ANA SƏHİFƏ / YAZARLAR

CƏBHƏ İLƏ ÜZBƏÜZ

Burda həyat hər gün qaynayır

39941    |   2014-12-30 10:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəlli olduğu kimi, Füzuli rayonu 1993-cü ilin avqust ayında düşmən tərəfindən işğal olunub. Təbii ki, həmin işğala qədər Dağlıq Qarabağın keçmiş Hadrut və Martuni rayonları ilə həmsərhəd olduğuna görə, bu bölgədə baş verən ağrı-acıları daha çox yaşamağa, necə deyərlər, problemin qaynar nöqtəsinə çevrilməyə, hətta basqılara məruz qalmağa, Dağlıq Qarabağdan olan ilk qaçqınları qəbul etməyə, həmçinin Ermənistandan qovulan insana qucaq açmağa bir növü həm məcbur olmuşdu, həm də bu missiyanı yerinə yetirmişdi. İndinin özündə də Horadiz dəmir yol vağzalının o ağrılı-acılı sərnişin yüklərini xatırladıqca necə böyük bir faciəyə düçar olduğumuzu yenidən yaşayırıq. Həmin o acı xatirələr bizi bir daha öz caynaqlarında sıxıb əzir. Amma...
Bəli, həmin illərdə də Füzuli rayonunun rəhbərliyi, Füzuli ictimaiyyəti öz birliyi, öz xeyirxahlığı, öz vətən sevgisi ilə ona üz tutanları, ona pənah gətirənləri yerbəyer edib öz qardaş diqqətini əsirgəmirdi. İndiki kimi xatırlayıram. Həmin illərdə Füzuli rayonunun rəhbər kadrları yerli sakinlərlə əl-ələ verib həm sərhəd kəndlərinin qorunmasında, həm də rayonunun sığınan qaçqınları yerləşdirilməsinə xüsusi diqqət yetirirdilər. Həmin rəhbər işçilərin arasında bu gün rayona rəhbərlik edən Alı Alıyev də var idi. Rayon partiya komitəsində böyük bir şöbəyə rəhbərlik edən Alı müəllim doğulduğu bu bölgənin hər bir qarışını yaxşı tanıdığından adamlarla rahat dil tapır, onlar həm istək və arzularını nəzərə alır, həm də onların öz razılıqları ilə problemlərinin aradan qaldırılması üçün məqbul variantlar seçirdilər. Təbii ki, rəhbər işçinin adamlarla dil tapmaq məharəti işin demək olar ki, böyük bir hissəsinin reallaşması deməkdi. Məhz keçdiyi həyat yol zaman-zaman icra etdiyi müxtəlif vəzifələr onu daha da püxtələşdirir, rayon rəhbəri səviyyəsinə qalxmasında əsas baza oldu. Bir az da açıq şərh etsəm, yəni onun keçdiyi həyat yolu, qazandığı təcrübə və nəhayət, Heydər Əliyev məktəbinin ənənələri Alı müəllimin rəhbər işçi kimi formalaşmasında öz sözünü dedi. Bu gün Horadiz şəhərinə yolu düşən hər kəs Füzulidə həyata keçirilən abadlıq-quruculuq işlərindən, bərpadan ağızdolusu danışır. Doğrudur, bu işlərin bünövrəsi məhz qayıdışdan başlayır. Yəni Horadiz şəhəri və 20 kəndin işğaldan azad edilməsindən sonra ölkə rəhbərliyinin Füzuliyə yönəltdiyi böyük diqqət o zamanlar Füzuli rayonunun icra başçısı olmuş Nəbi Muxtarovun və həmin komandada təmsil olunan Alı Alıyevin və digərlərinin peşəkarlığı nəticəsində rayon dirçəlməyə, yenidən insanların üzü gülməyə başladı. Çünki Füzuli ictimaiyyəti inandığı, güvəndiyi rəhbərliyin ətrafında birləşmişdi. Təbii ki, nəsillərin bir-birinin əvəz etməsi, kadr islahatı bütün zamanlarda olubdu. Məhz ölkə prezidentinin məlum sərəncamı ilə Alı müəllim Füzuli rayon icra hakimiyyətinə başçı təyin edildikdən sonra buradakı həmin o böyük kompleks işlərin tempi, sürəti bir az da artdı, daha da şaxələndi. Və bu da həmin o bazanın möhkəmliyindən məharətlə, ustalıqla yararlanan Alı müəllimin özünün şəxsi bacarığının, nəhayət, işə yanaşma üslubunun bəhrəsi idi. Elə bu gün də onun iş üsulu, yaradıcı qabiliyyəti Horadiz şəhərinin və bütövlükdə rayonun bizim əlimizdə olan hissəsində yaradılmış infrastrukturun bütün parametrlərində özünü göstərir. Açıq şəkildə görünür ki, rayonda aparılan bütün işlərin konkret layihəsi, proqramı var və hər kəs də buna uyğun şəkildə öz işini görür. Lap konkret desək, bu gün Füzulidə bütün sahələr saat mexanizmi kimi işləyir və bu işlərin hamısı da bir mərkəzdən, yəni rayon icra hakimiyyətindən idarə olunur.
Füzulidə keçirilən bir-birindən maraqlı tədbirlər və bu tədbirələrə qatılan rayonun sayılıb-seçilən ziyalıları hər dəfə Horadiz şəhərindən məmnunluqla söhbət açır, fikir bölüşür. Onlar şəhərin günbəgün gözəlləşməsini, aparılan abadlıq, bərpa-quruculuq işlərinin əhatə dairəsini, xüsusilə Horadiz şəhərinin başı üzərindəki təpədə dalğalanan üçrəngli bayrağımızın əzəmətini tərənnüm etməkdən doymurlar. Çünki bu bayraq düşmənin düz gözünün önündə dalğalanır və onun mütləq Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacaq Füzuli şəhərində də dalğalanacağına böyük inam hisi yaradır.
Azərbaycanın istənilən güşəsi mənim üçün doğmadı. Amma Füzuli həyatımın varlığını elə bil parçasıdır ki, mən burada gerçəkləşən hər bir uğura vətəndaş olaraq sevinrəm. Elə Horadiz şəhərilə, eləcə də digər qəsəbə və kəndlərimizlə bağlı eşitdiyim hər xoş xəbər məni həqiqətən sevindirir və mən bu torpağın dəyərli ziyalılarının, əliqabarlı zəhmət adamlarının sevilən hər bir şəxsini özümə doğma, qohum sayıram. Bu mənada bu gün cəbhə bölgəsi olan, düşmənlə üz-üzə dayanan Füzulidə həyata vəsiqə alan bu uğurların miqyası barədə eşidəndə, məlumat əldə edəndə təbii ki, ürəyim dağa dönür və düşünürəm ki, hər kəs kimi mənim də bu torpağın uğurları barəsində, daha doğrusu, burda yaşayan insanların xoş günləri haqqında nəsə yazmaq, nəsə demək mənim də borcumdu. Bax, elə bu mənada rayon icra hakimiyyəti başçısı Alı Alıyevin fəaliyyəti haqqında eşitdiklərimin fonunda qələmə aldığım bu yazı həm də 2014-ün sonunda həmin o müqəddəs torpağa bir ehtiramımdı. Zənnimcə, bu gün Azərbaycan prezidentinin Füzuliyə, füzulilərə olan diqqətini əməli işlə gerçəkləşdirən rayon rəhbərliyi, xüsusilə icra başçısı Alı müəllim yeni ildə də füzulilərin halal haqqı olan daha böyük işlərə ürəklə qoşulacaq və bu torpağın yüz illiklərdən keçib gələn ruzili, bərəkətli, ziyalılı, zəhmətsevər, sözlü-nəğməli coğrafiyasını daha da ucaldacaq, daha da artıracaqdı. Hər kəsə bu yeni ildə yeni-yeni uğurlar diləyirəm.



YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Arsenal”, yoxsa "Atletiko”?

"Arsenal” (25%)
"Atletiko” (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK