hacklink Adalet.az | KİM ÖZ CƏLLADINI TANIYIR Kİ? Adalet.az | KİM ÖZ CƏLLADINI TANIYIR Kİ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KİM ÖZ CƏLLADINI TANIYIR Kİ?

("Tarix - ibrət alanlar üçün dərsdir" silsiləsindən)

15869    |   2008-06-21 00:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1929-cu ildə SSRİ-dən rəsmən qovulan L.D.Trotski 1932-ci ildə Sovet vətəndaşlığından da məhrum edildi. Özünü həqiqi leninçi adlandıran Lev Davıdoviçi Odessadan İstanbula elə "İliç" gəmisində yola saldılar. Bir yerdə qərar tutmayan Trotski ölkələr do-laşa-dolaşa axırda gəlib uzaq Meksikada məskunlaşdı, məkrli Kobanın qəzəbindən həmişə ehtiyatlanırdı. Amma mübarizəsindən əl çəkmək niyyətində deyil-di. Okeanın o tayından siyasi rəqibini ideoloji cəbhənin arsena-lındakı uzaq məsafəli toplarından mütəmadi atəşə tuturdu. "Mərmi-lər"in sədaları Stalini gündüzlər rahat buraxmazdı, gecələr yuxu-sunu qaçırardı. 1936-38-ci illərdə Moskvada keçirilən açıq məhkəmə proseslərində nə qədər insan "günahlarını" boynuna aldı. Bütün fitnə-fəsadların qaynağı kimi, hər dəfə Trotskinin adı hallanırdı. Özü uzaqlarda olsa da, kölgəsi o ki var qılınclanırdı. Müttəhimlər beyinlərinin trotskizm ideyaları ilə zəhərləndiyini etiraf edib, bağışlanmalarını istəyir, hakimlərdən mərhəmət diləyirdi. "Ədalətli" məhkəmə bir nömrəli "vətən xaini"nin gizli şəbəkə üzvlərini ifşa etdikcə, təbliğat maşını cəmiyyətdə "xalq düşmənləri"nə qarşı nifrət və intiqam hissini artırırdı. Qəribədir ki, o illərdə ölkə üzrə kütləvi həbslərə, qırğınlara baxmayaraq, xalqda vətənpər-vərlik, dövlətçilik duyğusu, partiya ideyalarına sədaqət xeyli güclən-mişdi. Güllələnməyə məhkum olunanlar son anda "yaşasın Stalin" deyib, həyatla vidalaşırdılar. Düşmənə qarşı nifrət hissi o qə-dər güclü idi ki, sərhədlər aşıb dünyanın istənilən nöqtəsində seçdiyi hədəfi tapa bilərdi. Bu re-allığı dərk edən və ehtiyatı əldən verməyən Trotski yaşadığı yerin qapı-pəncərəsini möhkəmlətmişdi. Həyətdə gözətçi saxlayırdı, cangüdənlə gəzirdi.
   
   BİR ƏLİNDƏ FIRÇA,
   O BİRİNDƏ TAPANÇA
   
   1940-cı ilin may ayının 24-də Kayoakandakı villası silahlı bas-qına məruz qalanda məsələnin nə dərəcədə ciddi olduğunu Trotski bir daha anladı. Həmin gün maskalılar içəri daxil olub evi güllə-baran etdilər, amma qurbanlıq adam yenə sağ qaldı. Lev Davıdoviç son anda duyuq düşüb həyat yoldaşı və nəvəsi ilə gizlənməyə macal tapmışdı. Bu hadisə barədə aləmə car çəkildi, mətbuat səhifələrində xəbərlərə geniş yer ayrıldı. Maraqlıdır ki, qisasçı qrupun rəhbəri məşhur rəssam Alfaro Sikeyros idi. Kommunist rəssamın baş tutmayan terror aktından sonra Trotskinin mühafizəsi daha da gücləndirildi, əlavə təhlükəsizlik tədbirləri görüldü. Lev Davıdoviç qələmini bir az da itiləmişdi. Stalinin simasında sosialist inqilabını marksizmə-leninizmə xəyanət edənlərin cəngindən qurtarmağa çağırırdı. Deyəsən, illərdən bəri mübarizə aparan hər iki tərəfin səbri artıq tükənməkdə idi. Moskva tələsmədən, ehtiyat və səbrlə hazırlanan intiqam planını həyata keçirməyə razılıq verdi. Mühüm tapşırığın icrasına kimlərin cəlb edildiyini çox az adam bilirdi. Hər şey son dərəcə məxfi saxlanılırdı. Otuzuncu illərin axırlarına yaxın daxili düş-mənlərini bir-bir dənləyən Stalinə xaricdən açıq-aşkar meydan oxuyan, onun əleyhdarlarını bir araya gətirib mübarizəyə ruhlan-dıran, hələ də dünya sosialist inqilabı xülyası ilə yaşayan Trotski müxalifətin sonuncu dayaq nöqtəsi, lider kimi yeganə ümidgahı olaraq qalırdı. Qırxıncı ilin aprelində Trotski "Sovet fəhlələrinə müraciət" adlı çağırış mətni yazdı. Bu, açıq şəkildə fəhlələri Stalinə qarşı silahlı qiyama hazırlaş-mağa təhrik idi. Mətbəə üsulu ilə böyük tirajla çap olunan vərəqələrin Sovet İttifaqı ərazisində yayılması nəzərdə tutulurdu. Səbr kasası dolduqca intiqam anı da yaxınlaşırdı. Beriyanın rəh-bərliyi ilə məxfi əməliyyatın ha-zırlığı Pavel Sudoplatov və Naum Eytinqona tapşırılmışdı. Terror aktını həyata keçirmək üçün variantlar çox idi. Nəhayət birinin üzərində dayanıb detalları işlə-məyə başladılar. Plana əsasən Trotskinin qətli onun yaxınları tərəfindən baş verməliydi. Hələ də "Ördək ovu"nun (əməliyyatın şərti adı belə idi - E.B.) bütün təfərrüatı tam aydın olmadığından tədqiqatçıların, jurnalistlərin yazılarında, şahidlərin xatirələrində bəlli faktların fərqli təqdimatına, məkan və insan adlarında qeyri-dəqiqliyə və digər yanlış məqamlara rast gəlinir. Amma indiki halda bizim üçün 68 il öncə Kayoakandakı villalardan birində Frenk Ceksonun törətdiyi cinayətin təfərrüatı deyil, mahiyyəti maraqlıdır. Həmin gün Cekson kənardan kimsənin diqqətini cəlb etməmək üçün buz kimi soyuqqanlı olmağa çalışırdı. Hər bir insana doğularkən ad verilsə də, sonralar hər kəs öz adıyla böyümür. Bəziləri ayaması, kimlərsə təxəllüsü ilə daha çox tanınır. İspaniyada kifayət qədər zəngin ailələrdən birində dünyaya göz açan Ramonun sonrakı taleyi bir qədər fərqli olduğundan yaşadığı yerlər də, daşıdığı adlar da, peşəsinə uyğun oynadığı rollar kimi zaman-zaman dəyişərdi. Anası Mariya Karidedlə bərabər Ramon Merkader uzun illər NKVD-nin agenti olaraq çalışıb. Hər ikisi müxtəlif ölkələrdə müxtəlif adlarla müxtəlif vaxtlarda mühüm tapşırıqlar yerinə yetiriblər. Ramon Merkader İspan- kommunist partiyasının üzvü idi. Əməliyyatçı kimi gizlı ismi Raymond olub. NKVD-nin xüsusi təlim mərkəzlərində hazırlıq ke-çən 26 yaşlı yaraşıqlı, fiziki cəhətdən sağlam və ən başlıcası da soyuqqanlı idi. İspan, fransız, ingilis, rus dillərini sərbəst bilməsi onu işlədiyi idarədə çoxlarından fərqləndirirdi. Mühüm və son dərəcə məsuliyyətli tapşırığı yerinə yetirmək üçün Moskvada xeyli hazırlıqdan sonra Jak Mornar adına kimliklə Parisə yola salındı. Sena sahillərində Silviya adlı amerikalı qadınla "təsadüfi" tanışlığı da "Ördək ovu"nun tərkib hissəsi idi. Bu xanım da kim olsa yaxşıdır? Trotskinin yaxın kömək-çilərindən biri... Sevgililər şəhərində rus mənşəli amerikalı qadınla onun məhəbbət macərası belə başladı. Bir könüldən min könülə aşiq olan Jakın evlənmək təklifi məmnuniyyətlə qəbul olunur. Bəxtəvər cütlüyü talemi deyək, qismətmi adlandıraq (əslində, NKVD-nin dəqiq hesablamaları desək daha düz olar-E.B.), gəmiylə Nyu-Yorka gətirib çıxarır. Orada bir qədər yaşayandan sonra Meksikaya köçürlər. Mexi-koya gələndə Jak dönüb olur Frenk Cekson. Sevgilisinə bunun səbəbini orduya çağırışdan yayın-ması ilə əlaqəli olduğunu söyləsə də təbii ki, gerçək səbəb məxfi tapşırıqla bağlı idi. Yaşı altmışı ötmüş Lev Trotski ilə Frenkin tanışlığı birdən-birə baş tutmadı, xeyli zaman apardı. O, şübhə do-ğurmamaq üçün çox ehtiyatla hərəkət edirdi. Hər dəfə sevgilisinin dalınca villaya gələndə küçə darvazasından bir qədər aralıda dayanıb saatlarla gözləyərdi. Gözətçilərin gözü artıq ona alışmışdı. Bilirdilər ki, yaraşıqlı cavan Lev Davıdoviçin köməkçisi Silviyanın əridir. Bir qədər də qısqancdır. Bu məsələdən Lev Davıdoviç də xəbərdar idi. Günlərin birində köməkçisinin xətrini qırmamaq üçün onunla tanış olmaq fikrinə düşdü. Frenk ilk gündən özü barədə xoş təəssürat yaratdı. Söhbətdən məlum oldu ki, o, marksistdir və bu məsələdə Trotskinin baxışlarını paylaşır. Bir müddət sonra ailəyə məhrəm sayılan, evə sərbəst gəlib-gedən adamların siyahısına Cekson da daxil edildi. Beləliklə, Frenk Lev Davıdoviçin etibarını qazana bildi. Hər görüşündə gənc kommunistin nəzəri biliklərə daha çox yiyələndiyini, trotskizm ideyaları ilə silahlandığını görüb xoşhal olurdu. Axı, bu cür gənclər məfkurə mübarizəsində Liderə çox gərək idi. Peşəkar inqilabçı nə biləydi ki, ömrünün altmış birinci baharında qəlbini ovsunlayan bu gənc onun cəlladıdır. Bu dünya-da kim öz gerçək cəlladını əvvəlcədən tanıyıb ki?
   
   İSTİ YAYIN QANLI GÜNÜ
   
   Mexikoda havalar isti keçirdi. Buna baxmayaraq, Frenk əynində plaş, başında şlyapa Trotskinin evinə gələndə, nədənsə onun görkəmindən kimsə şübhələnmədi. Daxili qaydalara uyğun olaraq gözətçilər onu içəriyə qədər müşayiət etdilər. Lev Davıdoviçin həyat yoldaşı Natalya nahar süfrəsi hazırlayırdı. Xanım vaxtsız-vədəsiz gələn qonağı da yeməyə dəvət etdi. Frenk təşəkkürünü bildirib qəfil gəlişinin "gerçək" səbəbini açıqladı. Dedi ki, yeni məqaləmi dərc etməzdən öncə müəllimimə göstərmək, onun fikrini öyrənmək istədim. Lev Davıdoviç iş otağına keçib məqaləni yenicə oxumağa başla-yanda Frenk plaşının altında gizlətdiyi buz baltasını çıxarıb onun baş nahiyəsinə arxadan güclü zərbə endirdi. Haray-qışqırıq səsinə gələn mühafizəçilər canini zərərsizləşdirə bildilər. Üst-başı qana bulaşmış Trotskini təcili xəstəxanaya çatdırdılar. Həkimlərin bütün səyinə baxmayaraq, ertəsi gün Lev Davıdoviç vəfat etdi. Bununla da qabarma və çəkilmələrlə düz 16 il davam edən Stalin -Trotski qarşıdurması sona yetdi. Stalinlə bir ildə (1879) Tiflisdə dünyaya gələn Leyba Bronşteyn 61 yaşında Trotski adıyla Mexikoda torpağa tapşırıldı. Matəm mərasimində yüz minlərlə adam iştirak edirdi. Dünya mətbuatında Trotskinin vəhşicəsinə qətlə yetirilməsinə geniş yer ayrılmışdı. Həmin günlərdə "Pravda" qəzeti qətl hadisəsi ilə bağlı xəbərində yazırdı ki, sui-qəsdi törədən şəxs özünü Jan Morqan kimi təqdim edib. O, Trotskinin davamçısı və ailəsinə yaxın adam imiş.
   "Ördək ovu" əməliyyatı uğurla başa çatdı. Arxivlərdə saxlanılan sənədlərdən indi o da məlumdur ki, Beriya bu tapşırığın yerinə yetirilməsində xüsusi fərqlənən NKVD əməkdaşlarının dövlət mükafatları ilə təltif olunması barədə yoldaş Stalinə yazılı müraciət edibmiş. Təqdimatın üzərində Baş katibin "za" (yəni, razıyam-E.B) dərkənarından sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə (bu qərar mətbuatda dərc olunmayıb-E.B.) N.İ.Eytinqon, İ.P.Qriquleviç, L.P.Vasilevski, P.P.Postelnyak, P.A.Sudoplatov, eləcə də ana və bala Merkaderlərin vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilib.
   
   MAVR ÖZ İŞİNİ GÖRDÜ. BƏS, AQİBƏTİ NECƏ OLDU?
   
   Cinayətdən sonra dərhal həbs olunan Frenk Cekson istintaq zamanı Sovetlərin xüsusi xidmət orqanları ilə əlaqəsini, Moskvanın tapşırığını yerinə yetirməsini qəti şəkildə inkar etdi. Verdiyi ifadələrə görə, guya qətli şəxsi motivlər əsasında, qısqanclıq zəminində təkbaşına həyata keçirmişdi. Məhkəmədə ona 20 il iş kəsdilər. 1960-cı ildə azadlığa buraxılanda artıq nə İosif Vissarionoviç Stalin sağ idi, nə Lavrenti Pavloviç Beriya həyatda vardı. SSRİ-də yeni mərhələ - Nikita Xruşşov dövrü başlamışdı. Beriya xalq düşməni kimi güllələnmişdi. Stalinin özünü bir çox cinayətlərin törədilməsində günahkar bilib tənqid atəşinə tutmuşdular. Millətlər atasının çoxsaylı heykəlləri dağıdılmışdı, şərəfinə verilən küçələrin, prospektlərin, tədris ocaqlarının müəssisələrin, yaşayış məntəqələrinin adları dəyişdirilmişdi. Hətta NKVD-nin də adı dəyişmişdi. Dəyişməyən bircə o idi ki, Moskva fədakar və sədaqətli agentini unutmadı, onun taleyi-nə biganə qalmadı. Ramon Merkader Meksikanı tərk edib giz-lincə Kubaya, ordan da gəmiylə SSRİ-yə gətirildi. Trotskinin qati-linə təntənəli surətdə Sovet İttifaqı Qəhrəmanı adı və Lenin ordeni təqdim edildi. Paytaxtda geniş mənzillə, fərdi təqaüdlə təmin olundu. Bir müddət Marksizm-Leninizm institutunda elmi işçi kimi çalışdı. Ömrünün son illərini Fidel Kastronun dəvətini qəbul edib Azadlıq adasında keçirdi. Havanada necə yaşadığını, nə işlər gördüyünü dəqiq bilmirəm. Dəqiq onu bilirəm ki, 1978-ci ildə sarkoma xəstəliyindən vəfat etdi. Markaderi Lopes Ramon İvanoviç adı ilə Moskvanın Kuntsevo məzarlığında dəfn etdilər. Ramon o dünyaya da öz adıyla getmədi...


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO