nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Beynəlxalq mövzuda dua Adalet.az | Beynəlxalq mövzuda dua Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Beynəlxalq mövzuda dua

Və ya dilənçilərimizin repertuarı barədə bir neçə söz

23550    |   2008-06-28 00:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ermənistandakı proseslər, inşallah, elə ermənilərin öz başında çatlayacaq. Nə Amerika, nə də Rusiya onlara kömək edə bilməyəcək. Böyük Allah adildi, hər şeyi görür. Bu qədər insanın ahı yerdə qalmaz. Təzə prezidentlərinin də üz-gözündən şeytanlıq yağır. Allah onun da bəlasın verər inşallah..."
   Bu cümlələr sübh tezdən eşitdiyim ilk sözlər oldu. Əvvəlcə elə bildim ki, uşaqlar əllərini dinc saxlamayıb televizorun düyməsini basıblar. Danışan da tanış politoloqlardandı, yenə səhərin göz-başı açılmamış özünü salıb ekrana. Səs yaxınlaşdıqca gördüm ki...
   Uşaqların burda günahı yox imiş. Politoloq da yerini həftədə yolunu ən azı üç-dörd dəfə bizim məhlədən salan dilənçiyə verib. Təbii ki, ekranda yox, həyət-bacada. Bizim politoloqlar ekranda yerlərini heç doğma qardaşlarına da güzəştə getməzlər.
   Dilənçini bizim məhlədə 7-dən 77-yə hamı tanıyır. Cavan, yaraşıqlı oğlandı, məndən dörd-beş yaş kiçik olar. Zalım oğlunda bir boy-buxun var ki, gəl görəsən. Pekin Olimpiadasına aparan olsa, nəğd bürünc medal varımızdı. Özünün dediyinə görə, iş yoldaşları ilə təyinat məsələsini söhbət edəndə bizim məhlə onun payına düşüb. Deyir həmkarları arasında siyasətlə maraqlanan çoxdu. ATƏT-in baş katibi Mark de Brişambonun canına and içir ki, iş yoldaşlarından biri lap hazır politoloqdu, bu dəqiqə istənilən telekanalda siyasi icmalçı işləyə bilər.
   Səhər tezdən dilənçinin səsini eşidən kimi onun sözləri yadıma düşdü. Tərifləyib göylərə qaldırdığı həmkarını yaxından görmək üçün nömrəsini nişan verdiyi marşruta çatmışdım ki...
   "Qardaşlar, imkanım yoxdu, kömək edin. Allah sizi Bill Klinton kimi zənən şərindən uzaq eləsin, Bernar Fasie kimi dost hiyləsindən saxlasın. Bacılar, imkanınız varsa, yardım əlinizi uzadın. Görüm Allah sizi Nikola Sarkozi kimi vəfasız ərdən qorusun..." Dilənçi dayanmaq bilmirdi. İnandım ki, necə deyərlər, sahə dilənçimiz öz həmkarını doğru-düzgün təsvir edib. Nə isə gördüm avtobusda istidən boğuluram, tez özümü verdim Bakının ən sərin yerinə yerinə, yəni metroya. Vaqonun qapısı təzəcə bağlanmışdı ki...
   "Müsəlman bacı və qardaşlarım, kömək edin. Xəstəm var, dərman almağa imkan tapa bilmirəm. Qoymayın balalarım Səddam Hüseynin uşaqları kimi gözümün qabağında məhv olsun. Sizi and verirəm Əhmədinejatın canına. Allah həmişə insaflı bəndələrini sevir. Buşun ürəyində insaf olmadığından başı həmişə bəladadır. Siz də şahidsiniz ki, gündə Amerikada daşqın olur, sel ştatları yuyub aparır..."
   Növbəti stansiyada düşəndə nə biləydim ki, beş dəqiqə sonra növbəti dilənçi qarşımda durub siyasi mühazirə oxu-yacaq...
   "Allah heç bir ata-anaya bin Laden kimi fərsiz övlad verməsin. Mən də belə övladın üzündən bu günə qalmışam, ev-eşiyimi əlimdən alıb küçələrə atıblar. Üç gündür ki, dilimə çörək dəymir. Kimin imkanı varsa. Kömək etsin. Allah sizi Dmitri Medvedyev kimi bütün arzularınıza çatdırsın..."
   Yolun o biri üzündə ağac kölgəsində oturan hündür boylu, enli kürəkli dilənçi isə balaca oğlunu da özünə müavin götürmüşdü. Dualarından belə başa düşdüm ki, sabah yekunlaşacaq futbol üzrə XIII Avropa Çempionatına maraqla baxıb...
   "Allahı sevərsiniz, kömək edin. Allah balalarınızı saxlasın. Görüm uca Tanrı balalarınıza Arda Turan, Semih Şəntürk kimi yaxşı bəxt versin. İşiniz avand olsun, Fidel Kastro kimi uzun ömür sürəsiniz..."
   Evə qayıdanda məhləmizin sahə dilənçisi işini yekunlaşdırıb getmişdi. Elə yorulmuşdum ki, çörək yeməyə də halım qalmamışdı. Özümü televizorun qarşısına güclə çatdırdım. Kanalların hansındasa iki politoloq siyasi hadisələri təhlil edirdilər...
   
   


Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2020-04-08
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK