problemi var ki...
   
   Yenə Nəsimi yada düşür. Deyirlər ki, "məndə sığar iki cahan" deyəndə şair maddi dünyanı və axirət dünyasını nəzərdə tuturmuş. Bu dünyada haqq söz üstə dərisi soyulan şairin axirətdə günü necədi, görəsən?!
   
   Düşündükcə adamın ürəyi partlaya bilər. Yaxşısı budu, nöqtəni qoyaq....
   
   Deyəsən, oxucuları da çox yordum. Üzr istəməyimə ehtiyac varmı?!...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK