ANA SƏHİFƏ / YAZARLAR

"Bakı Soveti" kimi...

Səhiyyə Nazirliyi icazə versəydi yazıya Rüstəm Behrudinin məşhur misrasını epiqraf seçərdim - Halım məmləkətin halı

22409    |   2008-04-19 00:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bakı Soveti"ni sökürlər. Buldozerlər binanın üstünə elə hücum edirlər ki, elə bil Serbiyanın milli futbolçuları Şahin Diniyevin komandasının qapısına tərəf yeriyir.
   Amma bəzi obyektlərdən fərqli olaraq, uçurdulan stansiyanı yenidən tikəcəklər. Hər halda camaata bu barədə söz veriblər. Həmin sözdən belə başa düşülür ki, stansiyanın üstündə hündürmərtəbəli bina tikilməyəcək. Metrostansiyanın yenidən necə tikəcəkləri mənim üçün çox maraqlıdır. Çünki əksər paytaxt camaatı kimi metrodan istifadə edirəm. Bakının altında da maraqlı mənzərə görmək olar. Düzdü, üst hissədən fərqli olaraq alt tərəflərdə neft gözə dəymir, yalnız iyini hiss etmək mümkündü. Günümün bir xeyli hissəsi yerin altında keçir. İndiki zamanda yerin üstündə rastlaşdığı bəzi halları görmək istəməyənlər üçün yerin altına getmək ən məqbul variantdı. Təbii ki, müvəqqəti.
   Yazıya başlayanda şair dostumuz Rüstəm Behrudinin dillər əzbərinə çevrilən misrasını təsadüfən xatırlamadım. Metro da bizim məmləkətin paytaxtında oradan-bura, buradan-ora şütüdüyü üçün halımız bəzən metro kimi ola bilər. Bəzilərindən fərqli olaraq öz adımdan danışmağı xoşlayıram, hər halda belə daha yaxşıdı, adamın başı salamat qalır.
   Bəzən özümü metro stansiyaları kimi hiss edirəm. Bilirəm, çoxları buna inanmaq istəməyəcək, şübhəli məqamlar axtaracaqlar. Deyəcəklər ki, özündən uydurur, gündəmə gəlmək istəyir, məşhurlaşmaq üçün yollar axtarır. Bir də görürsən ki, başım ağrayır, elə bil kimsə beynimi buldozerlə qazıb yerə tökür. Lap "Bakı Soveti" stansiyası kimi. Bəzi hallarda bütün fikirlərim qarışır, dəqiq qərara gələ bilmirəm, əhvalım birtəhər olur, ürəyim bulanır, elə bil min adam eyni zamanda toplaşıb ürəyimi tapdalayır. Eynən "28 May" stansiyası kimi. Adətən həftənin sonunda özümü tənha hiss etməyə başlayıram, elə bilirəm ki, hamının yadından tamam çıxmışam, nə gələn var, nə gedən. Lap "Ulduz" stansiyası kimi.
   Həftə içi əksinə, yaman gərginləşirəm. Elə bilirəm ki, səs-küydən bu dəqiqə qulaqlarım tutulacaq. Bircə dəqiqə boş vaxtım olmur. "Elmlər Akademiyası" stansiyası kimi.
   İşin sonu ki, çatdı əhvalım korlanır. Özümü uzaq, tənha bir yerdə hiss etməyə başlayıram. Elə bilirəm nəfəsim təngiyir, harasa getmək üçün bircə addım da atmağa gücüm yoxdu, çıxış yolu tapmaqda çətinlik çəkirəm. Sanki "Həzi Aslanov" stansiyasıyam. Bir-iki gündür ki, belə vəziyyət məndə davam edir. Nədənsə elə gəlir hamının məndən zəhləsi gedir, heç kim məni görmək istəmir. Eynən "Bakmil" stansiyasına oxşayıram.
   Yeriniz məlum, bir qədər ki, halım yaxşı olur, elə bilirəm ki, bütün dost-tanış mənimlə görüşməyə, ünsiyyətə can atır. Hamı sevinir, deyib-gülmək, zarafat ətrafımdan azalmır. Lap "Sahil" stansiyası kimi.
   Başımızı heç zaman buldozerin altına verməyək, "Bakı Soveti" kimi. Çox istəyirəm ki, mümkün qədər hamımız özümüzü "Sahil" stansiyası kimi hiss edək. Axı "Sahil" kimi olmaq "Bakmil"dən min dəfə yaxşıdı...


YAZARIN ARXİVİ

2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK