warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | QƏFLƏT YUXUSU Adalet.az | QƏFLƏT YUXUSU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QƏFLƏT YUXUSU

Oyanmaq xoş olsa da, yatmaq ondan da xoşdu

22273    |   2008-07-12 00:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar qəribə hallar keçirirəm. İllah da iş yerində. Baxıb görürəm ki, hamı pıçıldaşır, hamı bir-birinə təzə xəbərlər söyləyir. Bu qatı açılmamış qəttəzə xəbərləri eşidəndə, doğrusu, alnıma buz kimi tər gəlir, özümü çox pis hiss edirəm. Bu boyda nəşriyyatda, bu boyda redaksiyada hamının hər şeydən xəbəri olur, mən isə burdan-bura, üç addımlıq yolda, saniyələrlə ölçülüb, qət ediləcək məsafədə olan hadisələrdən nə həmin vaxt, nə də ondan üç gün sonra xəbər tuta bilmirəm. O vaxt hadisədən, pıçapıçdan xəbər tuturam ki, onda da özüm gülünc vəziyyətdə qalıram. Necə ki, məşhur bir lətifədə olduğu kimi. İndi də onu xatırlayıram.
   Haşiyə: Deməli, 1941-45 müharibəsi qurtarandan bir xeyli sonra dağ kəndlərinin nümayəndələrinin bir qrupu Stalinlə görüşə gedir. Kremldəki görüşün sonunda nümayəndələrdən biri durub deyir ki:
   - Yoldaş Stalin, səndən möhkəm incimişik. O boyda müharibə eləmisən, bizə xəbər verməmisən. Belə də dostluq olar?
   Hə, indi o lətifəni yadıma salanda özüm özümdən inciyirəm, çünki qəflət yuxusundayam. Ən azı üzbəüz gələndə deməsələr də telefon laqqırtılarında eşitdikləri xəbərləri mənə də söyləyə bilərdilər. Gör işin harasıdır ki, mən elə indicə xəbər tutmuşam ki, dünya şöhrətli Alla Puqaçova Filipp Kirkorova "Bebe" deyib və camaatın qarşısında elan eləyib ki, bu gündən Maksim Qalkinə ərə gedirəm. Bax, o boyda hadisə olub, mən indi xəbər tutmuşam!!!
   Və yaxud da burdan bura Siyasi və Mülkü Hüquqları Müdafiə Mərkəzi rəsmi açıqlama verib. Bildirib ki, ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi xanım mükafata layiq görülüb. O boyda dövlətin o boyda təmsilçisinə mükafat veriblər (dilim də dönmür ki, deyəm mənə ayıb olsun) mən də bilməmişəm. Heç olmasa, getməsəm də, zəng vurub təbrik edərdim. Ayıbdır axı, eldən-elə gəlib. Biz qonağa sayqılı olmalıyıq, adət-ənənəmiz var.
   Və yaxud da Etibar Məmmədovun bir vaxtlar sağ əli olan Əli Əliyev indi özü partiya sədridir, bunu gec də olsa sonradan öyrənmişəm, onu öyrənəndən sonra da xəbər tuturam ki, Əli müəllim mətbuata açıqlama verib ki, sən demə, Azərbaycan müxalifətinin vəziyyəti heç vaxt bu qədər susqun olmayıb. Doğrusu, bu xəbəri də eşidəndə çox pəjmürdə oldum. Çünki mən Azərbaycanda müxalifət olduğunu çoxdan unutmuşdum. İndi xəbər tuturam ki, varıymış, özləri də susublarmış. Hələ bu harasıdır ki. Ən qəttəzə xəbərin ikisini də elə indicə, bu dəqiqə öyrəndim və həmkarlarıma danışmaq istəyəndə hamısı da təəccüblə üzümə baxdılar ki, sən qəflət yuxusundasan, bu xəbərlər lap köhnəlib. Olsun, mən də bunu kiməsə deməliyəm, ya yox, yoxsa ürəyim partlayar.
   Xəbərin birincisi budur ki, okeanın o tayında çıxan "The Gazettes" qəzeti yazır ki, sən demə, Əli Kərimli Aqil Xəlilə 15 min dollar verib və o da həmin şounu gerçəkləşdirib. İndi özünüz düşünün. Mən burdan-bura kimin-kimə nə qədər verdiyini, nə qədər aldığını bilmədiyim halda, dünyanın o başında oturan məsələni bilib və aləmə car çəkib. Hələ onu demirəm ki, "Gündəlik Bakı" qəzeti də Aqil Xəlili Yasamal məhkəməsinə verib. Yadıma düşmüşkən onu da əlavə eləyim ki, bir xəbər da var. "Azadlıq" qəzetini də Azadlıq Hərəkatçıları Birliyi Yasamal məhkəməsinə verib.
   Doğrudur, məni indi qınayacaqsınız ki, bütün bunlardan hamının xəbəri var. və hətta Kondaliza Raysın Gürcüstana gəlib Saakaşvilinin qoltuğuna girib Tiflisin ortasında Rusiyaya barmaq sirkələməsini, Rusiya tərəfdarlarının da ona "Saakşvilini də özünlə götür apar" deməsi xəbərlərini də çoxdan, özü də nöqtə, vergülünə qədər bilirdik. Olsun, təkrar biliyin anasıdır. Mən də sizin kimi paxıl deyiləm ha, bildiyimi gizlədim. Sizin acığınıza iki xəbər də deyəcəm.
   Birincisi, sən demə, Buşun xalasıoğlu var imiş. Adı da Con Uolkerdir. Özü də o boyda Nyu-Yorkun ikinci dairə Apellyasiya Məhkəməsinin hakimidir. Görür-sünüz, ABŞ-da da qohumbazlıq at oynadır.
   İkincisi, rusların Kalininqradda raket kompleksi var. Adı da bilirsiniz nədir? Çətin bilərsiniz, qoy bu xəbəri də mən deyim. Adı "İsgəndərdi". Ada bax e?! Bu "İsgəndər" kompleksində həm qanadlı, həm də ballistik raketlər yerləşdirilib.
   Gördünüz nə qədər xəbər dedim sizə. Nolsun ki, qəflət yuxusunda olmuşam. Oyandım, eşitdim, öyrəndim. Amma, doğrusu, bunu bilməyin evdə əl boyda çörək gözləyən uşaqlara heç dəxli yoxdur. Hətta Sarkisyandan İrəvana dəvət məktubu alan Abdulla Gülün gülümsəməsinin də... Rəqsanənin neçəsini, necə və harda doğmasının da...
   
   P.S. Ümumiyyətlə, oyaq olub hər şeyi bilib, baş ağrıtmaq yaxşıdı, yoxsa yuxulu olub heç nəyi bilmədən başı salamat saxlamaq? Sual qəliz və çətin olmadı ki? Cavab gözləyirəm. Deyəsən, yuxum gəldi, görüşənədək...
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-18
2019-05-17
16:07 CAZİBƏ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Xanım, sizin sumkanızın ağzı açıqdır!

- Oy, sağ olun! Yaxşı ki, sizin kimi adamlar hələ ki, vardır. Başqası olsaydı indi pulu götürüb qaçmışdı.

- Yaxşı görək sən də, 2 manat 50 qəpik nə puldu ki?





digər lətifələr
ARXİV
FACEBOOK