hacklink Adalet.az | DÜNYA ƏZƏLDƏN BELƏYMİŞ... Adalet.az | DÜNYA ƏZƏLDƏN BELƏYMİŞ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜNYA ƏZƏLDƏN BELƏYMİŞ...

22354    |   2008-09-13 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən elə bilirdim uzaq-uzaq əsrlərdə dünya indikindən qat-qat yaşamalı olub. Nə təbiətin gözəlliyini, nə də ekologiyanın təmiz olub-olmamasını nəzərdə tutmuram. Yəni ki, kişilər daha mərd və cəsur, qadınlar da daha incə, nəvazişkar və sədaqətli ( kişilərin sədaqətindən danışmağa belə dəyməz) olublar. Belə olan halda heç çörəyin, suyun, havanın dərdi çəkilərmi?! Əsl kişilərin və qadınların yaşadığı dünyada hər şey öz yerində və qaydasında olmazmı? Ancaq biz belə bir dünyanı görmədik və görəcəyimizə də inamım gündən-günə azalır.
   Söhbət elədiyim adamların beşindən üçü gileylənir ki, zəmanə yaman xarab olub, daha inanılası, üz tutulası adam qalmayıb. Dar gündə nə dost tapa bilirsən, nə də sirdaş. İnsanlarda doğmalıq hissləri belə korşalıb - hamıda məqsədli, təmənnalı münasibət görürsən. Əlinə fürsət düşən cibini, evini doldurmaqla məşğuldu. Ona görə də heç kəsin qapısı adamın üzünə taybatay açılmır. Bu da adamları bir-birindən ayrı salır. Bir-birindən ayrı düşən adamlarınsa yarısı daha da qəddarlaşmağa, digər yarısı isə tənhalıqdan ruhi sarsıntıya, tərki-dünyalığa məhkumdu.
   Bədxahlıq, paxıllıq o dərəcəyə çatıb ki, daha kiminsə uğuruna sevinmək, fərəhlənmək kimi nəcib hisslər yaddan çıxıb. Bir sevincin olanda bölüşməyə adam tapmırsan, amma işin dolaşığa düşəndə dalından itələyənin, ayağından çəkənin onlarla, yüzlərlə olur. " Əvvəllər belə olmayıb" deyən adam mütləq keçmişə həsrət və heyranlıqla boylanır...
   Mən də boylanmaq istədim. Və gördüm ki, öz zamanında hamı belə düşünüb. Elə bilib ki, dünən yaxşıydı, bu gün pisdi, sabah bundan da qat-qat pis olacaq. Yəqin bu bir düsturdu- dünəni təhlil eləmək, bu gündən heç nə anlamamaq, baş çıxarmamaq, sabaha isə ümidlə baxmaq! Birincidən qürur və qibtə, ikincidən təəssüf və çarəsizlik, üçüncüdən həsəd doğur. Bir dərin, bir də səthi düşünənlər həyata nikbinliklə baxırlar. Birincilər anlayır ki, heç nəyi dəyişə bilməyəcəklər, qafa yormağın heç bir mənası yoxdu. İkincilər də "dəliyə hər gün bayramdı" prinsipi ilə yaşayanlardı...
   ***
   
   Şagird partası arxasında oturanda Nizaminin şeir və poemalarında ədalətli cəmiyyət arzuları, Füzuli yaradıcılığında zəmanədən şikayət motivləri bizə artıq keçmişdə qalan, əhəmiyyətini itirən arzu və iztirab kimi görünürdü. Düşünürdük ki, biz onların arzuladıqlarına artıq qovuşmuşuq. Çünki ədəbiyyat dərsliyimizi yazanların fikrincə, Nizami kommunizm cəmiyyətinin rüşeymlərini cızmışdı - biz onu qururuq, dövrümüzün füzulilərinin şikayətlənməsinə isə lüzum qalmayıb - salam verəndə baş endirə-endirə salamlarını alırlar. Hamısının yaxasında orden-medallar, deputat nişanı, üstəlik, xidməti maşın, ev, bağ... İndi doqquz axça yadamı düşər?!
   Səkkiz yüz ilin o üzündən daha bir səda:
   
   Dünyada gözəllik yox olub bitmiş,
   Bir yenilik varsa, o da qurama.
   Hamı xain olmuş, etibar getmiş,
   Adam heç bilməyir kimə inana.
   
   Cəmi 37 il yaşamış bir şair yazmış bunu. Həm də adi şair deyil, filosof-şair yazmış... Şihabəddin Sührəvərdidən bu şeir parçasını millət vəkili Rafael Hüseynovun " 525-ci qəzet"in 06 sentyabr 2008-ci il tarixli sayında dərc edilmiş "Allahı görmüş adam" adlı yazısında oxudum. Oxudum və çox təəccübləndim. Şair elə bil ki, bizim bu günümüzü qələmə alıb. (Yeri gəlmişkən qeyd eləməyi özümə borc bilirəm ki, Rafael müəllim adıçəkilən qəzetdə olduqca maraqlı silsilə yazılar dərc etdirməyə başlayıb. Onun mədəniyyətimizin böyük simaları Əfrasiyab Bədəlbəyli, Cəfər Cabbarlı, Mikayıl Müşfiq haqqında indiyədək bizə məlum olmayan məqamlarla zəngin yazılarını sonsuz zövqlə oxumuşam. İstəyirəm belə yazılar davam etdirilsin). Dövrünün ən zəkalı və işıqlı simalarından olan filosof-şair bədxahlıq və nadanlıq girdabında çırpına-çırpına başqa cür yaza da bilməzdi yəqin:
   
   Duyuram baxdıqca bağlı yollara
   Xeyirə aparan cığırlar itmiş.
   
   Nəcabət, ləyaqət qalmamış əsla
   Din ilə əxlaq da axıra yetmiş.
   
   Xeyirxahlıq, nəciblik duyğularıynan yaşayan, nəfəs alan bu insan qarşısında bütün yolları bağlı görmüş. "Xeyirə aparan cığırlar"ın itməsi insanlığın elə bir faciəsidi ki, müəllifin bu faciənin içində 37 il yaşaya bilməsi adama təəccüblü görünür.
   
   Məndə insanlara inam yox daha
   Lap doğru mətləblər danışsalar da.
   
   Yalanla doğrunun sərhədi itəndə həyatda hər şey tərsinə dönür, yaşamaq dözülməz olur. Dözülməz həyatın təsəllisi də bilirsiniz nə olur? Göz yaşları... "Yer kürəsinə qabığından tutmuş ta mərkəzinəcən göz yaşları hopmuşdur" deyirdi Dostoyevski.
   
   ***
   
   Bir Azərbaycan filmində divlər mahnı oxuyur: "Adamların zayı çıxıb, adamları yemək olmur.." Avam məxluqlar... Bu sizə elə gəlir. Əksinə, get-gedə adamları yemək daha asan olur. Şərt o deyil ki, hamının gözü qabağında yırtıcı heyvan sayaq kimisə şaqqalayıb yeyəsən. Belə eləsələr, nə var ki,.. Gözlə görünən qorxulu deyil. Məsələ burasındadı ki, bunu çox incəliklə edirlər. Elə edirlər ki, heç ruhun da incimir. Çörəyini bütöv yox, tikə-tikə əlindən alırlar. Gözünün yuxusunu, könlünün rahatlığını, sevgisini, duyğularının incəliyini yavaş-yavaş, qətrə-qətrə səndən elə alırlar ki, bir də görürsən şirəsi çəkilmiş meyvə kimi cecəyin qalıb. Əllərin əsir, dizin titrəyir, hər çıqqıltıdan diksinib özündən çıxırsan, uşaq-böyük səni dindirməyinə, bir kəlmə söz soruşmağına da peşmandı. Ədəb-ərkanından, soyuqqanlılığından əsər-əlamət qalmayıb...
   Bəs, "Yer kürəsinə qabığından tutmuş ta mərkəzinəcən göz yaşları hopmuşdur" deyən yazıçı bütün gözəlliklərin getdikcə qeybə çəkildiyini görə-görə nədən bu qədər inamlıydı? "Dünyanı gözəllik xilas edəcək" - deyirdi. Gözəllik - o incə, zərif mələk bunca kirlənmiş, çirkaba batmış dünyanı necə xilas edəcək?!.
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK