ANA SƏHİFƏ / YAZARLAR

BAĞLI QAPI… İTMİŞ AÇAR

Əbülfət MƏDƏTOĞLU

49838    |   2015-01-23 18:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu cibimdə gəzdirirəm

Dağların arasında, necə deyərlər, dünyanın ən gözəl guşələrindən birində sıralanıb evlər. Baxıram, bu evlərin dörd tərəfində ancaq yaşıllıqlardı – ağaclar, çay kolları, gül-çiçək və bir də axıb gedən dağ çayları… Dayanıb baxmaqdan doymuram. Fikir, xəyal çəkib məni uzaqlara aparsa da, amma nəzərlərim daha çox evlərə sancılır, evlərə dikilir. Onu da deyim ki, burdakı kəndlərin bir qəribə xüsusiyyəti var – çox yığcamdı. 15-20, lap uzağı 50 evdən ibarətdi. Ola bilsin ki, bu dağın o biri üzündə, bu vadinin başqa bir yerində daha böyük kəndlər var. Onu deyə bilmərəm, fakt odur ki, mən keçib gəldiyim yol boyunca bizlərin oba dediyimiz balaca kəndləri gördüm və bu kəndlərin evlərini gördüm. O evləri ki, hər üçündən, dördündən birinin damından tüstü çıxırdı. Amma həyət-baca çox abad, çox səliqəli idi. Dostum Əhməd bəyə tərəf gözucu baxdım. Elə bil ki, ürəyimdən keçənləri oxudu:

- Abi, bu evlərin sakinlərinin bir çoxu şəhərdə işləyir. Ona görə də qış mövsumundə onlar ailəlikcə şəhərdəki evlərinə köçürlər, orda yaşayırlar. İlk baharda isə bu evlərin qapı-pəncərəsi yenidən açılır. Şəhərdə qışı keçirən insanlar, xüsusilə yaşlılıar qayıdırlar kəndinə. Ona görə o evlərin damından tüstü çıxmır. Amma istirahət günləri mütləq o qapılar açılır, sahibləri bir günlük də olsa evlərinə baş çəkirlər…

Əhməd bəy danışır, məlumat verir, mən isə lap uzaqlara getmiş fikrimin dalınca öncə Qarabağı gəzib dolaşıram, sonra boşalan kəndlərimizi. Yadıma Ağcabədidə, bir hüzr məclisində eştdiyim söz düşür. min o məclisdə kənd müəllimlərindən biri söylədi ki, cavanların əksəriyyəti şəhərə, Rusiyaya, Türkiyəyə gedirlər. Dünyasını dəyişən adamlarımızın tabutunu yerdən qaldırmağa bəzən oğullar tapılmır…

Çox qəribə bir gerçəklikdi bu. Rusiyaya çörək dalınca gedirlər, bəzən çörək əvəzinə arxada qoyub getdiklərinin üstünə özlərinin tabutları qayıdır, cənazələri gəlir!!! Bu, faciədi! Və bu faciənin bir çaları da bundan ibarətdir ki, bizdə gedənlər bəzən ya qayıtmaq istəmir, ya da qayıtmaqları çox çətin olur. Bilmirəm bu nədəndir? Bilmirəm bizim seyrələn, boşalan kəndlərimizin bəxtini kim düyünə salıb? Bu kəndlərin üstünə hansı namərd əsnəyib?.. Amma doğrudan da bizim gözəl, bağlı-bağatlı, mənzərəli, lap konkret desəm, yaşamalı kəndlərimiz heç də dünyanın ən gözəl guşələrindən belə, geri qalmır. Deməli, günah o kənddə, o torpaqda deyil. Günah... Hərdən deyirlər ki, övlad böyüyür, təhsil almağa, iş-güc sahibi olmağa haqqı var. Deməli, bu haqq onu kəndindən, evindən uzaqlara çəkib aparır. Bəs onda bu kəndin, bu ocağın haqqını niyə unuduruq? Axı oxumaq, işləmək dalınca gedən bilməlidir ki, bu ocağın da, bu evin də onun üzərində haqqı var, onun çiynində, onun boynunda haqqı var. Bu haqq qaytarılmalıdı, ödənilməlidi. Səhv etmirəmsə, «Dədə Qorqud» filmindədi. Orda deyilir ki, əkib-becərmədiyin, qorumadığın torpağın nə önəmi, nə mənası var… təbii ki, mən filmdə səslənən fikri bir az öz istəyimə, öz yazıma uyğunlaşdırdım. Yəqin ki, bunu mənə irad tutmazsınız. Və bir də biz onsuz da çox şeylərə uyğunlaşmağa başlamışıq. Bağlı qalan qapılara da, əsirlik yaşayan evlərə də, ciblərimizdə gəzdirdiyimiz və artıq paslanmaqda olan açarlara da. Açar demişkən, yadıma dəyərli şair qardaşım Vahid Əlifoğluna yazdığım şeirin bir bəndi düşür. Onda yazmışdım ki:

Bir ev qoyub gəlmişəm

Açarları cibimdə

Açarla oynayıram-

Çadırların dibində…

Hə, Əhməd bəy danışır və mən öz-özümə fikirləşirəm ki, bu evlərin sahibləri torpağa, kəndə gör nə qədər bağlıdı. Az qala 150-200 km bir məsafəni hər istirahət günü qət etmək, gəlib evinin havasını dəyişib mətbəxində bir stəkan çay içmək, qonşulardan, doğulduğun yurd-yuvadan xəbər tutmaq necə də gözəl və necə də dəyərli bir insani hissdi. Amma sonra özüm özümə etiraz edib deyirəm ki, bizdə də belədi. Kəndi, evi olan yəqin ki, Bakıdan Şamaxıya, Qubaya getməyə ərinmir, yorulmur. Axı bu gediş, bu səfər istirahət etmək deməkdi... dünəninə, uşaqlığına qayıtmaq deməkdi... xatirələrini çözmək, atalı-analı günlərini, məktəb yollarını, daha nələri, nələri yenidən yaşamaq, yenidən o mühitə düşmək deməkdi. Nə isə…

Mənə elə gəlir ki, bütün bu dediklərim, bütün bu yazdıqlarım əslində adi bir duyğunun, istəyin sözlə ifadəsidi. Amma burda bir gerçək də var ki, mən şəxsən hərdən o, kəndinə, ata yurduna üz tutan dostların tam səmimi deyim ki, bir növü bu kəndlə bağlılıq anlayışına həsəd aparıram. Çünki onlar bu səfərə o qədər biganə, laqeyd, necə deyərlər, az qala vərdiş kimi yanaşırlar, onda mənim içimdəki həsəd mənim ürəyimi param-parça edir. Hər halda, bunu mənə bağışlayarlar. Çünki kənd həyatı, kənd dünyası mənim üçün hər şeydi - həm doğmalıqdı, həm paklıqdı, həm də halallıqdı. Ona görə də kənd adı gələndə, kəndlə bağlı düşüncələrimi ifadə edəndə mənə söykək olan həmfikirlərim, dostlarım anlayış nümayiş etdirirlər. Məhz onların baxışlarında, onların söz-söhbətlərində mən tək olmadığımı, bu duyğuları tək yaşamadığımı bir daha yəqin edirəm. Məsələn, şair qardaşım Həzi Həsənli ilə hər görüşümüzdə, hər söhbətimizdə mütləq kəndlə bağlı bir detal, bir məqam dilə gəlir, bir anın yaşamı bizi birləşdirir. Onda yadıma məhz Həzinin adına bağışladığım şeir düşür. O şeiri mən məhz həmin o içimdəki olan həsəddən qidalandırmışam.

İndicə düşüb sınacaq,

Yada alışıb yanacaq…

Vallah nə isə olacaq –

Ürəyimə!..

Sıxılmış nara bənzəyir

Xarlamış qara bənzəyir…

Kim isə yara bəzəyir –

Ürəyimə!..

Nə var burda çətin, dərin

Seçib duracağı yerin…

İynənin ucunda verin –

Ürəyimə!...

Mən gedib gələnə kimi

Ələyə, ələnə kimi…

Siz dözün, ölənə kimi –

Ürəyimə!..

***

Hərdən düşünürəm ki, insan nə qədər böyük, qeyri-adi gücə malik olur-olsun dəxli yoxdu. Lap firon olsun, lap dünyanın sahibi, yenə dəxli yoxdu. O mütləq bir ocağa, bir evə borcludu. Çünki həmin o ocaqdan, həmin o evdən, həmin o yuvadan anbaan, günbəgün böyüyüb və sonra firon olub, sonda qeyri-adi gücün, səlahiyyətin sahibinə çevrilib. Deməli, həmin o dayaq nöqtəsinə istinad etmək, ona bir az fərqli yanaşmaq, bir az fərqli sevmək, lap digərlərindən azacıq da olsa önə çıxarmaq gərəkdi. Təbii ki, bu mənim düşüncəm, mənim istəyimdi. Amma doğrudan-doğruya mən doğulduğum kəndi, böyüdüyüm ocağı dünyanın istənilən nöqtəsindən və ordakı ən yüksək şəraitdən öncə görürəm, üstün bilirəm. Bəzən belə düşündüyümə görə, məni qaçqın, didərgin qohum-əqrabam qınayır. Hətta bir az ironiya da edirlər. Guya mən kəndin toz-torpağını, çamurunu o qədər tərifləyirəm ki, bu da özümü kiməsə göstərmək üçündü. Amma indi yenə təkrar vurğulayram ki, mənim düşüncəmə, mənim əqidəmə görə doğulub iməklədiyim torpaq daha fərqlidi. Qəbul etməyənlər etməsin. Yəni hər kəs öz düşüncəsində, öz baxışında fərqli olduğu kimi, mən bu məqamda özümü hamıdan artıq sayıram. Ona görə də kənd mənzərələri, xüsusilə dağlıq bir yerdə, coğrafi ərazidə olan kəndlər mənə daha doğmadı. Bax elə Əhməd bəyin məni gəzdirdiyi, mənə göstərdiyi Yaşıl Vadidəki kəndlər də, Uzungölün sahilindəki o, göz-könül oxşayan təbiət də, həyat da dediyim, vurğuladığım kəndin bir parçası idi, bir xatirəsi idi, bir görüntüsü idi. Çünki orda da dağlar idi, orda da dağ çayları idi, orda da yaşıllıq, orda da bacasından tüstü çıxan evlər. Hələ onu da deyim ki, çay içmək üçün qapısını döydüyümüz, Əhməd bəyin yaxını olan bir məkanda mən əllərimi odun sobasının istisinə isitdim. O odun sobası elə çırthaçırtla yanırdı ki, sanki həzin bir musiqi ifa olunurdu. Özümü unutduğumu görən dostum gülə-gülə dedi ki:

- Abi, buranın sahibinin adını desəm təəccüblənəcəksən.

Doğrudan da mən bu adı eşidəndə təəccübləndim:

- Zəhər Hüseyn!!!

Soruşdum:

- Niyə Zəhər Hüseyn?

Cavab verdi ki, bu adam o qədər çox cəld, bacarıqlı, əyilməz, məğrur, həm də danışandı, o qədər çoxbilmişdi ki, bunun əlindən yaxasını hər kəs qurtara bilməz. Danışdıqca da mütləq hansısa bir sözlə ürəyinin harasınasa da toxunacaq. O gerçəyi demiş olsa da, yerində demədiyi üçün əhvalın pozulacaq. Buna görə də hamı onunla ancaq mehriban olmağa, acı sözünə tuş gəlməməyə çalışır…

Hə, elə o zəhər Hüseynin öz əli ilə dəmlədiyi çayı içə-içə dağlara baxırasm. O ətrafı seyr edirəm. Pəncərədən baxdığım bu mənzərə mənə Kirsdən üzü aşağı Şuşaya, Tuğa doğru əyilən dumanın qatlarını xatırladır. Həmin o qat-qat duman üzü aşağı əyildikcə evləri, ağacları bir-bir öz pərdəsinə bürüyür, görünməz olur evlər, ağaclar. Amma ürək istəyəndə, ürək can atanda duman şair Qabil demişkən müsibət olmur. Müsibət biz özümüz oluruq. Çünki biz nəyi itirdiyimizi ya bilmirik, ya da unuduruq. Deməli, məni kövrəldən, məni düşünməyə məcbur edən bu mənzərələr doğulduğum yerdən az qala 2000 km uzaqlıqda yenidən yaxamdan tutdu, yenidən məni silkələdi. Doğrudu, mən hərdən təəsüf hissini qəbul etmirəm. Çünki təəssüfün yaranmasının səbəbkarı özümüzük, etinasızlığımızdı, laqeydliyimizdi, düzgün qərar çıxarmamağımızdı, gerçəyi görməməyimizdi. Olub keçəndən sonra dizə döymək, təəssüf etmək bugünə qədər heç nəyi dəyişməyib, heç bir köç edəni geri qaytarmayıb. Odur ki, həmin o Zəhər Hüseynin dəmlədiyi çayı içə-içə mən yaşadığım hislərin təəssüfə çevrildiyini gördüm, anladım. Amma heç istəməzdim ki, bu hisslər bir vaxt yazdığım şeirdəki kimi yaşansın.

Sən

təəssüf etmə

heç nəyə

nəsə baş veribsə

demək gərəkdi…

bu əslində

mənə görə

tale özü də

bir növ çörəkdi…

kim necə bacarırsa

o cür də qazanır

həzm edir…

bax,

həmin o zamanın içində

hər şey

hətta

ömür də əriyib gedir…

sən təəssüf etmə

olanın,

gedənin,

arxasınca

bir iynə ucu boyda belə

hətta getmə!..

***

Bəli, bütün bu yaşananların içərisində daha çox mən özüm var idim və daha çox mən özümün olduğu bu yazıda kimlərinsə haqqını tapdadımsa, yerini dar etdimsə, üzr diləyirəm. Çünki yazı belə alındı. Öz təbii axarıyla beləcə gəldi dünyaya. Çox istərdim ki, bu yazı və elə bütün yazılarım doğulduğum həmin o kənddə, o ünvanda da yazılaydı, oxunaydı. Bu da bir istək - özü də ən böyük istək...




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK