Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | YADDAŞ AĞRISI Adalet.az | YADDAŞ AĞRISI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YADDAŞ AĞRISI

25640    |   2008-07-05 00:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən mövzusuzluq özü də bir mövzuya dönə bilir. Həm söhbət, həm də yazı mövzusuna. Peşmansan birisinin yanında "bu dəfə heç bilmirəm, nədən yazım" deyəsən, başlayırlar səni qınamağa. Necə yəni nədən yazım? Elə dörd bir yanımız mövzu deyil? Addımbaşı nəsə qəribə bir şeynən rastlaşırsan, birini seç yaz da. Allaha şükür, bu məmləkətdə nəyin qıtlığını çəksən də, mövzu sarıdan korluğun olmaz. O qədər əcaib-qəraib şeylər olur ki,.. Adamları qınamalı da deyil. Qınayıb nə deyəcəksən ki,.. Sözlərində həqiqət var. Ancaq söhbət mövzu tapmaqdan deyil, onları seçməkdən, yönləndirməkdən, qarşıya qoyduğun məqsədə, oxucuya nələri eşitdirmək məramına tabe elətdirməkdən gedəndə məsələ qəlizləşir. Əslində mövzu dediyimiz çox şıltaq bir şeydi. Bəzən ceyran dalına minib qəhətə çıxır, bəzən də beynində dördü-beşi növbəyə durur. Heç bilmirsən hansını yazasan, hansını birinci işləyib, hansını sonraya saxlayasan. Axtaranda səndən üz döndərir, axtarmayanda özü qarşına çıxıb "tez məni qələmə al" deyib rahat buraxmır adamı. Bəzən də gözləmədiyin halda birisi elə ağıllı, məntiqli söz deyir ki, ucundan tutub çözələsən, əməlli-başlı mövzudu.
   Tək-tənha qalıb öz-özünlə həmsöhbət olanda yaddaşın karına gəlir. Bir zaman yaşanmış, indi isə artıq həyatından çıxmış vərdişlər yaddaşının hansı küncündənsə baş qaldırıb özünü yada salır. Bir ötəri mövzular var, bir də əbədi, həmişəyaşar mövzular... Son günlər nədənsə elə hey pambıq haqqında düşünürəm. Və bu düşüncələr də öz növbəsində mənə başqa bir şeyi xatırladır. Yəqin çoxları bu hissləri yaşayıb; on-on beş il bundan qabaq çəkdirdiyin dişlərin yeri hərdənbir ağrıyır. Bir qolunu, ya qıçını itirmiş adamlar həmin əzaların ara-sıra ağrısını hiss etdiklərini deyirlər. Bu nədir? Ağrının yaddaşı, yoxsa yaddaşın ağrısı? Deyəsən, elə hər ikisidi. Amma fərq var. Ağrılar unutmağa qoymur, bir zaman sənin olan, sənin xidmətində olan canının bir parçasını yadına salır. Ağrılar bizi yaddaşsızlıqdan, unutqanlıqdan qoruyur. O müvəqqəti keyləşdiricilər öz işlərini görüb yox olurlar. Yaddaşın ağrısı isə qalır...
   Neçə gündü beynimi suallar deşir: Görəsən, indi pambıq tarlalarında hansı işlər görülür? Neçə hektarda pambıq əkilib? Necə çıxış alınıb? Mən də qəribə adamam. Adama deyərlər ki, sənin heç dərdin-sərin yoxdu? Bu qədər qayğıların içində pambığı haradan eşib çıxartdın? Axı, indi nə kolxozlar var, nə də pambıqçılıq briqadaları. İndi beş-altı fermer pambıq ya əkə, ya əkməyə. Yox, sabah mütləq aqrar şöbədən öyrənməliyəm. Soruşuram, cavabımı da alıram. Rayon üzrə filan hektarda pambıq əkilib. Əllə alaq (?) başa çatıb. Hazırda birinci kompleks becərmə aparılır. Sakitləşdin? Yox, yox... Dərdim təkcə bu deyil, axı. Onda hamısının vaxtını bilirdik, qəzetdə də yazırdıq. Bax, sahələr əkinə hazırdır, sabah çiyid səpini başlayır, artıq ilk cücərtilər alınıb, birinci suvarmadı, birinci seyrəltmədi, ikinci kultivasiya çəkilir, yığıma hazırlıq gedir, yığım başlandı, plan, öhdəlik, raport! Ay Allah, mənim dərdim heç bunlar da deyil...
   O qız-gəlinlərin üzləri, əlləri, biləkləri heç qışda da ağarmırdı, axı. İndi deyəcəksiniz ki, nə olsun, gün altında yanıb qaralmağın nə ziyanı var, cana xeyrindən başqa. Daha nə ağrıbazlıqdı?! Bu yanmağın o yanmaqdan olmadığını məndən də yaxşı bilirsiniz. Bəlkə də heç bilmirsiniz. Axı, sabah açılandan gün batanacan Muğan günəşinin altında başıaşağı, belibükülü işləməmisiniz. Televizorda ancaq nümunəvi tarla düşərgələrini görmüş, istirahət saatlarında kolxozçuların guya qəzet-jurnal oxuduqlarını seyr eləmisiniz. Günün istisindən başı hərlənən, heç beş addımı görə bilməyən adam necə qəzet oxuyurmuş, görəsən? Ancaq kolxoz sədrinin sevimlisi olan briqadirin tarla düşərgəsi nümunəvi olurdu, ancaq həmin briqada birinci raport verə bilərdi. Başqa briqadalar planı doldursalar da, dayanıb gözləməliydilər.
    Məktəbli olanda beşinci sinifdən bizi də pambığa aparırdılar. O zaman çox şeyləri anlamırdıq. Hətta uşaqların çoxu dərslərdən, müəllimlərdən canı qurtarmağına sevinirdi də. Ancaq əlimdə qələm-dəftər jurnalist kimi pambıq tarlalarını gəzəndə çox mətləblərdən halı olurdum. Mən hamilə qadının al günün altında pambıq yığdığını, bəzilərinin uşağını kürəyinə şələlədiyini, bəzisinin pambıq kollarının altında yatırtdığını, azyaşlı neçəsini də evdə yiyəsiz qoyub gəldiyini görür, anlayırdım. (20-30 ildən sonra soyuq bir yanvar gecəsində həmin uşaqların tankın tırtılları altında əzişdirilməsinə niyə təəccüb edirik ki?). Günün qızmar vaxtlarında kolların altında ilan, çiyan, əqrəb ola bilərdi (olurdu da), evdə yiyəsiz qalan uşaqlar odda yana, suda boğula bilərdi...
   Mən dünyanın ən gözəl qızını, ən məsum gəlinini də həmin pambıq tarlalarında görmüşəm...
   Amma onları haqsızlıq Muğan günəşindən də çox yandırırdı. Pambıq yığımı başa çatdıqdan sonra qabaqcılları (bu seçimdə də ədalətsizlik çox olurdu) Moskvaya aparırdılar. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisini gəzdirir, ölkənin tanınmış adamlarıynan, xüsusən də kosmonavtlarnan görüşlərini təşkil edirdilər. Bunlar ancaq görüntüydü. Nahaq yerə demirdilər ki, pambıq siyasi bitkidi... Ancaq moskvalılar bu "qabaqcıllara" ya qaraçı dəstəsi, ya da afrikalı turistlər kimi baxırdılar. Onları nədən qınayaq ki? Tələbəlikdə qəzet redaksiyalarının birində eşitmişdim ki, məsul vəzifədə olan öz qadınlarımızdan biri pambıqçılarla şəkil çəkdirməkdən açıq-açığına, həm də ədabazlıqla imtina eləmişdi. Və o zaman SSRİ-nin ali məktəblərində "Marks dühasının söz xəzinəsi"ni - İzafi dəyər nəzəriyyəsini tələbələrə əzbərlətdirirdilər. Ancaq o dahinin "Pambıq qul əməyidir" deməsini necə bərk-bərk gizlədə bilmişdilərsə, bir də ölkə dağılandan sonra eşitdik. Mənsə, "Yıxıldı ağalar, qullar dünyası" misrasından həmişə səmimi-qəlbdən həyəcanlanırdım...
   Bax, o zaman, bizim tarla qəhrəmanları öz ekzotik gərkəmləriynən moskvalıların zövqünü oxşayanda elə bizim rayonda qadınlar mağazalarda pambıq balışüzü, yorğan üstlüyü, mələfə, iplik çarpayı örtükləri tapanda özlərini xoşbəxt hiss edirdilər. İndi o günlərdən söz düşəndə elə hamı arvadlar deyirlər: "Əşi, nə zərəri vardı, özümüzçün işləyirdik day. Əməkgünümüzə düşən taxıl bu ildən o ilə qalırdı". Yenə gödən, yenə qarın məsələsi. Bu millətin qarnı həmişə başından yuxarıda dayanıb. Xeyirdə-şərdə süfrəyə düzülənlərə baxanda adam özünü insandan qeyri nəyə desən bənzədir. Elə hər oturumda adama bir çörək yeyirik ki, un da çatdırmaq olmur. Hamının fikri-zikri yeməyinin, geyməyinin reklamındadı....
   Aqrar şöbənin işçisindən soruşuram:
   - Fermerlərin əkdikləri pambığı kimlər becərib-yığır?
   - Torpaq mülkiyyətçiləri.
   - Vəssəlam? Bəs, muzdlular?
   - İmkanı olan muzdlu əməkdən də istifadə eliyir...
   - Özü də günəmuzd əməkdən, eləmi?
   - Elədi...
   Deyəsən, bu dünya elə haqsızlıq üzərində qurulub. Bəşər nəsli yaranandan 5 ictimai-iqtisadi quruluş görüb. Bu quruluşların cəmi birində- ibtidaisində əzənlər və əzilənlər olmayıb. Hətta qızıl kimi qanunlarını dünyaya car çəkən sosializm də insanın insan tərəfindən istismarını nəinki ləğv eləmədi, əksinə, onun yeni, daha riyakar nümunələrini yaratdı. Altıncı quruluş necə olacaq, bilmirəm. Amma, deyəsən, biz elə onu qururuq, axı...
   Siz də deyirsiniz ki, pambıq hara, yaddaş ağrısı hara? Əzalarını itirənlərin ağrıları yaddaşın etibarından doğur. Mənimsə yaddaşımın ağrısı ürəyimə vurur. Ürəyi isə kəsib atmaq olmur...
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK