warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | KİTABXANAYA GETMİŞDİM... Adalet.az | KİTABXANAYA GETMİŞDİM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KİTABXANAYA GETMİŞDİM...

25408    |   2008-09-28 01:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Başlığı oxuyub elə düşünməyin ki, mən də kitabxanalara çox az hallarda ayağı dəyənlərdənəm. Yox. Kitabxanalar məndən ötrü elə bir ocaq, elə bir məbəddi ki, orada olanda, rəflər arasında dolaşıb köhnə və təzə kitabların tanış, doğma qoxusunu ciyərlərimə çəkəndə dəqiqələrin, saatların necə keçdiyini duymuram. Elə bil çəkisizlikdə dolaşıram- nə vücudumun ağırlığını, nə də qəlbimdəki ağrı-acıları hiss edirəm. Köhnə kitablar daha doğma gəlir adama. Oxumaqdan əzilib şişmiş, vərəqləri didilib bozarmış qalınlı-nazikli romanlar, povestlər, poema və hekayələr, şeir kitabları... Uzaq-yaxın ölkələrdə, rus, ingilis, fransız, alman, türk, ispan, çex, polyak, bolqar dillərində yazılmış əsərlər, düşüncə və zəka sahiblərinin gündüzlər gün, gecələr şam, çıraq, lampa işığında yaratdıqları nadir söz inciləri... Homerdən, Nizamidən, Servantesdən tutmuş Aytmatov və Ramiz Rövşənə qədər cilalı söz və fikir sahiblərinin rəflərdə qərar tutmuş ruh yadigarları...
    Bu kitablara ömürlük minnətdaram mən. Lap uşaqlıqdan ətrafımı bürüyən doğmaların əhatəsində belə yalqız, tənha könül duyğularımdakı boşluğu doldurar, məni darıxmağa qoymazdılar. Əlimə kitab götürüb gah evin, gah balkonun, gah da bağ-bağçanın bir küncünə çəkilər, ətrafda hər şeyi unudaraq vərəqlərin qoynunda sirli-sehrli bir aləmə qovuşardım. O aləmdə hər şey mən istəyən kimiydi. Fikirlər, düşüncələr, sevgilər azaddı, arzular, diləklər əlçatandı. Görünməz bir əl məni oturduğum yerdən (o yer ya ağac kötüyü, ya da yıxılmış, kəsilmiş bir ağacın budağı olardı) alıb göylərə qaldırardı. Heç kəs məni səsləməklə, çağırmaqla o aləmdən ayıra bilməzdi. Gərək gəlib başımın üstündə dayana, çiynimdən, qolumdan tutub silkələyəydilər ki, göylərdən enib qarşımdakını görəydim...
    Bir dərəmiz vardı. Arxla su gəlib ora dolar, bir həftə- on gün işlətməyimizə yetərdi. Dərənin qırağında söyüd, şaftalı, armud ağacları əkmişdi atam. Söyüdün birini kəsib böyrü üstə yıxmışdılar. O söyüdün ən yoğun budağında oturub dizimin üstünə qoyduğum kitabı açmağım kifayət edərdi ki, Şekspirin, Dümanın, Balzakın, Puşkinin, İsa Hüseynovun, İlyas Əfəndiyevin qəhrəmanları bizim balaca dərəmizin qırağına yığışıb mənimlə həmsöhbət olsunlar. Bu söyüd budağının üstündə oturub Anna Kareninanın uğursuz sevgisinə acımış, Nataşa Rostovanın ilk bal sevincinə şərik olmuş, Ofelyanın, Humayın nakam sevgisinə ağlamış, Cen Eyrin, Nuriyyənin sevgi etiraflarını dinləmişəm. Gecələr gözümə yuxu gedincə, gündüzlər oturduğum, gəzdiyim yerlərdə indi də kitablardakı dostlarımın dolaşdıqlarını təsəvvür edirdim. Təsəvvür eləmək azdı, lap elə inanırdım da. Mənə elə gəlirdi ki, hiylə və xəyanətlə İngiltərəyə göndərilən Hamletin ayrılığına dözməyən Ofelya özünü elə bizim dərəyə ataraq həyatına son verib. Nar ağaclarımızın arasında gecələr səhərədək Başsız Atlı dolaşır. Əgər gecənin bir aləmində yerimdən qalxıb dərəmizin başına getməyə ürək eləsəm, gündüzlər oturub kitab oxuduğum o söyüd budağının üstündə Ay işığında qızılı pulları parıldayan Su pərisinin saçlarını daradığını görərəm.
    Bu təsəvvürlərim həm qorxulu, həm də olduqca cazibədardı...
    Həmin cazibədar təsəvvürləri özümlə Bakıya- tələbəlik illərinə də aparmışdım. Kuperin romanlarını oxuduqca yuxuda görürdüm ki, atlı, nizəli, saçlarına quş lələkləri taxmış hindular kənddəki evimizə basqın edirlər, biz də qaçıb talvarda gizlənirik...
    Kitablar mənə iki dünyada- xəyal və gerçəklər dünyasında yaşamağı öyrətdilər. Gerçək dünyada bezəndə xəyal dünyasına baş vururdum. Xəyallardan yorulanda, doyanda gerçək dünya daha cazibədar və yaşamalı görünərdi.
    İndi əllərimi rəflərdə gəzdirə-gəzdirə o illəri xatırlayırdım. O illəri və bu yerlərə gəldiyim çağları... Onda kitabxana yolumun üstündəydi. Axşamçağı işdən qayıdanda, xüsusən payız-qış aylarında hava tez qaralanda kitabxananın küçəyə açılan pəncərəsindən qaz sobasının qırağında oturub həmişə nəsə oxuyub yazan ağsaçlı, qalın şüşə eynəkli qadını görürdüm. Bu qadının görkəmi istər-istəməz məni içəri çəkirdi... Rəflərin arasında o qədər yubanırdım ki, bayıra çıxanda havanın zülmət qaranlıq olduğunu görürdüm.
    Götürdüyüm kitabları heç zaman vaxtında geri qaytarmırdım. Oradakı aləmə, obrazlara o qədər alışırdım ki, ayrıla bilmirdim. Bu da həmişə pəncərədən nurani çöhrəsini görüb kitablar aləminə qatıldığım unudulmaz Püstə xalanı bərk əsəbiləşdirərdi. Evimizə zəng vurub məni danlayardı. Bu qadın rayonda kitabın, biliyin yorulmaz təbliğatçısıydı. Bu sözlər indi çoxlarına qəribə görünə bilər. Püstə xala öz dövrünün saf, möhkəm əqidəli kommunistlərindən idi. Son nəfəsinədək də öz əqidəsinə sadiq qaldı. Hər cür fanatizmdən uzaq, həqiqi mənada elm, mədəniyyət aşiqi idi. Hərdən fikirləşirəm ki, görəsən, Püstə xala bu gün qızların məktəbdən yayındırılıb az yaşında ərə verilməsini görsəydi nələr edərdi?! Kim nə deyir-desin, millətə belə qadınlar, analar həmişə gərəkdi...
    Uşaqlarım balaca olanda bir dəfə küçədə Püstə xalaynan rastlaşdıq. Uşaqları öpüb üzünü mənə tutdu;
    - De görüm, uşaqların da özün kimi tərbiyəsiz olacaqlar? Kitabları götürüb vaxtında qaytarmayacaqlar?
    O zaman bu sözlər ürəyimə çox yatmışdı, onların çin çıxmasını həsrətlə arzulamışdım. Ancaq balalarım mənim kimi "tərbiyəsiz" olmadılar. Kitabları sevmədilər...
    Kitablar məni təkcə öyrətmədilər, həm də üzülməyə, əyilməyə, sınmağa qoymadılar. Təkcə zövq, maraq dünyamı doydurmadılar, sərt həyat həqiqətlərini də açıb göstərdilər. Ağlayanda göz yaşımı sildilər, ümidsiz olanda qol-qanad verdilər. Qarşıma çıxan pisliklər, rəzilliklər göydəndüşmə görünmədi mənə- onları uzun-uzun qış gecələrində vərəq-vərəq oxuyub öyrənmişdim...
    Kitablar həm də aldatdılar məni. Haqqında oxuyub varlığına inandığım nəcib insanlara, vurulduğum, xəyalı ilə yaşadığım igidlərə həyatda rastlamadım. Yenə inciməmişəm, soyumamışam, doymamışam kitablardan. Yaşa dolduqca çox şeylərə həvəsim, marağım azalıb, ya da tamam sönüb. Təkcə mütaliədən başqa. Məhz bu kitabxanadan Kuperin "Sonuncu mogikan", Emil Zolyanın "Torpaq", Feyxtvangerin " Qəribə adamın müdrikliyi" əsərlərini götürüb oxuduğum çağlardan ötrü burnumun ucu göynəyir.
   Bircə, dünyanın bir nömrəli yazıçısı sayılan Markesin əsərlərini tapmıram bu kitabxanada. Hər dəfə soruşub məyus geri dönürəm...
    Deyəsən, o çağlardan ötrü təkcə mən yox, elə kitabxana rəfləri, kitabxana işçiləri də qəribsəyiblər. Bunu latın əlifbasıyla çap olunub rəflərə yığılmış təzə, hələ çoxunun qatı açılmamış kitablar da təsdiqləyir. Bu qatı açılmamış, insan barmaqlarının və gözlərinin həsrətini çəkən kitablar indiki cavanların son dərəcə "tərbiyəli" olmasından xəbər verir. Görəsən, bu kitablar elə beləcə təzə qalacaqlar, yoxsa oxunmaqdan şişib qalınlaşacaq, didilib bozaracaqlar?! Adama elə gəlir ki, kitablar da bunu həsrətlə gözləyirlər.
   Ancaq deyəsən, onların bu həsrəti uzun çəkəcək. Bitib-tükənməyən teleseriallar və teleşoular kimi...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK