bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal Adalet.az | BU NƏ "TOP" OYUNUDU?!. Adalet.az | BU NƏ "TOP" OYUNUDU?!. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BU NƏ "TOP" OYUNUDU?!.

18555    |   2009-04-18 02:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Günlərim, həftələrim çox gərgin keçir. Nə evdə, nə işdə bir yerdə qərar tuta bilmirəm. Elə hey öz-özümə deyirəm: "Axı, onlar niyə belə edirlər?! Axı, onlar bunu etməməlidirlər..." Yəqin mən siyasətdən bir şey anlamıram. Özünü çoxbilmiş kimi göstərmək istəyənlər, dünyada baş verənlərdən bir şey anladığını güman edənlər, sən bilməzsən, deyirlər, bu, SİYASƏTDİ! Razıyam! Qoy olsun siyasət. Ancaq mənim razılaşa bilmədiyim elə şeylər var ki, siyasətdən də qat-qat önəmlidi. Duyğularımızın içində elə nöqtələr var ki, siyasət deyilən şey o nöqtələrə gedib çatmır. Gedib çatsa da, yan keçir, onun bütövlüyünü, tamlığını poza bilmir. Torpaq, millət təəssübü deyilən ülvi bir hiss var ki, ona toxunulanda, paralayanda qanı kəsmir, yarası göz bağlamır. Çünki bu hiss ürəyimizin şah damarından başlayıb saçımızın, dırnağımızın ucunacan vücudumuzun hər nöqtəsində ürək kimi döyünür.
   
   Bacardığım qədər özümü ələ almağa, sakit bir tövrlə yazmağa çalışıram. Bilirəm ki, nə qınağın, nə də pafoslu sözlərin yeri deyil. O ki var yazılır da, qınanır da - xeyri olacaqmı, olmayacaqmı, bilmirəm. Doğrudanmı, heç nəynən, heç kimnən hesablaşmadan, bu qədər insanın həyəcanlarını, iztirablarını nəzərə almadan bildiklərini edəcəklər?! Desəm ki, arabir göz yaşlarımı saxlaya bilmirəm, məni zəif birisi sanmayın. İnsan öz gözündən düşəndə daha çox ağlamaq istəyir. Öz gözündən düşmək də o zaman olur ki, ya sən hardasa özünü alçaldırsan, ya da səni alçaldırlar...
   
   Ötən il Türkiyə prezidenti Yerevana gəldi də, getdi də. Bilirdik ki, belə də olacaq - yəni bu səfər gerçəkləşəcək. Bu qədər ki deyilib-danışılırdı, dünyaya səs düşmüşdü, gəlməliydi. Gəlməyə də bilməzdi. Yerevan İrəvan olanda mən və yaşıdlarım bu üzüpis dünyada yox idik. Cənab Gül İrəvanın əvvəlki sahiblərini saymadı...
   
   Elə şeylər var ki, baş verməməlidi.
   
   Elə şeylər var ki, baş versə də, mən onu anlamıram. 20 Yanvar faciəsindən sonra ekranda Qorbaçov görünəndə üzümü yana çevirirdim. Azərbaycanın o zamankı rəhbərinin Moskvaya getməsi, onunla əl verib görüşməsi, üz-üzə oturub söhbət eləməsi məndən ötrü çox dəhşətli, dözülməz bir şey idi...
   
   Keçmə bizim din xadimlərimizin bəzi özəlliklərindən. Kişilərimiz kafər qızlarıynan evlənəndə adını qoyurlar ki, savab iş görürlər. Biz avamları da inandırırlar ki, müsəlmanın sayını artırırıq. Guya o kafər qızlarının döşündən süd əmənlər müsəlman olacaqmış. Müsəlmanın sayı onsuz da çoxdu. Nə faydası?! Başı əzilən də odur, çörəyi əlindən alınan da. Görəsən, erməni süfrəsində iftar açmağı necə yozdular?! Və bu oruc Tanrı dərgahında necə qəbul olundu?! Başı kəsilən oğullarımızın, namusu üç paralıq edilən qızlarımızın ahı bu savabın qabağını kəsmədimi?! Çox ehtiyatla desək də, Ermənistanın Azərbaycana təcavüzü davam edir - şəhid tabutları gəlir, həyətlərdə yasxanalar qurulur, anaların fəryadı ərşə dirənir. Dünyada ən böyük türk dövlətinin başçısı da erməni süfrəsində oturub deyə-gülə çörək kəsdi. Özü də kiminlə? Torpağında yaşayıb çörəyini yediyi millətə nankorluq edənlərlə. Bu olanlardan sonra, görəsən, erməni süfrəsində yeyilən tikə türkün ağzında nə dadırdı?!
   
   Sonra da pişiyin ayağına yağ sürtürlər. APA-ya müsahibəsində də dedi ki, " Azərbaycan xalqının qəlbinə dəyməmək üçün Ermənistana xüsusi avtomobilləri və qorumalarımı 600 km. əlavə yol qət etməklə Gürcüstandan göndərdim, Qarsdan yox..." Görəsən, nə fərqi varmış? İstəyir lap Hindistandan fırlanıb gəlsinlər. Gedəcəkləri yer dəyişmir ki... Görünür, biz hələ çox məsumuq. Düz deyirlərmiş ki, dünyanı nə təhər tutarsan, elə də gedər. İndi dünya özü boyda bir plastilinə dönüb. Kim hansı şəklə istəsə salır.
   
   Gözümüzü açandan görmüşdük ki, böyüyün, müdrikin ayağına gedərlər - bu da heç kəsə əskiklik gətirməz. Daha ona-buna kiçilib Böyük Ermənistan qurmaq istəyənlərin ayağına yox. Qula qulluq göstərmək türkə yaraşırmı?!
   
   "Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə olunmayana qədər bizim Ermənistanla hər hansı yekun saziş imzalamağımız mümkün deyil". Bunu Türkiyənin baş naziri bəyan edir. "Yekun saziş" nə deməkdi?! Deməli, hər hansı bir işə başlanılıb ki, yekun da gözlənilir... Yoxsa Ermənistan-Türkiyə futbol matçına Ermənistan-Türkiyə sərhədini keçərək gedəcəyinə ümidvar olan Sərkisyan bu sözləri havadan deyir? "Ola bilsin ki, həmin vaxt sərhədlər açılmış olacaq, yaxud biz bunun ərəfəsində olacağıq. Artıq top Türkiyənin meydanındadır və biz onlardan cavab addımı gözləyirik". Futboldan yaxşı başım çıxmasa da, "artıq top Türkiyənin meydanındadır" ifadəsinin nə demək olduğunu ürək döyüntüləriynən oxuyub çox üzülürəm.
   
   "Böyük dayaq" filmində Rüstəm kişi dişlərini qıcayıb deyir: "Mənim ailəm, bax, bu yumruq kimi olmalıdı. Barmaqların birisi açılsa, mən onu kəsib ataram". Türk dünyası da gərək çoxdan yumruq kimi sıxılıb birləşəydi. Elə birləşəydi ki, heç bir siyasi kələk, düşmən fitnəsi bu barmaqları boşaldıb, zəiflədib yumruğu aça bilməyəydi...
   
   Bu günlər o qədər çeşidli xəyallarla, duyğularla uğraşıram ki... Gah tariximizi düşünürəm, gah başımıza gətirilənləri xatırlayıb göynəyirəm, gah da özüm-özümə təsəlli verirəm: "Yox, bu mümkün deyil. Nə olur-olsun, bizi ayıra bilməyəcəklər. Gərək buna yol verməyək. Sürüdən ayrılanı qurd-quş tez basıb yeyir..." Rəhmətlik Bəxtiyar Vahabzadənin "Mən Türkəm" şeiri tez-tez yadıma düşür. Şeirin hansı şəraitdə, hansı duyğuların təsirindən yazıldığını özümçün aydınlaşdırmağa çalışıram. Sözsüz ki, şairin və bizim nəslin yaşadığı dönəmdə həm o zamankı vətənimizdə, həm də bütün dünyada türkə, türkçülüyə qarşı təpkilər olmasaydı, bu misralar da yaranmazdı. İndiyəcən "Mən slavyanam" şeiri yaranmayıbsa, deməli, o toplumlar heç vaxt bizim məruz qaldığımız duruma düşməyiblər. Dünyanın canındakı bu vəlvələ nədəndi, görəsən?! Deyəsən, axı, onlar tariximizi bizim özümüzdən yaxşı öyrəniblər. Öyrəniblər və yadda saxlayıblar. "Su arxa bir də gələr" deyimi yəqin ki, onların da dilində hər hansı bir qənaəti ifadə edir və bu anlayış canlarına vəlvələ salır...
   
   Bizsə hələ duza gedirik. Günahı gah lobbimizdə, gah iş adamlarımızda, gah da əli qələm tutanlarımızda görürük. Guya əsl həqiqətlərimizi dünyaya çatdıranımız yoxdur, olsa da zəifdir. Yoxsa bu dünyanın "xeyirxahları" məsələdən xəbər tutan kimi düşmənlərimizə göz ağardıb öz yerini göstərəcək, bizim də döyülmüş uşaq kimi başımızı sığallayacaqlar... Uzun illərdən (bəlkə də əsrlərdən) bəri bizi bizdən də yaxşı öyrənən, zəif yerimizdən bəlləyib vuran, dağıdan qüvvələrin varlığını niyə tez unuduruq?! Unutmaq, unutdurmaq kimlərə sərfəlidi? Dərdimizi işi dolaşdıranlara, daha da qəlizləşdirib "Qordi düyünü"nə döndərənlərəmi bəyan edəcəyik?! Doğrudanmı, hər şey bu qədər bəsitdi?!.
   
   Neçə il bundan qabaq bir qəzetdə əsgərliyini SSRİ-nin Kubadakı hərbi bazasında çəkmiş azərbaycanlı ilə müsahibə oxumuşdum. Həmin bazaya düşməsinin özü təəccüb doğuran həmin şəxs deyirdi ki, bir gün bazada təsadüfən 20 Yanvar faciəsinin fotogörüntülərini alıbmış. Amma o hadisə barədə məlumatı olmadığından heç nə başa düşməyib. Şəkilləri komandirə göstərəndə tez əlindən alıb məhv ediblər. Özü də yalnız komandirin ürəyiyumşaqlığı sayəsində cəzadan qurtara bilib. Həmin yazıda o da qeyd olunurdu ki, indi Yer kürəsinin istənilən nöqtəsində gəzən qarışqanı belə göstərə bilən cihazlar mövcuddu. Bu da sizə "bixəbər dünya"...
   
   Cihazlarsız, fotogörüntülərsiz də lazım olan hər şey marağında olanların ovcundadı. Bunu anlamaqdan ötrü heç də dərin bilik sahibi, ya da siyasətçi olmaq gərək deyil. O bizik suyu üfürə-üfürə içən. Bir söz danışanda, yazanda da "sən siyasətdən bir şey anlamazsan" deyirlər. Qonşularımızsa heç siyasətə də gərək görmürlər. Bütün fikirlərini, məqsədlərini hər yerdə açıq-aşkar dilə gətirir, nə torpaq, nə də soyqırım iddialarından əl çəkməyəcəklərini bəyan edirlər...
   
   Azərbaycanın başına bəlalar gətiriləndə susan dünya bu gün yaman fəallaşıb. Dörd bir yandan səs-səsə verib Ermənistanı dəstəkləyirlər. Təbii ki, heç kəs erməninin qara gözünə, qara qaşına aşiq olmayıb. Toqquşan maraqların, üst-üstə düşən məqsədlərin bu "dəstəkçi"ləri tutuquşu kimi dilləndirdiyini səfehlər də anlayır. Gözümüz baxa-baxa doğmaları ayırıb yadları onun yerinə qoymağa çalışırlar. Bu gün demokratiyadan, insan haqlarından bol-bol danışan dünya birlikləri məhz buna çalışırlar. Ayının min oyunu var, hamısı bir armudun başında... Türk xalqları təklənsin, zəifləsin... və tədricən tarix səhnəsindən silinsinlər...
   
   Öyünməli bir tariximiz vardı. Bu tarixi də elə türk sərkərdələri, sultanları, padşahları yaratmışdılar. Bu gün Türkün tarixində ən böyük sınaqlardan biri dayanıb! Bizdən sonrakılara öyünməyə bir şey qoya biləcəyikmi?! "Pianoçu" filmində faşistlərin zülmündən, həqarətindən dəhşətə gələn qoca yəhudi "daha mən Allaha inanmıram" deyir. Bəs, zaman-zaman millətlərin taleyi tapşırılanlara necə?! Həmişə inanmaq olurmu?!
   
   Yaxşı ki, millətlərin taleyini təkcə siyasətçilər həll eləmir!
   
   Yaxşı ki, mən siyasətçi deyiləm! Yoxsa dünyada siyasət deyilən anlayış olmazdı!
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-06-26
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK