hacklink Adalet.az | "BALIQ" COX ŞEY BİLİRDİ... Adalet.az | "BALIQ" COX ŞEY BİLİRDİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"BALIQ" COX ŞEY BİLİRDİ...

14792    |   2008-03-15 11:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiyada Oktyabr inqlabından sonra qərara alındı ki, ölkənin paytaxtı Peterburqdan Moskvaya köçürülsün.1918-ci ildən etibarən, Ulyanovlara Kreml həm iş, həm yaşayış yeri oldu. Vladimir Iliçlə Nedajda Konstantinovna yaşayışları üçün bu böyük sarayda özlərinə ayırdıqları kicik sahə onlara gen-bol kifayət edirdi. mumiyyətlə, məişətdə təvazökarlıq o dövrün partiya rəhbərlərinin həyat tərzində, inqlabi düşüncəsində hər şeyi üstələyirdi. 1922-ci ildən sonra İliçinin səhhəti xeyli pisləşdi. Aprel ayında yerli narkoz altında boyun nahiyyəsindəki güllə çıxarılsa da, bədənində terrorçu Kaplandan yadigar qalan digər zəhərli qurğuşunların tam zərərsiz hala gətirilməsi mümkün olmadı. Bir vaxtlar işıqlı gələcək quracaqlarını bəyan edənlərin lideri taleyindən naümid olduğunu biləndə, qaranlıq dünyaya tez və asan köçmək üçün yollar axta-rırdı. Stalindən rica etmişdi ki, hər ehtimala qarşı yanında saxlamaq üçün ona zəhər versin. Amma görünür, proletariatin rəhbəri bərbad etdiyi dünyada öz əcəliylə ölməli idi. Canından çəkdiyi dəhşətli ağrı-acı da, yəqin törətdiyi əməllərin qarşılığı idi.
   
   lüm yatağında da Lenin ölkədə baş verən hadisələrə müdaxilə etmək, partiya daxilindəki prosesləri diqqət mərkəzində saxlamağa çalışırdı.Günbəgün yaxınlaşmaqda olan əcəlsə normal çalışmaq üçün macal vermirdi. Hafizəsi kütləşir, baş ağrıları şiddətlənir, tez yorulub haldan düşürdü. Zehni işlə məşğul olmaq, yazı-pozu ona qəti qadağan idi. Silahdaşlarının yanında əvvəlki təsir gücünə, nü-fuza malik olmadığını dərk edən "Starik" (onun inqlabi ləqəblərindən biri-E.B.) çox əsəbləşirdi. Böyük rəhbər, əslində nə qədər kiçik və gücsüz olduğunu ilk dəfə indi anlamışdı. Demək, kim olursansa ol, real gücün, hadisələrə, siyasi proseslərə təsir imkanın yoxsa, sən heç kimsən. Bəlkə də elə bu həqiqəti "anlamaq dərdi" onu iflic etdi. Alovlu natiq normal nitq qabiliyyətini əbədiyyətə qovuşmaqdan xeyli əvvəl əbədi itirdi. Hər şeyi, hər kəsi görsə də, hər sözü, hər səsi eşitsə də, əvvəlki tək heç nəyə münasibət bildirə, heç kimə pıçıltıyla belə cavab verə bilmidi. Səbrsizliklə ölümünü gözləyən adamın dalınca Əzrayıl da gəlmirdi. Deyən, taleyindən küskün rəhbərdən hamı küsmüşdü. Bəlkə də, Tanrı ona cəhənnəm azabını diri ikən dadızdırmağı lazım bilmişdi. Görən, bu köməksiz, taqətsiz, talesiz bolşevik lideri gecələr yuxu görürdümü? Bəlkə, əlavə ömür payı İliçə ona görə ayrıldı ki, allahsız əməllərinin, insafsız qərarlarının dəhşətli nəticələrini film kimi yuxularında görsün? Əgər belə olubsa, demək,Yekaterinburq zirzəmilərinin birində onun sərəncamıyla vəh-şicəsinə güllələnən çar Nikolayın ailə üzvlərinin iztirabını, röyala-rında mütləq görmüşdü. Ən azından yuxusunu qaçırnaq üçün Ro-manovlar hamılıqla hər gecə onun pişvazına gəlməliydilər. Dünya-dan küskünün günahları, həqiqətən cox idi. Təkcə coxsaylı deyil, miqyasına görə də böyük idi.
   
   
   
   "Böyüklərin günahı da böyük olur.
   
    Böyüklərin hər günahı,
   
    tarix üçün
   
   daşınmayan bir yük olur."
   
   (Adil Babayev)
   
   
   
   Bir vaxtlar az qala kürreyi-ərzi məhvərindən oynadan,Yer üzünün boyunduruğunu dunyanın birləşmiş proletariatına əmanət etmək üçün ömrünü fəda edən qorxunc dahi, öz canını tapşırandan sonra vücudunun torpağa təslim edilməyəcəyindən də xəbərsiz idi...
   
   Sovet xalqı onun gerçək sağlıq durumundan bixəbər qaldı. İliçin otağına girib-çıxmaq, xəstənin vəziyyəti barədə kiminləsə paylaş-maq rəsmən yasaq edilmişdi. Hər şey nəzarətə götürülmüşdü. Par-tiya bu məsələyə rəhbərliyi Stalinə həvalə etmişdi. mrü yarımçıq kəsilmişin son günlərini mümkün qədər uzatmaq İosif Vissarionoviçə öz mövqelərini daha da möhkəmlətmək üçün gərək idi. Qarşısında Trotski kimi real rəqib dayanmışdı. midsiz dərdə mübtəla olan İliçin Nadejnası isə Stalinə əlavə başağrısı idi. Çünki, inqlabi mübarizə dövründə cox hadisələrin canlı şahidi olmuş xanım sirr, məlumat da-ğarcığıydı.Stalini narahat edən də bu idi."Balıq" (Krupskayanın inq-labi ləqəbi-E.B.) bir gün dil açıb Koba haqda cox şeylər danışa bilər-di. Belə olan halda onun siyasi rəqibləri üçün Nadejda adi "Balıq" deyil, nağıllardakı Qızıl balıq olarcaqdı. Odur ki,"Balığ"ı tora salmaq və ən yaxşı halda, davamlı nəzarətdə saxlamaq lazım idi...
   
   ***
   
   Stalinlə Krupskaya arasında həmişə soyuqluq hiss olunub. Lenin yatağa düşəndən sonra münasibətlər daha da gərginləşdi. Xüsu-sən, 1922-ci il dekabrın 21-də baş verən hadisədən sonra. Leninin diqtəsiylə Nadya Trotskiyə məktub yazmışdı. Bundan xəbər tutan Stalin Nadejdaya zəng edib ağzından çıxanı dedi. rəyini boşaldandan sonra xəbərdar etdi ki, həkimlərin müəyyən etdiyi qaydaları kobud şəkildə pozması barədə yazılı məlumatı baxılmaq üçün Mərkəzi Komitənin Nəzarət komissiyasına göndərəcək. Nadya Lenini əsəbləşdirməmək üçün bu barədə ona bir söz demir. Amma, ertəsi gün təxminən aşağıdakı məzmunda Xalq Komissarları Sove-ti sədrinin müavini, könhə inqlabçı Lev Kamenevə ( onun əsl soy adı Rozenfeld idi -E.B.) məktub yazdı:
   
   "Lev Borisoviç, həkimlərdən icazə alandan sonra Vladimir İliçin diqtəsiylə yazdığım kiçik məktuba görə, Stalın dünən mənə qarşı kobudluq etdi. Mən birinci gün deyil ki, partiyadayam. Otuz il ərzində hələ bir yoldaşdan hörmətsizlik görməmişəm. Partiyanın və İliçin maraqlarını Stalindən az dəyərləndirmirəm. İliçlə nə haqda danışmağı və nə barədə danışmamağı həkimlərdən yaxşı bilirəm. Vladimir İliçə yaxın yoldaş kimi, sizə və Qriqoriyə (Qriqori Yevse-yeviç Zinovyev nəzərdə tutulur. Amma, əslində bu adamın nəinki soy adı, hətta özünün və atasının adı da başqaydı: Radomıslskiy Ovsey-Qerşen Aronoviç-E.B.) müraciət edirəm ki, şəxsi həyatıma müdaxilədən, təhqirlərdən və hədə-qurxu gəlməkdən məni qoruya-sız. Mən də insanam, əsəblərim daha dözmür."
   
   Nadya ilə Stalin arasındakı ziddiyyətlərin Leninin səhhətinə mənfi təsiri barədə İosif Vissarionoviçin şəxsi katibi Boris Bajanov xatirə-lərində ətraflı yazıb.Hadisələrin canlı şahidi deyir ki, 1922-ci il de-kabrın ortalarında Leninin səhhətində ikinci dəfə kəskin pisləşmə baş verəndə, Stalin qərara gəldi ki, bütün məsələləri onunla razılaş-dırmağa ehtiyac qalmayıb. Ona görə də Leninin adından Krupska-yanın müraciətlərinə kobud cavab verirdi. 1923-cü ilin mart ayında növbəti dəfə Nadejdanı elə acıladı ki, qadın gözüyaşlı Leninin yanı-na gəlib gileylənməli oldu. Bu təhqiramiz hərəkətdən hiddətlənən İliç Stalinə məktub yazıb üzr istəmisini tələb etdi. Az sonra onun dili tutuldu, bədəninin sağ tərəfi iflic oldü, beyni normal fəaliyyətini birdəfəlik itirdi. (Bajanov 1928-ci ildən Avropada mühacir həyatı sü-rüb. Lenindən də, Stalindən də, digər inqlabcılardan da cox yaşa-yaraq, 1982-ci ildə Parisdə vəfat edib-E.B.)
   
   Ara-sıra səhhətində yaxşılaşmağa doğru müəyyən irəliləyiş müşa-hidə olunsa da, Lenin siyasi arenada bir daha görünmədi. 1924-cü il yanvar ayının 21- də Vladimir İliç Ulyanov vəfat etdi. Krupskaya is-rarla təkid etsə, də Leninin torpağa basdırılmasına nail ola bilmədı. Bu məsələdə də söz sahibi Partiya idi.Onu Misir fironları kimi mü-miyalayıb Movzaleydə saxlamaq qərara alınmışdı. Nadyanın ger-çək qara günləri ərini itirəndən sonra başladı. Amma, Stalin nə fənd işlətdisə, ona diş qıcıdan Krupskayanı susdura bildi. Krupskaya Stalinlə aralarında olan atəşkəsi imkan daxılındə pozmamağa çalışırdı. Hətta, bəzi hallarda onu dəstəkləyirdi. Lakin, 1938-ci ilin mart ayının 13-də Mərkəzi Komitənin və Xalq Komissarları Sovetinin bir qərarı onu yenidən danışmağa varad etdi. Söhbət müttəfiq res-publikalardakı milli məktəblərdə mütləq qaydada rus dilinin öyrənil-məsindən gedirdi. Uzun illər maarif sahəsində çalışan bu ziyalı qa-dın rus şovinizminin yenidən baş qaldırdığını hiss edirdi. Bu barədə fikirlərini Stalinə yazdığı məktubda açıqca söyləyirdi. 15 müttəfiq respublikada rus dilindən tərcümə olunan eyni əlifba kitabından isti-fasdə edilməsinin də yolverilməz olduğunu həyacanla bildirirdi. Krupskayanın ona ünvanladığı rəsmi məktub Stalini yaman qəzəb-ləndirdi. Baş katibin narazılığına səbəb daha bir qanqaraldan hadisə baş verdi. Yazıçı M.Şaginyan Lenin haqqında yazdığı romana rəy vermək və onu dəstəkləmək xahişiylə Nadejda Konstantinovnaya müraciət etmişdi. Krupskaya əsəri oxuyub bəyəndi və müsbət rəy yazdı. Stalin bundan xəbər tutanda elə qəzəbləndi ki, məsələni Mərkəzi Komitədə müzakirəyə çıxartdı. Krupskayanın hərəkətləri pisləndi. Bu barədə ayrıca qərar qəbul olundu.
   
   İnqlab illərində işıqlı gələcək barədə xəyallarındakı düşüncələrlə gerçək həyatda rastlaşdıqları arasında hər gün artan fərqi, ziddiyyəti gördükcə, inqlab yolunda qan tökənlərin "xalq düşməni" kimi qanına qəltan edilməsinin şahidi olduqca ümidsizləşən Nadejda partiyanın XVIII qurultayında söz alıb xitabət kürsüsündən nümayəndələrə müraciət etmək istəyirdi. Görən, nə deyəcəkdi? Bəlkə, hər addımı nəzarət altında olan, həyatından, aqibətindən bezmiş yetmiş yaşlı qadın leninçi qvardiyanı yenidən səfərbər olmağa çağıracaqdı? İnanmıram ki, otuz yeddinci ilin kütləvi repressiyalarından sonra qurultay nümayəndələri arasında onun səsinə səs verənlər tapılay-dı. Fəqət, Krupskayanın Kreml siyasətini kəskin tənqid etməsi bey-nalxalq aləmdə Sovetlərə qarşı yeni təbliğat kompaniyasının baş-lanmasına səbəb ola bilərdi. Demək, "Balıq" hələ tam zərərsizləş-dirilməmişdi.
   
   * * *
   
   1939-cu ilin fevral ayının 24-də yaxın rəfiqələri, dostları ad günü ərəfəsində Nadejda Konstantinovnaya baş çəkdilər. Süfrə açıl-mışdı. Yubilyarın şərəfinə qədəhlərə şampan şərabı da süzülmüşdü. Fevralın 29-da onun yetmiş yaşı tamam olacaqdı. Stalin bu müna-sibətlə, nədənsə beş gün əvvəl ona tort göndərmişdi. (Bəzi fər-ziyyələrə görə, tort zəhərli imiş -E.B.) Axşam saat yeddi radələrində gözlənilmədən onun əhvalı dəyişdi. Həkim çağırdılar. Təcili yardım üç saatdan sonra gəldi. Kor bağırsağından şübhələndilər. Təcili əməliyyat olunmalıydı. Nədənsə, lazım bilinmədi. Kremlin xəstəxa-nasında hey sayıxlayırmış ki, "mən mütləq qürültayda çıxış etmə-liyəm". Ağrı çəkməkdən üzülən Krupskaya üç gün sonra vəfat etdi. Maraqlıdır ki, hər şəraiti olan klinikada Leninin dul qadınını xilas edə bilməyən həkimlərə bir həftə sonra, cərrahiyyə və xəstələrə operativ tibbi yardım sahəsində böyük xidmətlərinə görə Lenin ordeni ver-dilər. Fevralın 27-də "Pravda" qəzeti 70 yaşı tamam olması müna-sibətiylə Nadejda Konstantinovna haqqında müxtəlif materiallar dərc etmişdi. Səhəri gün elə həmin qəzetin səhifələrində Leninin sadiq silahdaşının ölüm xəbəri yayıldı. Faciəli şəkildə dünyasını dəyişən Svetlana Alliluyevanın dəfn mərasimində axıradək istirak etməyən Stalin "sevimli" Krupskayanı son mənzilə özü yola saldı. Çoxbilmiş "Balıq" bir cox mühüm sirrləri də həmişəlik olaraq özüylə apardı...


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO