hacklink Adalet.az | "SƏDAQƏTLİ OLMAQ QANIMIZDADI..." Adalet.az | "SƏDAQƏTLİ OLMAQ QANIMIZDADI..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"SƏDAQƏTLİ OLMAQ QANIMIZDADI..."

19873    |   2008-10-04 01:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabirabadlılar bu ucaboylu, mavi gözlü qadını hər səhər görməyə adət ediblər. Qayğılı görkəmindən, iti addımlarından harasa tələsdiyi hiss olunsa da, bəlkə də çoxları bilmir ki, o, hər gün Kür çayını keçərək Cavad kənd orta məktəbinə, sevimli şagirdlərini görməyə can atır...
   
   Düz qırx altı ildir ki, Svetlana Mixaylovna hər cür havada Kürü keçərək vaxtında, xoş ovqat və gülərüzlə sinfə daxil olur. Müəllimlərinin təmiz havadan daha da nurlanmış çöhrəsini görəndə şagirdlərin sevinci yerə-göyə sığmır:
   
   - Dobroye utro, rebyata!
   
    - Dobroye utro, uçitel!
   
    Hər səhər ilk dərs belə başlanır. Uzun illərdir ki, rus dilini sevə-sevə, sonsuz həvəslə şagirdlərinə öyrədir. Bu sevginin nəticəsidir ki, kənd məktəbini bitirmiş neçə-neçə yeniyetmə gənc təhsilini Moskvada və Rusiyanın digər şəhərlərində uğurla davam etdirir, müxtəlif peşələrə yiyələnirlər...
   
   
   
   ***
   
   Onun haqqında düz 22 il bundan qabaq 8 Mart Qadınlar günü münasibətilə rayon qəzetinə yazı hazırlamışdım. Lap hava qaralanda evimizə yaxın ikimərtəbəli köhnə binanın birinci mərtəbəsindəki mənzillərinin qapısını döydüm. Altı yaşlı oğlum da yanımda. Qapını anası açdı və o zaman bu yaşlı qadının ayaqlarına dolaşan balaca it oğlumu həm təəccübləndirmiş, həm də sevindirmişdi. İtin evdə yaşaması kənddə valideynlərimin yanında böyü-yən oğluma olduqca qəribə görünmüşdü. Biz geri dönənəcən gözünü itdən çəkmirdi. Evə qayıdanda Sveta müəllimə oğluma üç-dörd portağal verib "evdə bacınla yeyərsən" demişdi. Oğlum o ətirli və dadlı "rüşvət"i də eyni maraq və təəccüblə qəbul eləmişdi...
   
   O vaxtlar evimizin böyründə beşmərtəbəli yaşayış binası tikilirdi. Yazı dərc olunandan iki-üç ay sonra küçədə rastlaşanda Sveta müəllimə təmiz azərbaycanca "ayağın bizə düşdü, təzə binada mənzil verdilər" demişdi...
   
   
   
   ***
   
   İndi 22 il keçəndən sonra həmin mənzildə oturmuşuq. Bu illərdə ikimizin də ömründən çox küləklər əsib. Sveta müəllimə beş il əvvəl anasını itirərək tək qalıb. Amma zahirən çox dəyişməyib. Yaşı yetmişə yaxınlaşsa da çöhrəsi təravətli, qaməti şux və gözəldi.
   
   Haqqında yazmaq istədiyim adama çox sual verməyi xoşlamıram. Onun haqqında hər şeyi özüm görmək, duymaq, müəyyən qənaətə gəlmək istəyirəm. Ancaq Svetlana Rıxtenko ilə söhbət edəndə ona bu sualı verməkdən özümü saxlaya bilmədim:
   
   - Hər gün belə uzaq yolu gedib-gəlmək sizi yormur?
   
   - Bilsəydiniz bu sualı mənə nə qədər adam verir?! M. F. Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirəndən sonra təyinatımı Kolanı adlı bir məktəbə vermişdilər...
   
   - Kolanıya?
   
   - Bəli, bəli, Kolanıya. Niyə belə təccübləndin?
   
   - Kolanı mənim kəndimdi, Sveta müəllimə...
   
   - Deməli, getsəydim sənə dərs deyəcəkdim... Amma getmədim. Dedilər, çox uzaq, yolları bərbad bir kənddi...
   
   Hə, düz deyiblər ki, insan heç biri addımı təsadüfən atmır. Mənim dönə-dönə bu xanıma yaxınlaşmağım da taleyin bir işvəsiymiş...
   
   - Sonra dedilər ki, Cavad kəndində rus dili müəlliminə ehtiyac var. Getdim. İlk günlər fikirləşirdim ki, bu məktəbdə bir ildən artıq işləyə bilməyəcəyəm. "Bu ili başa vurum, çıxıb gedərəm" deyirdim. Bir ildən sonra isə özümə söz verdim ki, həmişəlik bu məktəbdə qalıb işləyəcəyəm. Hər şeydən əvvəl kollektiv xoşuma gəldi - səmimi və işgüzar idilər. Şagirdlərimə ürəkdən bağlandım. Kənd uşaqları öz çalışqanlılığı və istiqanlılığı ilə daha çox xoşuma gəlirlər. Kənd camaatına da öyrəşmişəm. Ümumiyyətlə, sədaqətli olmaq, bir şeyə bağlanmaq bizdə nəsillikcədi. Atam Böyük Vətən müharibəsindən dönmədi. Anam onsuz 63 üç il ömür sürdü, amma ərini unutmadı, həmişə ona sadiq qaldı. Mən də işlədiyim kollektivə öyrəşdim, ayrıla bilmədim...
   
    - Bəs, indi necə? Rayon mərkəzindəki məktəblərin birində işləmək istəməzdiz?
   
   - Burdakı məktəblərdə daha rus dili saatları çox azdı. Cavadda isə normal dərs saatlarım var...
   
   
   
   ***
   
   Bir də onun əslən haralı olmasıynan maraqlandım.
   
   - Ukraynalıyam,- dedi,- babamı hələ cavan olanda bu yerlərə işləməyə göndəriblər. Sonra daha geri dönməyib. Valideynlərim də, mən də burada doğulmuşuq. Bura mənim Vətənimdi. Bayaq dedim, axı, sədaqətlilik bizim qanımızdadı. Bir şeyə bağlandıqmı, ayrıla bilmirik...
   
   Ondan niyə ərə getmədiyini də soruşdum. Ailədə çox ciddi tərbiyə olunduğunu, anasının və babasının qorxusundan sağına-soluna baxa bilmədiyini, özünün də çox sözəbaxan qız olduğunu söylədi. Və sonda "bu taledir" deməyi də unutmadı.
   
   - Sözəbaxan qız olduğunuza görə indi peşman deyilsiz?
   
   - Peşmanam. Amma daha neyləmək olar ki?
   
   - Heç sevməmisiz?
   
   - Sevmişəm...
   
   Üçüncü sualı da verə bilərdim. Amma vermədim. Təxminən hər şeyi anlayırdım. Bu qadın çətin ki, özü kimi sədaqətlisinə rastlanaydı...
   
   - Tək darıxmırsız?
   
   - Qətiyyən darıxmıram. Çünki mənim həmişə işim olur. Məktəbdə də, evdə də. Bir də kitablar....
   
   Azərbaycan yazıçılarından İlyas Əfəndiyevin əsərlərini, xüsusilə "Söyüdlü arx" romanını çox xoşladığını dedi. Belə də olmalıydı. Sveta müəllimə Nuriyyə kimi sevgisində bütöv, sədaqətli bir qıza laqeyd qala bilməzdi...
   
   Çox şeydən danışdıq. Təhsilimizin bugünkü səviyyəsindən, dünyanın qlobal problemlərindən, maaşdan, dolanışıqdan. Bir az da dindən, tale və qismətdən, mistikadan. Heç ayrılmaq istəmirdim. Axı, belələriynən hər addımda rastlaşmırsan...
   
   
   
   ***
   
   Ondan ayrılandan sonra yolboyu qəribə hisslər keçirirdim. İki saata yaxın ürək söhbətindən xeyli rahatlansam da, təzədən təkliyin ağuşunda qoyub gəldiyim qadın barədə düşünürdüm. "Sədaqətli olmaq bizim qanımızdadı" deyir. Kimə sədaqətlisən, əzizim?! Özündən başqa heç kimə! Elə buna görə də özünlə tək-tənha qalmısan. "Darıxmıram" deyirsən. Yox, sən sadəcə darıxdığını hiss eləmirsən. Ancaq hiss eləmədiyin o duyğu sənin ömrünü xımır-xımır gəmirir...
   
   Hələ ki, həftənin beş günü Kürün sərin, təmiz havasını uda-uda Muğandan Şirvana, Şirvandan Muğana adlayırsan. Hər şeyin sonu olduğu kimi bu da bir gün bitəcək. Və bundan sonra özünnən tək qaldığın bu mənzilə hər səhər günəşin şəfəqlərindən qabaq tanış səslər dolacaq. Kür üstünün yelləri yarım əsrə yaxın dil öyrətdiyin o çalışqan, istiqanlı kənd uşaqlarının salamlarını sənə çatdıracaq:
   
   - Dobroye utro, uçitel!
   
   Və bu səslər qəlbindəki təkliyi, kimsəsizliyi uzaqlara qovacaq!!!


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK