nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Düşmənlərə cavabın "Keşlə variantı" Adalet.az | Düşmənlərə cavabın "Keşlə variantı" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Düşmənlərə cavabın "Keşlə variantı"

Kliplərimizdə görünən sementqarışdıran maşınlar nəyə işarədir?

25617    |   2008-08-03 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə olsun ki, bəzi dövlətlər özünü bizim dostumuz kimi göstərmək istəyir. BMT-də, Avropa Şurasında, İslam Konfransı Təşkilatında, Səhər Qayğanaq Yeyənlərin Tərəfdarları Assambleyasında və digər nüfuzlu-nüfuzsuz qurumlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Onlar düşmənlərimizdən xeyli azdı. Gözəlim məmləkətimizə qarşı dişlərini qıcıyan o qədər dövlət, təşkilat tanıyıram ki, hürkütməsən, saymaq olmaz. Əllərində imkan olsa Azərbaycanın daşını daş üstə qoymazlar. Elə yaxşı ki, Tanrı belələrinə imkan vermir. Amma pislik belə asanca təslim olsaydı nə vardı ki... Əllərinə fürsət düşən kimi əleyhimizə bəyanat-filan gupuldadırlar. Gah deyirlər istehlak səbətimizdə nəsə bir dəlik tapılıb, gah da qışqırırlar ki,
   minimum əməkhaqqımız kardır, dünya standartlarına cavab vermir. Adı bizim dildə qəliz səslənən bir qrum da hər gün haray salır ki, bəs Sabirabad qarpızını yemək insan sağlamlığına ziyan vurur, adam əvvəlkindən daha tez-tez səbr gətirir, özü də nədənsə ancaq tək.
   Hansı qəzeti açırsan beynəlxalq qurumlardan birinin bəyanatı, nə bilim hesabatı "göz oxşayır". O gün istidən nəfəs ala bilmirdim. Tərslikdən işıqlarımızı da kəsmişdilər. Mətbəədən yeni çıxan qəzetlərdən birini götürüb təzəcə özümə sərinlik verirdim ki, gözümə bir bəyanat sataşdı. Hansısa xarici qurum səhifəboyu haray salmışdı. Guya Azərbaycanda aclıq təhlükəsi yaşanır, camaat yeməyə heç nə tapmır.
   Neçə gündür ki, əsəbimdən yata bilmirəm. Düzdü, bəzi düşmənlərim orda-burda deyirlər ki, guya istidən yuxum qaçıb. Lakin mən "Ədalət"ə düzünü yazıram, yata bilməməyimə səbəb həmin o düşmən qurumun sərsəm bəyanatıdı. Belə də haqsızlıq olar? Tutalım Azərbaycanda aclıqdı, camaat yeməyə heç nə tapmır. Bəs necə olur ki, Keşlədə kanalzasiya kollektoru partlayır? Öz aramızda qalsın, mənim bu santexnika işlərindən o qədər də anlayışım yoxdu. Amma onu dəqiq bilirəm ki, camaatımız doyunca yeyib-içməsəydi Bakımızın mərkəzi kanalzasiya kollektoru sıradan çıxmazdı. Bir-iki politoloq tanışımla dərdləşmişəm, onlar da mənə əsəbiləşməməyi məsləhət görür. Deyirlər ki, mərkəzi kollektor partlayandan sonra bütün Keşləni başına alan zəhrimarı həmin o beynəlxalq qurumun rəhbərinin gözünə soxmaq olar. Qoy ona əməllicə dərs olsun, bir də "Azərbaycanda əhali acından ölür" kimi sərsəm bəyanatlar verməsin.
   Mərkəzi kanalzasiya kollektorundan keçək başqa işlərə. Məsələn, elə şou-biznesə. Xatun adında təzə bir oxuyan var, eşitməmiş olmazsız. O gün yeni bir klip çəkdirib. Bizim klipləri bilirsiz də... Oxuyan qız maşına minib ağzını və başqa yerlərini tərpədə-tərpədə sevgilisigilə gedir. Əksər kliplərimizi Biləcəridən o yana göstərməyə adam xəcalət çəkir, lakin əlimdə yekə bir səlahiyyət olsa, Xatunun bu klipini dünyanın hər yerində göstərərəm. Çünki klipin bütün kadrlarında sementqarışdıran maşınlar, tikintilərə daş, qum daşıyan ağırtonajlı avtomobillər görünür. Bu da düşmənlərimizə daha bir tutarlı cavab! Bu klipdən sonra bir beynəxalq qurumun hünəri var "Azərbaycanda iqtisadi vəziyyət ağırdı, heç bir tikinti aparmaq mümkün deyil"- deyə bəyanat versin. Adama deyərlər ki, ay filan-filan olmuş, biz tərəflərdə iqtisadi durum ağırdısa, tikinti aparmaq mümkün deyilsə, bəs Xatunun klipindəki bu qədər sementqarışdıran maşın hara gedir, nə daşıyır?
   Bizi gözü götürməyən dövlətlər və qurumlarla nəzakətli davranmağımız yetər. Susduqca ağ edirlər. Acından öldüyümüzü iddia edənləri Keşlədəki mərkəzi kanalzasiya kollektoru boyunca gəzdirmək lazımdı, qoy onlara zad yeməklik olsun...
   
   


Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2020-04-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

ABŞ-da uşaq bağçası. Tərbiyəçi 5 yaşlı uşaqlara deyir:

- Bütün dövrlərin ən məşhur adamının adını kim düzgün desə, ona beş dollar verəcəm.

Şotland uşaq Müqəddəs Patrikin, irlandiyalı Müqəddəs Endryünün adını çəkir. Yəhudi uşaq isə deyir:

- Ən məşhur insan İsa peyğəmbərdi.

Tərbiyəçi:

- Afərin. Amma sən yəhudisən, niyə İsa peyğəmbəri dedin?

Yəhudi uşaq:

- Qəlbimdə bilirəm ki, ən məşhur insan Musa peyğəmbərdi! Amma biznes biznesdi!





digər lətifələr
ARXİV
FACEBOOK