warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | QAYNAR QAZAN Adalet.az | QAYNAR QAZAN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QAYNAR QAZAN

26948    |   2008-09-06 13:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Başlığı oxuyanda fikirləşməyin ki, hansısa telekanalın populyar bir verilişini reklam edirəm. Doğrudur, əslinə qalanda heç o veriliş də populyar deyil, sözgəlişi dedim. Necə deyərlər, mırta. Çünki indi onsuz da telekanallarımız da, qəzetlərimiz də, o cümlədən müxalifətimiz də bir mırta işləyir. Çətini çayxanada bir söz deməkdir, o sözü dedin qurtardı. Axşam şok açıqlamalar başlayacaq, səhər də qəzetlərin manşeti olacaq. Onun ardınca başlayacaq şərhlər və təkziblər. Nə isə. Mırt məsələsi qalsın öz yerində, keçək yazımızın canına.
   Qəzetlər yazır ki, İranda yaşayan ermənilərə xoşbəxtlik üz verib. Oturduqları yerdə, yəni öz xarabalarının içində gətirib onlara "Dağlıq Qarabağ Respublikası" vətandaşının statusu verilir. Yəni bizə qonşu, müsəlman ölkəsində, əhalisinin də böyük əksəriyyəti soydaşlarımız olan bir məmləkətdə ayağımızın altını beləcə qazırlar. Qəzetlər onu da yazırlar ki, Bahçeşəhir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ercan Çitlioğlu məmləkətinin başqanı Ərdoğanın son addımlarını şərh edərkən bildirib ki, "Qafqaz Sabitlik Paktı - ölü düşən uşaqdı" və bunun ardınca onu da qabardıb ki, "bu paktın həyata keçirilməsi üçün Türkiyə ilə Ermənistanın anlaşması kifayət deyil". Təbii ki, bu maraqlı xəbərlərin ardınca həmyerlimiz, qələmdaşımız Rauf Mirqədimovun açıqlamasını diqqətdən yayındırmaq bağışlanılmaz olardı. Rauf bəy bildirir ki, "Cənubi Qafqazın Avopa İttifaqına inteqrasiyası gündəmdə deyil. Yalnız regionun təhlükəsizlik məsələləri həllini tapdıqdan sonra bölgənin Avroatlantik məkana tam inteqrasiyasından söhbət gedə bilər". Siyasi şərhçinin bu maraqlı fikirləri təbii ki, regionun qaynar qazan olmasından xəbər verir. "Qaynar qazan" deyəndə biz ilk öncə bu gün üz-üzə dayanan güclərin, yəni Rusiya ilə ABŞ-ın artıq açıq müstəvidə kəllə-kəlləyə gəlməsini nəzərdə tuturuq. Məhz bu kəllələşmə onu gətirib çıxarıb ki, bir vaxtlar Sabir Rüstəmxanlının dediyi kimi, özünə və gücünə güvənən Türkiyə indi diqtə ilə ermənilərin ayağına gedir. Özü də ən qəribəsi bu gedişin guya hansısa münasibətlərin "yumşaldacağına, erməninin ağıllanacağına" xidmət kimi təqdim edilməsidir.
   Bu gün Amerikanın Rusiya ilə dartışması eni, boyu bir qarış olan Gürcüstanı elə bir duruma salıb ki, Saakaşvili hər iki kəlməsindən bir Avropanı, Amerikanı qınamağa başlayıb və çox incik şəkildə, giley-güzarla bildirib ki, "Qərb onlara sahib çıxmır." Beynəlxalq Böhran Qrupu Cənubi Qafqaz layihəsinin direktoru Lourens Hitsin APA-ya müsahibəsində bölgədəki vəziyyətə toxunaraq xatırladıb ki, Gürcüstan kimi "Azərbaycan da kifayət qədər çətin situasiyadadır". Rusiyanın Dövlət Dumasının deputatı Sergey Markov mətbuata açıqlamasında xatırladıb ki, "Azərbaycan da çətin vəziyyətdə qalıb. Çox müdrik olmaq lazımdır, ölkə iqtisadiyyatı və başqa amillər ciddi şəkidə düşünülməlidir. Son vaxtlar Azərbaycan çoxlu səhvlər buraxıb, bunlara yol verməmək lazımdır. O ki qaldı Qarabağa, Gürcüstanın presedent təşkil etməsi deyə bir şey yoxdur. Azərbaycanın indi Qarabağa hücum planı da yoxdur. məncə, bu məsələ əvvəl-axır həll ediləcək".
   Buradan anlamaq olur ki, Rusiya iqtidarı regionda baş verən bütün prosesləri nəzarətdə saxlamaqda və öz maraqları istiqamətinə yönəltməkdə israrlıdı. Hətta Soçidə Rusiya prezidenti Medvedevlə Ermənistan prezidentinin görüşündən əvvəl mətbuatda verilən açıqlamada aşkarca hiss olunurdu ki, Ermənistanın rəhbəri öz hamisindən konkret tapşırıqlar almağa, Güllə görüş öncəsi təlimatlanmağa gedib.
   Artıq hər kəsə bəlldir ki, ABŞ-ın vitse prezidenti Riçard Çeyni məmləkətimizə gəlib getdi. Bu səfərin siyasi tərəfləri qalsın bir yana, mənim üçün ən diqqətçəkən o oldu ki, müxalifətimiz ona bir xahişnamə təqdim etmək istəyib. Bu xahişnamədə bildirildiyinə görə, həbsdə olan jurnalistlərlə bağlı da bənd var. Bilmirəm ABŞ-ın vitse prezidenti xahişnaməni oxuyub, yoxsa yox? Baxma da uzaq yol gəlib, nisbətən yaşlı adamdı, çiynində də o boyda ABŞ-ın yükü var. Bu tərəfdən də İraq yükü, o biri tərəfdən Əfqanıstan, indi d Ukrayna, Gürcüstan yükü, hələ Polşada imzalanmış müqavilənin yükü də nə boyda, üstəgəl Qara dənizdə lövbər salan gəmilərin yükü... Bax, bütün bu yüklərin altında vaxt tapıb xahişnamə oxumaq yəqin ki, hünər istəyəcək. Doğrudur, dövlətinə baxanda bu hünər Riçard müəllimdə olmalıdı, səhhətinə baxanda deyə bilmərəm, nə isə... (Dünənki "Azadlıq" yazıb ki, Riçardın yolda halı xarab olub, təyyarə məcburi eniş edib).
   Bəli, Qafqaz, daha doğrusu, Cənubi Qafqaz əməlli-başlı qaynar qazandı. Bu "qaynar qazan"ın aparıcısı da hələlik Putin-Medvedev və Buşdur. Onun, yəni Buşun nümayəndəsi - Fransa prezidenti Sarkozi, çömçətutanı da Saakaşvili. Deməli, qazan qaynayır, yəni hadisələr inkişaf eləyir, bütün şərhçilər, politoloqlar, ekspertlər öz ağılları kəsdiyi kimi şərhlər verir, biz də dinləyirik, oxuyuruq və axırda da qulp qoyuruq. Elə bu yazıda olduğu kimi.
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK