deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Adalet.az | SÖZ ARDINCA... Adalet.az | SÖZ ARDINCA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SÖZ ARDINCA...

27675    |   2008-04-19 00:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sözü də gərək vaxtında haxlayasan. O qədər olub ki, macal tapıb kağız-qələm götürənə kimi ən yaxşı fikirlərimi, cümlələrimi ya unutmuşam, ya da ağlıma gələn kimi yaza bilməmişəm. Televizorun böyrü-nə həmişə dəftər-qələm qoyuram. Mahnıların xoşuma gələn misralarını, söhbət və müsahibələrdən ağlıma batan, ürəyimə yatan fikirləri yazıram həmin dəftərə. Ancaq bu azdı. Fikirləşirəm ki, bəlkə kağız-qələmi həmişə yanımda gəzdirim. Məsələn, balışımın altına, ya da mətbəxdə taxdığım döşlüyün cibinə qoyum. Bu fikrim də hərdən özümü darıxdırır. Sanki bu da bir kompleksdi, içindən çıxa bilmirsən. Bilmirsən, sən sözün ardınca qaçırsan, yoxsa iynə ucunda sap kimi o sənin dalınca sürünür?! Bəzən yuxuda da qulağına mövzular, cümlələr pıçıldayırlar. Daha doğrusu, yuxuda söz görürsən. Sözün də rəngi var - fikir kimi. Üstəlik, sözün dadı da var. Acısı, şirini, şərbət kimi içiləni, yağ kimi cana yayılanı, ox kimi deşəni, od kimi yandıranı var sözün. İşin ən çətini söz haqqında söz deməkdi. Babalarımız, nənələrimiz bunu yaxşı bacarırdılar. Düz sözün qabağında boynu qıldan nazik olan babalarımız xəncər yarasından sağalırdılar, söz yarasından yox. Acı sözləri, ağır tənələri bir batman balnan da yemirdilər. Düşmənlə silahnan da vuruşurdular, söznən də. Söz götürmürdülər, söz altda qalmırdılar.
   Söz həm də gözəllik ölçüsüydü. "Qadını gözəl edən birincisi, qaş-gözdü, ikincisi, sözdü" deyirdilər. Bir də deyirdilər ki, gözəl üzdən bir gündə doymaq olar, gözəl sözdən yüz ildə doymaq olmaz. Nənələrimiz dərd-sərlərini, zəmanədən, zülmdən, zülmkardan şikayətlərini, çox zaman söz sahibi olmamalarını da söznən bildirirdilər: "Nə qoydular danışam, nə kəsdilər dilimi". Türklərdə bircə dəfə "Söz!" demək yüz yol and içməkdən ötədi.
   Söz haqqında çox söz deyiblər. Bildiklərimiz də çoxdu, bilmədiklərimiz ondan da çoxdu...
   
   ***
   
   Hərdən mənə elə gəlir ki, dünyada ilk qadağa da sözə qoyulub. Hər sözə yox, sözün düzünə. Birisindən soruşublar, papağın niyə cırığdı, deyib ki, həmişə sözün düzünü danışıram, hərə başıma bir qapaz vurur, papağım da ona görə cırılır... Qapaza nə var ki,.. Min illərdi düz söz danışanın dilini də kəsirlər, boğazını da üzürlər, lap gözünü də çıxarırlar. Hamı İsgəndərin dəlləyi deyil ki, gedib başını salsın quyuya, ürəyini deşənləri açıb töksün. Kim arxayın edə bilər ki, o quyunun dibindən qarğılar boy atmayacaq. Söz hər toxumdan yaxşı cücərir, şaxələnir, qol-budaq atır. Qadağaların, təqiblərin çox olduğu yerdə söz daha yaxşı cücərir. Otların, ağacların cücərib boy atmasına, meyvələrin dəyib şirələnməsinə torpaq, su, hava, günəş nə qədər can verirsə, qadağalar da sözün yetişməsinə bir o qədər rəvac verir...
   Yenə ötən günlər yada düşdü. Söz necə də qiymətliydi... Bir gün maketi redaktora göstərəndə dedi, qulas as, sənə bir şeir oxuyacam. Bu, həmin o məşhur şeiriydi: "Desəm öldürəllər, deməsəm ölləm". Makinada adi vərəqlərə yazılmışdı. Hiss olunurdu ki, heç bir qəzet-jurnalda dərc olunmayıb, elə əldən-ələ ötürülüb. Amma indinin zərlə, butalarla bəzədilmiş kitablarındakı şeirlərdən qat-qat həyəcanvericiydi... Və o zaman Musa Yaqub özü də rayon qəzetinin redaktoruydu. Şeiri oxuyub üzümə baxdı: "Hə, bu şeiri qəzetə verə bilərsən?" O dəqiqə əlimi uzatdım: "Verin, bu dəqiqə salım maketə". Gülümsədi, yox, dedi, bu şeiri hələ çap eləmək olmaz. Niyə o "hələ" sözünü işlətdi?! Bəlkə sövq-təbii ilə hiss eləmişdi ki,.. "Hələ"lər ötüb keçdi. O şeir də dərc olundu, o qəbildən olan digər şeirlər də... Ancaq o şövq, o həyəcan indi yoxdu... Nədən? Nədənini deyə bilməyəcəm. Görünür, bu da insan qəlbinin qatı açılmamış sirr və müəmmalarından biridi...
   
   ***
   
   Söz bizim ixtiyarımızda deyil, biz sözün ixtiyarındayıq. O gəlməsə, istəsək də nə yaza, nə deyə bilirik. Söz istəyəndə beynimizi qapaya, çənəmizi kilidləyə bilir. Min illərdən bəri azadlıq uğrunda mücadilə edən insan başa düşmür ki, onu əsarətdə saxlayan, istəklərini, hərəkətlərini cilovlayan gözlə görünmə- yən, ağılla dərk edilməyən elə şeylər var ki, onunla mübarizə aparmaq iqtidarında deyil. Və bu şeylərin birincisi Əlahəzrət Sözdü. Bəzən bütöv bir ömür bir kəlmə sözün uğrunda bada gedir. Son nəfəsində dediyi bir cümləsi bütün ömrü boyu yaratdıqlarından daha mənalı, tutumlu olan ədiblər yola salıb bu dünya. Bəzən ölümündən çox ürəyindəkiləri deyə bilməmək qorxusu daha artıq üzür sözlə yaşayanları. Özüm heç yerdə oxumamışam, ağızdan-ağıza eşitmişəm, Nodar Dumbadze "Ağ bayraqlar" romanını yazandan sonra deyib ki, daha bundan sonra ölsəm də qorxusu yoxdu, ürəyimdəkini demişəm. Nə sirdi bu?! Cəmi bircə dəfə, həm də son dəfə nəğməsini oxuyub canını tapşıran Qu quşunun insan ömrünə calanmış taleyimi? Bəzən (əslində çox zaman) qələm sahibiyçin həyatın yerdə qalan bütün zövqləri Ruhunu ehtiva edən Sözün yanında heçə bərabərdi. Olsa-olsa yardımçı bir heçə...
   Bəzən söz deyən tərəzinin bir gözünə başını qoymalı olur. "Qoy məni öldürsünlər, danışdığım söz üstə". Bəzilərinin də lap dərisini boğazından çıxarırlar. Elə bilirəm "filankəs dərisini qoruyan adamdı" ifadəsi məhz Nəsiminin edamından sonra yaranıb...
   
   ***
   
   İnqilablar da sözlə başlanır, müharibələr də. Söz işə keçməyəndə silahlar dinir. Silahlar susanda söz davası başlanır. Söz... söz... söz... Bitib-tükənməyən, dünyanın özü qədər əzəli və əbədi söz... Dünyanın içində ayrıca bir dünya, hər kəsə və hamıya qapılarını açmayan bir dünya, söz... Bu maddi aləmdə özünə yer tapa bilməyənlərin üz tutduğu ilahi bir dünya, söz. Bəzən ceyran dalına minən, bəzən başımıza yağan sözlər, nə istəyirsiniz bizdən, biz nə istəyirik sizdən?! Biz sizi buraya qədər gətirdik, siz bizi haraya qədər aparacaqsınız?! Biz sizə ömrümüzü veririk, siz bizə nə verəcəksiniz?! Nazınızı çəkirik, oxşayırıq sizi, gözümüzün qarasını veririk, ürəyimizin yağını yedizdiririk. Yüzünüzün içindən birinizi seçirik. Üyüdürük, ələyirik, üfürü-rük sizi, ilmə-ilmə toxuyuruq sizi. Dəstə bağlayırıq, çələng hörürük sizdən... Bəs, nəsibimiz nədir?! Təsəllimiz, güvəncimiz nə? Bilmirəm. Bildiyim odur ki:
   
    Sözün arxasınca hiss edilmədən
   Ömür ötüb keçdi, bütöv bir ömür...
   
   Yuri Kuznetsovun şeiridi...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-07-16
2019-07-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (77.57%)
İşdə (22.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK