ANA SƏHİFƏ / YAZARLAR

ÇİY SÜD

23459    |   2010-02-20 02:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanın ürəyində inam olmasa o, bir gün də yaşaya bilməz. Ən çətin anlarında hər şeyini itirən adamlar ümidini və inamını heç vaxt itirməyiblər. Ona görə itirməyiblər ki, qaranlıq günlərin nə vaxtsa işıqlı anları da olacağına inanıblar. İnam olmasa bəlkə də adamın ürəyi ən ağır, ən dərdli və ən kədərli vaxtlarda partlaya bilər.
   
   Allaha həmişə insanlarda böyük sevgi və məhəbbət hissi olub. Yaxın dostlarımdan biri iki qız övladı olandan sonra uzun müddət oğul həsrətində olub. İllər keçib, ancaq arzusu çin çıxmayıb və ona görə də günlərin birində dostum Gədəbəy rayonunun Arxdam kəndində olan ziyarətgaha - Ocaq dağına gedir. Həmin ocaqda əlini açıb Allaha yalvarır ki, ey Ulu Yaradan, həmişə səsimi eşidib və mənə arxa durmusan. Bu dəfə də sənə müqəddəs ocaqda dua edirəm. Yalvarıram ki, mənə oğul payı ver. Oğul payı versən, Ocaq dağına həmin oğlumla piyada qalxacağam. Kənddən Ocaq dağına yol 7 kilometrdi. Bir il keçir Allah-Təala həmin dostumuza oğul payı qismət edir. Həmin insanın sevincinin həddi-hüdudu olmur. Günlərin birində muradına çatdığına görə yenidən Ocaq dağını ziyarət edir. Bu dəfə tək deyil, oğlu ilə bir yerdə. Uşağın da içəcəyi südü əvvəlcədən özü ilə götürür və 7 kilometr məsafəni piyada qət etməyə başlayır. Uşaq da qucağında bir qədər gedəndən sonra belindən bərk ağrı hiss edir, növbəti addımı ata bilmir. Yenidən üzünü Allaha tutub dua edir ki, səsimi eşidib oğul payı verdin, axı bu ağrı məni dağa qalxmağa imkan vermir. Ulu Yaradan sən kömək ol, ziyarətimi başa çatdırım. Dostumuz deyir ki, həmin yalvarışdan sonra, bir anın içində belimin ağrısı kəsdi, 7 kilometr məsafəni qət edib Ocaq dağına çatdım. Və Ocaq dağını körpə oğlumla birlikdə ziyarət elədim. Orda yenə Allah-Təalaya dua elədim ki, sən mənə ömür ver və günlərin birində yenidən oğul nəvəmlə sənin ziyarətinə gəlim. Allah çox vaxt insanların duasını və alqışını eşidir və ona kömək olur. Həmin dostumuz da deyir ki, bəzən Allahın elə möcüzəsi olur ki, ona məəttəl qalırsan. Ona görə də insanlar ümidlərini və inamlarını son ana qədər itirmir və inamlarını Allaha bağlayırlar. Allaha pənah aparan, əməli-saleh insanlar heç vaxt Ulu Yaradanın nəzərindən uzaqda olmurlar. Allah bütün bəndələrini sevir. Amma Allah o bəndələrini daha çox sevir ki, onlar Allahı hər an başının üstündə görür və ona böyük məhəbbət bəsləyir. Ona görə də heç kəs ən ağır, ən çətin və ən dərdli anlarında ümidsizliyə qatılmamalı və Allaha inam bəsləməlidilər. Bu inam olanda insan quyunun dibinə düşsə də, o həmin yerdən Allahın köməkliyi ilə nə vaxtsa çıxa biləcək.
   
   
   
   ***
   
   Bir də görürsən ki, 30-40 il çörək kəsdiyin, bir yerdə oturub-durduğun adam nə vaxtsa sənə dönük çıxdı və dostluğu tapdadı. Onda özün də təəccüblənirsən ki, axı bu adamla bir tikə çörəyi yarı bölmüşəm, çətin günlərimizdə bir-birimizə arxa olmuşuq, sevincli anlarımızı bir yerdə yaşamışıq. Bəs necə olur ki, birdən-birə hər hansı adam 30-40 il çörək kəsdiyi adamla bütün xətir-hörməti və duz-çörəyi tapdalayır? İnsanlar tanıyıram ki, çətin günlərdə, daha doğrusu, kasıb vaxtlarında bir-birinə çox yaxın olublar. Hətta qardaşları və bacıları da bu dostluğa qısqanıblar. Amma dostlardan biri bir balaca varlanan və imkan əldə edən kimi, 30 il bir yerdə oturub-durduğu adamı bəyənməyib. Hansı ki, oğlunun kiçik toyunda həmin bəyənmədiyi dostunu məclisin yuxarı başında əyləşdirib və camaata da deyib ki, bu kişidən savayı mənim dostum yoxdur. Tanış-bilişim var, yoldaşlıq elədiyim insanlar az deyil, amma mənim bir dostum varsa da, uzun illər duz-çörək kəsdiyim bu kişidir. Varlanan və hər cür imkanı olan həmin o adam oğluna böyük toy eləyəndə dost dediyi insanı heç toya dəvət eləməyib. Çünki dost dediyi o adamın imkanı onunku ilə bir səviyyədə olmayıb. Deməli, onların arasındakı münasibətlər heç də dostluq deyilmiş. Ən azından ona görə ki, yaxşı dostlar həm çətin gündə, həm də yaxşı günlərdə bir-birinin yanında olurlar. Yəni bir dost imkanlı olduğuna görə, başqasına yuxarıdan aşağı baxmır. Əgər yuxarıdan aşağı baxırsa, deməli, o dost deyil. Bizdə bir atalar məsəli var: "İnsan çiy süd əmib". Çiy süd əmən insanların arasında sədaqətlilər də olur, sədaqətsizlər də. Vallah, bunun günahı heç də insanın çiy süd əmməyində deyil. Əgər bir adamın damarından axan qan təmiz deyilsə, o hansısa dostuna xəyanət eləyirsə, buna görə onun əmdiyi çiy südü heç kəs qınamalı deyil. Sadəcə olaraq bu cür adamlar hər şeyi varda, dövlətdə və imkanda görürlər. Onlar harda bir balaca imkanlı adamlar gördü, istər-istəməz onunla qohum, kirvə və qonşu olmaq istəyir. Təbii ki, bunun da səbəbi aydındır. Həmin adamdan istifadə eləsin və özünə babat gün-güzəran düzəltsin. Nə isə... Çiy süddən söhbət düşəndə professor Məhəmmədəli Mustafa deyir ki, insan nə qədər çiy süd əmsə də, bişmiş südə həmişə ehtiyacı var. Görünür, bişmiş süd də içən, çiy süd də içən adamların yaxşı və ya pis olması heç də həmin insanların süd içməsindən asılı deyil. Gərək hər hansı bir insan adam olsun. Ola bilər, kimsə nazir olsun, professor olsun, akademik olsun, ancaq adam olmaqsa, hər insanın işi deyil.
   
   
   
   ***
   
   Bir neçə gün bundan əvvəl ailəsindən və uşaqlarından ayrılan bir gənc üçüncü dəfə yenidən evlənib. Belə baxanda burda o qədərdə təəccüblü heç nə yoxdu. Onusuz da indiki gənclərin çoxu ailə qurandan bir müddət sonra ayrılırlar. Amma burda qəribə olan tamamilə başqa bir məsələdir. Üçüncü dəfə evlənən həmin oğlan öz toyuna birinci arvaddan olan oğlunu da gətirtdirir. Uşaq da qara zurnanın sədası altında başlayır qolunu qaldırıb oynamağa. 6 yaşında olan bu uşaq heç nədən xəbəri olmadan toyun axırına qədər oynayır. Uşaq elə bilir ki, bir azdan anası da gələcək və anası ilə bir yerdə yenidən atası ilə evlərinə qayıdacaqlar. Ancaq o uşaq ha gözləyir, anası gəlib çıxmır. Toy da qurtaranda atası gəlib uşağın üzündən öpüb və təzə gəlinlə maşina əyləşib çıxıb gedir. 6 yaşlı oğlan uşağı onda ayılır ki, atası başqa arvad alıb. Və başlayır o uşaq hönkür-hönkür ağlamağa. Ata deyib ağlamır, elə hey ana deyirimş. Şair dostum Xaqani Ayxan bu səhnəni görüb və "Ata toyunda" adlı bir şeir yazıb:
   
   
   
   Bir uşaq oynayar ata toyunda,
   
   Sevginin içini nifrət oyanda.
   
   Bir körpə fidana ata qıyanda ,
   
   Evi ilahidən çətin tikilər!...
   
   
   
   Bir çox halda ailələrindən və uşaqlarından üz döndərib yenidən evlənən gənclər o qəlbi qırıq fidanların, körpələrin taleyi haqqında qətiyyən fikirləşmirlər. Fikirləşmirlər ki, o körpələr bu çətin zəmanədə həyatın dibinə düşüb hansı faciəli anlar yaşayacaq və onları gələcəkdə nələr gözləyəcək. Beləcə, uşaq ikən ürəklərinə ataları və bəzən də anaları tərəfindən çalın-çarpaz dağlar çəkilən bu körpələr böyüyəndə ata nəvazişi, ana qayğısı görmədiyinə görə, valideynlərinə nifrət edəcək, onlardan üz döndərəcək. Bir də görürsən ki, hər hansı ikinci dəfə evlənən kişi, yaxud da qadın uşaqlarını internat evlərinə verirlər və bir dəfə də uşaqlarına baş çəkmirlər. Həmin uşaqlar isə Allahın və internat müəllimlərinin ümidinə qalır. İnternatda da yaş müddəti başa çatandan sonra o uşaqları başlı-başına buraxırlar. Əgər uşaqlardan kimsə sonradan özünə yurd-yuva qura bilirsə, imkanı daha da yaxşı olursa, bax onda onları atan valideynlər yenidən həmin uşaqları axtarırlar.
   
   Uşaqlar isə 15 il üzünü görmədikləri ataları və anaları ilə görüşəndə onları tanıya bilmirlər. Çünki həmin ata-ana internatda olarkən uşaqlarına bir dəfə olsun belə, baş çəkməyiblər. Nifrət hissi güclü olanda çətinliklə böyüyən bu uşaqlar imkanı olsa belə, onları atıb dalınca gəlməyən valideynlərindən üz döndərib deyirlər ki, "mənim sən adda ata-anam yoxdur". Beləcə, vaxtı ilə uşaqlarını atan ata-analar sonradan özləri uşaqları tərəfindən atılır və quyunun dibinə düşür...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK