hacklink Adalet.az | DÖVLƏTÇİLİYİMİZ - DÜNƏN Adalet.az | DÖVLƏTÇİLİYİMİZ - DÜNƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÖVLƏTÇİLİYİMİZ - DÜNƏN

46239    |   2015-01-10 08:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yeni bir ilə qədəm qoyduq, bu ildə hamıya təkrarən can sağlığı, səadət və uğurlar arzulayıram, ən başda da dövlətlərimizə əmin-amanlıq. Yeni ildəki ilk yazıma müqəddəs dövlətçiliyimizlə başlamaq istədim; çünki dövlətlərimiz olmayan yerdə nə vətənlərimiz olar, nə də xalqlarımız və onların içində də əlbəttə bizlər. Tanrı dövlətlərimizi hər cürə bəladan, xüsusilə də fitnə-fəsadlardan, bizləri də at eynəyi ilə dünyaya baxmaqdan qorusun; bizlərə xalq olaraq dözüm və çalışma eşqiylə əzm esan etsin, dövlətlərimizin qabaqcıl şəxsiyyətlərinə isə düşmənlərin uğurundan gör-götür qismət eləsin. İnşallah...
Orxan-Yenisey abidələri, Türk dövlətçilik ənənəsində əldə olan yeganə və ən müntəzəm sənədlər səviyyəsindədi. Orda "el" dövlət mənasında işlədilib. El, qədim vaxtlarda sözün əsl mənasında bodunlardan təşkil tapır, başında da xaqan dayanırdı. Qanun qoyma və həyata keçirmə səlahiyyəti qurultay məclisinin qərarıyla xaqanın öhdəsində idi. Dövlət səviyyəsində hərbçi yığma, onları bir yerdən bir yerə yönləndirmə, idarə etmə, ordu komandirini təyin kimi məsələlərin hamısı xaqanın ixtiyarındaydı. Dövlətin tamamında qüvvədə olan törədə, yəni qanunlarda dəyişiklik aparmaq, elin idari və mali işlərinin nizama salınması, mədəni sahədə yeniliklərə üz tutma tamamilə xaqan vasitəsilə qurultayın seçdiyi məclisə təhvil vərilirdi, yəni sözün əsl mənasında demokratiya vardı. Bütün bunların kökü isə mifoloji çağlardan başlayırdı, qərblilər kimi dünəndən deyil.
Türk dövlətçilik gələnəyində boylar və bodunlar arasında möhkəm əlaqə və əməkdaşlığın yaranmasıyla dövlət adlı siyasi qurğu araya çıxıb. El, xüsusilə onlu sistemə arxalanan ordu nizamı ilə mərkəzdən, yəni xaqan tərəfindən min illər boyu idarə edilib. Hüquq sisteminə xalq arasında törə deyilirdi, bu söz xalqlarımız arasında hələ də yaşayır. Törələrimiz dövlətdən də müqəddəs idi və onun pozulmasına heç kəsin gücü çatmazdı, hətta xaqanın belə. Orxan-Yenisey abidələrində "el gedər, törə qalar" deyə bir ifadə vardır. Xalq, dövlətinin məhv olmasına icazə verərdi, ancaq törələrin pozulmasına əsla.
Ellər, iki orta elin birləşməsindən yaranırdı. Orta böyüklükdəki bir el isə iki kiçik eldən təşkil tapırdı. Bir kiçik el isə dörd boyun ittihadından ibarət idi. Bir sözlə, dövləti meydana gətirən kütlələr arasında bir iyerarxiya vardı.
əlbəttə dövlətin yaranması bir andaca olmayıb. Bir dövlətin qurulması üçün əvvəlliklə dövləti yaradan insanlar kütləvi şəkildə eyni coğrafi məkanda yaşamalı, bəzi qaydalar inkişaf edərək xalqda "toplum" fikri yaranmalıdı. Ancaq bunlardan sonra cəmiyyət halına gələn kütlədə yavaş-yavaş toplumçuluq şüuru, yəni qanbir, dilbir kütləyə aid olma, daha düzü mənsubiyyət şüuru oyana bilər. Toplum şüuru səviyyəsinə çatmış kütlələrdə qanun və qaydalar ənənə halında inkişaf etdirildikdən sonra, yəni on illər, yüz illər boyu sınaqdan keçirilən ictimai qurğuların yeri pozulmaz qanunlarla möhkəmləndirildikdən sonra dövlət fikri özünü göstərə bilər.
Əfsanəvi dövlət və siyasət xadimimiz Oğuz Xaqan, Türk dövlət gələnəyinin müasir mənada bünövrəsini qoyan şəxsdi. əlbəttə bu bilinən, yazılı tarix üçündür. Eradan 6-7 min il qabaq dövlət yaratmış ulu babalarımızdan hər hansı yazılı abidə qalmadığına, daha düzü o cür sənədlər hələlik əldə olunmadığına görə əlimizdə olan mənbələr əsasında müəyyən məlumatları və ya iddiaları irəli sürə bilirik.
Oğuzun, dövlətin davamı və güclənməsi naminə atasını, analığını və qardaşını aradan götürməsi dövlətçilik ənənəsi yönündən olduqca mühüm bir hadisədi. Ulu babalarımızın dövlətin davamı və mənsubiyyət hissinə yüksək dərəcədə qiymət vermələri onlara basılmaz bir mənəvi və maddi güc bəxş etmişdi. Tarix boyu dövlətin taleyi təhlükə ilə üzləşdikdə bu şüur həmişə özünü göstərib.
Oğuzu, atasını, ögey qardaşı və analığını aradan götürməsinə yönəldən fikir, dövlətçiliyin qorunması, onun davam etdirilməsi şüurudu. Türk ictimai nizamında özünəməxsus yeri olan boy, uruq, ox, bodun və elin nöqsansız və möhkəm bir inkişaf xətti təqib edərək tarixdə yer tapması, Türk dövlət gələnəyinin indiyə kimi heç bir çağda sınmadan davam etməsi, törələrin möhkəmliyindəndi. əgər Oğuz atasını, ögey qardaşını aradan götürməsəydi, dissiplinli bir ordu yaratmasaydı nə yüəçilər, nə çinlilər, nə də monqolların gücü qarşısında dövləti qoruyub saxlaya bilməzdi. Türk dövlətçilik anlayışında, "güclü olmalısan, özgələrini əzmək üçün yox, əzilməmək üçün" prinsipi tarix boyu hökmran olub.
Dövlət, Tomsenə görə "siyasi yöndən müstəqil olan intizamlı təşkilatlı bir millətdi". Fon Qabainə görə "ölkə, imperiya, hakimiyyət və ya hökumət" dövlət mənasındadı. Klausona görə dövlət, "müstəqil bir hökmdar tərəfindən idarə edilən siyasi bir vəhdətdi". Jiroya görə dövlət, "təşkilatlı dövlət, imperiya, siyasi hakimiyyət" mənasındadı. Müasir mənada isə, müəyyən bir coğrafiyaya malik, yəni vətəni olan, elbir xalqı, müştərək hüquqi və idari mexanizmi, digər adıyla desək, törəsi olan, yurdu qoruyan və milləti rifah, əmin-amanlıq və sülh şəraitində yaşadan siyasi bir varlıqdı.
Türk dövlət anlayışında "dövlət" bütövlükdə cahanı əhatə edir. Yəni Türkün dövlət anlayışında "cahan hakimiyyəti ideyası" hökmrandı. Bilgə Xaqan Orxan-Yenisey abidələrində; "Yuxarıda göy, aşağıda yer yarlığadığı (istədiyi) üçün xalqımı, gözünün görmədiyi, qulağının eşitmədiyi yerlərə kimi apardım. İrəlidə gün doğana, sağda günorta yerinə, geridə günbatana, solda gecə ortasına kimi səfər etdim" deyirdi. Bilgə Xaqanın dediyi sözlər "cahan hakimiyyəti ideyası"nın şüurdan qüvvəyə minib gerçəkləşməsi hadisəsidi. Hun Hökmdarı Oğuz Xaqan yaradacağı dövlət barəsində xalqına üz tutub; "Göy çadırımız, günəş bayrağımız olsun!" deyirdi. Göytürk xaqanı İşbara Xan Çin imperatoruna yazdığı bir məktubuna; "Tanrı tərəfindən yollanmış Böyük Göytürk İmperiyasının bilikli xaqanı İşbara..." şəklində başlayırdı. Bilik, dövlətin və xalqın yüksək səviyyədə dəyər verdiyi bir prinsipdi.
Türk tarixi bu cür milyonlarla nümunəyə malikdi.
Türk dövlət gələnəyində istiqlal düşüncəsi ən önəmli ünsürdü. İstiqlal, sadəcə olaraq hakimiyyətdəkilər tərəfindən arzulanıb və ya tələb edilsə ona həqiqi mənada istiqlal, ya da müstəqillik demək olmaz. O, kütlənin müştərək arzusu olmalıdı. Bu kollektiv şüur Türk icmasında tarix boyu olub. Türklər müstəqilliklərinə, istiqlallarına düşkün bir millətdi. Bozqırın sərhədsiz göyləri altında azad yaşayan türklərdə azadlıq fikri daim ön planda olub. Otaq dediyi dəyirmi çadırı nəhayətsiz göy qübbəsinin, otağın zəmini isə dünyanın rəmzidi. İnsan idrakının sərhədlərinə çata bilmədiyi mavi göy qübbəsi və qara yer onun xəyal dünyasının nəhayətsizliyinin ən gözəl nişanəsidi. Bu cür bir fikrə və şüura sahib millət əlbəttə özgəsinin buyruğu və ya hökmranlığı altına girə bilməz, orda yaşaya bilməz.
Ovçular qurdu ovlamaq üçün qandaldan tələ qurur. Ayağı o qandala ilişən qurd ondan xilas olmaq xatirinə öz ayağını dişlərilə qopardır və qandaldan xilas olur. Türklərin də qurdu özlərinə totem kimi seçməsinin əsas amillərindən biri də onun azadlığına düşkün olmasıdı. Atı hər xalqdan öncə əhliləşdirib ondan minik heyvanı kimi istifadə edən Türk, dəhşətli bir hərbi mexanizmə də malik olub. Türk, atın üstündə dünyaya gəlir və onun üstündə dünyasını dəyişirdi. Bozqır mədəniyyətini yaradan Türk, təbiətin mərhəmətsiz və əvəz edilməz exo sistemi içində bişir və bütün çətinliklərin öhdəsindən gələrək üstün döyüşçü qabiliyyətinə malik olurdu. Yiyələndiyi bu istedad da əlbəttə onu basılmaz edirdi. Bu ruh indi də yaşamırə Mübariz, təkbaşına qonşuluqdakı qondarma dövlətin ordusuna qarşı yürüş edib yüzdən artıq düşməni cəhənnəmə yollayıb analarını ağlar qoymadı, o xalqı bütövlükdə lərzəyə salmadıə Bozqırın çətinliklərinə əməkdaşlıqla qalib gələn Türk hələ uşaqlıqdan tutmuş əməkdaşlığın və köməkləşmənin sirrinə vaqif olurdu. Bu da onun dövlət fəlsəfəsində ailədən tutmuş boy birləşmələri və nəhayət dövlət deyilən canlı mexanizmin yaradılmasında mühüm bir bünövrə daşına çevrilirdi. Asiya Hun Dövlətində bir məclisdə dilə gətirilən və Çin salnaməsində yer tutan bu sözlər Türkün istiqlalına nə qədər düşkün olduğunu sübut edir:
"Cəsarətə qarşı heyranlıq duymaq və özgələrinə tabe olmağı şərəfsizlik qəbul etmək bizim gələnəyimizdi. Babalarımızdan torpaqla birgə təhvil aldığımız istiqlalımızı fəda edə bilmərik. Mübarizə edəcək döyüşçülərimiz neçə ki var dövlətimizi qorumalıyq".
Bu çağdan iki min il qabaq söylənmiş bu sözlərin hansı şüurla söyləndiyi aydındı. O vaxtlar bu şüura indi özünü nəhəng xalq gözündə görənlərdən hansı çata bilmişdi?



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK