ANA SƏHİFƏ / YAZARLAR

Sağlam olub nazirin dərdini çəkincə...

Xəstə ol, qoy nazir sənin dərdini çəksin

16913    |   2009-02-14 00:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sayın Kamal bəyin yastığı yüngül olsun. Tezliklə sağalıb ev-eşiyinə, rəngbərəng telefonlarla dolu kabinetinə qayıtsın, xidməti avtomobilində Ankaranı doyunca gəzsin. Dünyanın hər yerində belədi, vəzifəli adamlar kabinetdən uzaq düşdükcə xəstəlikə mübarizədə uduzurlar. Kabinetə qayıdıb, rahat kresloya oturan kimi olurlar sapsağlam adam. Sanki təzədən doğulurlar.
   
   İndiki həssas məqamda Türkiyənin maliyyə naziri Kamal Unakıtanın xəstəxanada yatması heç yerinə düşmədi. Bizə fikir verməyin, Araz aşığımızdandı, Kür heç topuğumuza da dəymir. Amma bütün dünya dövlətləri iqtisadi böhranın sərt əlləri arasında boğulmaqdadı. İş o həddə çatıb ki, milyarder Cors Soros taksidə gəzir. Başqası desəydi, inanmazdım. Bir neçə gün öncə öz gözlərimlə gördüm. Rusiya telekanalları Davosdakı sammitə gələn Sorosu taksiyə minəndə çəkib aləmə göstərdilər.
   
   Türkiyənin özündə də yetərincə problem var. PKK soldan, iqtisadi böhran sağdan hücuma keçib ölkənin başını qatır. Ermənilər hərdən sərhəddin o üzündən nəsə hürüb vəziyyəti gərginləşdirməyə çalışır. Bələdiyyə seçkiləri yaxınlaşdığından ölkənin hər yerində siyasi gərginlik artır. Hələ mən "Ergenekon" zəhrimarı demirəm. Bizim qəzetlər yazır ki, bu işlə bağlı tutulanların saxlandığı Silivri həbsxanasının ərazisində yeni korpuslar tikilir. Belə getsə Türkiyədə tutulmayan zabit qalmayacaq.
   
   Belə bir məqamda xəstələnən maliyyə naziri Kamal Unakıtan ölkənin bütün gündəmini dəyişib. Qardaş ölkənin telekanallarına baxanda adama elə gəlir ki, ucu-bucağı görünməyən Türkiyənin başqa dərdi yoxdu. Maliyyə nazirinin yatdığı xəstəxananı o qədər ətraflı göstəriblər ki, bu dəqiqə getsəm, Kamal bəyin müalicə olunduğu palatanı gözyumlu taparam. Türkiyəli həmkarlarımın köməyilə nazirin bütün qohum-qardaşını üzdən tanıyıram. Kamal Unakıtanın harasına gündə neçə iynə vurulduğunu əzbər bilirəm. Maraq üçün soruşun, nazirin gündə nə yediyini sizə deyim. Bəzən mənə elə gəlir ki, sayın nazirin ürəyinə baxan tibbi personalı uzun illərdi yaxından tanıyıram. Birinin oğlunun kiçik toyunda, o birinin qardaşının böyük məclisində iştirak etmişəm. Pul yazdırandan sonra qol götürüb oynamışam da.
   
   Türkiyə telekanallarında maliyyə nazirinin müalicəsi ilə bağlı göstərilən reportajlara baxanda daha bir məsələyə təəccübümü gizlədə bilmirəm. Xəstənin yanına nə qədər ziyarətçi gələr? Ölkə nazirləri günlərinin xeyli hissəsini maliyyə bakanının palatasında keçirirlər. Əfəndilər, bu kişinin qəsdinə durmaqda məqsədiniz nədi, niyə qoymursuz adam düz-əməlli müalicə alsın?
   
   Qardaş ölkə həkimlərinin bacarığına arxayınam. İnanıram ki, onlar yaxın bir-iki gündə maliyyə nazirinin ürəyindəki problemləri yoluna qoyacaqlar. Kamal Unakıtan iş yerinə qayıdıb yenə görəvinin icrasını davam etdirəcək. Oradakı telekanallarda çalışan həmkarlarım da xəstəxananın həyət-bacasından yığışıb ev-eşiklərinə dönəcəklər. Mənim isə canım xəstə nazir haqqında hazırlanan reportajlardan qurtulacaq. Allahın işini bilmək olmaz, əgər sayın Kamal bəyin müalicəsi bir qədər də uzansa, onda bu məsələ ilə ümumiyyətlə maraqlanmayacağam. Nəyimə lazım? Sağlam olub nazirin dərdini çəkincə, xəstə olum, qoy nazir mənim dərdimi çəksin...


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK