hacklink Adalet.az | BƏXTİYAR ƏLİYEV: "AZƏRBAYCAN İNKİŞAF EDƏN DÖVLƏTLƏRİN SIRASINDADIR" Adalet.az | BƏXTİYAR ƏLİYEV: "AZƏRBAYCAN İNKİŞAF EDƏN DÖVLƏTLƏRİN SIRASINDADIR" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BƏXTİYAR ƏLİYEV: "AZƏRBAYCAN İNKİŞAF EDƏN DÖVLƏTLƏRİN SIRASINDADIR"

16622    |   2014-12-12 08:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünkü Azərbaycan gerçəkliyi, ölkənin ictimai-siyasi durumu, xüsusilə akademik Ramiz Mehdiyevin bir-birinin ardınca nəşr olunmuş 3 sanballı məqaləsi və onun əks-sədasıg bütün bunlarla bağlı millət vəkili, professor Bəxtiyar Əliyevin fikirlərini öyrənmək və onun bir alim, bir ziyalı yanaşmasını oxuculara çatdırmaq üçün dövlət universitetinə baş çəkdim. Gəlişimin məqsədi hörmətli Bəxtiyar müəllimə aydın olandan sonra o, məmnuniyyətlə suallarımızı cavablandırdı.

- Bəxtiyar müəllim, öncə bu günümüzün Azərbaycanı barəsində fikirlərinizi bilmək istərdim.
- Əvvəla təşəkkür edirəm ki, qoyduğunuz suallarla bağlı mənim fikirlərimi öyrənmək qərarına gəlmisiniz. Doğrudan da öncədən tanış olduğum sualların hər birində hamımızı, Azərbaycanın sıravi adamından tutmuş dövlət məmuruna qədər hər kəsi həm düşündürən, həm də onlara bəlli olan məqamlar öz əksini tapıbdı. Bu mənada günümüzün Azərbaycanı artıq birmənalı şəkildə demək olar ki, artıq inkişaf etməkdə olan ölkələrin deyil, birmənalı şəkildə inkişaf edən dövlətin sırasında öz yerini tutub. Təkcə son 7 ilin mənzərəsini, özü də dünya çapında görünən mənzərəsini nəzərdən keçirsək, görərərik ki, Avropanın inkişaf edən dövlətləri iqtisadi böhran yaşadıqları halda, Azərbaycan və müəyyən qrup dövlətlər bu böhrandan təkcə yan keçmədi, həm də iqtisadi uğurlara imza atdı. Təbii ki, bunun da əsasında Ulu Öndərin böyük və uzaqgörən iqtisadi, siyasi kursu dayanırdı. O, bizə möhkəm özülü olan müstəqil Azərbaycan bəxş edibdi. Bu gün Azərbaycan prezidenti İlham Əliyev də möhkəm özülü, konkret istiqaməti, bəlli yolu olan bir dövlətin sükanı arxasında əyləşib onu peşəkarlıqla idarə edir. Bir məqamı da vurğulayım ki, bu gün Azərbaycan təkcə regionda, MDB məkanında deyil, bütövlükdə dünyada yeri görünən, yeri olan sözü nəzərə alınan bir dövlət statusundadı. Təbii ki, bu da məhz həmin o möhkəm özülün, uğurlu siyasi və iqtisadi siyasətin, həmçinin xalqla hakimiyyətin bütövlüyünün bəhrəsidi. Müstəqil Azərbaycan dövlətinin güclənməsi, onun potensialının artması onun gücünün göstəricisidi. Təbii ki, bu da hər bir Azərbaycan vətəndaşına dünyanın hansı dövlətində olur olsun, yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq, arxasında güclü Azərbaycan dövlətinin dayandığına güvənc hissi verir. Deməli, bu sadə və gerçək məntiq onu göstərir ki, bunlar heç da asan əldə olunmayıb. Yenə də əvvəlki fikrimə qayıdıram ki, Ulu Öndərin böyük iqtisadi strategiyası prezident İlham Əliyevə dövlətimizi inkişaf edən dövlətlərin cərgəsinə çıxarmağa imkan veribdi. Bir məqamı xatırlatsam, yəqin ki, mənimlə razılaşarsınız. Belə ki, bugünün Azərbaycanı inkişaf etmiş Avropa dövlətlərinin bir manat da olsun sərmayəsini ərazisində yatırmadan, ona istinad etmədən belə ən böyük layihələri belə gerçəkləşdirir. Bununla da o, təkcə həmin layihələri gerçəkləşdirmir, həm də bölgədə təhlükəsizliyi təmin edə biləcək dövlətə çevrilib. Bizim son 7 ildəki iqtisadi artımımız dünyanın bir-iki dövlətində rast gəlinir. Bu iqtisadi bazis bizdə vətəndaş cəmiyyətinin, demokratik dövlət quruculuğunun inkişafı istiqamətində biz, hətta mən deyərdim ki, Avropanın da bir çox dövlətlərini ötüb keçmişik. Bu gün Azərbaycanda fikir, söz azadlığı hakimdi. Bugünün Azərbaycanı tolerantlığın beşiyinə çevrilib. Yaşadığımız Azərbaycanda milli, dini həmrəylik ən yüksək səviyyədədi. Biz dünyaya vətəndaş həmrəyliyi cəmiyyətinin modelini təqdim edə bilmişik. Nə qədər axtarsaq da, araşdırsaq da, elə bir dövlət tapa bilmərik ki, orada müxtəlif mədəniyyətlər və dinlər Azərbaycandakı qədər bir-birinə doğma və həmrəy olsunlar...g
- Bəxtiyar müəllim, üzr istəyirəm, sözünüzü kəsirəm, mənə elə gəlir ki, bu model bizdə artıq dövlət siyasətidi.
- Bəli, çox doğru buyurursunuz, bu həqiqətən belədi və Avropada bəyan ediləndə ki, multikulturalizm artıq iflasa uğrayıb, onda Azərbaycan prezidenti İlham Əliyev bəyan etdi ki, bəşəriyyətin gələcəyi məhz multikulturalizmdədi. Əgər millətlərin, xalqların, etnik qrupların birgə yaşayışını, özü də normal yaşayışını təmin edə bilməyəcəyiksə, onda bəşəriyyətin hansı xoşbəxt gələcəyindən danışa bilərik? Bax, buna görə də mən hesab edirəm ki, günümüzün Azərbyacanı həqiqətən bir humanitar mərkəzə çevrilib. İndi Azərbaycanın paytaxtında və bölgələrində ən yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir. Azərbaycan eyni zamanda həm də bir tolerantlıq mərkəzinə çevrilib. Azərbaycan eyni zamanda mədəniyyətlərin qovuşağına və özü də nümunə qovşağına çevrilibidi. Ona görə də Azərbaycan böyük tədbirlərə çox rahatlıqla, böyük ürəklə, səxavətlə, həm də məharətlə ev sahibliyi edir...g
- Bəxtiyar müəllim, bəs siyasi müstəvidə baş verənlərlə bağlı nə deyə birəsiniz?
- Bu gün Azərbaycanda demokratikləşmə, məntiqli və ardıcıl davam etdirilən siyasi mübarizə həqiqətən ürəkaçandı. Yəni xalq öz iradəsini sərbəst şəkildə ifadə edə bilir və eləcə də xalqın sosial həyatını qurmaq imkanları genişlənir. Bunu da dövlət gerçəkləşdirir. Biz tarixdə elə bir fakt tapa bilmərik, elə bir dövlət göstərə bilmərik ki, ərazisinin 20 faizdən çoxu işğal olunsun, bir milyona yaxın qaçqını, köçkünü olsun və kənardan heç bir maliyyə dəstəyi almadan həm ordu quruculuğu ilə, həm dövlətin qurulması ilə, üstəlik, həm də bu qədər qaçqın və məcburi köçkün üçün qəsəbələr salınsın, infrastruktur yaradılsın, sosial obyektlər istifadəyə verilsin. Bu faktı müstəqil Azərbaycan dünya tarixinə yazmağı bacardı. Yəni bu qədər çətinliklərin, bu qədər problemlərin, xarici və daxil basqıların altında Azərbaycan dövləti 70-dən artıq qaçqın qəsəbəsini tikib bütün infrastrukturu ilə birlikdə soydaşlarımızın ixtiyarına veribdi. Burada ən önəmli məqamlardan biri də bütün bunların hamısı təmənnasız, yəni həmin insanlardan sadə şəkildə desəm, bir manat da təmənna gözləmədən reallaşıb. Əgər xatırlayırsınızsa, Azərbaycana humanitar yardım dayandırılandan sonra cənab İlham Əliyev bəyan etdi ki, mənim prezidentliyim dövründə Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bəli, bu gün təkcə çadır şəhərcikləri ləğv edilməyib, həm də dövlət binalarında, sosial obyetklərdə məskunlaşan qaçqınlar da evlə təmin edilibdi. Cənab prezidentimizin birbaşa göstərişi və nəzarəti altında inşa olunan çoxmərtəbəli binalar, cəbhə bölgəsindəki şəhərciklər, bütün yaradılan müasir infrastruktur artıq hər kəsə bəllidi. Yeri gəlmişkən, onu da deyim ki, bir vaxtlar Ağdam bölgəsində 30 minə yaxın soydaşımız məskunlaşmışdı. Bu gün artıq həmin rəqəm 90 mini keçib. Bu da həm xalqın öz prezidentinə inamının, onun ətrafında birləşməsinin, həm də yaradılmış şəraitin bəhrəsidi. Hər kəs yaşamaq üçün normal şərait hüququna malikdi. Möhtərəm prezidentimiz də insanların bütün hüquqları ilə yanaşı, məhz həmin normal yaşamaq hüququnu da təmin edib, onun qarantı olubdu. Təbii ki, bu uğurların da kökündə Ulu Öndərin konsepsiyaları dayanırdı. Əgər xatırlayırsınızsa, onun neft konsepsiyası, "Əsrin müqaviləsi"nin imzalanması, yeni kəmərlərin çəkilməsi Azərbaycanın iqtisadi qüdrətini böyük bir təkanla artırdı və ölkədə Neft Fondu yaradıldı. Xüsusii vuruğulamaq istəyirəm ki, Azərbaycanın Neft Fondu dünyanın yeganə iki fondundan biridir ki, BMT-nin sertifikatını alıb, özü də şəffaflığa görə. Bu fond artıq dünya üçün nümunədi. Bir anlıq tarixə nəzər salsaq, görərik ki, fonddan ilk vəsait ayrılmaları məhz qaçqın və köçkün soydaşlarımız üçün oldu, səhiyyə, təhsil müəssisələri üçün edilib, təqaüdlərin artırılmasına, sosial yardımların verilməsinə istiqamətləndirildi. Bu gün Azərbaycan işsizliyin faizinə görə, inkişaf etmiş dövlətlərlə eyni mövqedədi. Təbii ki, burda da Neft Fondunun hesabına yaradılan iş yerlərinin böyük əhəmiyyəti var. O ki, qaldı sizin sualınızın mahiyyətinə, bu gün Azərbaycanda çoxlu sayda siyasi partiyalar, QHT-lər fəaliyyət göstərir. Azərbaycan dövləti və onun iqtidarı demokratiyaya açdığı qapıların bəhrəsidi ki, dövlət özü həmin siyasi partiyaları maliyyələşdirir ki, fəaliyyət göstərə bilsin. Amma təəəsüf ki, Azərbaycanda özünü siyasi partiya kimi təqdim edən bir çox partiyalar yalnız seçkidən-seçkiyə fəallaşırlar və bu fəallıq da ancaq ofislərində gerçəkləşir. Bu gün iqtidarda olan Yeni Azərbaycan Partiyası və onun sədri hər an xalqın arasındadı, xalqın yanındadı. Təkcə bir il ərzində ölkə prezidenti respublikanın regionlarına 300-ə yaxın səfər edib. Heç bir ölkədə dövlət başçısının bu boyda ölkədaxili səfərləri olmayıb. Amma Azərbaycan prezidenti bilavasitə yerlərdə olur, adamlarla ünsiyyət qurur, problemlərin həllinə təkan verir, yeni obyektlərin açılışında, istifadəyə verilməsində xalqın önündə dayanıb onların sevincinə qoşulur. Bu da xalqla prezidentin həmrəyliyini, birliyini sarsılmaz edir. Dövlətlə xalq nə qədər sıx vəhdətdə, təmasda olsalar, o ölkəni parçalamaq, o ölkəyə nifaq salmaq o qədər də çətin olar. Təəssüf ki, bizim daxili və xarici düşmənlərimiz ən çirkin variantlara əl atır ki, ölkədə hansısa bir itaətsizliyə, xaosa nail ola bilsinlər. Elə bugünlərdə məscidin yandırılması cəhdi ilə bağlı atılan addım da həmin çirkin niyyətlərin bir detalıdı. Amma onlar unudurlar ki, Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil. Onun həm öz torpaqlarını azad etmək, həm də istənilən qüvvəyə cavab vermək imkanları var. Cəbhə bölgəsindəki helikopter hadisəsi dediyimizə sübutdur.
- Bəxtiyar müəllim, bir məsələyə də münasibətinizi öyrənmək istəyirəm. Yəqin ki, akademik Ramiz Mehdiyevin son məqalələri ilə tanışsınız...g
- Nəyə işarə etdiyinizi başa düşürəm. Mən konrket olaraq bildirmək istəyirəm ki, bu məqalələr çox fundamental və dünya siyasətinin indiki durumuna aydınlıq gətirən dəyərli bir tədqiqat işidir. Yəni hörmətli akademikimiz bu məqalələrində Azərbaycanın qədim tarixindən bu günə qədər qarşılaşdığı bütün haqsızlıqları, keçdiyi mübarizə yolunu, dövlətçilik tarixini, ermənilərin regionda yerləşdirilməsi məsələsini, ikili standartların görünən və görünməyən çalarlarını xarici mənbələrin əsasında çox mükəmməl bir şəkildə ictimaiyyətə təqdim edibdi. Buradakı faktlar o qədər dəqiqliklə araşdırılıb və təqdim edilib ki, hətta yaxın və uzaq qonşularımız ikili standartlardan çıxış edənlər belə səslərini çıxara bilməyiblər. Çünki bu məqalələrdə dəqiq, qərəzsiz və gerçək faktlar ortaya qoyulubdu. Bir məqamı vurğulayım ki, bu gün Azərbaycana qarşı qərəzli mövqe tutan AŞ PA baş katibinin, Avropa İttifaqı sədrinin və digərlərinin özləri korrupsiyaya meylli olduqları halda, onun içərisində yaşadıqları halda, Azərbaycana qarşı iftiralardan çəkinmirlər. Üstəlik, onların rəhbərlik etdiyi qurumların tribunasından Köçəryan bəyan edir ki, mən fəxr edirəm ki, Xocalının azad edilməsində iştirak etmişəm. Sərkisyan bəyan edir ki, azərbaycanlılar elə etməsinlər ki, biz Kürə qədər gedib çıxaq. Bax, bu sərsəm fikirləri dilə gətirən işğalçını, canini yerində oturtmaq əvəzinə susan və bununla da ikili standartların bariz nümunəsini göstərən beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının tapdalandığını bəyan edirlər. Amma onların öz ölkələrində islam dininə qarşı, eləcə də irqçilik, faşizm və digər istiqamətli fəaliyyətlər açıq-aşkar şəkildə tüğyan edir. Bir məqamı da vurğulayım ki, artıq demokratiyadan ağızdolusu danışanlar öz iqtisadi-siyasi maraqlarına söykənib dünyanın müxtəlif ölkələrində hakimiyyət çevrilişləri, qanlı vətəndaş müharibələri törətməkdən çəkinmirlər. Əfqanıstanda, İraqda, Suriyada, Misirdə, Ukraynada və digər bölgələrdə baş verənlər məhz həmin "demokratiya" carçılarının istəklərinin nəticəsidi. Onlar bu istəyi Azərbaycana tətbiq edə bilmədiklərindən müxtəlif təyziqlərə, şantajlara əl atırlar. Amma unudurlar ki, Azərbaycanla təyziq dilində danışmaq artıq mümkün deyil. Bax, hörmətli Ramiz müəllimin məqalələrində də istər Qarabağla bağlı, istər Şah İsmayılla bağlı, istər ikili standartlarla əlaqəli olan araşdırmaların hamısında əsas xətt Azərbaycan dövlətçiliyi və Azərbaycan prezidentinin uğurlu siyasətidi.
- Son olaraq bir millət vəkili kimi öncə öz seçicilərimizə və bütövlükdə xalqımıza arzularınızı eşitmək istərdik.
- Təbii ki, ən böyük arzum torpaqlarımızın işğaldan azad edilməsi, yaratdığımız infrastrukturun bilavasitə Ağdamda, Şuşada, Füzulidə, Xocavənddə və digər torpaqlarımızda gerçəkləşdirilməsidi. Həmçinin xalqımıza və dövlətimizə sarsılmaz birlik, qələbəyə inam və prezidentimizin rəhbərliyi altında yeni-yeni uğurlara qovuşmaq diləyimdi. İnanıram ki, müstəqil Azərbaycan və onun azad insanları daha xoşbəxt günlərə qovuşacaqdı. Çünki bu xalq, bu ölkə Ulu öndərimizin layiqli varisinin rəhbərliyi altında əzmlə, yorulmadan yeni arzulara doğru, yeni üfuqlərə çatmaq yolunu seçibdi. Hər kəsə bu yolda uğurlar diləyirəm.




YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK