ANA SƏHİFƏ / YAZARLAR

YARMARKALARDA GÖZƏ KÜL ÜFÜRÜRLƏR

44651    |   2015-01-07 08:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda yarmarkalar fəaliyyətə başlayarkən ilk növbədə onun ucuzluq yaradacağını və aztəminatlı ailələrin bundan daha çox bəhrələnəcəyini düşünürdülər. İnsaf naminə deyək ki, ilk vaxtlar bu yarmarkalarda müəyyən qədər də olsa bazarlarla müqayisədə ucuzluq hiss olunurdu. Ölkə prezidenti İlham Əliyevin göstərişi ilə fəaliyyətə başlamış yarmarkalar təbii ki, ilk növbədə ucuzluq yaradılması üçün hesablanıb.
Elə ki, müəyyən zaman keçdi, vaxt ötdü, hər şey dəyişməyə başladı. Belə ki, Bakının Nəsimi, Nərimanov, Yasamal, Suraxanı və Xətai rayonlarında şənbə-bazar günləri təşkil edilən yarmarkalarda camaat yavaş-yavaş gördüyünə təəccübləndi. Ən çox da ona təəccübləndilər ki, səhərlər yarmarkalardakı kənd təsərrüfatı məhsullarının üzərinə yazılıb qoyulan qiymətlər bir göz qırpımında dəyişirdi. Ya qiyməti qalxızırdılar, ya da ümumiyyətlə, qiymət yazılmış kağızı gizlədirdilər. Təbii ki, belə olanda da hər hansı istehlakçı yarmarkada satılan bostan, tərəvəz məhsullarının, eləcə də mer-mevənin qiymətini müəyyənləşdirə bilmirdi.
Hərçənd ki, bu cür işlər həmin malları satışa çıxaran insanlara sərf eləyirdi. Alıcılar isə birmənalı olaraq həmişə keyfiyyətli və ucuz məhsullar axtarıblar. Çünki artıq bir çox aztəminatlı ailələrin büdcələri imkan vermir ki, şəhərin mərkəzindəki və kənarındakı bazarlardan baha qiymətə meyvə-tərəvəz və bostan məhsulları alsınlar.
İkinci bir məsələ isə onunla bağlıdır ki, yarmarkalara gətirilən məhsullar sənəddə həmin şəxslərə məxsus olduğu göstərilsə də, amma reallıqda bu məhsullar onlara aid deyil. Başqa sözlə demiş olsaq, yarmarkalarda fəaliyyət göstərən əksər satıcılar adi günlərdə bazarlarda mal satan insanlardır. Aydındır ki, onların bir çoxunu bazarlarda görən istehlakçılar yarmarkalarda üzləşəndə təəccüblərini gizlədə bilmirlər. Bunun özü isə bir göz qırpımında qiymətlərin bahalaşmasına gətirib çıxarır.
Əlbəttə, yarmarkaya gələn insanlar düşünürlər ki, ucuz və keyfiyyətli məhsullar alacaqlar. Hətta baha qiymətə burda satılan məhsulları görən alıcılar deyirlər ki, supermarketlə və 8-ci kilometr bazarı ilə müqayisədə yarmarkalarda mer-meyvələr və bostan-tərəvəz məhsulları daha baha qiymətə satılır. İnanmırsınız, gedin yaxınlıqdakı mağazaya baxın. Orda mandarinin bir kiloqramı 80 qəpiyə satılır, yarmarkada isə 1 manat, 1 manat 20 qəpiyə satışa çıxarılır. Belə olan təqdirdə təbii ki, yarmarkada alış-veriş edən alıcı narazı qalacaq.
Xətai rayonu ərazisində - metronun Həzi Aslanov stansiyasının yaxınlığında təşkil edilmiş yarmarka digər yarmarkalarla müqayisədə daha böyükdür. İnsaf naminə deyək ki, məhsulların çeşidləri də çoxdur. Amma burda da bəzi insanlar yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının fəaliyyətindən razı deyillər.
Bayram ərəfəsində yarmarkada söhbət etdiyimiz alıcıların bir çoxu bildirir ki, 8-ci kilometr bazarı ilə müqayisədə burda əksər məhsulların qiyməti bahadır. Elə ondansa gedib bazardan nəsə alarıq.
Üstəlik də alıcılar onu da deməyi unutmadılar ki, burda satıcılar gigiyenik və sanitar qaydalara əməl etmirlər. Əksər satıcıların üzləri tüklüdür və əyinlərində heç bir xalat yoxdur. Bununla yanaşı, ət satışında nöqsanlar kifayət qədərdir. İlk növbədə Xətai rayon yarmarkasında satışa çıxarılan iribuynuzlu və xırdabuynuzlu heyvanların ətlərinin keyfiyyəti alıcıları razı salmır.
Qızılgül Məmmədova adlı bir alıcı bildirdi ki, mən burdan satıcıdan yarım kilo mal əti almışam, çəkidə 100 qram məni aldadıb. İndi görün beş-altı kilo ət alanı satıcılar necə hərifləyirlər. Qadın çox dilxor halda dişinin dibindən çıxanları satıcıya deyib ordan uzaqlaşdı.
Digər alıcılar da ət satışındakı mövcud problemlərdən gileyləndilər. Əhməd Həsənov adlı alıcı dedi ki, burda ət satışına baş baytar həkim Rəsul Səfərov cavabdehdir. Amma biz də onu nə qədər axtardıq tapa bilmədik. Kimdən soruşduq, dedilər ki, səhər-səhər Rəsul müəllim burda olub, indi harasa çıxıb. Satılan ətlərin çoxu bir gün qabaq gətirildiyinə görə qaralıb. Hətta onun kiloqramını keyfiyyətsiz olduğu üçün 5 manata da verirlər. Ancaq mən bu qaralmış əti ucuz qiymətə alıb bayramqabağı balalarıma yedizdirə bilmərəm. Özü də həmişə ət satan adamlar eyni insanlardır. Guya bunlardan başqa day digərinin mal-qarası yoxdur ki, satışa çıxarsın. Bir sözlə, Xətai yarmarkasında, qardaş, özbaşınalıq baş alıb gedir.
Həqiqətən də Xətai rayonu ərazisində təşkil edilmiş yarmarkada həmişə bir hərc-mərclik hiss olunur. Eyni adamlar həm bostan-tərəvəz məhsulu satır, həm mer-meyvə satışa çıxarır, həm də digər məhsulları yarmarkaya gətirirlər. Üstəlik də bayram günləri diri quşların satışı da diqqəti cəlb edirdi. Hansı ki, satıcılar deyirdilər ki, həkim bu quşların sağlamldığı haqqında bizə heç bir arayış verməyib. Ancaq buna baxmayaraq, hinduşka, toyuq və digər quşları alan çoxlu sayda insanlar vardı.
Yarmarkalar insanların ümid yeri kimi daha çox diqqəti çəkir. Ancaq təəssüflə qeyd etməliyik ki, alıcılar həmin yarmarkalarda mövcud olan nöqsanları, gigiyenik və sanitar qaydalarının pozulmasını görəndən sonra ordan üz döndərir və yenidən yaxınlıqdakı 8-ci kilometr bazarına baş çəkirlər. Bəs onda görəsən yarmarkalar kimə xidmət edir?! Görünür, bəzi vəzifəli şəxslər üçün yarmarkalar qazanc mənbəyinə çevrilib və kimlərinsə gözünə onlar kül üfürürlər.



YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK