viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ERA Adalet.az | ERA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ERA

26640    |   2008-08-30 00:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən səhər-səhər adətim üzrə nəşriyyatın 4-cü mərtəbəsindəki bufetə baş çəkdim. Səhərlər dərman qəbul etdiyimdən orada bir stəkan çay içmək artıq bir növü adətimə çevrilib. Nə isə, söhbət nə çaydadı, nə bufetdə. Əsas məsələ dünən səhər "Space" telekanalının yayınladığı "Səhər" verilişində diqqətimi çəkən məqamla bağlıdı. Verilişə qonaq qismində əməkdar artist Ədalət Şükürov dəvət edilmişdi.
   Öncədən deyim ki, nə Ədalət Şükürovun ifasına, nə də səhnə davranışlarına fərqli münasibətim yoxdur. Ümumiyyətlə, bir vətəndaş olaraq mən bu ifalardan heç nə ummuram və aylarla bu cür ifaları dinləməsəm təbii ki, yuxum qaçmaz. Kimlər də bu cür ifaları bəyənir, Allah işlərini avand eləsin. Təbii ki, seçim azaddır, ifa da, dinləyici də onun kimi.
   "Space"in "Səhər" verilişinin reklam roliki fırlanarkən birdən-birə ağlıma gəldi ki, elə bu, dünyanın fırlanması kimi bir şeydir. Bir zaman içində min zaman gəlib keçir, yüz illər ötür. Deməli, "evrika!" qışqırmağa haqqım var. Təbii ki, bu bir zarafatdı və həqiqətən də bütün zarafatların kökündə bir reallıq dayanır. Çünki təqdim olunan hər bir fikir nəyəsə söykənir. Bax, elə Ədalət Şükürovun qonaq olduğu o verilişdə də reklam roliki konkret məhsullara, reklam olunanan istehsal mallarına söykənmişdi. İndi özünüz fikirləşin, ortada rolik, onun nümayiş etdirdiyi hansısa bir şirkətin sabunundan tutmuş ətriyyatına qədər müxtəlif məhsullar və nəhayət, tamaşaçı. İlk baxışdan bütün bunlar hamısı bir andı, amma həmin anın ortaya qoyulması əslində müxtəlif proseslərdən keçib, yəni anlar xərclənib. Və ötüb-keçənlər bizə indiki anda nümayiş etdirilib. Bax, elə mənim "evrika!" deməyim də bu andan qaynaqlanır...
   Ədalət Şükürov "Qoca çinar"ı oxuyurdu və mən də düşünürdüm ki, əslində söhbət "Qoca çinar"dan yox, qoca zamandan və bir də zamanı qocaldanlardan gedir. Yəni, əgər Cabbar Qaryağdının, Xanın, Keçəçi oğlu Məhəmmədin və başqalarının zamanında klip çəkdirmək, oranjeman etdirmək, nə bilim müxtəlif texnikaların vasitəsi ilə səsini cilalamaq, özün susub, əvəzində diskini oxutmaq imkanları olsaydı, görəsən, adlarını saydığım və ruhlarının qarşısında baş əydiyim digər böyük sənətkarlarımız ilk öncə hansı mahnıya klip çəkdirərdilər? Və bir də hansı mahnını fonoqram etməyə üstünlük verərdilər, ümumiyyətlə, fonoqramı özlərinə yaraşdırardılar? Bilmirəm, bu sualın cavabını arayıb-axtarmağa, gözləməyə lüzum var, yoxsa yox. Amma qəti əminəm ki, nə o kişilər, nə o xanımlar bugünkü "sənətçilərin" heç bir əməlini, adlarına nədi, heç truppalarına da yaraşdırmazdılar. (truppa sözünün mənasını yəqin ki, bilənlər bilir).
   Dünya elə-belə boş-boş şeylədən deyəsən qocalır. Boş-boş şeylərdən qocaldığına görə də arsız-gorsuz olub. Çünki itirdiklərinin heç biri onu göynətmir və bir də hələ eşitməmişəm ki, desinlər və ya hardasa oxuyum ki, bu Qoca Dünya dönüb geri baxanda hansısa əməlinə görə bir misqal xəcalət təri töküb. Bir halda ki, bu hiss yoxdur, onda dünyanın başına kəndir salanlar da, dünyanın axırına çıxdıqları da elə son anda gəlib bir kəsişmə nöqtəsində qarşılaşırlar. O nöqtəyə də nə üçün yaşadığını, niyə yaşadığını və necə yaşadığını bilənlər nəzər yetirirlər. Yalnız ötəri bir nəzər, bir növü reklam roliki kimi hər şey gəlib həmin o nöqtəyə nəzər yetirənlərin gözü qarşısından keçir və bu da olur bir an...
   Mən "bir an" sözünü yazanda özüm də bilirəm ki, əslində bu bir era deməkdir. Çünki onun içərisində olum da, ölüm də, reallıq da, xəyal da yaratmaq, qurmaq, dağıtmaq , tari-mar etmək, sevinmək, gülmək, kədərlənmək, ağrımaq, acımaq, bir sözlə, hər şey var. Sadəcə bütün bunları hər kəs o ana öz münasibətində görür. Kim sevinirsə həmin o an onun üçün sevincdir, kim kədərlənirsə həmin o an onun üçün ağrı-acıdır. Və bax beləcə bir anın içərisində bir silsilə sıralanır. Deməli, davamı olan bu silsilə bir anlıqdan çıxıb bir eraya çevrilir...
   "Space" kanalının dünənki "Səhər" proqramının reklam rolikinə baxanda mən həm də bir eranı qət elədim. Bu günün ədəbi-mədəni mühitindən tutmuş məişətinə qədər, əxlaqına qədər keçilən yolu biliyimin, dünya görüşümün imkanları daxilində bir neçə əsr önə çəkdim və başladım ordan üzü bəri gəlməyə. Gələ-gələ də itirdiklərimizi ürəkağrısı ilə xatırladım, qazandıqlarımızı (hər iki mənada) təbəssümlə yad etdim. Və gördüm ki, bizim reklam çarxlarımızda "Pampers"in, həyat həzzi verən sabunların, şampunların, müxtəlif ətriyyat məhsullarının, qadın, kişi geyimlərinin çeşidi o qədərdir ki, baxdıqca bilmirsən öyünəsən, yoxsa, bu alt paltarlarının geniş reklamına görə üzünü yanındakı qadın cinsindən olanlardan gizləyəsən. Bunun özü də bir eradı, bir andı. Görün nələrdən keçib gəlmişik və hara gəlmişik...
   Bəli, Ədalət Şükürov "Qoca çinar"ı oxudu, mən bir stəkan çayımı içdim, təbii ki, limonla, həmin vaxt da yəni o bir anın içərisində reklam rolikini seyr edib xeyli məmnun oldum, amma ürəyimdə bir sızıltı qaldı. Bu da səbəbsiz deyil. Düşündüm ki, biz bir ömür yaşayırıq və görəsən, niyə bu ömrü bu qədər mənasız, lazımsız, lüzumsuz, necə gəldi xərcləyirik. Niyə bu qoca dünyada qoca çinarlara baxıb nəyə yaradığımızı, nə üçün yaşadığımızı, nəyi yaxşı bacardığımızı biryolluq özümüz üçün aydınlaşdırıb bir anlıq ömürdə bir şam yandırmırıq, bir nişanə qoymuruqg Heç olmasa, bizdən sonra kimsə bizim eramızı vərəqləyəndə barmaq tuşlayası yaxşı nə isə görə bilsin. Və dilinin ucuna bircə kəlmə RƏHMƏT sözü gətirsin.
   Bəlkə də bu yazının kimlər üçünsə heç bir mənası olmayacağını düşünüb məni qınayanlar tapıldı, mən bunu da təbii sayıram, çünki biz onsuz da bineyi-qədimdən həmişə itirəndən sonra təəssüflənməyi, öldürəndən sonra qədrini bilib, goruna and içməyi daha yaxşı bacarmışıq. Deməli, hələ reklam çarxımızın, yəni roliklərimizin necə fırlanması o qədər də narahatçılıq doğurmur. Əsas rəhmətlik Molla Nəsrəddin demiş: "Əsas tabutun içində getməməkdi". Deməli, əsas insanın özünün rolikə çevrilməməsidir, yəni reklam çarxına, qalanı düzələcək. Bilirsiniz nə vaxt - dəvənin boynu düzələndə. Buna da yəqin ki, bir era lazımdı.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK